Maidə surəsi 44-cü ayətin təfsiri (2)

 

"Allahın endirdiyi ilə hökm etməyənlər, məhz onlar, kafirlərdir." (Maidə/44)

---------------------------------

Təfsiri:

Bu ifadə ilə bağlı, 2 məsələ vardır:

✓ Birinci məsələ:

Bu ifadədən məqsəd: "zina edən evli şəxsin cəzası ilə bağlı İlahi hökmü dəyişdirmə mövzusunda, yəhudiləri təhdid etməkdir."

Bu:

"O yəhudilər, Allahın Tövrat'dakı açıq hökmünü inkar edib, bunun fərz olmadığını söyləyincə, mütləq olaraq kafir olmuş və beləcə, nə Musa (əleyhissəlam) ilə Tövrata; nə də Muhamməd (sallallahu aleyhi və səlləm) ilə Qurana iman edən kimsə vəsfinə layiq ola bilməmişlərdir." deməkdir.

✓ İkinci məsələ:

Xaricilər: "Allaha üsyan edən (yəni günah işləyən) hər kəs, kafirdir." deyərkən, alimlərin əksəriyyəti, halın belə olmadığını söyləmişlərdir.

Xaricilər, bu ayəti görüşlərinə dəlil gətirərək:

"Bu, Allahın endirdiyi hökmdən başqa bir hökmlə hökm edən hər kəsin kafir olduğu xüsusunda, bir nass'dır. Günah işləyən hər kəs, Allahın endirdiyindən başqa bir hökmlə hökm etmiş olur və bundan dolayı, kafir olması lazımdır." demişlərdir.

Kəlam alimləri və müfəssirlər, xaricilərin ortaya atdıqları bu şübhəyə, bu şəkillərdə bəzi cavablar vermişlərdir:

1. "Bu ayət, yəhudilər haqqında nazil olmuşdur. Bundan dolayı, sadəcə onlarla bağlıdır."

Bu görüş, zəifdir. Çünki nüzul səbəbinin xüsusiliyinə deyil, ləfzin (sözün) ümumi mənasına etibar edilir.

Bu görüşdə olanların bir qismi, xaricilərin şübhəsini rədd etməyə çalışaraq, belə demişlərdir:

"Bu ifadədən məqsəd:

'Haqqında daha əvvəl bəhs edilən o kimsələrdən (yəhudilərdən), Allahın endirdiyi ilə hökm etməyənlər ki var, bax məhz onlar, kafirdirlər.'

mənasıdır."

Bu görüş də, zəifdir. Çünki Haqq Taala'nın:

"Kim Allahın endirdiyi ilə hökm etməzsə..." buyuruğu, şərt sədədində, مَن / kim ədatı gətirilmiş olan bir sözdür.

Dolayısı ilə, bu, ümumi mənadadır. Halbuki bundan murad olunan, daha əvvəl bəhs edilənlərdən, Allahın hökmü ilə hökm etməyənlər olduğunu söyləyən kimsənin görüşü, ayətin mənasına bir əlavə olur ki, bu da, caiz deyildir.

2. Ata, bunun əsas küfrdən daha xəfif bir küfr olduğunu; Tavus isə, bunun, Allah və axirəti inkar etmək kimi insanı İslam ümməti xaricinə çıxaran bir küfr olmadığını söyləmişdir.

Buna görə, onlar, sanki ayəti, dini inkar etmək mənasına deyil, neməti inkar etmək, nankorluq mənasına həml etmişlərdir ki, bu da zəifdir.

Çünki "küfr" ləfzi, (muqayyəd deyil), mütləq olaraq zikr edildiyində, dini inkar mənasına həml edilir.

3. İbnu'l-Ənbari, belə deyir:

"Mənanın:

'Kim Allahın endirdiyi ilə hökm etməzsə, kafirlərin fellərinə bənzəyən bir fel işləmiş və bundan dolayı da, kafirlərə bənzəmişdir.'

şəklində olması da, caizdir."

Bu görüş də, zəifdir. Çünki bu, ayətin zahirini tərk etməkdir.

4. Əbdü'l-Əziz b. Yəhya əl-Kinani, belə deməkdədir:

"Allah Taala'nın, 'Allahın endirdiyi ilə' sözü, ümum bir ifadədir. Bundan dolayı, 'Allahın endirdiyi ilə hökm etməyənlər' ifadəsinin mənası:

'Kim Allahın endirdiyi bütün xüsuslarda, Allahın hökmünün ziddini edərsə, məhz onlar kafirdirlər.' şəklində olur.

Bundan dolayı, bu, həqiqətdir. Çünki kafir, Allahın endirdiyi bütün xüsuslarda, Allahın hökmünün ziddini edən kimsədir.

Ancaq fasiq olan kimsəyə gəlincə, o, hamısında deyil, bir qismində Allahın hökmünün ziddilə əməl edər ki, bu, əməl cəhətilədir. Ancaq fasiq, etiqad və iqrar etibarilə, Allahın hökmünə müvafiqdir..."

Bu da, zəifdir. Çünki əgər bu ayət, Allahın endirdiyi hər şey xüsusunda Allahın hökmünə müxalifət edən kimsələrə təxsis edilmiş bir vaid (təhdid) olsaydı, bu təhdid, sadəcə "rəcm" xüsusunda Allahın hökmünə müxalifət edən yəhudilərə şamil olmazdı. Halbuki müfəssirlər, bu təhdidin, "rəcm" məsələsində, Allahın hökmünə müxalifətləri səbəbilə yəhudiləri də ehtiva etdiyi xüsusunda ittifaq etmişlərdir.

Beləcə, bu ittifaq, verilən bu cavabın da fasid və qeyr-i məqbul olduğuna dəlalət edir.

5. İkrimə, belə deyir:

"Haqq Taalanın, 'Kim Allahın endirdiyi ilə hökm etməzsə...' ifadəsi, həm qəlbi, həm də dililə inkar edənləri ehtiva etməkdədir.

Qəlbilə onun Allahın hökmü olduğunu bilib sonra da dililə onun Allahın hökmü olduğunu iqrar edib buna (bu hökmə) zidd olan şeyləri edən kimsəyə gəlincə, o da, Allahın endirdiyi ilə hökm etmiş, ancaq onu felən etməmiş sayılır.

Bundan dolayı, belə bir kimsənin, bu ayətin hökmünə daxil olması lazım gəlməz..."

Bax, səhih olan cavab, budur. Allah, ən gözəl biləndir.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)

Read 49 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR