Maidə surəsi 44-cü ayətin təfsiri - 3

 

Buxari və Muslim, hədisi Malik'dən rəvayət etmişlərdir. Malik, Zeyd b. Əsləm'dən, o da Ata b. Yəsar yolu ilə ibn Abbas'dan rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Mənə, cəhənnəm göstərildi. Cəhənnəmliklərin çoxunun, küfr etmələrindən dolayı qadınlar olduğunu gördüm."

- "Onlar, Allahı, inkarmı edirlər?" deyə soruşuldu.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Onlar, ərlərinə qarşı nankorluq edərlər, yaxşılığa qarşı nankorluq edərlər. Birinə həmişə yaxşılıq etsən, sonra səndə xoşuna gəlməyən bir şey görsə, 'Mən, səndən heç bir xeyir görmədim.' deyər." (Buxari, İman/29; Muslim, Küsuf/910)

Buxari deyir:

"Dərəcə cəhətindən küfrün altında bir küfr daha vardır."

Küfr kəliməsilə, bəzən, qadının ərinə nankorluğu kimi, insanı dindən çıxarmayan küfr qəsd edilir.

Bu, 'küfr' kəliməsinin ümumi olaraq istifadəsində məqbuldur. Əgər 'küfr' kəliməsi, bir şeyə bağlı olaraq istifadə edilərsə, bunda hər hansı bir anlayış çətinliyi olmaz. Bu ayətdə keçdiyi kimi:

وَضَرَبَ ٱللَّهُ مَثَلًا قَرْيَةً كَانَتْ ءَامِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ ٱللَّهِ فَأَذَ‌ٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلْجُوعِ وَٱلْخَوْفِ بِمَا كَانُوا۟ يَصْنَعُونَ

"Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi, Allahın nemətlərinə küfr / nankorluq etdi (fəkəfərtu biənumilləhi), Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü." (Nəhl/112)

Burda qəsd edilən, bəzi mövzularda 'küfr' kəliməsinin istifadə edilə biləcəyi; ancaq bunun, insanı dindən çıxartmayan küfr olaraq təfsir ediləcəyidir.

İbn Abbas da:

"Kim Allahın endirdiyi ilə hökm etməzsə, məhz onlar kafirlərdir."

ayətinin açıqlamasında, belə demişdir. O, deyir:

"Bu küfr, insanların bildiyi, insanı dindən çıxardan küfr deyildir. Bu küfr, əsl küfürdən başqa bir şeydir."

Bu hədisi, Hakim rəvayət etmişdir. Hakim:

"Hədisin isnadı, səhihdir." demişdir. (Bax: Hakim, "əl-Müstədrək", 2/313)

Yenə bu ayət haqqında, ibn Abbasın belə dediyi rəvayət edilir:

"İnsan, bu şəkildə (yəni Allahın endirdiyi ilə hökm etməzsə), küfr etmiş olar. Ancaq o, Allahı, mələkləri, kitabları, peyğəmbərləri və axirət gününü inkar edən biri kimi deyildir."

Ata və başqaları da:

"Dərəcə cəhətindən küfrün xaricində bir küfr daha vardır." demişlərdir.

Nəxai isə, deyir:

"Küfr, ikiyə ayrılır:

Allahı inkar və yaxşılıq sahibini inkar."

Buxari, bunun üçün, ibn Abbasın hədisini burda dəlil olaraq istifadə etmişdir. Bu, uzun bir hədisdən bir parçadır. Buxari, bunu, "Küsuf namazı" bölməsində rəvayət etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), qadınlar üçün küfr kəliməsini istifadə etmiş, Özündən bunun səbəbi soruşulduğunda, bunu, ərlərinə qarşı nankorluq olaraq açıqlamışdır.

Bu mənada, əbu Səid'dən rəvayət edilən hədis də, ibn Abbasın hədisinə bənzəyir.

Yenə bu mənada, ibn Məsud, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu rəvayət edir:

"Müsəlmana söymək fisq, onunla döyüşmək küfrdür." (Buxari, İman/48; Muslim, İman/67)

Yenə Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurur:

"Məndən sonra, bir-birilərinin boyunlarını vuran kafirlər kimi olmayın." (Buxari, İlm/121, Həcc, 1739; Muslim, İman/68)

Yenə belə buyurur:

"Hər kim (müsəlman) qardaşına, 'Ey kafir!' deyə səslənərsə, bu söz, ikisindən birinə qayıdar." (Buxari, Ədəb, 6104; İman/62)

Alimlərin, bu və bənzəri hədislərdə, izlədikləri fərqli yollar vardır. Bəziləri, "kafir" kəliməsini, bu sözün istifadəsini halal görərək söyləyən kimsə üçün məqbul olduğunu demişlərdir.

İmam Malik:

"Hər kim (müsəlman) qardaşına 'ey kafir' deyə səslənərsə, bu söz, ikisindən birinə qayıdar."

hədisini, günah işlədiklərindən dolayı müsəlmanların kafir olduqlarına etiqad edən Haruriyyə (xaricilər) üçün istifadə etmişdir.

Bu, Əşhəb'dən də nəql edilmişdir.

Eyni şəkildə, İshaq b. Rahuyə:

"Hər kim heyzli olan bir qadınla arxadan olarsa, küfrə düşmüşdür." (Əbu Davud, hədis no: 2162)

hədisini, bu feli halal görən kimsə üçün istifadə etmişdir.

Bunu da, Harb və İshaq əl-Kusəc (Hənbəli fəqihi), ondan nəql etmişlərdir.

İsmayıl əş-Şələnci (Hənbəli fəqihi), imam Əhməd'dən nəql etdiyinə görə, ona ibn Abbas'ın sözü zikr edilib:

"Bu küfr, nədir?" deyə soruşulduğunda, o, belə dedi:

"Bu, insanı dindən çıxartmayan küfrdür. Dərəcələri cəhətindən fərqli olan iman kimidir."

Muhamməd b. Nasr əl-Mərvəzi, belə deyir:

"Hədis əhlindən bəziləri, bu mövzuda ixtilaf etmişlərdir:

Böyük günah işləyənlər, müsəlmandırlar, mömin deyildirlər. İnsanı dindən çıxarmayan küfrü işləyən kimsə, kafir olaraq adlandırılarmı?!"

Mən (ibn Rəcəb) isə, deyirəm ki -Mərvəzi'nin rəvayətində- imam Əhməd, Abdullah b. Amr'dan rəvayət edilən, içki içənin kafir olaraq isimləndirilməsini rədd etmişdir. Bu, ondan, sabit olaraq nəql edilməmişdir. Bununla bərabər, bir çox cəhətdən, bu görüş, ondan rəvayət edilmişdir. Bu rəvayətlərdən bəzilərinin isnadı, həsəndir. Yenə bəzi rəvayətlərdə də, Abdullah b. Amr'dan mərfu olaraq rəvayət edilmişdir.

Eyni şəkildə, Qadı əbu Ya'la, böyük günah işləyənlərə "nemətə qarşı nankorluq" sifətini verməyin caiz olmasını rədd etmişdir. O, bu mövzudakı ixtilafı, şiələrdən Zeydiyyə və xaricilərdən İbadiyyə qoluna nisbət edir. İsmayıl əş-Şələnci'nin Əhməddən nəql etdiyi rəvayət də, bunu dəstəkləyir. Muhamməd b. Nasr da, imam Əhmədin bu mövzuda 2 görüşü olduğunu nəql edir.

Qadı əbu Ya'la'nın şeyxi qadı əbu Abdullah b. Həmid'in, imam Əhməd'dən bunu nəql etdiyi zikr edilir:

"İnsanı dindən çıxartmayan bəzi günahlardan dolayı, küfr və şirk kəliməsi istifadə edilə bilər."

Bu, imam Əhməd'dən də nəql edilmişdir.

Cərir b. Abdullah'dan rəvayət edildiyinə görə, ondan:

"Siz günah işləyən kimsələrdən hər hansı birini, kafir, ya da müşrik olaraq adlandırardınızmı?"

deyə soruşulduğunda, belə dedi:

"Allah qorusun! Biz, 'Onlar, sadəcə günahkar möminlərdir.' deyərdik."

Bunu, Muhamməd b. Nasr və başqaları da rəvayət etmişlərdir.

Əmmar, Siffin döyüşündə özlərilə döyüşən Şam əhli üçün, "Onlar, küfrə düşdülər." deyilməsini qadağan etmişdi. O, belə deyərdi:

"Onlar, fasiqlik etdilər, zülm etdilər.' deyin."

Bu, ibnu'l-Mübarək və digərlərinin də görüşüdür.

Alimlərdən bəziləri, imanın 2 qismə ayrıldığını söyləyirlər:

• Birincisi: Allaha iman. Bu, təsdiq və iqrardır;

• İkincisi: Allah üçün iman.

~ İlk imanı ortadan qaldıran, küfrdür;

~ İkinci imanı ortadan qaldıran isə, fisqdir. Bu felə, küfr də deyilir. Ancaq bu küfr, insanı dindən çıxartmaz.

Bu mövzuda, bir çox rəvayət nəql edilmişdir. Alimlər, namazı tərk edən şəxsin küfrü mövzusunda gələn hədislər kimi, bu kəlimənin, insanı dindən çıxaran, ya da dindən çıxartmayan küfr olaraq dəyərləndirilməsi mövzusunda ixtilaf etmişlərdir.

İshaq b. Rahuyə, qadınla arxadan olmağın küfr olub-olmadığı mövzusunda tərəddüd etmişdir. Bu fel, insanı tamamilə dindən çıxarırmı, çıxarmırmı?

Bəzi alimlər, bu cür nass'lar üzərində danışmaqdan çəkinmişlər, hər hansı bir açıqlama vermədən bunları nəql etmişlərdir. Bununla birlikdə, onlar, GÜNAHLARIN, İNSANI DİNDƏN ÇIXARTMADIĞI görüşündədirlər.

Saleh b. Əhməd və əbu'l-Haris, belə deyirlər:

Əhməd'dən, əbu Bəkr əs-Siddiq'in rəvayət etdiyi bu hədis soruşuldu:

"Zəif bir ehtimal belə olsa, bilinən xaricində birinə öz nəsəbini isnad edən və əsl nəsəbini rədd edən, Allaha inkar etmiş olar."

Ravilərdən biri deyir:

(Bunun üzərinə) Əhməd, belə dedi:

"Bu, əbu Bəkr'dən rəvayət edilmişdir. Allah, ən doğrusunu bilir."

Digər bir ravi belə deyir:

(Bunun üzərinə) Əhməd, belə dedi:

"Bilmirəm. Biz, (hədisi) belə yazmışdıq."

Əbu'l-Haris, belə deyir:

İmam Əhməd'dən, əbu Hureyrə'nin rəvayət etdiyi:

"Kim qadınlarla arxadan olarsa, küfrə düşmüşdür."

hədisi soruşulduğunda, o, belə dedi:

"Bu şəkildə rəvayət edildi."

Əhməd, bundan başqa da bir şey söyləmədi.

Zühri də, eyni şeyi söyləmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"(Matəmdən dolayı) yanaqlarına vuran, bizdən deyildir." (Buxari, Cənaiz, hədis no: 1294, 1297, 1298)

və bənzəri hədislər haqqında belə deyir:

"Elm, Allahdandır. Peyğəmbərlərə düşən, təbliğ; bizə düşən isə, təslim olmaqdır."

Abdus b. Malik əl-Attar, imam Əhməd'dən nəql etdiyinə görə, ona "küfr" kəliməsinin keçdiyi bu hədislər zikr edildiyində, belə dedi:

"Biz, mənasını bilməsək də, bu hədislərə təslim olar, bu mövzu haqqında danışmarıq. Ancaq gəldiyi şəkildə açıqlayarıq."

Bəzi alimlər, "küfr" kəliməsinin istifadəsində bir bölgü aparmış, insanı dindən çıxarsın və ya çıxarmasın, bütün küfr növləri haqqında bu kəliməni istifadə etmişlərdir.

Bəziləri də, ancaq insanı dindən çıxaran küfr üçün "kafir" kəliməsini istifadə edirlər. Çünki ism-i fail, ancaq tam olaraq gerçəkləşdirilən feldən meydana gətirilir.

(Ravaiu't-Təfsir əl-Camiu li Təfsiri'l-imam ibn Rəcəb əl-Hənbəli)

Read 23 times
In order to make a comment, please login or register