Maidə surəsi 67-ci ayə
وَٱللَّهُ يَعْصِمُكَ مِنَ ٱلنَّاسِ
"Allah, səni, insanlardan qoruyacaqdır." (Maidə/67)
----------------------
Təfsiri:
Bu ayə ilə bağlı, belə soruşulur:
"Bu ifadə ilə, Uhud günü Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in üzünün yarılıb, dişinin qırılması ilə bağlı rəvayət, necə uzlaşdırıla bilər?"
Bu suala, 2 şəkildə cavab veririk:
1. Bu qorumaqdan murad, "öldürülməkdən qorumaq"dır.
Bu mənaya görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, öldürülmə xaricindəki digər bütün bəla və sıxıntılara qatlanması gərəkdiyi xüsusunda, bir xəbərdarlıq mövcuddur. Zatən, peyğəmbərlərin məsuliyyətindən daha ağır və məşəqqətli bir məsuliyyət yoxdur.
2. Bu ayə, Uhud döyüşündən sonra nazil olmuşdur. (Yəni, bu ayə Uhud döyüşündən əvvəl nazil olmamışdır ki, ayə ilə Peyğəmbərin başına gələn hadisə arasında bir ziddiyyət olsun.)
Bil ki, "insanlar" kəliməsindən, burda, "kafirlər" qəsd edilmişdir. Çünki, Allah Taala, (bundan sonra),
...إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَـٰفِرِينَ
Yəni:
"Şübhəsiz, Allah, kafir qövmü hidayət etməz." (Maidə/67) buyurmaqdadır.
Bu ayə, "Allah, o kafirləri, istədiklərini etməyə (yəni, Səni öldürməyə) müvəffəq qılmaz." deməkdir.
Ənəs (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, bu ayə nazil oluncaya qədər, Sə'd və Huzeyfə (radiyallahu anhuma), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i qoruyurdular. Bu ayə gəlincə, O, dəri çadırından başını çıxardaraq, "Ey insanlar! Artıq gedin. Çünki Allah, məni insanlardan (kafirlərdən) qoruyacaqdır." buyurdu.
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
