Malı çox olan varlılar haqqında hədis

4129- əbu Səid əl-Xudri (radiyallahu anh)'dam rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Malı, belə, belə, belə edənlər xaric, dünyalığı çox olanlara veyl olsun! (Belə kəliməsi, 4 (dəfə buyurulmuş)'dur: (Yəni, sağından, solundan, önündən və arxasından) Kasıblara, xeyr yollarına xərcləyənlər xaric."

---------------------

4130- Əbu Zərr (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Malı, belə və belə edən (yəni müəyyən bir parçasını kasıblara, xeyir yollarına xərcləyən) və onu halal yoldan qazananlar xaric, dünyalığı ən çox olanlar, qiyamət günü (rütbəcə) ən aşağı olanlardır."

-----------------------

4131- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Belə, belə və belə edənlər (yəni malının müəyyən bir qismini kasıblara, xeyir yollarına xərcləyənlər) xaric, dünyalığı ən çox olanlar, (axirətdə rütbəcə) ən aşağı olanlardır."

(İbn Macə Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Malı çox olan varlılar haqqında bir bab")

-----------------------

İzahı:

Bu 3 hədis, dünyalığı çox olub çevrəsinə kömək etməyən, malının bir qismini kasıblara və bənzəri xeyir yollarına xərcləməyən kimsələrin, qiyamət günü rütbəcə ən aşağı kimsələr olduğuna dəlalət edər.

"Miftahu'l-Hacə" müəllifinin bəyanına görə, bəzi elm adamları belə izah vermişlərdir:

"Yəni zəkat, fitrə kimi zəruri olan ibadətlər xaricində, sədəqə veməkdən imtina edən varlı möminlərin rütbəsi, kasıb möminlərin rütbəsindən aşağıdır. Lakin sədəqə vermək kimi xeyir işlər görən varlı möminlər, bu hökmün xaricində qalırlar."

Hədisdə keçən: "həkəzə" kəliməsilə işarət olunan xeyir yolları: "zəkat" mənasında açıqlandığı şəkildə, "veyl" kəliməsi, "əzab və ya həlak olma" mənasında da açıqlana bilər. Çünki zəkatını verməyən varlı mömin, əzabı haqq etmiş (qazanmış) olur.

Read 1 times
In order to make a comment, please login or register