Merac hədisləri (3)

Ənəs b. Malik, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Kəbə məscidində, isra gecəsi aparılması haqqında, belə deyir:

Ona o xüsusda vəhy gəlmədən əvvəl, O, Məscidu'l-Haram'da yatarkən, yanına 3 nəfər (mələk) gəldi.

Onların birincisi: "(Yatmaqda olan 3 nəfərin) hansı, Odur?" deyə soruşdu.

Digəri: "Onların ortasındakıdır. O, onların xeyirlisidir." dedi.

O 3 nəfərin sonuncusu da: "(Səmaya çıxarılmaq üçün), 3 nəfərin ən xeyirlisini götürün." dedi.

Bu hadisə, bu gecə meydana gəldi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), o 3 nəfəri, bundan sonra görmədi.

Nəhayət onlar, digər bir gecədə, Peyğəmbərin gözünü yatan və qəlbini görən (yəni, oyaq) halda ikən, Onun yanına gəldilər. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qəlbi, yatmazdı. Bütün peyğəmbərlər də, belədir. Onların gözləri yatar, lakin qəlbləri yatmaz. Bu gələn 3 nəfər, Peyğəmbərlə danışmadılar. Nəhayət, Onu apardılar və zəmzəm quyusunun yanına qoydular. Muhammədin işini, o 3 nəfərdən Cəbrayıl öz üzərinə götürdü. Cəbrayıl, Onun köksü ilə boynu arasını yardı. Nəhayət, köksünü və içini yarmağı bitirincə, Cəbrayıl, zəmzəm suyundan götürüb, oranı yudu və içini tərtəmiz qıldı.

Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına, qızıldan bir ləyən gətirildi. Onun içində də, yenə qızıldan düzəldilmiş su içəcək bir qab var idi. Bu ləyənin içi, iman və hikmətlə doldurulmuşdu. Cəbrayıl, bununla, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in köksünü və boğazının içindəki ətləri, yəni, boğazındakı damarları doldurdu. Sonra da, sinəsini bağladı. Sonra Onu, dünyaya ən yaxın səmaya çıxardı. Onun qapılarından bir qapıya vurdu.

- Səma əhalisi, Ondan: "Kimdir?" deyə soruşdular.

- Cəbrayıl: "Mən, Cəbrayılam." dedi.

- Səma əhli: "Yanındakı Kimdir?" deyə soruşdular.

- Cəbrayıl: "Yanımdakı, Muhamməddir." deyə cavab verdi.

- İçəridəki: "Ona dəvət göndərilmişdirmi?" deyə soruşdu.

- Cəbrayıl: "Bəli!" deyə cavab verdi.

- İçəridəkilər, Ona: "Mərhəbən bih / Ona mərhəba (xoş gəlibdir)." dedilər.

Ardınca, səma əhli, Muhammədi, bu dəvətindən dolayı müjdələdilər. Səmadakılar, Allahın, onunla yer haqqında nə etmək istədiyini, Cəbrayılın dililə onlara bildirincəyə qədər, bilmirdilər.

Dünya səmasında, Adəmlə qarşılaşdı. Cəbrayıl, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə: "Bu, atan Adəmdir. Ona salam ver." dedi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), Adəmə salam verdi. Adəm də, salamını alıb, qarşılıq verdi və: "Mərhəba və xoş gəlibsən, ey oğlum. Sən, nə gözəl oğulsan." dedi.

Bir də, Allah rəsulu (sallallahu aleyhi və səlləm), dünyaya ən yaxın səmada davamlı axmaqda olan 2 çayla qarşılaşdı və: "Bu 2 çay nədir, ey Cəbrayıl?" deyə soruşdu. Cəbrayıl: "Bu ikisi, Nil ilə Firatın əslləridir." deyə cavab verdi. Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, dünya səmasında apardı (və ya gəzdirdi). Bu vaxt, Allah rəsulu (sallallahu aleyhi və səlləm), digər bir çayla qarşılaşdı ki, onun üzərində, incidən və zəbərcəddən düzəldilmiş bir saray var idi. Əlilə, çayın suyuna vurdu və bunun, ən yaxşı cins müşk olduğunu gördü. Cəbrayıldan: "Bu, nədir, ey Cəbrayıl?" deyə soruşdu. Cəbrayıl, "Bu, Rəbbinin, sənin üçün hazırlamış olduğu kövsərdir." deyə cavab verdi.

Bundan sonra, Cəbrayıl, Onu, 2-ci səmaya yüksəltdi.

- Orda da, mələklər, Ona, birinci səmadakı mələklərin soruşduqları kimi, "Bu, Kimdir?" dedilər.

- Cəbrayıl: "Mən, Cəbrayılam." deyə cavab verdi.

- (Mələklər): "Yanındakı, Kimdir?" deyə soruşdular.

- (Cəbrayıl): "Muhamməddir." deyə cavab verdi.

- (Mələklər): "Ona dəvət göndərilibmi?" deyə soruşdular.

- (Cəbrayıl): "Bəli!" deyə cavab verdi.

(Mələklər), Ona, "Mərhəba Ona və xoş gəlmisən." dedilər.

Bundan sonra, Cəbrayıl, Onu, 3-cü qat səmaya yüksəltdi. Ordadıkar da, Ona, 1-ci və 2-ci səmadakı mələklərin söylədikləri kimi soruşub cavab aldılar.

Bundan sonra, Cəbrayıl, Onu, 4-cü səmaya yüksəltdi. Ordakı mələklər də, Ondan, əvvəlki mələklərin soruşduqları kimi soruşub cavab aldılar.

Bundan sonra, Cəbrayıl, Onu, 5-ci səmaya yüksəltdi. Ordakı mələklər də, Ondan, əvvəlki səmalardakı mələklərin soruşduqları kimi soruşub cavab aldılar.

Bundan sonra, Cəbrayıl, Onu, 6-cı səmaya yüksəltdi. Ordakı mələklər də, Ona, daha əvvəlkilərin dedikləri kimi dedilər.

Bundan sonra, Cəbrayıl, Onu, 7-ci səmaya yüksəltdi. Ordakı mələklər də, Ona, daha əvvəlkilərin sözləri kimi söz söylədilər.

Hər bir səmada, adlarını söylədiyi peyğəmbərlər var idi. Mən, onlardan:

~ 2-ci səmada - İdrisi;

~ 4-cü səmada - Harunu;

~ 5-ci səmada - adını əzbərləyə bilmədiyim birini;

~ 6-cı səmada - İbrahimi;

~ 7-ci səmada - Musanı, Allahın, onu, kəlamı ilə təfdil etməsi (üstün qılması) səbəbilə

əzbərlədim.

Musa: "Ey Rəbbim! Mənim üzərimə yüksəldilən kimsə var olduğunu zənn etmirəm." dedi.

Sonra Cəbrayıl, Muhammədi, ancaq Allahın bilməkdə olduğu şeylərlə bu qatın üzərinə çıxardı.

Nəhayət, Sidrətu'l-Müntəha'ya gəldi. Rabbu'l-İzzət olan Cəbbar (Allah), yaxınlaşdı və tədəlli etdi (aşağı endi) və nəhayət, (bu surətlə, peyğəmbərə), qab-ı qavseyn (2 yay qədər), yaxud daha da yaxın oldu və Allah, quluna vəhy etdiyini etdi. Allahın ona vəhy etdiyi şeylər içində, ümmətinin üzərinə hər gün və gecədə, 50 vaxt namazı da vəhy etdi.

Sonra, (Muhamməd), ordan aşağı endi və nəhayət, Musanın yanına çatdı.

- Musa, Onu, yubatdı və: "Ey Muhamməd! Rəbbin, sənə nəyi əhd etdi (yəni, Sənə nəyi əmr etdi?") deyə soruşdu.

- (Peyğəmbər): "Rəbbim, mənə, hər gün və gecədə, 50 vaxt namazı əmr etdi." dedi.

- Musa: "Sənin ümmətinin, buna gücü çatmaz. Geri qayıt, Rəbbin, səndən və ümmətindən bunu xəfiflətsin." dedi.

Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Cəbrayıla yönəldi və sanki, bu xüsusda, Cəbrayılla istişarə etmək istəyən kimi idi.

- Cəbrayıl, Ona: "Bəli. İstəyirsənsə, bunu istə." deyə işarət etdi.

Ardınca, Cəbrayıl, Onu, Cabbar (olan Allah)'a doğru yüksəltdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm) dedi: O (yəni, Allah), Öz məkanında (yəni, əvvəlki məqamında) idi. Mən: "Ey Rəbbim! Xəfiflət. Çünki ümmətimin, buna gücü çatmaz." dedim. (Allah), 50-dən 10 namazı endirdi.

Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Musanın yanına qayıtdı. Musa, Onu yubatmaqda və Rəbbinə geri qaytarmaqda davam etdi.

Nəhayət, 50 namaz, 5 namaz oldu.

Sonra Musa, Onu, bu 5 namazın yanında dayandırıb: "(Ey Muhamməd!) Allaha and olsun, Mənim qövmüm İsrail oğullarına, bundan daha azı ilə qayıtdım. Onlar isə, zəif olub bunu tərk etdilər. Sənin ümmətin, cəsədlər, qəlblər, bədənlər, gözlər, qulaqlar cəhətindən, daha zəifdir. Geri qayıt və Rəbbin, səndən bunun hamısını xəfiflətsin." dedi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Onun, Özünə işarət etməsi üçün, Cəbrayıla yönəldi. Cəbrayıl, bunu, çirkin görmürdü. Cəbrayıl, Onu 5-ci dəfə də yüksəltdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Ey Rəbbim! Şübhəsiz, Mənim ümmətim, cəsədləri, qəlbləri, eşitmələri, bədənləri zəif kimsələrdir. Bizlərdən daha da xəfiflət." deyə niyaz etdi.

Bunun üzərinə,

- Cabbar (olan Allah): "Ey Muhamməd!" deyə nida etdi.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Ləbbeyk və sə'deyk (ey Rəbbim)!" dedi.

- (Allah): "Şübhəsiz ki, Mənim nəzdimdə, söz dəyişməz! Bu, sənin və ümmətin üzərinə ummu'l-kitab (kitabın anası)'nda fərz qıldığım kimidir!" buyurdu və yenə: "Hər bir yaxşılıq, 10 mislilə qarşılanır. Bu, ummu'l-kitabda, 50 vaxtdır və Sənin və ümmətin üzərinə, 5 vaxtdır." buyurdu.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Musanın yanına qayıtdı.

- Musa, Ondan: "Necə etdin?" deyə soruşdu.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Allah, bizim üçün xəfiflətdi. Bizə, hər bir həsənəyə (yaxşılığa), 10 mislilə qarşılıq verdi." dedi.

- Musa: "Mən, İsrail oğullarını, bundan daha azı ilə qayıdıb təcrübə etdim. Onlar, bunu da tərk etdilər. Sən, yenə Rəbbinə qayıt və Səndən, yenə xəfiflətsin." dedi.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Ey Musa! Allaha and olsun ki, mən, Rəbbimə çox gedib-gəlməkdən dolayı utandım." dedi.

Cəbrayıl da, Ona: "Allahın ismilə en!" dedi.

Ravi, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Məscidu'l-Haram içində yuxusunda ikən oyandı, demişdir.

----------------------------

Şərhi:

"Onların birincisi: '(Yatmaqda olan 3 nəfərin) hansı, Odur?' deyə soruşdu."

Bu ifadə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ən azı 2 olan bir qrupun içində yatmaqda olduğuna işarət etməkdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o anda, əmisi Həmzə b. Abdu'l-Muttəlib ilə əmisi oğlu Cəfər b. əbu Talib'in arasında yatmaqda olduğu, əvvəl keçmişdi.

----------------------------

"Cəbrayıl, Onun köksü ilə boynu arasını yardı."

Hədisdə keçən "ləbbə", sinənin boyunbağı asılan qismidir. Dəvə, sinənin bu hissəsindən boğazlanır. Hədis açıqlanarkən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, İsra gecəsi, sinəsinin yarıldığını inkar edənlərə və bunun, O uşaq ikən meydana gəldiyini iləri sürənlərə veriləcək cavab, əvvəl keçmişdi.

Mən (Asqalani), Buxari və Muslimdə, Şureyk rəvayəti xaricində, əbu Zərr'in rəvayətində də, bunun sabit olduğunu və Peyğəmbər olaraq göndərildiyi əsnada da, sinəsinin yarıldığını açıqlamışdım. Necə ki, əbu Davud ət-Tayalisi, "Müsnəd"ində; əbu Nuaym; və "Dəlailu'n-Nübüvvə"də Beyhaqi də bunu rəvayət etmişlərdir.

------------------------------

"Köksünü və boğazının içindəki ətləri, yəni, boğazındakı damarları doldurdu."

Hədisdə keçən "ləğadid" haqqında, dil alimləri, belə demişlərdir:

"Ləğadid", damaqla boynun yan tərəfləri arasındakı ət parçalarıdır. Müfrədi, "luğdud" "liğdid" şəklindədir. Buna, ayrıca, "luğd" və cəminə də "əlğad" deyilməkdədir.

----------------------------------

"Səma əhli, Muhammədi, bu dəvətindən dolayı müjdələdilər."

Sanki onlara, Muhammədin göyə yüksəldiləcəyi bildirilmiş kimi idi. Bundan dolayı da, Onun gəlməsini gözləyirdilər.

(ibn Həcər Asqalani, "Fəthu'l-Bari şərh-u Sahihi'l-Buxari", 97-ci kitab: "Tövhid kitabı", 37-ci bab: "(Allahın): 'Və Allah, Musa ilə danışdı.' (Nisa/164) sözü babı", hədis no: 7517)

Read 13 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR