Milliyyətçilik

"İ'lem eyyühe'l-aziz (Bil, ey əziz qardaşım)! Asabiyet-i cahiliye (cahiliyyə təəssübü, irqçilik), birbirine tesanüt edip yardım eden:

• gaflet,

• dalâlet,

• riyâ ve

• zulmetten

mürekkep bir mâcundur. Bunun için milliyetçiler, milliyeti mâbud ittihaz ediyorlar (ilah kimi qəbul edirlər).

Hamiyet-i İslâmiye (İslam üçün səy göstərmək, onu qorumağa çalışmaq) ise, nur-u imandan in'ikâs (əks) edip dalgalanan bir ziyadır."

(Said Nursi, "Mesnevi-i Nuriye", Hubab risalesi, s. 98)

--------------------------

Ustad Nursi'nin təsbitini qısaca açıqlamağa çalışaq:

Burda irqçiliyin tərkibi verilmişdir. Suyun 2 molekul hidrogen, 1 molekul oksigendən tərkib edilməsi kimi, Ustad, irqçiliyin də, bir-birinə istinad və kömək edən bu 4 şeydən meydana gəldiyini söyləyir:

1. Qəflət;

2. Dəlalət;

3. Riya; və

4. Zülmət

Ona görə, irqçiliyi meydana gətirən bu 4 şeyin üzərində bir az durmaqda, fayda vardır:

1. Qəflət:

İrqçilərin birinci qəfləti, insanların qəbilələr halında yaradıldığına dair ayətin davamındakı hökmdən qafil olmalarıdır. Allah (azzə və cəllə), Hucurat surəsi 13-cü ayətdə belə buyurur:

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقْنَـٰكُم مِّن ذَكَرٍ وَأُنثَىٰ وَجَعَلْنَـٰكُمْ شُعُوبًا وَقَبَآئِلَ لِتَعَارَفُوٓا۟ ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ ٱللَّهِ أَتْقَىٰكُمْ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌ

"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır."

Bu qəflətdən qaynaqlanan bir başqa qəflət də, insanların irqlərini, özlərinin seçmədiyi, dolayısı ilə, onunla qürurlanmağa bir haqları olmadığı həqiqətindən qafil olmalarıdır.

• Birincisi, biz, bu qürurlandığımız irqə mənsub olmaq üçün hər hansı bir cəhd göstərmiş deyilik.

• İkincisi, universitet imtahanına girmiş şəxslər kimi, bir imtahandan keçərək müvəffəqiyyət qazanıb bu irqə daxil olmamışıq.

Elə isə, bir müvəffəqiyyətimiz bəhs mövzusu deyil ki, qürurlanmağımız bəhs mövzusu ola bilsin...

--------------------------

Dəlalət:

Dəlalət, istiqamətdən ayrılmış hər cür yalnış fikir, düşüncə və inancı ifadə edir. İslamda irqçilik (batil şeylərdə hər cür təəssüb) pisləndiyinə görə, demək ki, irqçilik, istiqaməti doğru olan bir yol deyildir. Ustadın da dediyi kimi, irqçiliyi meydana gətirən ünsürlərdən biri olaraq dəlalət (fikri azğınlıq), burda mühim rol oynayır.

----------------------------

Riya:

Riya, özünü başqalarına göstərmək, diqqətləri üzərinə çəkmək, deməkdir. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə rəvayət edilir:

"Sizin üçün qorxduqlarımın ən qorxuncu, kiçik şirkdir."

Səhabələr, kiçik şirkin nə olduğunu soruşduqlarında isə:

"Riya" deyə buyurmuşdur. (bax: Müsnəd, V, 124)

Yəni riya, Allah rizasının ziddidir. Haqqın rizası yerinə, məxluqların görməsinə əhəmiyyət vermək, gizli bir şirk qəbul edilmişdir.

Qaldı ki, irqçilər, öz fəzilətlərini, yaxşılıqlarını nəzərə verməkdən çox, əcdadının üstün və gözəl əməllərilə qürurlanır, onunla özlərini, başqa irqlərdən daha üstün göstərməyə çalışırlar.

Halbuki əcdadımızın fəzilətləri, bizə də sirayət etməz. Onları sadəcə rəhmətlə xatırlayarıq. Onların elmi, bizi alim etmədiyi kimi, zənginlikləri də, bizi kasıblıqdan qurtarmaz. Necə ki, Allah Taala, Bəqərə surəsinin son ayətində belə buyurur:

...لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا ٱكْتَسَبَتْ...

"...Hər kəsin qazandığı xeyir, yalnız onun özünə; qazandığı şər də, yalnız öz əleyhinədir..."

------------------------------

Zülmət:

Zülmət, nurun ziddidir.

• Ən böyük nur, imandır, küfr qaranlıq və zülmətini ortadan qaldırır;

• Elm də bir nurdur, cəhalət zülmətini ortadan qaldırır;

• Gözəl əxlaq da bir nurdur, pis əxlaqı ortadan qaldırır.

İrqçilik, bu 3 sahədə insana bir nur, aydınlanma bəxş etmədiyi üçün, sadəcə bir zülmətdir və insanın nəfs və ənaniyyətini (mənlik duyğusunu) qabartmaqla, onu nurdan uzaq qılan bir afətdir.

-----------------------------

Hamiyyet-i İslamiyye:

Allah Taala, Quranda, ancaq möminlərin bir-birilərilə qardaş olduqlarını xəbər verməkdədir. Bu İlahi mesajı yaxçıca anlayıb müsəlmanlara hansı irqdən olursa olsunlar:

• sevgi bəsləməyimiz;

• onlarla uxuvvət (qardaşlıq) bağlarımızı qüvvətləndirməyə çalışmağımız

gərəkdir. Belə etdiyimiz təqdirdə, iman nurundan məhrum qalan insanların imdadına da birlikdə qaçar və onların da Allahın razı olduğu qullar olmaqlarına səy göstərərik.

------------------------

Mənfi milliyətçilik, irqçilik, yuxarıda bildirdiyimiz kimi:

• qəflət;

• dəlalət;

• riya; və

• (fikir) zülməti (qaranlığının)

yoğrulmasından ortaya çıxan, təhlükəli və zərərli bir xəstəlikdir.

• Allahı unudan;

• Küfr və inkar qaranlıqlarında eşələnən;

• Həyatı göstəriş və nümayiş ilə keçən,

• Ruhu və qəlbi zifiri qaranlıq içində olan

adam, əlbətdə özünü məşğul edəcək bir oyuncaq və məşğuliyyət axtaracaqdır, ki, milliyyətçilik, irqçilik bunlardan bəziləridir.

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقْنَـٰكُم مِّن ذَكَرٍ وَأُنثَىٰ وَجَعَلْنَـٰكُمْ شُعُوبًا وَقَبَآئِلَ لِتَعَارَفُوٓا۟ ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ ٱللَّهِ أَتْقَىٰكُمْ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌ

"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır." (Hucurat/13)

Said Nursi (rahiməhullah), digər bir əsərində (Mektubat, 26. Mektup, 3. Mebhas, s. 307-308) bu ayətin təfsirində, belə deyir:

يَۤا اَيُّهَا النَّاسُ اِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَاُنْثٰى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَۤائِلَ لِتَعَارَفُوا

Yani,

لِتَعَارَفُوا مُنَاسَبَاتِ الْحَيَاةِ اْلاِجْتِمَاعِيَّةِ فَتَعَاوَنُوا عَلَيْهَا لاَ لِتَنَاكَرُوا فَتَخَاصَمُوا

Yani, "Sizi taife taife, millet millet, kabile kabile yaratmışım, tâ birbirinizi tanımalısınız ve birbirinizdeki hayat-ı içtimaiyeye (ictimai həyata) ait münasebetlerinizi bilesiniz, birbirinize muavenet (kömək) edesiniz .

Yoksa, sizi kabile-kabile yaptım ki, yekdiğerinize karşı inkârla yabanî bakasınız, husumet (düşmənlik) ve adâvet edesiniz değildir."

....Şu âyet-i kerimenin işaret ettiği teârüf (bir-birini tanımaq) ve teâvün (bir-birinə kömək etmək) düsturunun beyanı için deriz ki:

Nasıl ki:

• bir ordu fırkalara;

• fırkalar alaylara;

• alaylar taburlara, bölüklere, tâ takımlara

kadar tefrik edilir (ayrılır). Tâ ki:

• her neferin muhtelif ve müteaddit münasebâtı (çox sayda münasibətləri) ve o münasebâta (münasibətlərə) göre vazifeleri tanınsın, bilinsin

• tâ, o ordunun efradları (fərdləri), düstur-u teâvün (yardımlaşmaq düsturu, prinsipi) altında, hakikî bir vazife-i umumiye (ümumi bir vəzifə) görsün; ve

• hayat-ı içtimaiyeleri (ictimai həyatları), a'dânın (düşmənlərin) hücumundan masun (qorunmuş) kalsın.

Yoksa, tefrik (ayrılmalar) ve inkısam (qisimlərə bölünmələr):

• bir bölük bir bölüğe karşı rekabet etsin;

• bir tabur bir tabura karşı muhasamet (düşmənlik) etsin;

• bir fırka bir fırkanın aksine hareket etsin

değildir.

Aynen öyle de, heyet-i içtimaiye-i İslâmiye (İslamın ictimai həyatı), büyük bir ordudur; kabâil ve tavâife inkısam edilmiş (qəbilə və tayfalara bölünmüşdür). Fakat bin bir bir birler adedince cihet-i vahdetleri (birlik cəhətləri) var:

• Hâlıkları (Yaradanları) bir;

• Rezzâkları (Ruzi verənləri) bir;

• Peygamberleri bir,

• Kıbleleri bir,

• Kitapları bir,

• Vatanları bir-bir,

bir, bir, binler kadar bir, bir...

İşte bu kadar bir birler uhuvveti (qardaşlığı), muhabbeti ve vahdeti iktiza ediyorlar (gərəkdirirlər).

Demek, kabâil ve tavâife inkısam (qəbilə və tayfalara bölünmək), şu âyetin ilân ettiği gibi, teârüf (bir-birini tanımaq) içindir, teâvün (köməkləşmək) içindir; tenâkür (qarşılıqlı inkar) için değil, tehâsum (qarşılıqlı düşmənlik) için değildir..."

Ayətdə və ayətə Ustad Nursi'nin verdiyi təfsirdə, 3 əhəmiyyətli həqiqət nəzərə çarpır:

1. İnsanları millətlərə və qövmlərə bölüb dillərini və rənglərini fərqli qılan, Allahdır. İrqçilərin yad bir nəzərlə baxdıqları digər qövmləri var edən və onları fərqli qılan fail, Allahdır.

Demək, irqçilikdə zimni olaraq, Allaha qarşı bir düşmənlik vardır. Çünki feli bəyənməmək, zimni olaraq, Faili bəyənməmək deməkdir. Belə olduğu halda:

"İrqçilik=Allah düşmənliyi" desək, mübaliğə etmiş olmarıq.

2. Qövmlərin və millətlərin fərqli və müxtəlif qılınması, bir-birilərini inkar edib bir-birilərini düşmən olaraq görməsi üçün deyil, bir-birilərini tanımaq və bir-birilərilə yardımlaşmaq üçündür. Ayətdə ən gözə çarpan xüsus, təaruf (bir-birini tanımaq) və təavün (qarşılıqlı yardımlaşmaq)'dır.

Ustad, ayətdəki həqiqəti nəzərimizə, fəhmimizə yaxınlaşdırmaq üçün, ordu misalını verməktədir.

Əgər ordu, taborlara, bölüklərə, tağımlara ayrılmamış olsaydı, ordudakı vəzifə bölgüsü, imkansız və qarışıq olacaqdı. Bir əsgər, qisimlərə ayrılmamış ordu içində, harda necə duracağını, hansı vəzifə görəcəyini bilə bilməzdi.

Demək ki, taborlar, bir-birilərini tanımaq və yardımlaşmaq üçün bölünmüşlərdir. Yoxsa bir tabor başqa bir taboru inkar edib düşmən görsün deyə, deyildir.

İrqçilərin misalı, ordunun taborlara və bölüklərə ayrılmasına qəzəblənən bir axmağın misalı kimidir.

3. Qövmlərin fərqlilik ifadə edən yönlərinin, birlik ifadə edən yönlərinin yanında çox əhəmiyyətsiz və bəsit bir detal kimi durmasıdır.

Həqiqətən, qövmlərin fərqlilikləri, birliklərinin yanında, çox adi və bəsit qaldığı, açıqdır. Yəni qövmlər arasındakı birlik bağları, fərqlilik bağlarından qat-qat çoxdur. Elə isə, biz, niyə çoxu aza tabe qılıb bir-birimizə düşmən olaq?!

Ustad (rahiməhullah), bu birlik bağlarını belə sıralayır:

1. Xaliqləri bir;

2. Rəzzaqları bir;

3. Peyğəmbərləri bir;

4. Qiblələri bir;

5. Kitabları bir;

6. Vətənləri bir;

bir, bir, bir...minlər qədər bir birlər...

Bu qədər birlik cəhətləri varkən, ayrılıq yönlərini gün üzünə çıxarıb bunu düşmənlik vasitəsi halına gətirənlərin nə qadır zalım olduqları, açıqdır.

Read 62 times
In order to make a comment, please login or register