Möcüzənin adı: Günəş sistemi.

Bütün kainatda yeganə canlı məskəni olan mavi planet... Dünyamızın içində olan qüsursuz sistem... Tamamilə uyğunluq və həssas tarazlıqlar üzərində qurulmuş, bizi yaradan Allahın gücünün hüdudsuz  və bənzərsiz olduğunun dəlillərindən yalnız biridir.

 

Çoban ulduzu: Venera

Günəşə yaxın olan 2-ci planetdir. Təxminən Dünya böyüklükdə olub özünəməxsus atmosferə malikdir. Günəş doğulanda və batanda Günəşə yaxın olur, Dünyadan adi gözlə baxanda da görünür (xalq tərəfindən “Çoban ulduzu” kimi tanınır). Günəş və Aydan sonra ən parlaq göy cismidir. Veneranın digər planetlərdən fərqli və maraqlı cəhətləri də var.

Bunlardan ən maraqlısı 1 ilinin 1 gündən belə uzun olmamasıdır. Yəni Günəş ətrafında fırlanma sürəti öz oxu ətrafındakı fırlanma sürətindən daha çoxdur. Əlavə olaraq qeyd edək ki, Venera digər planetlərin əksi istiqamətində fırlanır. Digər planetlərin hamısı saat əqrəbi istiqamətində fırlanarkən, Venera saat əqrəbinin əksinə və çox yavaş bir şəkildə fırlanır.

 

Günəşə yaxın olan birinci planet: Merkuri

Merkuri Günəş sistemində kiçik olan ikinci planetdir və Günəşə yaxın olan planet adını daşıyır. Günəşə yaxın olduğuna görə, gündüz istiliyi 427oC-yə çatır. Atmosferə malik olmadığı üçün bu istiliyi tuta bilmir və gecələr istiliyi -173oC-yə düşür. Merkuri Günəşə yaxın planet olduğu üçün Günəş doğulanda və batanda adi gözlə Günəşin yanında parlaq bir ulduz kimi müşahidə edilə bilər.

 

Sistemin mərkəzi: Günəş

Kainatdakı saysız-hesabsız ulduzlardan biri olan Günəş, planetimiz də daxil olmaqla, Günəş sisteminin mərkəzini meydana gətirir. Təxminən 4,65 milyard yaşı olan bu nəhəng enerji qaynağının radiusu Dünyanın radiusunun 100 qatına bərabərdir. Günəş öz oxu ətrafında dövrəsini təxminən 27 gündə tamamlayır. Günəşin mərkəzində istilik 10 milyon dərəcə, xaricindəki istilik isə 5700 kelvindir.

Günəşin səthi təbəqələrdən meydana gəlir. Bu təbəqələrə nüvədən səthə doğru ardıcıllıqla fotosfer, xromosfer və xoruna adları verilmişdir.

 

Mavi planetin peyki: Ay

Dünyanın yeganə peyki olan Ay Dünyadakı hər hansı bir nöqtəyə görə Ayın Günəşlə eyni xəttə iki dəfə gəlişi arasında 29,53059 gün var; buna isə "sinodal periyod" deyilir. Ay təqvimi sinodal periyoda görə qurulmuşdur. Ayın mərhələləri təxminən 19 ildən bir eyni günə təsadüf edir. Ayın necə meydana gəlməsi haqqında hələ də heç bir fikir yoxdur. Günəş sistemi və Dünyanın meydana gəlməsi haqqında bir çox nəzəriyyələrin qarşıya qoyulmasına baxmayaraq, Ayın meydana gəlməsi ilə əlaqədar bir nəzəriyyə yoxdur.

 

Ən böyük planet: Yupiter

Yupiter sistemin beşinci və ən böyük planetidir. Kütləsi bütün planetlərin cəmindən iki dəfə çoxdur. 1.9 x 1027 kq. kütləsi və 142.800 km. ekvatoru ilə nəhəng planetdir. Bəzi hallarda Marsın parlaqlığı Yupiteri keçsə də, Günəş, Ay və Veneradan sonra səmanın 4-cü ən parlaq cismidir.

Yupiter Günəşdən aldığı enerjinin təxminən 2.5 qatını ətrafına yayır. Güman edilir ki, buna səbəb planetdəki qravitasiya çökməsinin hələ də davam etməsidir. Yupiterin ətrafında 6500 km. genişliyində və bir neçə kilometr qalınlığında halqası var. Bu nəhəng planet çox böyük maqnetik sahəyə malikdir. Bu sahə sayəsində 39 peyki tapılmışdır.

 

Saturn

Günəş sisteminin ikinci böyük planeti olan Saturnun diametrinin yarısı 60.400 km.-dir və 1.433.000.000 km.-lik məsafə ilə Günəşə yaxınlığına görə 6-cı sıradadır. Planet teleskopla baxılanda yaşılımtıl rəngdə görünür və adi gözlə görünən ən uzaq planetdir. Günəşdən uzaq olduğuna görə səth istiliyi təxminən 150oC-dir.

Planetin ətrafındakı halqalar illərlə sirr olaraq qalmışdır və bu da planetə insanların böyük maraq göstərməsinə səbəb olmuşdur.

 

Sirli planet: Uran

Uran 7-ci planetdir. Günəşdən  uzaqda yerləşdiyinə görə, haqqında çox məlumat öyrənilməmişdir. Planetin quruluşu və atmosferi haqqındakı məlumatlar əksər hallarda təxminlərə və 1986-cı ildə planetin yaxınlarından keçən Voyager 2 sondasından alınan məlumatlara əsaslanır. Bu məlumatlar əsasında planetin hidrogenlə zəngin, metan və helium ehtiva edən atmosferə sahib olduğu müəyyən edilmişdir. Səth istiliyi -2210C-dir və Dünyadakından daha böyük elektromaqnetik sahəyə malik nüvəsinin tapıldığı fikri irəli sürülür.

 

Qırmızı planet: Mars

Günəşə yaxınlıq dərəcəsinə görə Mars dördüncü planetdir. Səmada qırmızı rəngə malik görünüşü və özünə aid bir atmosferi vardır. Ölçüsünə görə, təxminən Dünyanın yarısı qədərdir. Gündüz ekvator istiliyi 10oC-yə çatır, lakin atmosferin bu istiliyi tuta bilməsi əlverişli olmadığı üçün, gecələr istiliyi -75oC-yə düşür. Marsda günün uzunluğu Dünyadakından yarım saat çoxdur, lakin Dünyaya görə Günəşə daha uzaq olduğu üçün bir ili 687 günə bərabərdir.

 

Neptun və Pluton

Günəşə ən uzaq məsafədə yerləşən bu planetlərin kəşfi riyazi hesablamalarla aparılır. Haqqında ən az məlumat olan planetlər Neptun və sistemin ən kiçik planeti olan Plutondur...

 

"Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır".  (Əraf surəsi, 54)

Read 5.609 times
In order to make a comment, please login or register