Möhkəm və mütəşabih nədir?

Muhkəm:

Bu da, "sövq edildiyi mənaya dəlalət edən bir ləfz olub mənası təvil və təxsisi qəbul etməyəcək dərəcədə açıq”dır. Bəzən, muhkəmdə, nəsxi belə qəbul etməyəcəyinə dəlalət edən bir ifadə mövcud olur. Məsələn:

"Cihad, qiyamətə qədər davam edəcəkdir." (əbu Davud, "Cihad", 33) hədisilə;

Qazf (zina böhtanı) cəzasına məruz qalan: "Onların şahidliklərini, əbədiyyən qəbul etməyin. Onlar, fasiqlərin məhz özləridirlər." (Nur/4) ayəti, belədir.

Burda, "əbədi olaraq" sözü, bu nass'ın möhkəm olub, nəsxi qəbul etməyəcəyini bildirir. Hətta, Hənəfi'lərə görə, bu son nass, istisna qəbul etməz.

Qazf cəzasına məruz qalan hər kəsin, tövbə etsə belə, şahidliyi qəbul olunmaz. Çünki, şəhadətin qəbul edilməməsi, dini bir cəzadır. İmam Şafi, bu görüşə qarşı çıxmış və belə demişdir:

"Tövbə edərsə, şahidliyi qəbul edilər. Çünki, Allah Taala, 'Ancaq bundan sonra tövbə edənlər və özlərini islah edənlər, müstəsnadır.' (Nur/5) buyurmuşdur."

Şafi'yə görə, bu istisna, kəlamın bütünündəndir. Dolayısı ilə, tövbə edənlərin şəhadəti qəbul edilə bilər. Hənəfilərə görə isə, bu istisna, kəlamın bir parçasına aid olub, tövbə edənlərin fasiqlikdən qurtulmalarıdır.

Muhkəmin nəsxi qəbul etməməsi, bəzən, dediyimiz kimi, nassın özündən olur; bəzən də, hər hansı bir nəsx sabit olmadan, Peyğəmbərin vəfat etmiş olmasından iləri gəlir. Nassın nəsxi qəbul etməməsi, özündəndirsə, ona, "muhkəm lizatihi" deyilir; nəsx edən başqa bir nass mövcud olmadığındandırsa, ona da, "muhkəm liğayrihi" adı verilir.

Muhkəm ləfzlər, hökmə dəlalət cəhətindən, bundan əvvəlki ləfz növlərinin hamısından qüvvətlidir. Bu etibarla, onlardan birilə zidd düşərsə, muhkəm tərcih edilir.

(əbu Zəhra, "Usulul-Fiqh")

-------------------------------------

-------------------------------------

Mütəşabih:

Bu, "mənası qapalı olan; başa düşülə bilməsi üçün ağılla bir yol tapıla bilməyən; kitab və sünnətdə təfsirinə rast gəlinməyən; və mənası, Allaha həvalə edilən nass"dır.

Burda, bu 2 xüsusu qeyd etmək istəyirəm:

1. Quranda, mütəşabih vardır. Çünki, Allah Taala, belə buyurur:

هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَـٰبَ مِنْهُ ءَايَـٰتٌ مُّحْكَمَـٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَـٰبِ وَأُخَرُ مُتَشَـٰبِهَـٰتٌ ۖ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَـٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ

وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ ۗ وَٱلرَّ‌ٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

• رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ

"Kitabı sənə nazil edən, Odur. O Kitabın bir qismi, muhkəm (mənası aydın ayələr)'dir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə, mütəşabih (mənası aydın olmayan ayələr)'dir. Qəlblərində əyrilik olanlar, fitnə-fəsad törətmək və istədikləri kimi təvil etmək məqsədilə, mütəşabihin ardınca düşərlər. Onun təvilini isə, Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə, deyərlər: 'Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir.' Bunu isə, ancaq ağıl sahibləri dərk edərlər. Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən, Vəhhab'san." (Al-i İmran/7-8)

Bu nass qarşısında, alimlər, Quranda mütəşabih (ayələr)'in olduğunda, ittifaq etsələr də; mütəşabihin hansı ayələrdə olduğunda, ixtilaf etmişlərdir. ibn Hazm, sadəcə,

~ Quranın surə başlarındakı muqattaa hərflər; ilə

"Qiyamət gününə and olsun." (Qiyamə/1); və

"And olsun günəşə və aydınlığına, ona tabe olduğu vaxt aya." (Şəms/1-2)

ayələri kimi and bildirən ləfzlərin mütəşabih olduğunu söyləməkdədir.

Bəzi alimlər də, ibn Hazm'ın iləri sürdüyü bu mütəşabihlərlə bərabər; Allahı, havadisə (sonradan yaradılmışlara) bənzədən ayələri də mütəşabih saymışlardır.

Alimlər, mütəşabihin mənasını tam olaraq başa düşməyin mümkün olmadığını qəbul etməklə bərabər; bəziləri, onu başa düşmək üçün çalışmış və bu mövzuda, geniş araşdırmalar aparmışdır. Bunun nəticəsində, bəzi ayələrin mütəşabih olmadığı iləri sürülmüşdür.

 

2. Təklif (haşiyə) ehtiva edən və İslam şəriətinin əsas hökmlərini bildirən ayələr, əsla mütəşabih deyildirlər. Bunların hamısı, ya özlüyündən, ya da Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bəyanı sayəsində, açıqdır. Necə ki, Peyğəmbər də, "Sizi, gecəsi, gündüzü kimi aydınlıq olan bir yol üzərində buraxdım." (əbu Davud, "Müqəddimə", 1, 6) buyurmuşdur. Zatən təklif ifadə edən nass'ların açıq olmaması və açıqlanmamış olması, imkansızdır.

-----------------------------------

(Haşiyə:

Təklifi hökm"bir işin edilməsini və ya edilməməsini tələb etməyi; ya da, iki şey arasındakı təxyir"i ifadə edir.

• Namaz qılmaq, zəkat vermək və həccə getmək, edilməsi istənilən hökmə misal olaraq verilə bilər.

• Edilməməsi istənilən hökmlər üçün, misal olaraq, yetim malının yeyilməməsini bildirən bu ayələri zikr edə bilərik:

...وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ ~

"Yetim malına, ən gözəl şəklin xaricində, yaxınlaşmayın..." (İsra/34);

~ ...وَلَا تَأْكُلُوهَآ إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُوا۟...

"Onu (yəni, yetim malını), israf edərək, tez-tələsik yeməyin." (Nisa/6);

Yenə, haqsız yerə başqalarının mallarını yeməyin nəhy edilməsi də, bu cür hökmlərdəndir. Necə ki, Quran'da,

...وَلَا تَأْكُلُوٓا۟ أَمْوَ‌ٰلَكُم بَيْنَكُم بِٱلْبَـٰطِلِ

"Mallarınızı, aranızda, haqsızlıqla yeməyin..." (Bəqərə/188) buyurulmuşdur.

Təxyir'ə misal olaraq, yeyib-içməyi, gəzməyi zikr edə bilərik. Qəbir ziyarəti də, belədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:

"Sizi, qəbir ziyarətindən nəhy edirdim. Artıq ziyarət edə bilərsiniz." (Muslim, "Cənaiz", 106) buyurmuşdur.

(əbu Zəhra, "Usulu'l-Fiqh")

------------------------------------

------------------------------------

Əlavələr:

Mütəşabih ləfzlərin zikr edilməsindəki hikmətlər:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mut%C9%99sabih-l%C9%99fzl%C9...

Read 24 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR