"Möminlər bina kimidirlər." hədisini izah edərsinizmi?
6528- Əbu Musa (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Mömin, möminə bir bina kimidir. Biri, digərini gücləndirər."
-----------------
6529- Numan b. Bəşir'dən rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Bir birilərini sevmələri, bir birilərinə mərhəmət etmələri və şəfqətləri xüsusunda möminlərin misalı, bir cəsədin misalı kimidir. Onun bir orqanı xəstələnəcək olarsa, cəsədin digər qisimləri yuxusuz qalmaqla və atəşi (hərarəti) yüksəlməklə ona qatılar."
------------------
6531- Numan b. Bəşir (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Möminlər, bir adam kimidirlər. Başı xəstələnəcək olarsa, cəsədin digər qismləri atəş (hərarət) yüksəlməsi ilə və yuxusuz qalmaq surətilə ona qatılar."
-------------------
6532- Numan b. Bəşir (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Möminlər, bir adam kimidirlər. Gözü xəstələnəcək olarsa, vücudunun bütünü xəstələnər. Başı xəstələnəcək olarsa, vücudunun bütünü xəstələnər."
(Nəvəvi, "əl-Minhac fi Şərh-i Sahih-i Muslim b. Haccac", "Birr (yaxşılıq), qohum-əqrəbalıq bağına riayət etmək və ədəb kitabı": "Möminlərin qarşılıqlı mərhəmətləri, şəfqətləri və köməkləşmələri babı")
-------------------------
Şərhi:
Bu hədislər, müsəlmanların bir biriləri üzərlərindəki haqlarının nə qədər böyük olduğu xüsusunda, olduqca açıqdır. Ayrıca bu hədislər:
• qarşılıqlı mərhəmətə;
• yaxşı və gözəl davranmağa;
• günah və məkruh olmayan xüsuslarda bir birilərilə köməkləşməyə
də, açıqca təşviq etməkdədir.
Yenə bu hədislərdə:
• bildirilmək istənilən mənanın daha asan anlaşıla bilməsi üçün təşbih edib nümunələr verməyin caiz olduğu da anlaşılmaqdadır.
---------------
"Cəsədin digər qisimləri ona qatılar..."
Yəni bir qismi, digər bir hissəsini, bu ağrıya qatılmağa çağırar.
- Dünyəvi arzular haqqında
- Malı çox olan varlılar haqqında hədis
- Malı çox olan varlılar haqqında hədis
- Köhnə paltarlar geyinmək imandandırmı?
- Qəriblər hədisi
- "Mənim ümmətimdən, daim Allah Taala tərəfindən dəstəklənən və onlara kömək etməyən xalqın zərər verə bilməyəcəyi bir camaat, qiyamət qopuncaya qədər, heç əskik olmayacaqdır." hədisi
- Allah təalanın Qiyamətə qədər yardım edəcəyi bir camaat.
- Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçməyən nemətlər
- "Kim qədr gecəsini o gecəyə isabət edərək-zənn edirəm bunu da söylədi: inanaraq və mükafatını umaraq qiyamla keçirərsə, o(nun günahı) bağışlanar." hədisini izah edərsinizmi?
- Qədr gecəsi