Müalicə ilə əlaqəli Zərurətlər. Açmaq, Baxmaq və Toxunmaq:
-Xəstəlik halında müayinə və müalicə üçün gizli yerlərin açılması, həkimin, qadın və kişi bədənində, baxılması halal olmayan yerlərə baxması zərurət səbəbiylə caizdir, icazəlidir. Ancaq müayinə və müalicə üçün lazım olan əllə toxunmaq, baxmaq və açmaq, zərurət miqdarına görə nizamlanmalı və bu miqdarı aşmamalıdır. (İbn Hacər əl-Asqalani, Fəthu'l-Bari, c. X, s. 150; İbn Abidin, Rəddu'l-muxtar, c. V, s. 244. )
Fiqh alimlərinin bu ölçü və nizamlama ilə bağlı sözlərinin bir nümunəsini Suyuti əl-Əşbah adlı əsərində nəql edir:
"Yad bir kimsə bir qadına çarx vurub qan almalı olarsa, tamamilə qolun örtülməsi fərz olub yalnız qan almaq üçün zəruri olan yer açılar, sarğıda da sağlam yerlərin, ancaq zəruri olan qisimi sarğı altında buraxılacaq." (Suyuti, əl-Əşbah və'n-nəzair, s. 60.)
Ancaq qadının kişi tərəfindən müalicə və müayinə edilməsi xüsusundakı bu rüsxət və icazə, ancaq o halda icazə verilir ki, mütəxəssis qadın həkim tapılmasın. Belə bir qadın həkim tapıla bilməzsə və ya qadın həkim tapılsa da elm və təcrübəsi kifayət etməzsə, kişi tərəfindən müalicəsi və zərurət miqdarı qədər baxmaq və toxunmaq caiz olar. əl-Məbsat'da bu xüsusa belə işarə edilmişdir:
"Qadının bir yerində çiban çıxsa kişinin ona baxması caiz deyildir. Ona baxmadan bir qadına çibanın necə müalicə ediləcəyini öyrədər. Çünki eyni cinsdən olanların bir-birinin (gizli yerlərini görmələri) daha həfifdir. Ancaq onu müalicə edəcək bir qadın tapıla bilməz və ya bir qadına müalicəni öyrətməyə müvəffəq ola bilməzlərsə və xəstə qadının ölməsi və ya ağır çəkməsindən də qorxarlarsa (elə bir təhlükə varsa) qadının lazım olan yerlərini örtərək kişinin onu müalicə etməsi və mümkün olduğu qədər də gözünü qorumusında zərər yoxdur; çünki bir cinsin digər cinsə baxması daha təhlükəlidir, belə bir təhlükə ortaya çıxınca da zərurət miqdarından artığı mübah olmaz." (əl-Məbsut, c. X, s. 156. əl-Feətava əl-Hindiyyə'dən (C. V, s. 343): Sünnəyə əsasən, mama və həkimin lazım olduğunda fərc baxması caizdir; əlindən gəldiyi qədər gözünü qoruyar, qadın həkimin qan alması təhlükəli olarsa yad kişi qan ala bilər.)
- İslama xidmət etmək məqsədiylə oxuduğunu söyləyən bir qadin çadrani çixardaraq oxuya bilərmi?
- Namaz qılan kişi,evlilikdən öncə evlənəcəyi qadınla əl-ələ tuta və ya onu öpə bilərmi?
- Boşanmalarda uşaqların himayəsi, şəriətə görə, kimə aiddir? Əgər qadının ilk əri vəfat edərsə, ərindən qalan uşaqlara baxmaq məsuliyyəti varmıdır?
- Diş teli, diş plombu, örtmə və protez dişlər qüslə mane olarmı? Qüsl və ya dəstəmaz əsnasında protez / taxma dişləri çıxarmaq lazımdırmı?
- Orqan nəqli olar?
- Qadın ilə kişi birlikdə olarkən diqqət edilməsi lazım olan mövzular nələrdir? Qız dostlarla danışmanın bir eybi varmı? Qadın ilə kişi arasında caiz olmayan hallar nələrdir?
- Qadınlara Məxsus Hallar (Heyz və Zahılıq)
- Harama baxmağın məsuliyyəti nədir? Olduğum mühitdə qadınlar da var; belə bir mühitdə özümü günahlardan qorumaq üçün nə etməliyəm?
- AİLƏ DAXİLİ HÜQUQ
- Hamiləykən namaz qılmaq olarmı; qılınarsa nələrə diqqət edilməlidir?