Mübah nədir?
"Mübah": "Şər'i cəhətdən mükəlləfin edib-etməməkdə muxayyər olduğu şey"dir. Məsələn:
~ yemək;
~ içmək; və
~ təmiz (yəni, günahsız) bir şəkildə əylənmək
kimi...
Şəvkani, mübahı tərif edərkən, belə deyir:
"Mübah, işləndiyi vaxt da, tərk edildiyi vaxt da, təriflənməyi gərəkdirməyən şey'dir. Yəni, işləyən və ya tərk edən kimsə üçün, bir zərəri yoxdur. Mübah sözü, bəzən, 'əslində haram olduğu halda, işlənərsə zərəri olmayan şey'ə də deyilir. 'Mürtədin qanı, mübahdır.' sözü, belədir ki, onu öldürən üçün, bir zərər yoxdur, deməkdir. Halal, caiz və mütləq sözləri də, mübah mənasında istifadə edilir."
Görülür ki, Şəvkani, əslində, zatı etibarı ilə haram olan və arizi bir haldan dolayı halal qılınan şeyləri, mübaha daxil edir. Məsələn:
~ İnsan olması səbəbilə, "mürtədin qanını tökmək, haramdır. Ancaq irtidad edincə, bu hurmət (haramlıq), qalxır. Yenə,
~ Bir ər üçün xanımının mehrindən bir qismini kəsmək və ya geri almaq, haramdır. Çünki, Allah Taala:
وَإِنْ أَرَدتُّمُ ٱسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَءَاتَيْتُمْ إِحْدَىٰهُنَّ قِنطَارًا فَلَا تَأْخُذُوا۟ مِنْهُ شَيْـًٔا ۚ أَتَأْخُذُونَهُۥ بُهْتَـٰنًا وَإِثْمًا مُّبِينًا
"Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız?" (Nisa/20) buyurmuşdur.
Lakin, ər-arvad arasındakı davamlı anlaşılmazlıq və çəkişmə nəticəsində, qadının, öz mehrindən bir qismini, özünü boşaması üçün ərinə verməsi; və onun da bunu qəbul etməsi, caiz görülmüşdür.
Lakin, nəzərə almaq lazımdır ki,
~ qadının, öz mehrinin bir qismini ərinə tərk etməsi; və
~ irtidad edən şəxsin öldürülməsinin caiz olaraq görülməsi,
edilib-edilməməsi bərabər olan "mübah" mənasına gəlməz. Çünki,
~ ər-arvad arasında münasibət çətinləşər və çətinlik də qadında olarsa, ayrılmaq üçün, onun, ərinə bir miqdar pul verməsi lazım gəlir. Hərçənd, kişinin, bunu götürüb-götürməməsi mübah olub; hər iki halda da, özü üçün bir günah yoxdur.
~ Mürtədə gəlincə, tövbə təklif edildiyi halda küfründə israr edərsə, öldürülməsi vacib olur. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Kim dinini dəyişdirərsə, onu öldürün." buyurmuşdur.
Bundan başa düşülür ki, günahın qalxması, hər zaman, bir şeyin mübah olmasını gərəkdirməz. Hətta bəzi halda, bu, vücub (vaciblik) belə ifadə edər.
İbahə (yəni, bir şeyin mübah olması), bu 3 şeydən birilə sabit olur:
1. Günah olmadığı bildirilməklə;
2. Haram olduğuna dair bir nass'ın mövcud olması ilə;
3. Halal olduğuna dair bir nass'ın mövcud olması ilə.
• Bu ayə, birincisinə misaldır:
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ ٱلْمَيْتَةَ وَٱلدَّمَ وَلَحْمَ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ بِهِۦ لِغَيْرِ ٱللَّهِ ۖ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَلَآ إِثْمَ عَلَيْهِ
"O, sizə, ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni, haram etmişdir. Hər kəs, harama meyl etmədən və həddi aşmadan, bunlardan yeməyə məcbur olarsa, bu, ona günah hesab edilməz." (Bəqərə/173)
• İkincisinə, radioya qulaq asmaq kimi haram qılınmayan bir çox misal mövcuddur.
• Üçüncüsü üçün də, təmiz şeylər yeyib-içməyi misal verə bilərik. Necə ki, Quranda,
ٱلْيَوْمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَـٰتُ ۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَّهُمْ
"Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır." (Maidə/5) buyurulmuşdur.
Əşya (şeylər)'in mübah olması, bunların vaxt və növlərini təyin cəhətindəndir. Məsələn, yeməyin vaxt və növünü seçmək, mübahdır. Yemək yemək isə, həyatın davamı üçün, zəruri bir şeydir. İnsan, istədiyi vaxt və istədiyi qadınla evlənə bilər. Ancaq evlənməsi, mətlubdur. İnsan, günahsız bir şəkildə əylənə bilər. Ancaq, bütün vaxtını əyləncə ilə keçirə bilməz.
Demək ki, ibahə, ümumi deyil, xüsusi hallar və şərtlərə bağlıdır.
Şatibi, edilməsi istənilən şeyə (yəni, mətluba) xidməti cəhətindən, mübahı 4 qismə ayırmaqdadır:
1. Edilməsi istənilən bir işə köməkçi olur. Bu, cüz etibarı ilə (yəni, tək-tək), mübahdır. Küll olaraq (bütünü ilə) edilməsi, mətlubdur. Yeyib-içmək və evlənmək kimi. Bunları tamamilə tərk etmək, doğru olmaz.
2. Tərk edilməsi istənilən bir işə köməkçi olur. Bu da, cüz etibarı ilə mübah olub küll olaraq tərk edilməsi, mətlubdur. Əylənmək və musiqi dinləmək kimi. İnsanın, bütün vaxtını bunlarla keçirməsi və işini-gücünü tərk edib gəzməsi, caiz olmaz.
3 və 4. Bu qisimlərə girən mübahlar, ya bir mübaha köməkçi olur; ya da heç bir şeyə köməkçi olmaz. ("əl-Muvafaqat", 1-ci cild, s. 141-142)
Mübah mövzusunu bitirmədən əvvəl, bu 2 şeyə işarət edəcəyik:
1. (Fiqh) üsul(u) haqqında danışan mötəzilə alimlərindən Ka'bi, şəri hökmlər arasında mübahın olmadığını söyləməkdədir. Ona görə, şər'i hökmlər arasında, mükəlləfin edib-etməməkdə muxayyər olduğu bir şey, yoxdur. Şəriətdə, bir iş, ya ediləcəkdir və ya edilməyəcəkdir. Edilməsi və ya edilməməsi bərabər olan bir şey, şəriətdə mövcud deyildir. Mükəlləfin bir işi etməsi, onun mənfəətini; etməməsi də, zərərini gərəkdirməkdədir. Zərər və mənfəət bərabər olmayacağına görə, Şari, mənfəəti çox olan şeyin edilməsini; zərəri çox olan şeyin də, edilməməsini əmr etmişdir. Dolayısı ilə, nə tərifi, nə də qınanmağı gərəkdirən, varlığı və yoxluğu bir olan mübahın mövcud olması, imkansızdır. Şari, bir şeyin həm edilməsini, həm də tərk edilməsini, necə istəyə bilər?! Məsələn, ehtiyaca kifayət edəcək və cismi tələf etməyəcək qədər yeyib-içmək lazım gəlir. Bax mübah deyilən bir şey, belədir. Digər tərəfdən, şəri hökmlər, şəxsin niyyətinə bağlıdır. Hər iş, bir məqsədlə edilir:
~ ya savab qazanmaq;
~ ya da cəzadan çəkinmək.
Bir iş yaxşılıqdırsa, savab; pislikdirsə, cəza ilə nəticələnir. Mükəlləflərin felləri üzərindəki Şari'nin hökmü, qəbul və ya rədd etmə cəhətindən, əxlaqi hökmə bənzəyir. Daim, niyyət və qəsdə yönəlir. Məqsədlərə görə edilməsi və ya çəkinilməsi yönündən (təzahür) edir.
əl-Ka'bi'nin bu görüşləri, bir cəhətdən yerindədir. Bununla bərabər, bir işi edib-etməməkdə insanın muxayyər olduğu şeylər, yəni mübah vardır. Bəli, yemək məcburiyyətindəyik. Lakin, yeyəcəyimiz şeyin növlərini seçməkdə, sərbəstik. Bax bu, bir ibahədir.
2. Mübah adı verilən bir şeyin ibahəsi, nisbidir. Yəni, Allah Taala, onun üçün, əzab etməyəcəkdir, onu bağışlamışdır. Necə ki, cahiliyyə dövründə edilən bəzi işlər, İslam gəlincə qadağan edilmiş; lakin daha əvvəl bunları edənlər, əfv edilmişdir. Məsələn, bir şəxs, cahiliyyədə, atasının xanımı ilə evlənə bilirdi və ya 2 bacını bir nikah altında birləşdirə bilirdi. İslam, bunları qadağan etdi və daha əvvəl belə edənləri də, bağışladı. Quranda da, bu xüsus üçün, "Keçmişdə olanlar, istisnadır." (Nisa/22) buyurulmuşdur.
Yenə, bəzi şeylər, İslamın ilk günlərində qəti olaraq haram edilməmiş; lakin, daha sonra, bunlar haqqında qəti əmrlər gəlmişdir. İçkinin haram edilməsi, belədir. Bu mövzuda, son olaraq gələn ayədə, Allah Taala, belə buyurmuşdur:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَـٰمُ رِجْسٌ مِّنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَـٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ
"Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (Maidə/90-91)
Bu ayələr gəlmədən əvvəl, içki, haram deyil, mübah idi. Dolayısı ilə, bundan əvvəl içki içənlər, sorğu-sual edilməyəcəklər.
Bu və bənzəri hallara, bəzi fəqihlər, "əfv mərtəbəsi" adını vermişlərdir ki, bu, mübah ilə haram arasında bir dərəcədir. Onlara görə,
~ fayda və zərəri, edilməsi və tərk edilməsi bərabər olan; və ya
~ failinin nə təriflənəcəyi, nə də qınanacağı düşünülən
bir hökmün varlığı, imkansızdır. Məsələn, Allah (subhənəhu), içkini qəti olaraq haram qılmadan əvvəl, bunun fayda və zərərinin bərabər olduğunu bildirmədiyi kimi; onu tərk edən kimsənin təriflənməyəcəyini və içki içən kimsənin qınanmayacağını açıqlamamış; sadəcə, belə buyurmuşdur:
يَسْـَٔلُونَكَ عَنِ ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ ۖ قُلْ فِيهِمَآ إِثْمٌ كَبِيرٌ وَمَنَـٰفِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا
"Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: 'İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür." (Bəqərə/219)
O halda, günahı faydasından daha böyük olan bir şeyin mübah olması; failinin qınanmaması və onu tərk edən kimsənin təriflənməməsi, mümkün deyildir.
Bir üzr səbəbilə, haram olduğunu bilməyərək qadağan olan bir şeyi işləyən kimsə də, belədir. Məsələn, bir kimsə, aralarında evlənməyə mane bir məhrəmiyyəti olduğunu bilməyərək bir qadınla evlənsə; sonra da, aralarında süd qardaşlığı kimi bir məhrəmiyyət olduğunu öyrənsə və ya İslamı yeni qəbul etdiyi üçün bunun haramlığını bilmədiyi başa düşülsə, o, batil olması sonradan ortaya çıxan bir əqdlə evlənərək qadınla zifafa girməkdə, üzrlü sayılır. Lakin, nikah əqdinin batil olduğunu öyrənmədən əvvəlki halına nisbətlə, bu fel, mübah sayıla bilməz. Bəlkə, günah ilə mübah arasında bir mərtəbə təşkil edər. Bax buna, "əfv mərtəbəsi" deyilir.
Bu fəqihlərin mübaha baxış tərzi, yəni, fayda və zərəri bərabər olan; faili, nə təriflənən, nə də qınanan şeyə mübah demələri nəzərə alınarsa, belə bir mərtəbəni qəbul etmək lazımdır. Çünki, fayda və zərəri bərabər olan; faili, nə təriflənən, nə də qınanan; haqqında nass varid olmadığı üçün və ya cəhalət kimi bir üzr səbəbilə cəzanı gərəkdirməyən bəzi felləri bu (kateqoriya)'da toplamaq, pis olmaz. Allah (subhənəhu və taala), hökm verənlərin ən xeyirlisidir.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
