Mucib isminin şərhi

45. Mucib isminin şərhi:

~ İstəyənlərin istəklərinə yardım ilə qarşılıq verən;

~ Dua edənlərin duasına icabət edən (cavab verən);

~ Çətində qalanların çətinliklərinə kifayət edən

(Zat)'dır.

Hətta, nida (yəni, dua)'dan əvvəl nemət verən; duadan əvvəl ehsan edəndir. Bu (sifət), Allah (azzə və cəllə)'dən başqası üçün deyildir. Çünki O, möhtacların ehtiyaclarını, onlar istəmədən əvvəl, hətta əzəldən bilməkdədir. Yemək və qidaları yaradaraq, ehtiyacların kifayət etmə səbəblərini tədbir edəndir. Mühim olan xüsuslara çatdıran səbəb və alətləri asanlaşdırandır.

Tənbeh: Qulun, ilk əvvəl, Rabb Taala'sının əmr və nəhy etdiyi, vəzifələndirdiyi və dəvət etdiyi (yəni, çağırdığı) xüsuslara qarşı, mucib (yəni, icabət edən, cavab verən) olması lazımdır. Sonra da ---> Allah (azzə və cəllə)'nin, özünü nemətləndirdiyi və bunlarda digərlərinə müqtədir qıldığı nemətlərlə, özündən istəyən hər kəsə gücü nisbətincə kömək etməli; əgər gücü çatmazsa da, gözəl cavab verməlidir. Allah (azzə və cəllə), belə buyurmaqdadır:

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ

"Səndən kömək diləyəni, qovma!" (Duha/10)

Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, belə buyurmaqdadır:

"Məni qoyun ayağı yeməyə dəvət etsələr, gedərəm; Mənə qoyun ayağı hədiyyə etsələr, qəbul edərəm." (Buxari, hədis no: 2568)

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dəvətlərə qatılması və hədiyyələri qəbul etməsi, Özündə son dərəcədə olan ikram və icabdandır.

Neçə-neçə həqir və təkəbbürlü adamlar vardır ki, hər hədiyyənin qəbulundan özünü ucaldar (yəni, hər hədiyyəyə tənəzzül etməz); əksinə, öz mövqeyini və kibirini qoruyar; onu dəvət edənin, özündən bir şey istəyənin qəlbinin əziyyət görməsinə də, əhəmiyyət verməz. Belələrinin, bu ismin mənasından nəsibi yoxdur.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

-----------------------------------

Əlavələr:

"Dua və istəklərə cavab verən."

"Rəbbiniz buyurdu: Mənə dua edin. Sizə cavab verim. "(Mumin, 60)

Dua, ‘istəmək, tələb etmək' deməkdir. Dua deyilincə, ağlımıza, əvvəlcə, əl açıb yalvarmaq gəlir. Bu, duanın yalnız bir şəklidir və ‘qövli (yəni, sözlü) dua' olaraq adlandırılır.

Bütün nüvələr, toxumlar, yumurtalar, spermalar, istedad diliylə dua edərək, bu istedadlarının qüvvədən (yəni, potensialından) hərəkətə çıxmasını tələb edərlər. Dünyada sərgilənən bütün heyvan və bitki növləri, bu dualara cavab verildiyini elan edər və Mucib adından bir təcəlli daşıyarlar.

Fitri ehtiyaclarla edilən dualara iki misal:

Göz, görmə fitrətindədir, yəni yaradılışında görmə vardır və görmək üçün də işığa möhtacdır. Həmçinin mədə, həzm etmə fitrətindədir və ruziyə ehtiyacı vardır. Bu dualara da cavab verilmiş və günəş bir işıq qaynağı edilərkən, dünya də ruzilərlə doldurulmuşdur.

İzdirar diliylə edilən dua isə: çarəsizlik içində qıvrılan, yapışacaq heç bir budağı qalmayan ruhların Allahdan mədət diləmələridir. Bunun bir nümunəsi, Yunus əleyhissalamın balığın qarınında etdiyi duadır və bu dua dərhal qəbul edilmişdir.

Bütün bu dualara, Allah cavab verər. Həqiqi Mucib, ancaq Odur.

 

Bu isimdən qulun alacağı dərs: hər şey üçün və daim Allaha möhtac olduğunu xatirdən çıxarmayaraq, ehtiyacları üçün ancaq Onun qapısını döymək, Ondan mədət diləməkdir.

Ayrıca, "Verən əl, alan əldən xeyirlidir." hədisini də düşünüb, özündən istəyənlərə verməyə çalışmaqdır.

 

Read 8.409 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR