Müctəhid kimdir?
“Mütləq müctəhid, şəriətin ümumi və xüsusi dəlilləri vasitəsilə şəriətin hökmlərini və sonradan çıxan işlərdə şəriətin hökmlərini müstəqil şəkildə dərk edən, fiqhin çoxunu bilən kimsədir. Kitab və Sünnəti, onlardan hökmlərlə əlaqəli olanları, onun həqiqətini və məcazını, onun əmri ilə qadağasını, mucməl olan ilə təfsilatlı olanı, muhkəm ilə mutəşabih olanı, xüsusi ilə ümumi olanı, mütləq ilə qeyd bağlanmış olanı, nəsx edən ilə nəsx edilmişi, istisna edən ilə istisna ediləni, sünnətin səhihi ilə zəifini, mütəvatiri ilə əhəd olanı, mürsəl ilə musnəd olanı, sənədi tam olan ilə qırıq olanı, hər bir əsrdə və hər bir ölkədə fiqhi əhkamla bağlı məsələlərdə (alimlərdan) razılaşanlar ilə ixtilaf edənləri, onların arasındakı dəlilləri, şübhələri və firqələri, qiyası, şərtlərini və bununla bağlı işləri, Hicazda, Şamda, Yəməndə, İraqda və onların ətrafında yaşayan ərəblərin danışdığı, istifadə etdikləri ərəb dilini və bundan başqa elmləri bilməsi vacibdir.”
İbn Həmdən, “Sifətul-Fətva val-Mufti val-Mustəfti”, səh: 16; əl-Məktəb əl-İsləmi, birinci nəşr: hicri 1380;
- İman, İslam və İhsan hədisinin izahı
- Müharibə zamanı hansı kateqoriya insanları öldürmək olmaz?
- İctihad nədir?
- Kəlam elmi bidətdirmi?
- Təqlid-3
- "Ümmətimin ixtilafı rəhmətdir."
- İman və İslam eyni şeylərdirmi?
- İctihaddan bir və iki savab qazananlar.
- İctihaddan bir və iki savab qazananlar.
- Hər hansı bir kimsənin cənnətlik və ya cəhhənəmlik olduğunu necə bilə bilərik?