Müfəssər nədir?

Bu, "siyaqa görə qəsd olunan mənaya dəlalət edən ləfz"dir. Məsələn,

...وَقَـٰتِلُوا۟ ٱلْمُشْرِكِينَ كَآفَّةً كَمَا يُقَـٰتِلُونَكُمْ كَآفَّةً...

~ "...Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun..." (Tövbə/36) ayəti, belədir.

Məsələn,

~ Xəta ilə adam öldürməkdə diyət əmr edən, "Məqtulun ailəsinə diyət vermək lazımdır." (Nisa/92) ayətini, hədis təfsir etmiş; yəni, bu diyətin miqdar, hüdud və növlərini açıqlamışdır.

Burda, birinci nass, "müfəssər" (açıqlanmış); ikincisi də, "müfəssir" (açıqlayan) adını almışdır.

~ Zəkat da, belə sünnət tərəfindən açıqlanmışdır. Yenə,

~ Oğurluğun cəzasını ehtiva edən ayə də, oğrunun əlinin kəsiləcəyini bildirmişdir. Lakin, bu ayə, təfsirə deyil; təxsisə əlverişlidir. Dolayısı ilə, oğrunun əlinin kəsilə bilməsi üçün oğurladığı mala, bir nisab təyin edilmiş və bu malın, mühafizə altında olması da şərt qoşulmuşdur. Bu xüsusda, 2 hədis varid olmuşdur:

~ "Ağacdakı meyvə və xurma kimi şeylərlə, əl kəsmək yoxdur." ("Müsnəd", 3-cü cild, s. 464); və

~ "10 dirhəmdən az olan şeylərdə, əl kəsilməz." (Zeylai, "Nasbu'r-Rayə", 3-cü cild, s. 359)

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən bu 2 xəbər, təfsir edici (müfəssir) nass'lardan sayılır.

Bir ləfz, mücməl və ya müştərək olub onu təfsir edən bəzi sünnət mövcud olarsa, belə sünnətlərin hamısı, o ləfzi müfəssər qılar. Yuxarıda işarət etdiyimiz kimi, bəşəri hüquqda da, təfsir edici qanunlar mövcuddur. Bunlar, qanunda izaha möhtac olan kəlimələrin mənalarını təyin edər və onları, digər ehtimallardan uzaqlaşdırar.

Təfsir, ləfzin özü ilə ola biləcəyi kimi; başqa dəlillərlə də ola bilər. Bunlar da, sünnət və ya Qurandan götürülə bilər. Təxsis və təvili ortadan qaldıran təfsir, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə gerçəkləşmişdir.

Müfəssər ləfz, mənaya dəlalət xüsusunda, zahir və nass'dan qüvvətlidir. Çünki bu, təxsis və təvilə ehtimal buraxmaz. Ancaq nəsxi qəbul edər; dolayısı ilə, zahir və ya nass'la zidd düşərsə, müfəssər tərcih edilər.

Qətilik ifadə edən təfsir, Peyğəmbər (sallallahu aleyhi və səlləm) zamanında mövcud olmuşdur. İctihada istinad edilərək edilən sonrakı təfsirlər, qətilik ifadə etməz və Quran ləfzi, bununla müfəssər sayılmaz. Bir də, fəqihlərin təfsir və təvilləri arasında, belə bir fərq vardır:

~ Təfsir, ləfzi, ibarəsinin dəlalət etdiyi mənanın xaricinə çıxarmaz və fiqhi görüşə söykənir;

~ Təvil isə, ləfzləri, başqa bir dəlil səbəbilə zahiri mənasının xaricinə çıxarır.

(əbu Zəhra, "Usulul-Fiqh")

Read 17 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR