Müharibə vaxtında müşriklərdən, xristiyan və yəhudilərdən kömək istəmək caizdirmi?

2572. Bizə, Yunus rəvayət etdi ---> Bizə, ibn Vehb xəbər verdi ---> Mənə, Malik b. Ənəs, Fudayl b. əbi Abdullah'dan xəbər verdi. O ---> Abdullah b. Niyar əl-Əsləmi'dən, o da ---> Urvə b. Zubeyr'dən ---> Nəbi (sallallahu aleyhi və səlləm)'in zövcəsi Aişə'nin

belə dediyini rəvayət etdi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Bədr'ə doğru yola çıxdı. Harratu'l-Vəbrə deyilən yerə gəldiyində, cəsur və qəhrəmanlığı ilə tanınmış bir adam, Ona çatdı. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əshabı, onu gördüklərində, sevindilər. O, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına çatdığında: "Sənə tabe olmağa və Səninlə bərabər (bəzi şeylər) əldə etməyə gəldim." dedi.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Allah və rəsuluna iman edirsənmi?" deyə soruşdu.

- (Adam): "Xeyr." deyincə,

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Elə isə, geri qayıt. Biz, bir müşrikin köməyini (əsla) almarıq." deyə buyurdu.

(Ravi davam edərək, belə deyir):

Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Öz yoluna davam etdi. Nəhayət, biz, Şəcərə deyilən yerə gəldiyimizdə, o adam gəlib Ona çatdı və birincisində söylədiklərinin eynisini söylədi. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, ona, birincisində söylədiklərinin eynisini söyləyincə, adam, yenə: "Xeyr." dedi.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Geri qayıt. Çünki Biz, (əsla) bir müşrikin köməyini almarıq." deyə buyurdu.

Adam geri qayıtdı və Beyda deyilən yerdə, Ona çatdı. Allah rəsulu (sallallahu aleyhi və səlləm), ona, birincisində söylədiklərinin eynisini söylədi: "Allaha və rəsuluna iman edirsənmi?"

- Adam: "Bəli." deyincə,

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Elə isə, yola çıx." deyə buyurdu. (Muslim, "Səhih", 1817)

-------------------------

-------------------------

2573. Bizə, Yəhya b. Osman rəvayət etdi ---> Bizə, Nuaym b. Hammad rəvayət etdi ---> Bizə, ibnu'l-Mübarək rəvayət etdi ---> Bizə, Malik b. Ənəs, Fudayl b. əbi Abdullah'dan xəbər verdi. O ---> Abdullah b. Niyar'dan, o da ---> Urvə b. Zubeyr'dən, Aişə (radiyallahu anha)'nın

belə dediyini rəvayət etdi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Bədr'ə (doğru yola) çıxdı. Harratu'l-Vəbrə deyilən yerdə ikən, olduqca cəsur və güclü bir döyüşçü, Ona çatdı. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əshabı, onu görüncə buna sevindilər.

- (Adam): "Ey Muhamməd! Səninlə bərabər çıxım, döyüşüm və qənimətdən bir şey götürüm." dedi.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Allaha və rəsuluna inanırsanmı?" deyə soruşdu.

- (Adam): "Xeyr." deyincə,

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Elə isə, geri qayıt. Çünki biz, bir müşriyin köməyini almarıq."

Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm), yoluna davam etdi. Zu'l-Huleyfə'yə çatdığında, o adam, Ona çatdı. Bu hal, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əshabının xoşuna gəldi və: "Bax bu, filan kimsədir, geri qayıtdı." dedilər.

- (Adam): "Ey Muhamməd! Səninlə bərabər döyüşə çıxım, döyüşüm və mən də, (qənimətdən) bir şey əldə edim." dedi.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Allaha və rəsuluna inanırsanmı?" deyə soruşdu.

- (Adam): "Xeyr." deyincə,

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Elə isə, geri qayıt. Çünki Biz, (əsla) bir müşriyin köməyini almarıq." deyə buyurdu.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), yoluna davam etdi. Nəhayət, Beyda deyilən yerin üstünə çatdığında, o adam, Ona çatdı. Bu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əshabının xoşuna gəldi.

- (Adam): "Ey Muhamməd! Səninlə bərabər çıxım, döyüşüm və bir şey əldə edim." dedi.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Allaha və rəsuluna iman edirsənmi?" deyə soruşdu.

- O: "Bəli." deyincə,

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Elə isə, bəli (yəni, gələ bilərsən)." deyə buyurdu. (Tirmizi, "Sünən", 1558; əbu Davud, "Sünən", 2732; Əhməd b. Hənbəl, "Müsnəd", Vl, 67-68)

-----------------

-----------------

2574. Bizə, əbu Umeyyə rəvayət etdi ---> Bizə, Bişr b. Ömər əz-Zəhrani rəvayət etdi ---> Bizə, Malik b. Ənəs, Fudayl b. əbi Abdullah'dan rəvayət etdi. O ---> Abdullah b. Niyar'dan, o da ---> Urvə'dən, o ---> Aişə (radiyallahu anha)'dan rəvayət etdiyinə görə:

Bir adam, Bədr'ə getmək istədiyi vaxt, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə: "Səninlə bərabər çıxımmı?" deyə soruşdu.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Biz, bir müşrikin köməyini almarıq." deyə buyurdu.

Bişr deyir:

Mən, Malik b. Ənəs'dən: "ibn Şihab, Safvan b. Umeyyə'nin, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər yola çıxıb, Huneyn və Taif döyüşlərində kafir olduğu halda iştirak etdiyini rəvayət etmirmi?" deyə soruşdum.

- (Ənəs): "Bəli. Lakin, o, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər yola çıxdı. (Bununla bərabər), Allah rəsulu (sallallahu aleyhi və səlləm), ona, bunu əmr etməmişdi." dedi. (haşiyə)

-------------------------

(Haşiyə:

Hədis, Muslim'in şərtinə görə səhihdir. (Təbəri, XIV, 178)

--------------------------

--------------------------

2575. Bizə, Əli b. Abdu'r-Rahmən b. Muhamməd b. Muğirə əl-Kufi rəvayət etdi ---> Bizə, Yəhya b. Main rəvayət etdi ---> Bizə, Abdu'r-Rahmən b. Mehdi, Malik'dən ---> O, Fudayl b. əbi Abdullah'dan, o ---> Abdullah b. Niyar'dan, o da ---> Urvə'dən rəvayət etdi. Onun da ---> Aişə (radiyallahu anha)'dan rəvayət etdiyinə görə,

Bir adam, Nəbi (sallallahu aleyhi və səlləm)'ə çataraq, Onunla birlikdə döyüşdü. Nəbi (sallallahu aleyhi və səlləm): "Geri qayıt. Çünki biz, bir müşrikin köməyini almarıq." deyə buyurdu. (haşiyə)

-------------------------

(Haşiyə:

İsnadı, Muslim'in şərtinə görə səhihdir. Hədisi, Əhməd, "Müsnəd"ində (lll, 148-149); Muslim, "Səhih"ində (1817), Abdu'r-Rahmən b. Mehdi'dən, bu isnadla rəvayət etmişdir.)

--------------------------

--------------------------

2576. Bizə, Əli b. Abdu'r-Rahmən rəvayət etdi ---> Bizə, Abdullah b. Yusuf rəvayət etdi ---> Bizə, Malik b. Ənəs, Fudayl b. əbi Abdullah'dan rəvayət etdi. O ---> Abdullah b. Niyar'dan, o ---> Urvə b. əz-Zubeyr'dən, o ---> Nəbi (sallallahu aleyhi və səlləm)'in zövcəsi Aişə'dən rəvayət etdi. Ardından, Yəhya b. Osman'ın, Nuaym'dan, onun da ---> ibnu'l-Mübarək'dən rəvayət etdiyinin

eynisini zikr etdi. Ancaq o (ibnu'l-Mübarək), Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə (bu adamın) Zu'l-Huleyfə'də qarşılaşmasını zikr etmədi. (haşiyə)

----------------------------

(Haşiyə:

İsnadı, Muslim'in şərtinə görə səhihdir.)

-----------------------------

-----------------------------

əbu Cəfər (ət-Tahavi) deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən nəql etdiyimiz rəvayətdə, Onun, "Şübhəsiz, Biz, bir müşrikin köməyini almarıq." ifadəsi keçməkdədir.

Biz, əbu Umeyyə'nin, Bişr b. Ömər'dən, onun ---> Malik'dən, onun da ---> ibn Şihab'dan

rəvayət etdiyi (2574 no-lu) hədisdə,

Safvan b. Umeyyə'nin, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər, kafir olduğu halda, Huneyn və Taifdə iştirak etdiyini də zikr etdik.

Sonra da, bunu, isnadı muttəsil (bitişik, isnadda qopuqluq olmadan), mərfu (yəni, Peyğəmbərə qədər çatan isnadı olan) bir hədisdə tapa bilmək üçün, axtardıq və gördük ki:

Bizə, Fəhd rəvayət etdi ---> Bizə, Yusuf b. Buhlul rəvayət etdi ---> Bizə, Abdullah b. İdris, ibn İshaq'ın belə dediyini rəvayət etdi ---> Bizə, Asim b. Ömər b. Qatadə, Abdu'r-Rahmən b. Cabir'dən, atası Cabir b. Abdullah'ın belə dediyini rəvayət etdi:

Huneyn günündə, insanlar məğlub olunca, əbu Süfyan b. Harb: "Onların bu məğlubiyyətləri, dənizə çatmadan bitməz." dedi. Bu əsnada, Safvan b. Umeyyə'nin ana bir qardaşı ilə bərabər olan Kələdə b. Hənbəl: "Bilin ki, bu gün, artıq sehrin sonu gəldi." dedi. Bunun üzərinə, Safvan, ona: "Sus, Allah sənin ağzını məhv etsin. And olsun Allaha, mənə Qureyşdən bir adamın ağalıq etməsi, Həvazin'dən bir adamın ağalıq etməsindən daha xoşdur." dedi. (haşiyə)

--------------------------

(Haşiyə:

İsnadı, həsəndir. Buxari, Yusuf b. Buhlul'un rəvayətini götürmüşdür. O, siqadır. Ondan sonrakılar da -ibn İshaq xaric- siqa olub, Buxari və Muslim'in raviləridir. Buxari, onun rəvayətini, muəlləq olaraq götürmüşdür. Muslim də, mutabaat yolu ilə, onun rəvayətini götürmüşdür.

Bu hədisi, ibn Hişam, "əs-Sirə"də (lV, 86), ibn İshaq'dan; onun rəvayət yolundan əbu Yə'lə (1863); Beyhaqi, "Dəlailu'n-Nübüvvə"də (V, 126-128) rəvayət etmişlərdir. İbn Hibban (4774), hədisin səhih olduğunu ifadə etmişdir.

-----------------------------

-----------------------------

Yenə gördük ki:

Bizə, Rəbi əl-Muradi rəvayət etdi ---> Bizə, Əsəd b. Musa rəvayət etdi ---> Bizə, Yəhya b. əbi Zaidə rəvayət etdi ---> Bizə, ibn İshaq rəvayət etdi.

Ardından, əvvəlki hədisin eynisini, isnadı ilə zikr etdi.

Beləliklə, Malik'in, ibn Şihab'dan nəql etdiyi Safvan haqqındakı xüsus, bizim muttəsil olaraq rəvayət etdiyimiz Cabir'in hədisində də mövcuddur.

-------------------------

-------------------------

2577. Bizə, Hüseyn b. Nasr rəvayət etdi ---> Yezid b. Harun'u, belə deyərkən eşitdim ---> Bizə, Mustəlim b. Səid rəvayət etdi ---> Bizə, Hubeyb b. Abdu'r-Rahmən b. Hubeyb, atasından, babasının belə dediyini rəvayət etdi:

Qövmümdən bir adam ilə bərabər, Nəbi (sallallahu aleyhi və səlləm)'in yanına getdim. O, bir döyüşə çıxmaq istiyirdi. Hələ İslama girməmişdik.

- Biz: "Qövmümüz, belə bir döyüşdə olacaqkən, biz, onlarla bərabər olmamaqdan həya edirik." dedik.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "İslama girdinizmi?" deyə soruşdu.

- Biz: "Xeyr." dedik.

- Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Biz, müşriklərə qarşı, müşriklərin köməyini almarıq." deyə buyurdu. (haşiyə)

-------------------------

(Haşiyə:

Hədisi:

~ Əhməd, "Müsnəd", lll, 453;

~ ibn əbi Şeybə, "əl-Musannəf", Xll, 394;

~ Buxari, "Tarix", lll, 209;

~ Taberani, "Kəbir", 4194;

~ Hakim, "əl-Müstədrək", ll, 121-122;

də, Yezid b. Harun'dan, bu isnadla rəvayət etmişlərdir. Hədisin sonunda, "İslama girdik və Onunla bərabər döyüşdə iştirak etdik." ifadəsini də əlavə etmişlərdir.

-----------------------------

-----------------------------

2578. Bizə, Əli b. Şeybə rəvayət etdi ---> Bizə, Yezid b. Harun xəbər verdi.

Sonra, isnadı ilə, əvvəlki hədisin eynisini zikr etdi.

-----------------------------

-----------------------------

***

Bunun üzərinə, biri, belə dedi:

"Safvanın müşrik olduğu halda, Nəbi (sallallahu aleyhi və səlləm) ilə bərabər döyüşmüş olması ilə bağlı olaraq rəvayət etdiyin hədislər; bunların xaricində, yenə bu xüsusda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: 'Biz, bir müşrikin köməyini almarıq.' hədisini ortadan qaldırarmı?"

Allah (azzə və cəllə)'nin tövfiqi ilə, bu xüsusda bizim cavabımız, bu oldu:

Safvan hadisəsilə bağlı olaraq nəql etdiyimiz rəvayət (yəni, Safvanın müşrik olduğu halda, Peyğəmbər ilə bərabər döyüşməsindən bəhs edən rəvayətlər); bizim, bu babda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Şübhəsiz, Mən, bir müşrikin köməyini almaram." hədisi növündən olan rəvayətlərə, müxalif deyildir. Çünki:

Safvan'ın, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər döyüşməsi, bu xüsusda ondan (yəni, Safvandan) kömək istəməsi surətilə olmamışdı. Bax bu da, Onun, o kimsə (yəni, Safvan) və onun bənzərlərinin köməyini almağı qəbul etmədiyinə; ancaq, bunu, onların özlərinin tərcih etməsilə Özü ilə bərabər döyüşməkdən onları əngəlləmədiyinə dəlildir.

Onların köməyini almamasının, Allah (azzə və cəllə)'nin:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ بِطَانَةً مِّن دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا...

"Ey iman gətirənlər! Sizlərdən olmayanı, özünüzə sirdaş tutmayın. Onlar, sizə qarşı fəsad törətməkdən əl çəkməzlər." (Al-i İmran/118) ayətindən dolayı olma ehtimalı vardır.

Beləliklə, onların köməyini istəyib onlardan kömək götürmək, o kimsələri, sirdaş tutmaq olardı. Ancaq Onun, onlardan, köməklərini istəmədən, onların, Onunla bərabər döyüşmələri isə, onları sirdaş tutmaq demək olmurdu.

Bunun üzərinə, biri:

"Ancaq siz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, 'Ona fəsad verməkdən heç də geri qalmayan' kimsələr olan yəhudiləri, Özü ilə bərabər əbu Süfyana qarşı döyüşməyə çağırdığını da, yenə Ondan rəvayət etdiniz."

deyərək, bizim də rəvayət etdiyimiz bu hədisi zikr etdi:

2579. Bizə, Yunus rəvayət etdi ---> Bizə, ibn Vehb rəvayət etdi ---> Mənə, Abdu'r-Rahmən b. Şureyh rəvayət etdiyinə görə, o, Haris b. Yezid əl-Hadrami'ni, Sabit b. Haris əl-Ənsari'dən rəvayət edərkən dinləmişdir. O da, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər olanlardan birinin, belə dediyini rəvayət etmişdir:

əbu Süfyan ilə bərabər toplananların, Özünə qarşı çıxacaqları xəbəri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə çatınca, O da, Nadir oğulları diyarında yaşayan yəhudilərin yanına getdi. Onlardan bir topluluğu, olduqları yerdə tapdı.

- Ona: "Xoş gəldin." dedilər.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm) də: "Yanınıza, bir xeyr üçün gəldik. Şübhəsiz, Biz də, kitab əhliyik, siz də. Əlbəttə, kitab əhlinin, digər kitab əhli üzərində, özlərinə kömək etmə haqqı vardır. Həqiqət budur ki, Bizə, əbu Süfyan'ın toplamış olduğu insanlar ilə bərabər, Bizim üzərimizə gəlməkdə olduğu xəbəri çatdı. Ya bizimlə döyüşərsiniz; ya da Bizə, borc olaraq silah verərsiniz." buyurdu. (haşiyə)

----------------------------

(Haşiyə:

Raviləri, siqa; və Haris b. Yezid əl-Hadrami'yə qədər "Səhih"in raviləridir. Sabit b. Yezid əl-Ənsari'ni, ibn Sə'd, Həsən b. Süfyan, Bəğavi, ibn Məndə və başqaları, səhabə arasında zikr etmişlərdir. İcli də, onu zikr edərək: "Misirli tabiundan siqa biridir." demişdir. əbu Səid b. Yunus da, onu, Misirlilər arasında zikr edərək: "Sabit b. əl-Haris əl-Ənsari'nin künyəsi, əbu Mə'bəd'dir." demişdir. O, Ömər b. əl-Xattab'ı görmüş; Osman b. Affan'dan hədis rəvayət etmişdir. Ondan da, Haris b. Yezid əl-Hadrami ilə Bəkr b. Səvadə hədis rəvayət etmişlərdir. İbn Həcər, "Tə'cilu'l-Mənfəə"də: "O, misirlilər ilə bağlı insanların ən alim olanıdır." demişdir.)

--------------------------

--------------------------

***

Bu şəxs, "Bax, bu hədisdə, sənin bu babdakı rəvayətlərinin bir qisminə müxalif olanlar vardır." deyincə,

Bizim, bu xüsusda Allahın tövfiqi və köməyilə ona cavabımız, bu oldu:

Bunda, bizim bu babda zikr etdiyimiz rəvayətlərin hər hansı birinə müxalif bir tərəf yoxdur. Çünki:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, bu hədisdə, özlərini, əbu Süfyana qarşı bərabər döyüşmək üzərə çağırmış olduğu yəhudilər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ilk rəvayətlərdə, haqlarında: "Biz, onların köməyini almarıq." demiş olduğu müşriklərdən deyildirlər. Çünki müşriklər, bütə ibadət edirdilər. Yəhudilər isə, kitab əhli olub, onların halı, bundan əvvəlki babda zikr etmiş olduğumuz bütə ibadət edənlərin halından fərqli idi. Çünki, bu kitab əhli ilə bizim ortaq tərəfimiz, hamımız, Allah (azzə və cəllə)'nin peyğəmbərlərinə endirmiş olduğu kitablara iman etdiyimiz kimi; ölümdən sonra dirilişə də iman edirik. Ancaq digər müşriklər, bu qəbildən olan heç bir şeyə inanmazlar. Bizlər və o kitab əhli, bütə ibadət edənlərlə döyüşmə xüsusunda, ittifaq halındayıq. Qalibiyyət də, bizədir. Çünki, onlara görə, daha üstün olanlar, bizlərik və bu xüsusda, onlar, bizə tabedirlər. Elm əhlinin bir çoxuna görə, bu ana qədər hökm, belədir. əbu Hənifə və əshabı deyirlər ki: "Kitab əhli olmayanlar ilə döyüşərkən, kitab əhlinin köməyini almaqda, bir beis yoxdur. Çünki, qalib gələn, üstün olan, bizim hökmümüzdür."

Bizim hökmlərimiz belə olmayacaq olarsa, bunun xaricindəki halı da, (Hənəfilər) xoş görməzlər. Elə bir haldan da, Allaha sığınırıq.

Bu sözləri deyən şəxs, (sonra) belə dedi:

"Həm siz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, buna müxalif hədis də rəvayət etdiniz."

Bununla qəsd etdiyi isə, budur:

2580. Bizə, Ubeyd b. Rical rəvayət etdi ---> Bizə, Hədiyyə b. Abdu'l-Vəhhab rəvayət etdi ---> Bizə, Fadl b. Musa əs-Sinani rəvayət etdi ---> Bizə, Muhamməd b. Amr, Sə'd b. Munzir əs-Səidi'dən, əbu Humeyd əs-Səidi'nin belə dediyini rəvayət etdi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Uhud günü çıxdı. Səniyətu'l-Vəda'nı geridə buraxdıqdan sonra, olduqca izdihamlı bir birlik ilə qarşılaşdı və: "Bunlar, kimlərdir?" deyə soruşdu.

- Yanındakılar: "Bunlar, Qaynuqa oğullarıdır. Abdullah b. Salam'ın qəbiləsidirlər. Bunlar, Abdullah b. Ubeyy əs-Səlul'un qövmüdürlər." dedilər.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "İslama girin." deyə buyurdu.

Onlar, qəbul etmədilər.

- Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Onlara, geri qayıtmalarını söylə. Çünki Biz, müşriklərə qarşı, müşriklərdən kömək almarıq." deyə buyurdu. (haşiyə)

------------------------

(Haşiyə:

Hədisi:

~ ibn Sə'd, "ət-Tabaqat"ında (ll, 48);

~ Hakim, "əl-Müstədrək"ində (ll, 122);

~ İshaq b. Rahuyə, "Müsnəd"ində -"Nasbu'r-Rayə"də (lll, 423) bildirildiyi üzərə;

Fadl b. Musa əs-Sinani'dən, bu isnadla rəvayət etmişlərdir.

Hədisi:

~ ibn əbi Şeybə, "əl-Musannəf"ində (Xll, 394 və XlV, 397), Yə'lə b. Ubeyd təriqilə, Muhamməd b. Amr'dan, Sə'd b. əl-Munzir'in belə dediyini rəvayət etmişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)..." ardından, hədisi mürsəl olaraq rəvayət etmişdir.)

----------------------------

----------------------------

***

əbu Cəfər (ət-Tahavi) deyir:

Bu hədisdə, onların, "Onlar, Abdullah b. Ubeyy əs-Səlul'un qövmüdürlər." şəklindəki sözlərilə qəsd etdikləri, Abdullah b. Ubeyy əs-Səlul'un onlardan olduğunu söyləmək deyildir. Çünki, Abdullah b. Ubeyy əs-Səlul, yəhudilərdən deyildi. Əksinə o, nəsəbləri etibarı ilə, Ənsar'ın özlərinə vardığı bir qəbilədən idi. Lakin o, münafiqliyi səbəbilə, onlar arasında zikr edilmişdir. Ənsar arasındakı nəsəbi isə, olduğu kimi yerində qalırdı. Onların qövmü olduqları da deyilmişdir. Yəni, müxalifəti səbəbilə, onlar, onun qövmüdürlər. Daha başqa bir səbəblə deyildir.

Bu sözü söyləyən bir adam, dedi:

"Bax, bu, 2 yerdə ilk olaraq zikr edilən rəvayətlərə müxalifdir. (Belə ki):

~ Birincisi, budur: Onları, 'Biz, müşriklərə qarşı, müşriklərdən kömək almarıq.' sözlərilə, onları, müşrik olaraq dəyərləndirmişdi.

~ İkincisi isə: Onların, özü ilə bərabər döyüşməsinə əngəl olmasıdır.

Halbuki, bu babda, daha əvvəl rəvayət etmiş olduğumuz Sabit b. Harisin (2579 no-lu) hədisində, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Nadir oğulları arasında olan yəhudiləri, Özü ilə bərabər döyüşə qatılmağa çağırmışdı."

Allah (azzə və cəllə)'nin tövfiqi və yardımı ilə, bu xüsusda bizim ona cavabımız, bu oldu:

Bu hədis, zikr etdiyimiz digər hədisə müxalif olmadığı kimi; bu babda rəvayət etdiyimiz heç bir şeyə də müxalif deyildir. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Qaynuqa oğullarından olan o yəhudilərə, əbu Humeyd əs-Səidi'nin rəvayət etdiyi (2580 no-lu) hədisdə söylədiyi sözlər, hilf deyilən dostluq andlaşmasında (razılaşmasında), özləri (yəni, yəhudilərlə) münafiq Abdullah b. Ubeyy b. Səlul arasında olan dostluq andlaşmasını öyrənməsindən sonradır. Hilf demək isə, bu andlaşma tərəflərinin, bir-birinə müvafiq olması deməkdir.

Beləliklə də, onlar, əhlindən sayıldıqları kitab əhlinin xaricinə çıxmış oldular. Bunlar, andlaşmaları ilə, Nadir oğulları arasında olan yəhudilərin xaricinə çıxmış oldular. Çünki, o andlaşmalara bağlı qalanlar, münafiq bir kimsə ilə andlaşmadılar. Digərləri isə, özlərilə andlaşdıqları o münafiq ilə andlaşaraq, daha əvvəl içində olduqları haldan irtidad edib onun (o münafiqin) olduğu hala qayıtmış oldular.

Beləliklə də, onlar, eynilə bizim dinimizdən yəhudiliyə, ya da xristiyanlığa dönən mürtədlərə bənzəmiş oldular. Bu şəkildə irtidad etməklə də, yəhudi də, xristiyan da sayılmazlar. Çünki, onların kəsdikləri, artıq yeyilməz olur; özlərilə bərabər bu sərhədlərin içərisinə girən qadınları da, nikahlanmaz.

Bax, Qaynuqa oğullarının münafiq Abdullah b. Ubeyy əs-Səlul ilə andlaşaraq, onun olduğu münafiqlik halı üzərə ona müvafiq olub, bu halda onunla uyuşmaları da, bunun kimi olur. Bundan dolayı da, daha əvvəl əhlindən olduqları o kitabın xaricinə çıxmış oldular və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, özlərinin köməyini almayacağını xəbər verdiyi ərəb müşrikləri kimi oldular. Bax bundan dolayıdır ki, müşriklərlə döyüşməsi halında, onların köməyini almamışdır.

Dini üzərə olduğunu söyləmiş olduğu kitabına möhkəm bağlı qalmağı davam etdirənlər isə, bu hala müxalifdirlər və belə kimsələrin müşriklərə qarşı döyüşərkən köməklərini almaqda, bir beis yoxdur. Çünki, belə bir kimsə, müşrik deyildir. O, ancaq kitab əhli kafir biridir və o, eynilə bizim kimi, bütə ibadət edən kafirlərin də düşmənidir. Müvəffəqiyyəti, yalnız Allahdan istəyirik.

---------------------

---------------------

Qaynaq:

İmam əbu Cəfər ət-Tahavi, "Şərh-u Müşkilu'l-Asar", 413-cü bab: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, Özü ilə birlikdə döyüşmək istəyən kafirlərdən bəzilərinin köməyini rədd etməsilə; yenə kafirlərdən eyni təklifi edən digərlərinin təklini qəbul etməsi xüsusunda rəvayət edilən hədislərin müşkilinin bəyanı babı", 6-cı cüz, s. 407-419

Read 2 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR