Muhsi isminin şərhi

58. Muhsi isminin şərhi:

"Alim" mənasındadır. Lakin elm (məfhumu), məlumat (məlum olanlar)'ı:

~ saymaq;

~ ədədlərini bilmək; və

~ onları əhatə etmək

cəhətindən ələ alındığında, "ihsa/saymaq" deyə adlandırılır.

Mütləq Muhsi, elmində, hər bir məlumun həddi (sərhədi), ədədi və məbləği aşkar olandır. Qul isə, bəzi məlumatı elmilə saymağa imkanı olsa da, bunlardan bir çoxunu həsr etməkdən, acizdir. (Bu halda), qulun bu isimdən nəsibi, elm sifətindəki nəsibi kimi, zəifdir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

-------------------------------

-------------------------------

Əlavələr:

"Hər şeyin sayını bilən."

"And olsun ki, O hamısını topdan və tək-tək saymışdır." (Məryəm surəsi, 94)

Bu isim, Alim ismilə yaxından əlaqədardır. İkisi arasındakı incə fərq, Müzəyyin (zinət verən, bəzəyən) ismilə Müləvvin (rəng verən) ismi arasındakı fərq kimidir. Bilindiyi kimi, bir şeyə zinət vermənin, yəni bəzəmənin bir vasitəsi də, onu rənglərlə təchiz etməkdir. Buna görə Allahın Müzəyyin ismində, Müləvvin ismi də daxildir. Amma, rəng vermə ayrı bir hərəkət olduğundan, Müləvvin də yenə müstəqil bir isim olmuş və bizi rənglər aləmini təfəkkürə sövq etmişdir.

Bunun kimi, Allahın Alim ismi, ‘hər şeyi, hər şeyiylə bilən' mənasına ümumi bir addır. ‘Ədədləri bilmək' də bu isim içərisinə daxil olmaqla birlikdə, ayrı bir kamal olduğundan, müstəqil bir isim olmuşdur.

Bu isimlə nəzərimiz, "ədədlər aləmi"nə çevrilər və bunların hamısının Allah tərəfindən bilindiyinə diqqətimiz çəkilər. Dənizdəki qum sayından, bədəndəki hüceyrə sayına qədər bütün ədədlər, xəyalımızın önünə qoyular. Xəyalın bir hüdud biçməkdən aciz qaldığı bütün bu ədədləri Allahın bildiyi nəzərimizə təqdim edilər.

Alim və Muhsi isimləri üçün, bir ilə min, min ilə milyard fərqinə varmaz. Ədədlərinə ədəd biçə bilmədiyimiz bütün varlıqlar tək-tək düşünüldüyündə, bunların hər biri yaradılmışdır və Allah bütün bu məxluqatından xəbərdardır.

Bir qul olaraq, elmimizin çox məhdud və kifayətsiz olduğunu bilərək, Allahın Alim və Muhsi isimlərini təkbirlə yad etməliyik.

Allahın hər bir sifəti və hər bir ismi kimi, Alim və Muhsi isimləri də, sonsuz kamaldadırlar.

Və insan ağlı bu kamalı anlama nöqtəsində son dərəcə acizdir.

 

Read 6.251 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR