Muhyi isminin şərhi

61. və 62. Muhyi və Mumit isimlərinin şərhi:

Bunlar da, icad (felinə) racidir. Lakin mövcud olan şey:

~ həyatdırsa, buna "ihya/həyat vermə";

~ ölümdürsə, buna da "imatə/öldürmə"

deyilir.

Allah (subhənəhu və taala)'dan başqa, ölümün də, həyatın da başqa yaradıcısı yoxdur. Allah (azzə və cəllə)'nin xaricində, nə Muhyi (həyat verən), nə də Mumit (öldürən) yoxdur. Daha əvvəl, "Bais" ismində, həyatın mənasına işarət edilmişdi. Bundan dolayı, təkrar edilməyəcəkdir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

----------------------------

----------------------------

Əlavələr:

• "Həyat verən. Dirildən."

• "Həyatı icad edən."

• "O, dirildər və öldürər. Və Ona çeviriləcəksiniz." (Yunus surəsi, 56)

Cansız elementlərlə toxunan dünyamızda bir milyondan çox canlı növü var. Dünənin, günəşdən qopmuş bir parçasında bu gün çiçəklər açır, quşlar uçur, balıqlar üzür, insanlar gəzişir. Bu bənzərsiz möcüzə, Allahın ‘ihya' yəni ‘həyat vermə' hərəkətiylə icra edilir.

"Ölüdən diri çıxararsan, diridən də ölü çıxararsan." (Ali imran surəsi, 27)

Cansız yumurtalar, onlardan çıxan canlılar və yenə o canlılardan çıxan cansız yumurtalar birlikdə düşünüldüyündə bu ayə ilə verilən xəbərin, çox təzahürlərinə şahid olunar.

Bütün canlıların təməl daşı olan elementlər cansızdırlar. Onlarla toxunan varlıqların həyat sahibi olmaları, həyat möcüzəsinin elementlərin işi olmadığını açıqca göstərər, elan edərlər.

Bu kainat fabriki, bütün maşınları, alətləri və çarxlarıyla cansızdır. Həyatdan nəsibsiz olma nöqtəsində yumurtadan çox daha gerilərdə qalar. O fabrikdən çıxan bütün canlılar, Muhyi ismini göstərər və həyatlarının o fabrikin işi olmadığını elan edərlər.

Kainat fabrikində canlıların yalnız bədənləri toxunar, ruhları deyil. Ölülərdən çıxarılan bütün dirilər, Muhyi isminin bir təcəllisinə sahibdirlər.

Həyat sahibləri deyilincə ağlımıza, insanlar, mələklər, cinlər və heyvanlar gəlir. Yəni, bunlar özlərinə həyat verilməsiylə Muhyi adına ayna olmaqdadırlar.

Not:

Dəyərli oxuyucu! Həyat sahiblərinə həyatı bəxş edən, Allahdan başqası (təbiət və s.)dırsa, təbiətin və belə səbəblərin, həyatının olduğu da isbat edilməlidir. Özündə həyat olmayanın, başqasına həyat verməsi, qeyr-i mümkündür. Deməli, həyat sahiblərinə həyatı bəxş edən, əl-Muhyi, əl-Hayy olan Allahdır.

 

 

 

 

Read 7.658 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR