Muizz və Muzill isimlərinin şərhi
25-26. Muizz və Muzill isimlərinin şərhi:
Mülkü, istədiyinə verən və istədiyindən də məhrum edəndir. Həqiqi mülk isə:
~ ehtiyac zillətindən xilas olmaqla;
~ şəhvət, cəhalət ləkəsini qəhr etməklə
(mümkün) olur.
(Allah), kimin qəlbindən hicab (pərdə)'ni qaldırıb Həzrətinin camalını müşahidə etdirər; onu, qənaət ilə ruziləndirib məxluqatından zəngin (tox gözlü) qılar; nəfsani sifətlərinə hakim olacaq şəkildə, özünə, qüvvət və dəstəkləmək ilə mədəd verərsə (yəni, yardım edərsə), o vaxt, onu izzətləndirmiş və acil (dərhal, yəni dünyada) mülk bəxş etmiş deməkdir. Axirətdə də yaxınlaşdırmaq surətilə izzətləndirəcək və belə nida edəcəkdir:
يَـٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ • ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً • فَٱدْخُلِى فِى عِبَـٰدِى • وَٱدْخُلِى جَنَّتِى
"O gün möminə deyiləcəkdir: 'Ey tətmin olunmuş nəfs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!" (Fəcr/27-30)
Kimin də baxışını xalqa çevirib onlara möhtac edər; və ona hərisliyi qalib edib o şəxs də qənaət etməz hala gələr; məkr ilə onu istidrac edib (bu adam da) nəfsilə aldanıb cəhalət zülmətində (qaranlığında) qalan bir hala gələrsə, o vaxt, onu zillətə düçar etmiş; mülkü ondan almış deməkdir. Ki, bu da, Allah (azzə və cəllə)'nin işidir. O, istədiyini, istədiyi kimi edər. Bu halda, Muizz də, Odur; Muzill də. İstədiyini, izzətləndirər; istədiyini də, zillətə düçar edər. Zəlil etdiyi, özünə bu şəkildə xitab ediləndir:
يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ ۖ قَالُوا۟ بَلَىٰ وَلَـٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَٱرْتَبْتُمْ وَغَرَّتْكُمُ ٱلْأَمَانِىُّ حَتَّىٰ جَآءَ أَمْرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ • فَٱلْيَوْمَ لَا يُؤْخَذُ مِنكُمْ فِدْيَةٌ
"Münafiqlər onları haraylayıb deyəcəklər: 'Məgər biz, sizinlə birlikdə deyildikmi?' Möminlər deyəcəklər: 'Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək, xülyalar, sizi yoldan çıxartdı. Tovlayan şeytan, Allah barəsində sizi yaman aldatdı. Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz." (Hədid/14-15)
Bu isə, zillətin sonudur.
Dili və əlilə izzət səbəblərinin asanlaşdırılması xüsusunda istifadə edilən qul, bu vəsfdən nəsib sahibidir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
