Mülk surəsi 8-ci ayə

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ ۖ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ

Təkədu təməyyəzu minə'l-ğayz

=

(Cəhənnəm), qəzəbindən, az qalır ki, parçalansın.

 

Kulləmə ulqiyə fihə fəvcun

=

Nə vaxt ki, bir dəstə ora atılır,

 

Səələhum xəzənətuhə: "Ə ləm yə'tikum nəzir?"

=

Onun gözətçiləri, onlardan soruşur: "Sizə, nəzir (xəbərdar edən, qorxudan) gəlmədimi?"

 

(×):

"(Cəhənnəm), qəzəbindən, az qalır ki, parçalansın. Nə vaxt ki, bir dəstə ora atılır, onun gözətçiləri, onlardan soruşur: 'Sizə, nəzir (xəbərdar edən, qorxudan) gəlmədimi?" (Mülk/8)

-------------------------

Təfsiri:

فَجَائِزٌ أَنْ يَكُونَ هَذَا كِنَايَةً عَنِ الْخَزَنَةِ.

Bunun, gözətçilərdən kinayə olması, caizdir.

(Yəni, ayədə zikr edilən "cəhənnəmin qəzəbindən parçalanması" ilə qəsd edilən: "cəhənnəmin vəzifəli mələkləri"dir. Və burda, hazf vardır.)

وَجَائِزٌ أَنْ يَكُونَ هَذَا وَصْفَ النَّارِ،

Bunun, atəşin vəsfi olması (da) mümkündür.

وَلِلَّهِ تَعَالَى أَنْ يَجْعَلَ فِي جَهَنَّمَ، وَفِيمَا شَاءَ مِنَ الْأَمْوَاتِ مَا يَعْرِفُ بِهِ عَظَمَتَهُ وَجَلَالَهُ،

Cəhənnəmdə və ölülərdən istədiyi şeylərdə, əzəmət və cəlalının onunla bilindiyi bir şey yaratması, Allah Taala'ya məxsusdur.

فَيَغْضَبُ لَهُ عَلَى أَعْدَائِهِ غَضَبًا يَكَادُ أَنْ يَنْقَطِعَ فِي نَفْسِهِ؛ وَيُسَلَّمُ لِأَوْلِيَائِهِ.

Beləliklə, Onun üçün, Onun düşmənlərinə (elə) bir qəzəblə qəzəb edir (ki), (cəhənnəm), az qalır ki, öz nəfsində, parçalansın. Onun (yəni, Allahın) dostları isə, salamat buraxılar. (haşiyə)

---------------------

(Haşiyə:

Yəni, Allah, cəhənnəmdə, həyat, hiss və idrak yaradıb, onları, şüurlu bir şəkildə qəzəblənən varlığa çevirir.

Dünyada, cansız nütfədən (cisimdən) qəzəblənən varlıq Yaradanın; axirətdə də, cansız cismi qəzəblənən bir varlığa çevirməsi, mümkündür.)

----------------------

ثُمَّ فِي ذِكْرِ غَضَبِهَا تَذْكِيرٌ أَنَّ مِنْ حَقِّ اللَّهِ تَعَالَى عَلَى أَوْلِيَائِهِ أَنْ يَغْضَبُوا لَهُ عَلَى أَعْدَائِهِ غَضَبَ جَهَنَّمَ عَلَيْهِمْ،

Sonra, qəzəbin zikrində, bir təzkir (xatırlatma) da vardır. (O da, budur ki), Allah Taala'nın, Öz dostları üzərinə olan haqqlarındandır ki, (Onun dostları), Onun üçün, Onun düşmənlərinə qarşı qəzəblənsinlər. (Necə ki), cəhənnəm onlara qəzəblənmişdir...

بَلْ جَهَنَّمُ أَبْعَدُ عَنْ أَنْ تُمْتَحَنَ بِذَلِكَ مِنَّا،

Əksinə, cəhənnəmin bununla imtahan edilməsi, bizdən daha uzaqdır. (Yəni, Allahın düşmənlərinə qəzəb etməyə, insan, daha yaxındır.)

ثُمَّ هِيَ بَلَغَتْ مِنَ الْغَضَبِ عَلَى أَعْدَاءِ اللَّهِ تَعَالَى مَبْلَغًا كَادَتْ تَتَقَطَّعُ بِنَفْسِهَا،

Sonra, (cəhənnəm), Allah Taala'nın düşmənlərinə, qəzəb cəhətindən, (elə bir dərəcəyə) çatdı ki, az qaldı ki, öz-özündə parçalansın.

فَالْأَوْلِيَاءُ أَحَقُّ أَنْ يُوجَدَ مِنْهُمْ هَذَا الْوَصْفُ،

Elə isə, (Allah) dostlarında bu vəsfin olması, daha layiqdir.

وَقَدْ مَدَحَ اللَّهُ تَعَالَى الَّذِينَ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ؛ لِمَا أَوْجَدَ فِيهِمْ مِنَ الشِّدَّةِ عَلَى الْأَعْدَاءِ،

Allah Taala, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər olanları, onlarda, düşmənlərə qarşı şiddət yaratdığından dolayı, mədh etdi.

وَذَلِكَ قَوْلُهُ تَعَالَى:

O(nun dəlil), (Haqq) Taala'nın (bu) sözüdür:

﴿مُحَمَّدٌ رَسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ﴾،

"Muhamməd, Allahın rəsuludur. Onunla bərabər olanlar, kafirlərə qarşı şiddətlidirlər." (Fəth/29)

وَقَالَ: ﴿أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ﴾،

(Yenə, belə) buyurmuşdur:

"Möminlərə qarşı, yumşaqdırlar." (Nisa/141)

وَهَكَذَا الْحَقُّ عَلَى كُلِّ مُؤْمِنٍ أَنْ يَكُونَ عَلَى هَذَا الْوَصْفِ.

Beləliklə, hər bir möminin bu vəsf üzərə olması, haqqdır.

وَفِيهِ حِكْمَةٌ أُخْرَى: وَهِيَ

Bunda, başqa bir hikmət də vardır. O (da):

أَنَّهُ ذَكَرَ شِدَّةَ النَّارِ عَلَى أَهْلِهَا؛ لِئَلَّا يَقُولُوا يَوْمَ الْقِيَامَةِ: ﴿إِنَّا كُنَّا عَنْ هَذَا غَافِلِينَ﴾.

"Həqiqətən, biz, bundan qafil idik." deməsinlər deyə, atəşin şiddətini, (atəş) əhlinə zikr etdi.

(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)

https://quranpedia.net/surah/1/67/book/468?

------------------------

------------------------

------------------------

Mən (Razi) deyirəm ki:

Bu cür məcazi ifadələrin səbəbi, budur:

Qəzəb, qəlbin qanı qabardığında meydana gələn bir haldır. Qan qabardığında, həcmi və miqdarı da artır. Dolayısı ilə də, bədəndəki rütubətlərin nisbəti artdıqca, qan damaları da uzanır (genişlənir). Dolayısı ilə də, artım çoxalır; damarlar yaxşıca gərilir, az qalır ki parçalansın.

Bundan dolayı, bir-birinə bağlı bu xüsuslar, ifrat qəzəbi, məcazi olaraq ifadə etmək üçün istifadə edilir.

İndi, əgər: "Atəş, bir canlı deyil. Elə isə, necə olur ki, 'qəzəb' ilə vəsf edilir?" deyə soruşulsa, buna, bir neçə cəhətdən cavab verilə bilər:

a. Biz əhl-i sünnətə görə, həyatın olması üçün, bədən şərt deyil. Bəlkə də, Allah Taala, o cəhənnəmdə, canlı bir atəş yaratmışdır.

b. Atəşin alovunun səsi və sürəti, qəzəbli kimsənin səsinə və hərəkətlərinə təşbih edilmişdir.

c. Bu ifadə ilə, cəhənnəm zəbanilərinin (yəni, mələklərin) qəzəbinin qəsd edilmiş olması da mümkündür.

----------------------

...Allahı tanımağın, Ona şükr etməyin, ancaq nəqli dəlil gəldikdən sonra vacib olduğunu söyləyənlər, bu ayə ilə istidlal edərək, belə demişlərdir:

"Bu ayə, Allah Taala'nın, bu kimsələrə, ancaq, özlərinə Nəzir (gəlib, onların gətirdikləri ilə əməl etmədikləri üçün), əzab etdiyinə dəlalət edir ki; bu da, onlara, əgər Nəzir'lər gəlməmiş olsaydı, Haqq Taala'nın, onlara əzab etməyəcəyini göstərir."

(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

 

 

 

Read 8 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR