Muminun surəsi 10-cu ayətin təfsirini verərsinizmi?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Hər birinizin 2 mənzili vardır:

Bir mənzil, cənnətdə; digər bir mənzil də, cəhənnəmdədir. Əgər (bir adam) ölüb atəşə girərsə, cənnət xalqı, o kimsənin (cənnətdəki) mənzilinə varis olarlar. Allahın sözündə keçdiyi kimi:

أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْوَ‌ٰرِثُونَ

"Məhz onlar, varis olanlardır."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cənnətin sifəti babı", hədis no: 4341)

Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

"Bunun sənədi, Buxari ilə Muslim'in şərtləri üzərinə səhihdir."

-----------------------

İzahı:

Bu hədisin sonunda zikr edilən ayət, Muminun surəsi 10-cu ayədir. Bu surənin 1-ci ayəsindən 9-cu ayəsinə qədər olan hissəsində, möminlərin daşıdıqları əhəmiyyətli sifətləri bəyan edilərək, həqiqi qurtuluşa çatanların bu sifətləri daşıyanlar olduqları bildirildikdən sonra, 10 və 11-ci ayələrdə belə buyurulur:

أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْوَ‌ٰرِثُونَ

"Məhz onlar – varis olanlardır."

ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَـٰلِدُونَ

"O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar. Onlar orada əbədi qalacaqlar."

Bu hədisə görə, hər insan üçün biri cənnətdə, digəri cəhənnəmdə olmaq üzərə, 2 mənzili mövcuddur. 

Küfr üzərində ölən bir kimsənin cənnətdəki mənzili, möminlərə qalacaq və beləcə möminlər o məqamlara varis olacaqlar.

Bəzi rəvayətlərə görə də, cənnətlik olan möminlərin cəhənnəmdəki yerlərinə də, cəhənnəmlik olanlar mirasçı olacaqlardır. Yəni bu yerlər, cəhənnəmliklərə qalacaqdır.

Read 11 times
In order to make a comment, please login or register