Muminun surəsi 60-cı ayətin təfsirini verə bilərsinizmi?

Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Mən:

Ey Allah'ın rəsulu,

---وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَوا۟ وَّقُلُوبُهُمْ وَجِلَةٌ...---"

(Muminun/60) ayətində -halı bildirilən- mömin, zina edən, oğurluq edən və içki içən şəxs midir?" diyə soruşdum. O:

"Xeyir. Ey Əbu Bəkr'in qızı. Və lakin o, özündən qəbul olunmaması qorxusu içində, oruc tutan, sədəqə verən və namaz qılan adamdır." buyurdu.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Əməl (yəni ibadət işin)ə həssaslıq göstərmək babı", hədis no: 4197

----------------------------

İzahı:

Bu babın başlığı "əməl üzərinə təvəqqi" şəklindədir. 

İmam Sindi (əl-Hənəfi), bunun mənası haqqında belə deyir:

"Edilən ibadətin Allah tərəfindən rədd edilə bilməsi narahatlığı və ibadətin pozulmasına səbəb olan şeylərdən uzaq durmaq surətilə, gərəkli həssaslığı göstərməkdir."

Bu hədisi, Tirmizi, Muminun surəsinin təfsiri babında rəvayət etmişdir. 

Hədisdə, kimlər haqqında olduğu soruşulan ayət, Muminun/60 ayətindən bir parçadır.

Ayətin tərcüməsi belədir:

"Rəbbinə qayıdacaqlar deyə, yerinə yetirməli olduqlarını, qəlbləri qorxa-qorxa yerinə yetirənlər..." 

Aişə (radiyallahu anha), Allah qorxusunun yaxşı əməllər deyil də, pis əməllər işləmə halına daha münasib olduğunu zənn etmiş ola bilər və bu zəndən hərəkətlə, hədisdə zikr edilən ayətin mənasını:

"Və (cahiliyyət dövründə) işlədikləri (pis əməllərini) işlərlər." mahiyətində olduğunu sanmış və bu səbəblə:

"Bu ayətdə bildirilən şəxs, zina, oğurluq və içki günahları işləyən kimsə midir?" diyə sual vermişdir.

Allah rəsulunun verdiyi cavabda, bu ayətdə halı bildirilən şəxslərin namaz, oruc və zəkat ibadətlərini ifa etməklə bərabər, məğrur olmayıb, bu ibadətlərin Allah qatında qəbul olunmaması narahatlığını hiss edənlər, olduğuna işarət buyurulmuşdur.

Hədisdən çıxarılan hökm, mömin şəxsin ibadətini ifa etməklə bərabər:

• məğrur olmaması, 

• ibadətinin qəbul olunmaması narahatlığını duyması və 

• Allahdan qorxmasıdır.

Read 11 times
In order to make a comment, please login or register