Münafiq kimdir?
33- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Münafiqin əlaməti 3'dür:
1. Danışdığında yalan söyləyər;
2. Söz verdiyində sözündən dönər;
3. Özünə bir şey əmanət edildiyində xəyanət edər."
(Hədisin keçdiyi digər yerlər: 2682, 2749, 6095)
---------------------------
34- Abdullah b. Amr (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"4 şey kimdə olarsa, o kimsə, xalis münafiqdir. Kimdə bunlardan biri olarsa, -bunu tərk edincəyə qədər-, özündə nifaqdan bir xislət vardır:
1. Bir şey əmanət edildiyində, xəyanət edər;
2. Danışdığında yalan söyləyər;
3. Söz verdiyində sözündə durmaz.
4. Düşmənlik etdiyində, həddi aşar."
(Hədisin keçdiyi digər yerlər: 2459, 3178)
-------------------
İzahı:
"Münafiqin əlaməti..."
Buxari, küfür və zülmün fərqli mərtəbələri olduğunu ifadə etdikdən sonra, münafiqliyin də belə olduğunu bildirmişdir.
• Muhyiddin (ən-Nəvəvi) belə deyir:
"Buxarinin bu başlıqda qəsd etdiyi, ibadətlərin imanı artırması kimi, günahların da imanı azaltmasıdır."
• Kirmani isə, belə demişdir:
"Bu mövzunun iman bölməsi ilə münasibəti budur:
Nifaq (münafiqlik), imanın olmadığının dəlilidir. Yaxud da nifaqın bir qisminin küfr olub, bir qisminin olmadığını açıqlamaqdır."
Nifaq, lüğətdə, "daxilin xaricə uyğun olmaması"dır.
• Əgər bu, iman mövzusundadırsa, bu, "küfr nifaqı"dır.
• Deyilsə, "əməl nifaqı"dır.
Fel və tərk, əməl nifaqına girir. Fərqli mərtəbələri vardır.
-----------------------
Münafiqin əlaməti olaraq, niyə 3 şey zikr edilmişdir?
Hədisdə zikr edilən 3 əlamətlə kifayətlənilməsinin səbəbi, bu üçünün geri qalanlara da işarət etmiş olmasından dolayıdır. Çünki dinlə bağlı şeylər, 3 ünsürdə toplanır:
1. Söz;
2. Fel;
3. Niyyət.
• Yalan söyləmək ifadəsi ilə, sözün xarablığına;
• Xəyanət ifadəsilə, felin xarablığına;
• Sözdə durmamaq ifadəsilə də, niyyətin xarablığına
-çünki söz verildiyi sırada, sözdə durmamaq qəsdi yoxdursa, bunun bir zərəri olmaz. Ancaq insan sözdə durmamağı qəsd etmiş, sonra bir əngəl yaranmış və ya qərar dəyişdirmişsə, bu halda, insanda nifaqın surəti mövcud olmaz-
işarət edilmişdir. Bu mənada bu hədis rəvayət edilmişdir:
"İnsan verdiyi sözü yerinə gətirmək niyyətilə qardaşına söz verib yerinə gətirməzsə, günaha girmiş olmaz."
Hədisdə zikr edilən vəd'dən məqsəd: "xeyir vədi"dir. Pis vədin (yəni təhdidin) isə, yerinə gətirilməməsi, müstəhəbdir. Tətbiq edilməməsindən bir pislik meydana gəlmədikcə, təhdidi tərk etmək, fərz ola bilər.
----------------------
Yalan:
Hədisdə keçən "yalan" sözünə gəlincə:
İbnu't-Tin'in nəql etdiyinə görə, Malikə yalan söylədiyi görülən kimsədən bəhs edildi. İmam Malik:
"Hansı cür yalan?" deyə soruşdu.
İnsan, daha əvvəl yaşamış olduğu şeyləri danışıb onu vəsf etməkdə, ifrata varmış ola bilər. Bu, zərər verməz. Yalnızca, yalan danışmaq məqsədilə, bir şey haqqında olduğundan fərqli olaraq danışmaq, zərər verər.
--------------------
Hədisdə sayılan özəllikləri öz üzərində daşıyan kimsə:
Nəvəvi belə deyir:
"Bu hədisi, alimlərdən bir qrup, problemli görmüşdür. Çünki bu hədisdə bildirilən özəlliklər, küfrünə hökm edilə bilməyəcəyi mövzusunda icma edilən bir müsəlmanda da mövcud ola bilər. Oysa, bu hədisdə, bir problem bəhs mövzusu deyildir, hədisin mənası səhihdir.
Təhqiq əhli alimlər, hədisin bu mənaya gəldiyini söyləmişlərdir:
'Bu özəlliklər, nifaq özəllikləridir. Bu özəllikləri öz üzərində daşıyan kimsə də, bu özəlliklər cəhətindən münafiqə bənzəməkdə, onların hökmlərini daşımaqdadır."
Mən (ibn Həcər) isə, deyirəm ki:
Nəvəvi'nin bu cavabı, nifaq sözünün burda məcaz olaraq istifadə edildiyini qəbul etmə mənasına gəlməkdədir. Yəni hədis:
"Bu özəllikləri öz üzərində daşıyanlar, münafiq kimi olarlar."
mənasına gəlməkdədir. Bu, nifaq sözü ilə küfür nifaqının qəsd edilməsi halındadır. Buna cavab olaraq, bu da söylənmişdir:
"Hədisdə qəsd edilən nifaq, daha əvvəl zikr etdiyimiz, əməl nifaqıdır."
İmam Qurtubi, bu izahı tərcih etmiş və Ömərin Xuzeyfə'yə dediyi:
"Məndə münafiqlikdən hər hansı bir şey görürsənmi?"
sözünü də, buna dəlil olaraq gətirmişdir. Ömər (radiyallahu anh), bununla küfür nifaqını deyil, əməl nifaqını qəsd etmişdir. İkinci hədisdə münafiqin "xalis" sözü ilə vəsf edilməsi də, bunu dəstəkləməkdədir.
Bu da deyilmişdir:
"Burda nifaq sözü, bu özəlliklərin işlənməsi mövzusunda, insanları qorxutmaq və çəkindirmək məqsədilə istifadə edilmişdir. Yoxsa nifaq sözündən zahir olan məna qəsd edilməmişdir."
Xattabi bu görüşü tərcih etmiş, bunu da əlavə etmişdir:
"Bu özəlliklə vəsflənən kimsə, bunu özünə adət edən və mənimsəyən kimsə ola bilər."
Bir digər görüşə görə, hədis, bu özəlliklər, tamamilə özünə hakim olmuş, bunları kiçik görmüş kimsə haqqındadır. Bu şəkildə olan kimsələr isə, ümumilikdə, etiqadı xarab kimsələrdir.
Bu mövzuda ən gözəl cavab, Qurtubi'nin tərcih etdiyi cavabdır.
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", İman kitabı, 24-cü bab: "Münafiqin əlaməti")
- Münafiqlik əlamətləri nələrdir?
- Murciə kimdir?
- Əbu Hənifənin zahidliyi
- "Kim bir qövmə bənzəməyə çalışarsa, o da onlardandır."
- Qəriblər hədisi
- Cadu vardırmı?
- Əlini sevmək iman, Ona düşmənçilik etmək, nifaq əlamətidirmi?
- "Əməllər niyyətlərə görədir."- 2
- Dörd məzhəbdən başqasına tabe olana rəddiyyə (ibn Rəcəb əl Hənbəli)
- İbrahim surəsi 48-ci ayətin təfsirini verə bilərsinizmi?