Münafiqlik əlamətləri nələrdir?

207- Abdullah b. Amr (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

4 xislət vardır ki, bunlar kimdə olarsa, o kimsə xalis münafiqdir. Kimdə bu xislətlərdən biri olarsa, -onu tərk edincəyə qədər- o kimsədə münafiqlikdən bir xislət vardır:

1. Əmanət edildiyində, xəyanət edər;

2. Danışdığında, yalan söyləyər;

3. Söz verərsə, sözündə durmaz;

4. Düşmənlik etdiyində həddi aşar.

-----------------------

208- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Münafiqin əlaməti 3'dür:

1. Danışarsa, yalan söyləyər;

2. Söz verərsə, sözündə durmaz;

3. Ona əmanət verilərsə, (əmanətə) xainlik edər.

------------------------

210- Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Münafiqin əlaməti 3'dür. İstərsə oruc tutsun, namaz qılsın, müsəlman olduğunu iddia etsin."

-----------------------

Şərhi:

"4 xislət vardır ki...

Bu hədis, elm adamlarından bir topluluğun müşkil (açıqlaması çətin) saydığı hədislərdəndir. Çünki sözü keçən bu xislətlər, təsdiqində heç bir şübhə olmayan, təsdiq edən (mömin) müsəlmanda da mövcud olan xislətlərdəndir. Elm adamlarının icma etdikləri üzərə, qəlbi və dili ilə təsdiq edib bu xislətləri işləyən bir kimsə əleyhində kafir olduğu hökmü verilə bilməz, o, eyni zamanda, cəhənnəmdə əbədiyyən qalacaq bir münafiq də deyildir. Çünki Yusuf (əleyhissəlam)'ın qardaşlarında, bütün bu xislətlər toplanmışdı. Eyni şəkildə bunların bir qismi, ya da bütünü, sələfdən və alimlərdən bəzi kimsələrdə də mövcud olmuşdur.

Digər tərəfdən -uca Allaha həmd olsun ki- bu hədisin anlaşılmayacaq bir tərəfi də yoxdur. Ancaq elm adamları, hədisin mənası xüsusunda ixtilaf etmişlərdir. Mühəqqiqlərin və əksəriyyətin verdiyi açıqlama, eyni zamanda səhih və tərcih edilən qənaətdir, buna görə hədisin mənası budur:

Bu xislətlər, münafiqliyin xislətləridir. Bunlara sahib olan bir kimsə, bu xislətlər cəhətindən münafiqlərə bənzəyir, onların əxlaqı ilə əxlaqlanmış olur. Çünki münafiqlik, daxildə gizlədiyinin əksini üzə vurmaqdır. Bu məna isə, bu xislətlərə sahib olan kimsədə də mövcud olur.

Buna görə, onun münafiqliyi:

• özü ilə danışan;

• özünə söz verən;

• özünə bir şey əmanət edən;

• özü ilə mübahisə edən; və

• özü ilə əhdləşən

insanlar haqqında bəhs mövzusudur, yoxsa o kimsə, İslamda Müsəlman olduğunu bildirərkən, içində küfrü gizləyən münafiq deyildir. Nəbi (sallallahu aleyhi və səlləm) də bununla, belə bir kimsənin, cəhənnəmin ən alt təbəqəsində əbədi qalacaq kafirlərin münafiqliyi növündən bir münafiq olduğunu da qəsd etmiş deyildir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Xalis münafiqdir..."

buyuruğu da, bu xislətlər səbəbilə, münafiqlərə daha iləri dərəcədə bənzəməkdir.

• Kimi elm adamları belə demişlərdir:

"Bu hökm, bu xislətlərin, özündə daha çox olduğu kimsə haqqındadır. Bu xislətlər, özündə nadir görünən kimsə isə, bunun muhtəvasına girməz."

Bax hədisin mənası ilə bağlı olaraq tərcih edilən qənaət budur.

• İmam əbu İsa ət-Tirmizi (radiyallahu anh), bu mənadakı açıqlamaları, mütləq olaraq elm adamlarından nəql etmiş və bunları demişdir:

"Bunun elm adamlarına görə mənası, əməl münafiqliyidir."

• Elm adamlarından bir qrup da, bundan məqsəd:

"Nəbi (sallallahu aleyhi və səlləm) zamanındakı münafiqlərdir. Onlar, iman etdiklərini söylədilər, ancaq bunu yalan dedilər. Dinləri xüsusunda özlərinə güvənildi, ancaq xainlik etdilər. Din xüsusunda və Ona (peyğəmbərə) dəstək olacaqlarını söz verdilər, sözlərində durmadılar, mübahisə etdilər və bu mübahisələrində haqqın xaricinə çıxdılar." deyə açıqlamışlardır.

Bu, Səid b. Cubeyr və Ata b. əbi Rəbah'ın görüşüdür. Hasan əl-Basri də, əvvəllər fərqli bir qənaətdə ikən, daha sonra bu görüşü mənimsəmişdir. Eyni zamanda bu açıqlama, ibn Abbas və ibn Ömər (radiyallahu anhuma)'dan da rəvayət edilmişdir.

Qadı İyad belə deyir:

"İmamlarımızdan bir çox kimsə də, buna meyl etmişlərdir."

• Xattabi isə, başqa bir görüş nəql etməkdədir. Buna görə, hədisin mənası, müsəlman kimsəni, həqiqi mənada münafiqliyə götürə biləcəyindən qorxulan bu xislətləri, adət halına gətirməməsi üçün, müsəlmanı çəkindirməkdir.

Yenə Xattabi kimi elm adamlarından nəql edildiyinə görə, hədis, münafiq olan müəyyən bir adam haqqında varid olmuşdur. Nəbi (sallallahu aleyhi və səlləm) isə, açıqca, onların üzlərinə, "filan kimsə münafiqdir." demirdi. Sadəcə işarət edirdi. "Bəzi kimsələrə nə olub ki, belə edirlər?" kimi sözlərlə, toxunurdu. Ən doğrusunu Allah bilir.

------------------------

Birinci rəvayətdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"4 xislət vardır ki, bunlar kimdə olarsax o münafiqdir." buyuruğu ilə, digər rəvayətdə:

"Münafiqin əlaməti 3'dür."

buyuruğu arasında, bur ayrılıq yoxdur. Çünki eyni şeyin bəzi əlamətləri mövcud ola bilər və bu əlamətlərin hər biri ilə, o şeyin necəliyi də ortaya çıxa bilər. Sonra o əlamət, tək bir şey ola bildiyi kimi, bir çox şey də ola bilər. Ən doğrusunu Allah bilir...

-----------------------

"Əhdləşərsə, əhdində durmaz/əhdini pozar..."

buyuruğu,

"Ona bir şey əmanət edilərsə, xainlik edər."

buyuruğunun muhtəvası içərisindədir.

(Nəvəvi, "əl-Minhac fi Şərh-i Sahih-i Muslim b. Haccac", İman kitabı, 25/24-cü bab: "Münafiqin xislətlərini bəyan babı")

Read 352 times
In order to make a comment, please login or register