Müqəddimə nədir?

Müqəddimənin, bir çox mənası vardır. Onlardan:

1. "Əşyanın, isnad etdiyi şeydir."

Bu isnad, əqli, adi və ya cali (edilmə) ola bilər. Dil örfündə, "ordunun önündəki birliy"in adı olmuşdur. Bunun, əsl etibarı ilə, mutəaddi olan "təqdim" kəliməsindən meydana gətirilən və "təqaddum" mənasına gələn bir sifət olması, mümkündür. Çünki, öndəki birlik, zəfər qazanmaq üçün, cəsarətilə özünü düşmənlərin önünə atar (tuqaddimu).

Sonra da, "əşyanın isnadını meydana gətirən şey" mənası almışdır. Bu məna, aşağıda gələcək bütün mənaları ehtiva etməkdədir.

2. "Felin isnad etdiyi şeydir."

Seyyid Şərif Cürcani'nin, "Adudi" haşiyəsində, "vücub/vaciblik" məsələlərində, hökm bəhsindəki bu sözü də, bunu dəstəkləyir:

Üsul alimlərinə görə, müqəddimə, 3 qisimdir:

a. Birincisi: "felin, əqlən özünə isnad etdiyi şey"dir. Vacibin edilməsində ziddləri tərk etmək və haramda da ziddi etmək, buna misaldır. Buna, "əqli müqəddimə""əqli şərt" də deyilir.

b. İkincisi: "felin, adətən isnadını meydana gətirən şey"dir. Buna nümunə, üzün hamısını yumaq üçün, başın bir qismini yumaqdır. Buna, "adi müqəddimə" "adi şərt" deyilir.

c. Üçüncüsü: "felin, əqlən və adətən isnadını meydana gətirmədiyi halda, Şari'nin, feli ona isnad etdiyi və felin şərti qıldığı şey"dir. Buna nümunə olaraq, namaz üçün dəstəmaz almaqdır. Buna da, "şər'i müqəddimə" "şər'i şərt" deyilir.

Əgər Seyyid, müqəddimə haqqında zikr etdiklərimizi söyləməmiş olsaydı, müqəddimənin 3 qisim altında toplanması, doğru olmazdı. Bunda, hər hansı bir qapalılıq yoxdur.

3. "Dəlilin sihhəti (doğruluğu)'nun, özünə isnad etdiyi şeydir."

Burda isnad (söykənmək)'dən qəsd edilən, -ilk baxışda da başa düşüləcəyi üzərə- vasitəsiz olmaqdır. Dolayısı ilə, mövzu və məhmullar, etiraz olaraq gətirilə bilməz.

Dəlildən uzaq olan müqəddimələrə gəlincə isə, bunlar, dəlilin müqəddiməsi olan dəlilin, müqəddimələridir.

4. "Bir qiyas və ya hüccətin parçası qılınan qəziyyə" mənasındadır.

Müqəddimənin 2-ci və 3-cü mənası, məntiqçilərə məxsusdur və qiyas bəhslərində istifadə edilir.

5. "Bir qiyas, ya da hüccətin parçası qılına bilmə xüsusiyyətinə sahib qəziyyə" mənasına gəlir.

Buna görə, qəti dəlillərdə istifadə edilən, qəti müqəddimələrdir. İkincisi isə, əmarədə istifadə edilən zənni müqəddimədir.

• Qəti müqəddimələr, 7-dir:

a. Əvvəlliyyat;

b. Fitriyyat;

c. Müşahədat;

d. Mücərrəbat;

e. Mütəvatirat;

f. Hadsiyyat;

g. Məhsus (hisslərlə idrak edilən şeylər)'dəki vəhmiyyat.

• Zənni müqəddimələr isə, 4-dür:

a. Müsəlləmat;

b. Məşhurat;

c. Məqbulat;

d. Rütubətli buludların mövcud olmasının, yağışın yağmasına yaxın olmasında olduğu kimi; qərinə/ipucuların yaxın olduğu müqəddimələr.

6. "Sonrakı məsələlərin özünə isnad etdiyi şey deməkdir."

Əgər sonrakı məsələlər, bütünü ilə elmin özüdürsə, "elmin müqəddiməsi" olaraq; əgər sadəcə babın və ya fəslin geri qalanıdırsa, "babın, ya da fəslin müqəddiməsi" olaraq adlandırılır.

Xülasə olaraq, "Atvəl"də keçdiyi üzərə, müqəddimə, özünə isnad edən şeyə nisbət edilir.

Bil ki:

Elm (əhli nəzdində) yayğın olduğuna görə, elmin müqəddiməsi, o elmə başlamağın özünə isnad etdiyi şeydir. Elmə başlamaq, elmin bir parçası olan şeyə isnad etməz. Əks halda, fasid dövr meydana gələr. Bu səbəblə, elmə başlamaq, o elmin xaricindəki bir şeyə söykənir.

Sonra, ixtiyari bir fel olan elmə başlama, zəruri olaraq, elmin, bir cəhətdən təsəvvürünə; və elmin nəticəsi olan faydanın da, təsdiqinə isnad edir. Bu təsdiq, istər qəti olsun, istərsə də olmasın; istər vaqeəyə müvafiq olsun, istərsə də olmasın, belədir.

Lakin, elmə başlamağın özünə isnad etmədiyi şeylər də, elmin müqəddiməsi muhtəvasında zikr edilir. Məsələn,

~ elmin, rəsm (məntiqdəki rəsm) olaraq tərifi;

~ elmin mövzusunun açıqlanması;

~ elmin təhsilində mövcud olması lazım gələn çətinliyə nisbətlə o elmin təhsil edilməsindən əldə ediləcək faydanın təsdiqi;

~ o elmin mərtəbəsi və şərəfinin açıqlanması;

~ elmin o şəkildə adlandırılmasının səbəbi

və s. şeylər zikr edilir.

Lakin, bəzi mutəaxxir dövr alimlərinə, bu məsələ anlaşılmaz gəlmiş və onlar, bu mövzuda çətinlik çəkmişlərdir. Onlardan bəziləri, müqəddimənin tərifini dəyişərək, belə demişlərdir:

"Müqəddimə, elmə başlamağın:

~ ya mütləq olaraq;

~ ya bəsirət cəhətindən (min vəchi'l-bəsira);

~ ya da bəsirəti artırma cəhətindən (min vəchi ziyədəti'l-bəsira),

özünə isnad etdiyi şeydir."

Bəziləri də, elmin müqəddiməsimin, "elmə başlayarkən yardım alınan şey" olmasının, daha uyğun olduğunu söyləmişlərdir. Bu tərif də, bir az əvvəl keçən görüşə qayıtmaqdadır. Çünki, başlamağa köməkçi olmaq, zikr edilən cəhətlərdən biri ilə olur.

Bəziləri də, "Elmə başlamağın özünə söykəndiyi şey, elmin müqəddiməsində zikr edilməz; kitabın müqəddiməsində zikr edilər." demiş; və elmin müqəddiməsilə kitabın müqəddiməsini, bir-birindən belə ayırmışdır:

Elmin müqəddiməsi, elmin məsələlərinin özünə söykəndiyi şeydir. Kitabın müqəddiməsi isə, məqsədin təhsil edilməsində faydalı olana dəlalət etdiyi üçün, məqsədin, onun önünə çəkilmiş ləfzləridir.

Bu ayırmada, məqsədin müqəddiməyə söykənib-söykənməməsinin, bir əhəmiyyəti yoxdur. Əgər məqsəd, müqəddiməyə isnad edərsə, elmin müqəddiməsi olarkən; isnad etməməsi halında da, kitabın müqəddiməsinin mənalarından biri olar; elmin müqəddiməsi olmaz. Bu söylədiyini də, belə dəstəkləmişdir:

Kitabın müqəddiməsini bilmək, "elmin tərifinin, məqsədinin və mövzusunun açıqlanması haqqındakı müqəddimə: bir şeyin, özünə zərf qılınması qəbilindəndir." şəklindəki sözlərinin verdiyi şübhədən və bu şübhənin qaldırılması üçün sərf ediləcək təkəllüflərdən səni qurtarar.

(Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum", -müxtəsər bir şəkildə)

 

 

 

 

Read 4 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR