Muqsit isminin şərhi

86. Muqsit isminin şərhi:

Zalımdan, məzlumun haqqını alandır. Bunun kamalı isə, məzlumu razı etməklə bərabər zalımı da razı edə bilməkdir. Bu, ədalət və insafın ən üst mərtəbəsədir. Buna, Allah (subhənəhu və taala)'dan başqası müqtədir deyildir. Bunun misalı, Ənəs (radiyallahu anh)'ın Nəbi (sallallahu aleyhi və səlləm)'dən bu rəvayətidir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir gün oturarkən, azı dişləri görülənə qədər gülməyə başladı.

- Ömər (radiyallahu anh): "Atam-anam Sənə fəda olsun, ey Allahın rəsulu! Səni güldürən, nədir?" deyə soruşdu.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu: "Ümmətimdən 2 adam, Rabbu'l-izzətin hüzuruna gətirildilər. Onlardan biri: 'Ey Rəbbim! Qardaşımdan, mənim haqqımı al.' dedi. Allah (təbarəkə və taala) da, ona: 'Qardaşına haqqını ver!' deyə buyurdu. O da: 'Ey Rəbbim! Mənim yaxşı əməllərimdən heç bir şey qalmadı.' deyincə, Allah (azzə və cəllə): 'Qardaşın üçün nə edəcəksən? Onun yaxşı əməllərindən heç bir şey qalmıyıb.' deyə buyurdu. (O vaxt), həmin adam: '(Elə isə), mənim günahlarımı yüklənsin, ey Rəbbim!' dedi."

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gözləri doldu, ağlayaraq belə buyurdu:

"O gün, əzəmətli bir gündür. O gün insanların, öz günahlarını, başqalarına yüklətməyə möhtac olacaqları bir gündür."

Sonra belə davam etdi:

"Allah (azzə və cəllə), məzlum şəxsə (xitabən): 'Gözünü qaldır, bu cənnətlərə bax.' buyurar. Adam: 'Ey Rəbbim! Gümüşdən, şəhərlər; incilərlə taclandırılmış qızıldan saraylar görürəm. Bura, hansı Peyğəmbər, yaxud hansı siddiq və şəhidə aiddir?' deyə soruşar. Allah (azzə və cəllə): 'Bura, qarşılığını verənə aiddir.' buyurar. O qul: 'Ey Rəbbim! Bunun qarşılığını verməyə kim malikdir?' deyə soruşar. Allah: 'Sən, buna maliksən.' buyurar. Adam: '(Elə isə), ey Rəbbim! Mən də, onu bağışladım.' deyincə, Allah (azzə və cəllə): 'Qardaşının əlindən tut və onu cənnətə daxil et.' buyurar."

Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Allahdan qorxun və aranızı islah edin. Çünki Allah (təbarəkə və taala), qiyamət günündə, möminlərin arasını islah edəcəkdir." (Hakim, "əl-Müstədrək", 4/576)

Bax, haqsızdan haqq almağın və insafın yolu, budur. Və bunun bənzərinə, Rabbu'l-ərbab xaricində heç kim müqtədir deyildir.

(Tənbeh):

Bu isimdən ən böyük hissə alan qul, ilk əvvəl, özünün etmiş olduğu haqsızlıqları, haqq sahiblərinə verərək, özündə ədalət edən; sonra da, başqasından (özünə aid deyil) yenə bir başqasına aid haqqı alandır.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

 

 

 

 

 

 

 

 

 

 

Read 7.773 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR