Murciə haqqında hədis vardırmı?

62- Abdullah ibni Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bu ümmətdən 2 sinif vardır ki, İslamdan onlar üçün nəsib (pay) yoxdur. Bu zümrələr:

• Murciə; və

• Qədəriyyə

(məzhəblərinə mənsub) olanlardır."

Not: Tirmizi, bunu taxric etmiş və həsən-qəribdir, demişdir.

-------------------------

73- İbn Abbas və Cabir b. Abdullah (radiyallahu anhuma)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Ümmətimdən 2 sinif vardır ki, onlar üçün, İslamdan nəsib yoxdur. Bu siniflər:

• Murciə; və

• Qədəriyyə

(məzhəblərinə mənsub) olanlardır."

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "İman babı")

-------------------------

İzahı:

Murciə: kafir bir adamın işlədiyi ibadətin bir faydası olmadığı kimi, mömin kimsənin etdiyi günahın da, zərəri olmadığını etiqad edən bir firqədir.

Bu kəlimə, lüğətdə: "gecikdirmək" mənasına gəlir. Bu firqəyə mənsub olanlar, günahlar dolayısı ilə İlahi əzabın gecikdiriləcəyi və uzaqlaşdırılacağını etiqad etdikləri üçün, onlara bu isim verilmişdir.

Qulun əlində heç bir iradənin olmadığına inanan Cəbriyyə firqəsinə, murciə deyildiyini söyləyənlər də vardır.

Qədəriyyə firqəsi isə, qədəri inkar edir və qulun tam iradəyə sahib olduğuna inanırlar. Bunlar, qədərin olmadığı mövzusu ilə çox məşğul olduqları üçün, onlara bu ad verilmişdir.

Halbuki qədərin varlığına inanan və qulun cüzi iradəsini inkar edən zümrəyə bu adın verilməsi, daha uyğun kimi görsənir. Lakin bunlar (qədəri qəbul edənlər), digərləri kimi mövzunu çox dillərinə dolamadıqları üçün, bu ad, digərlərinə (qədəri inkar edənlərə) verilmişdir.

---------------

İmam Sindi (əl-Hənəfi) bu hədisin şərhində belə deyir:

"Bu 2 sinif üçün, İslamdan nəsib yoxdur."

təbirinə və bəzi hədislərdəki bənzəri ifadələrə istinad edərək, bunların kafir olduğunu söyləyənlər vardır. Lakin alimlər demişlərdir ki, qiblə əhlini təkfir etməkdə tələsilməməlidir. Xüsusilə, İslamın əqidə mövzularında, haqq və həqiqəti tapmaq yolunda var gücünü xərcləyərək, bəzi ayət və hədislərdən dəlil gətirməyə çalışan və lakin dəlillərin açıqlanmasında və müdafiə etdikləri etiqadi məsələlərdə, elmi xətaya düşənlərin küfrünə, tez hökm edilməməlidir. Bunlar, küfrü ixtiyar etmiş deyillərdir. Bütün səylərinə rəğmən, əhl-i sünnətin görüşlərinin haqlılığı, onlara görə müəyyənləşməmiş və öz görüşlərindən qurtula bilməmişlərdir.

Nəticə etibarı ilə, bunlar, ictihadında xətaya düşən müctəhid və ya həqiqəti bilə bilməyən cahil məsabəsindədirlər.

Gün işığı kimi aydın olan əhl-i sünnətin görüşlərinə qatılmayan bu batil məzhəblərin müdafiəçilərindən və mənsublarından, dinin zəruriyyətindən olan bir hökmü inkar edən olarsa, onun küfrünə hökm edilər.

Belə bir hal olmadıqca, bunlar təkfir edilməməklə birlikdə, fisqlərinə hökm edilər. Şahidlikləri qəbul edilməz.

----------------------

"İslamdan nəsibləri yoxdur."

təbiri, onların hallarının (və ya aqibətlərinin) pisliyinə, yalnış yola girdiklərinə və dolayısı ilə, İslamdan qazanclarının yox deyiləcək dərəcədə az olduğuna işarət edir, deyə açıqlanmışdır.

Məsələn, paxıl adam üçün, "malından nəsibi yoxdur." deyilir.

Sindi bu izahları verdikdən sonra belə deyir:

"Həsən-qərib olan bu hədis, für'u (fiqhi hökmlər) mövzularında belə dəlil ola bilməzkən, Üsul (dinin əslinə) aid bir mövzuda heç bir surətlə dəlil ola bilməz. Çünki burda, qəti dəlilin mövcud olması, şərtdir. Üsula aid təkfir mövzusunda, zənni olan belə dəlillərlə istidlal edilə bilməz."

------------------

Tirmizi, bu hədisi, burdakı sənədlə və başqa bir sənədlə rəvayət etdikdən sonra, "həsən-qərib" olduğunu söyləmişdir.

Hafiz Siracəddin, hədisin "mövzu" (uydurma) olduğunu söyləmişdir.

Lakin Hafiz Səlahəddin və ibn Həcər, hədisin "həsən"ə yaxın olduğunu, çünki fərqli sənədlərlə rəvayət edildiyini söyləmişlərdir.

Read 5 times
In order to make a comment, please login or register