Murciə məsələsinin hekayəsi
İrca məsələsinin hekayəsi
İbn əbi'l-Avam ---> İbrahim b. Əhməd b. Sehl ət-Tirmizi ---> Əbdü'l-Vahid b. Əhməd ər-Razi, Məkkədə rəvayət etdi ---> Bəşşər b. Qirat ---> əbu Hənifə belə dedi:
Mən (əbu Hənifə) və Alqamə b. Mərsəd, Ata b. əbi Rabah'ın yanına girdik və ona dedik ki:
"Ey əbu Muhamməd! Bizim torpaqlarda, "Biz möminlərik." deməyi çirkin görən bir topluluq var."
Ata b. əbi Rabah: "Niyə belə?" dedi.
Onlar: "Biz möminlərik." dediyimiz zaman, "Biz cənnət əhlindənik." demiş oluruq, deyirlər.
Ata dedi ki:
"Biz möminlərik, desinlər. Biz cənnət əhlindənik, deməsinlər. Çünki onlar, muqarrəb (Allaha daha yaxın) mələk deyildirlər. Göndərilmiş peyğəmbər də deyillərdir. Ancaq biz möminik deyənlərin, Allah yanında bir hüccətləri vardır. Allah diləyərsə, onlara əzab edər, diləyərsə, onları bağışlayar."
Sonra Ata belə dedi:
"Ey Alqamə! Nafi ibnu'l-Əzrak, onları, murciə deyə isimləndirincəyə qədər, sənin əshabın "əhl-i camaat" olaraq isimləndirilirdi." (Zəbidi, "Uqudu'l-Cəvahiri'l-Munifə", s. 69-70)
Əl-Qasim b. Ğassan əl-Mərvəzi, atasından nəql edərək deyir:
"Bizə çatan xəbərə görə, əhl-i sünnətin "murciə" deyə isimləndirilməsinin səbəbi belədir:
Əhl-i sünnətdən biri danışırdı. Nafi ibnu'l-Əzrak:
"Axirətdə kafirlər hara gedəcək?" deyə soruşdu. O da: "Cəhənnəmə." dedi.
"Möminlər hara gedəcək?" deyə soruşdu. O da:
"Möminlər, 2 qrupdur. Təqvalı möminlər, cənnətdədirlər. Digəri isə, facir möminlər. Bunların işi, Allah (azzə və cəllə)'yə qalmışdır. İstəyərsə, günahlarına qarşılıq onlara əzab edər. İstəyərsə, imanlarına müqabil onları bağışlayar."
Nafi dedi ki:
"Facir mömin hara gedəcək?"
Əhl-i sünnət alimi dedi:
"Onu biz göndərmirik. Lakin Allahdan onun haqqında ümid bəsləyirik." (İrca kəliməsinin bir mənası da, "ümid edən, uman" deməkdir.)
Nafi ibnu'l-Əzrak dedi:
"O halda, sən, Murciəsən."
Əbu Hənifə və əshabı, günahkar möminin əbədi olaraq cəhənnəmdə qalmayacağına inanırlardı. Bundan dolayı, düşmənləri, əbu Hənifə və əshabını "irca" ilə günahlandırdılar. Beləcə onlar, özlərinin xarici olduqlarını elan etmiş oldular. Bax bu şəkildə, əbu Hənifə'ni zəmm etməyi (pisləməyi), mədh etməyə çevirmiş olurlar.
(Zahid əl-Kəvsəri, "Tə'nibu'l-Xatib", s. 129-130)
- Murciə kimdir?
- Əbu Hənifəyə murciə deyilibmi?
- Murciə
- Sələf alimləri əbu Hənifəni pisləmişlərdirmi?
- Böyük günahları işləyən adam (livata) kafir olar və əbədi cəhənnəmdə qalar?
- Xavaric kimlərdir?
- Murciə və Qədəriyyələr haqqında hədis
- Murciə kimdir?
- "Mən, qulumun, haqqımdakı zənni yanındayam." hədisi-2
- Murciə haqqında hədis vardırmı?