Murciə və Qədəriyyələr haqqında hədis

(Abdullah) ibn Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bu ümmətdən 2 sinif vardır ki, İslam'dan onlar üçün nəsib (pay) yoxdur. Bu (zümrələr):

'Murciə və qədəriyyə (məzhəblərinə mənsub) olanlardır.'

Not: Tirmizi bu hədisi təxric etmiş və həsən-qəribdir, demişdir.

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "İman babı", hədis no: 62)

------------------

İzahı:

Murciə, kafir adamın işlədiyi ibadətin bir faydası olmadığı kimi, mömin kimsənin etdiyi günahın da zərəri olmadığına etiqad edən bir firqədir.

Murciə kəliməsi, lüğətdə "gecikdirici" mənasına gəlir. Bu firqə, günahlar səbəbilə İlahi əzabın gecikdiriləcəyi və uzaqlaşdırılacağını etiqad etdikləri üçün, onlara bu isim verilmişdir.

Qədəriyyə firqəsi isə, qədəri inkar etmiş və qulun tam iradəyə sahib olduğuna inanmışdır. Bunlar qədərin olmadığı mövzusu ilə çox məşğul olduqları üçün, onlar bu isim verilmişdir.

İmam Sindi (əl-Hənəfi) bu hədisin açıqlamasında belə deyir:

"Bu 2 sinif üçün İslam'dan nəsib yoxdur."

təbirinə və bəzi hədislərdəki bənzər ifadələrə dayanaraq, bunların kafir olduğunu söyləyənlər vardır. Lakin alimlər demişlərdir ki, qiblə əhlini təkfir etməkdə tələsilməməlidir. Xüsusilə də, İslamın əqidə mövzularında haqq və həqiqəti tapmaq yolunda var gücünü istifadə edərək, bəzi ayət və hədislərdən dəlillər gətirməyə çalışan və lakin dəlillərin açıqlamasında və müdafiə etdikləri etiqadi məsələlərdə elmi xətaya düşənlərin küfrünə, tez hökm edilməməlidir. Bunlar küfrü, ixtiyar etmiş deyillərdir. Bütün səylərinə baxmayaraq, əhl-i sünnətin görüşlərinin haqlılığı, onlarca müəyyənləşməmiş və öz görüşlərindən qurtula bilməmişlərdir.

Nəticə etibarı ilə, bunlar, ictihadlarında xətaya düşən müctəhid və ya həqiqəti bilə bilməyən cahil mövqeyindədirlər.

Gün işığına çıxdığı deyilə bilən əhli sünnətin görüşlərinə (yəni əhli sünnətin açıq görüşlərinə) qatılmayan bu batil məzhəblərin müdafiəçilərindən və mənsublarından, dinin zəruriyyətindən olan bir hökmü inkar edən olarsa, onun küfrünə hökm edilər.

Belə bir hal olmadıqca, bunlar təkfir edilməməklə birlikdə, fasiq olduqlarına hökm edilər. Şahidlikləri də, qəbul edilməz.

"İslamdan nəsibləri yoxdur."

təbiri:

• Onların, içində olduqları halın bədbəxtliyinə;

• Yalnış yola vardıqlarına; və dolayısı ilə

• İslam'dan qazanclarının yox deyiləcək dərəcədə az olduğuna işarət edir,

diyə açıqlanmışdır.

Sindi bu izahı verdikdən sonra belə deyir:

"Həsən-qərib olan bu hədis, füru (fiqhi hökmlər) mövzularında belə dəlil ola bilməzkən, Üsul (dinin əslləri)'nə aid bir mövzuda heç bir surətdə dəlil ola bilməz. Çünki burda, qəti dəlilin mövcudluğu, şərtdir. Üsula aid təkfir mövzusunda zənni olan belə dəlillərlə istidlal edilə bilməz."

Read 2 times
In order to make a comment, please login or register