Müsəlman olmadan əvvəlki günahlarımızdan dolayı cəzalandırılacayıqmı?
Abdullah b. Məs'ud (radiyallahu anh)'dan belə rəvayət edilir:
Biz:
'Ey Allahın rəsulu! Cahiliyyə dövründə (yəni müsəlman olmazdan əvvəl) işləmiş olduğumuz günahlardam dolayı cəzalandırılacayıq mı?' diyə soruşduq. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
'Kim müsəlmanlıqda gözəl hərəkət edərsə, cahiliyyə dövründə (yəni müsəlman olmazdan əvvəl) olan (günahların)dan dolayı cəzalandırılmaz.
Kim (müsəlman olduqdan sonra) pis hərəkət edərsə, həm (müsəlman olmazdan) əvvəlki, həm (müsəlman olduqdan) sonrakı (günahları) ilə muahəzə edilər (yəni məsul tutular).' buyurdu.
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Günahları xatırlamaq babı", hədis no: 4242
----------------------
İzahı:
Bu hədisi:
• Buxari, "Səhih"də, 88-ci kitab: "Mürtədlərin və haqqa qarşı inad edən kafirlərin tövbə etməklərini istəmək, onlarla döyüşmək" kitabının, 1-ci babı: "Allaha şərik qoşmağın günahı, dünya və axirətdəki cəzası" babı, hədis no: 6921);
• Muslim də, "Kitabu'l-İman bölməsinin 53-cü babında: "(Müsəlman olan bir kimsə) Cahiliyyə dövründəki əməllərindən dolayı məsul tutulacaqmı?" babı, hədis no: 314, 315)
rəvayət etmişlərdir.
------------------------
İslamı qəbul edən hər bir insanın İslamı qəbullanmadan əvvəlki həyatına dair bütün günahlarının bağışlandığı, gərək Ənfal surəsinin 38-ci ayəti, gərəksə də səhih hədislərlə sabitdir. Bu xüsusda, icma vardır.
Hədisin zahirinə görə isə, İslamı qəbul edən kimsə, İslamı qəbul etdikdən sonrakı həyatında pis davrandığı təqdirdə, həm müsəlman olduqdan sonrakı günahlarından, həm də küfr dövrlərində işləmiş olduğu günahlardan dolayı məsul tutulacaqdır.
Oysa, bu hökm, yuxarıda bildirdiyimiz kimi, ayət, hədis və icmaya ziddir. Bu səbəblə, bu hədis müxtəlif şəkillərdə açıqlanmışdır.
əl-Hafiz ibn Həcər Asqalani, "Fəthu'l-Bari"də, bu hədisin şərhində bunları nəql edir:
•1• Xattabi bu hədisi belə açıqlamışdır:
Kafir olan bir kimsə, İslamı qəbullandığı təqdirdə, keçmiş həyatında işləmiş olduğu günahlardan məsul tutulmaz. Lakin İslamı qəbullandıqdan sonrakı həyat dövrələrində, çox pis hərəkətlər edib ən şiddətli günahları işləyərsə və buna rəğmən müsəlman olaraq ölərsə, bu kimsə, müsəlman olduqdan sonra işləmiş olduğu günahlardan məsul tutular və müsəlman olmazdan əvvəlki həyat dövrələrində işləmiş olduğu günahlar üçün də qınanar, susdurular və özünə, misal üçün, belə deyilər:
'Sən kafir ikən belə-belə günahlar işləmədin mi? Heç olmazsa, İslamı qəbullanmaqla bu pisliyi tərk etməli idin, niyə tərk etmədin?' deyiləcək.
Xattabi'nin bu izahına görə, müsəlman olduqdan sonra, pis hərəkət edən bir kimsənin axirətdə görəcəyi muahəzə (məsul tutulma) 2 cürdür:
a) Həyatının küfür dövrələrində işləmiş olduğu günahlardan dolayı qınanar, ayıblanar.
b) İslamı qəbul etdikdən sonra işləmiş olduğu günahlardan dolayı isə, cəzalandırılar, sorğu-suala çəkilər.
•2• Bəzi alimlər isə, hədisdəki "isaə" kəliməsini, küfr mənasında açıqlamışlardır.
Bu izaha görə, hədisin mənası belə olur:
Bir kimsə İslam dininə girib bundan sonra gözəl hərəkət edər və səmimi müsəlman olarsa, küfr dövrələrində işləmiş olduğu günahlardan məsul tutulmaz.
Amma o kimsə, təkrar küfrə dönərsə, mürtəd olarsa, o təqdirdə, o kimsə, həm İslamı qəbul etdiyi dövrələrdə işləmiş olduğu günahlardan, həm də küfür dövrələrində işləmiş olduğu günahlardan məsul tutular.
ibn Battal belə deyir:
"Mən, bu izahı bir qrup elm adamlarına ərz etdim. Dedilər ki, bu hədisin, bundan başqa mənası yoxdur. Və hədisdəki "isaə" sözündən məqsəd: ancaq küfr günahıdır.
Çünki İslamı qəbullanan bir kimsənin cahiliyyə dövründə, yəni İslam dininə girmədən əvvəlki həyatında işləmiş olduğu günahlardan məsul tutulmayacağı yolunda icma vardır."
•3• Bəzi alimlər isə, hədisdəki:
"ihsan" kəliməsini: İslam dinini səmimi olaraq qəbul etmək mənasına;
"isaə" kəliməsini də: İslam dinini şəklən və qeyri səmimi qəbullanmaq mənasında açıqlamışlardır.
Yəni bir kimsə İslam dinini həqiqətən mənimsəyib inanarsa, İslamı qəbul etmədən əvvəlki dövrələrdə işlədiyi günahlardan məsul tutulmaz.
Lakin bir kimsə İslamı mənimsədiyini dili ilə söyləyib ancaq qəlbən inanmazsa, o, bundan əvvəl və bundan sonra işlədiyi bütün günahlardan məsul tutular. Çünki beləsi münafiqdir, müsəlman sayılmaz.
- Müsəlman olmamışdan əvvəlki günahlar üçün cəzalandırılacayıqmı?
- İnsanlar öldükləri niyyət üzərəmi dirildiləcəklər?
- Yoldaşım hicaba keçməyimə icazə vermir. Necə etməliyəm?
- Bəzi işçilərin və təhsil alanların iş yerlərində, məktəbdə namaz qılıb qıla bilməməsi məsələsi...
- Qəza namazı, bilərək qılınmayan fərz və vacib namazlar qəza edilər?
- Hicaba keçmək istəyirəm, amma valideyinlərim qətiyyən razı deyil. Nə edə bilərəm?
- İman, İslam və İhsan hədisinin izahı
- Andını pozan birisi nə etməli? Bunun kəffarəsi necə ödənilir?
- Müsəlman bir qadın, kafir bir kişinin nigahı altında qala bilərmi?
- Bəzi ibadətləri edib də təsəttür (hicab) əmrini yerinə yetirməyən birisinin cənnətə düşmə ehtimalı varmı?