Müsəlman olmamışdan əvvəl and içdiyimiz şeyləri, müsəlman olduqdan sonra yerinə yetirməliyikmi?
İbn Ömər'in nəqlinə görə, Ömər (radiyallahu anh):
"Ey Allahın rəsulu! Mən, cahiliyyə dövründə, Məscidi'l-Haram'da, bir gecə etiqaf etməyi nəzr etmişdim (buna dair nə buyurursunuz?)" dedi.
Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Nəzrini yerinə gətir!" buyurdu.
------------------------
İzahı:
"İslama girmədən əvvəl, bir kimsə ilə danışmayacağını nəzr edən və ya and içən, sonra da müsəlman olan kimsənin halı"
Yəni bu əhdi yerinə yetirmək, lazımdırmı yoxsa deyildirmi?
Yuxarıdakı başlıqda yer alan "cahiliyyə" kəliməsindən məqsəd: şəxsin İslamdan əvvəlki halıdır.
Cahiliyyə, əsasən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in göndərilməsindən əvvəlki dövrün adıdır. İmam Tahavi (əl-Hənəfi), bu məsələ üçün:
"Müşrik ikən əhd edib sonra müsəlman olan kimsənin halı"
şəklində bir başlıq istifadə etmişdir və sonra, bunun nə demək olduğunu açıqlamışdır.
Tahavi, orda, Ömər (radiyallahu anh)'ın, cahiliyyə dövründə etiqaf edəcəyinə dair əhdi, nəzri haqqındakı ibn Ömər hədisinə yer vermişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona:
"Əhdini yerinə gətir!" əmrini vermişdir.
• ibn Battal belə deyir:
"imam Buxari, andı, əhdi, danışmamağı, etiqafa qiyaslamışdır.
Buna görə, bir kimsə, müsəlman olmadan əvvəl, hər hansı bir şey edəcəyinə dair and içsə və ya əhd etsə, müsəlman olduğu təqdirdə, bunu yerinə yetirməsi gərəkdir. Çünki o şəxs, müsəlman olduğunda, Ömər hadisəsinin zahirinə görə, əhdini yerinə yetirmək, özünə vacib olmaqdadır."
İbn Battal, imam Şafi və əbu's-Sevr'in də, bu qənaətdə olduqlarını bildirmişdir. İbn Hazm da, imam Şafi'dən bu şəkildə bir görüş nəql etmişdir. Şafi məzhəbində məşhur olan görüşə görə, bu, onlardan bəzilərinin görüşüdür.
İmam Şafi və əshabına görə, bir and və ya nəzrə tabe olmaq, vacib deyildir. Tam əksinə, bu, müstəhəbdir. Malikilərin və Hənəfilərin görüşü də, bu yöndədir. Bir rəvayətə görə, Əhməd b. Hənbəl, bunun vacib olduğunu söyləmişdir.
• Tabəri,
• Malikilərdən əl-Muğira b. Abdurrahman,
• imam Buxari,
• Davud və ona tabe olanlar,
bunun vacib olduğunu, qəti bir dillə ifadə etmişlərdir.
Biz də bunu əlavə edək:
İmam Buxaridən,
-bundan əvvəl, belə bir and və ya nəzri yerinə yetirməyin vacib olduğuna dair-
açıq bir ifadə mövcuddursa, nə gözəl! Əks təqdirdə, onun qoyduğu bu başlıq, açıq olaraq, özünün buna tabe olmasının vacib olduğunu söylədiyini göstərməz. Çünki bu başlıq, onun belə bir and və ya nəzri yerinə yetirməyin, məndub olduğuna da möhtəməldir. Buna görə sual:
"Belə bir kimsəyə, nəzrinə tabe olmaq məndub olarmı, olmazmı?"
şəklində təqdir edilir.
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 83-cü kitab: "Andlar kitabı", 29-cu bab: "İslama girmədən əvvəl bir kimsə ilə danışmayacağına and içən və ya nəzr edən, sonra da müsəlman olan kimsənin halı", hədis no: 6697)
- Cahiliyyə nə deməkdir?
- İman, İslam və İhsan hədisinin izahı
- Cümə namazının ilk və son sünnətləri vardırmı? Varsa, neçə rükətdir?
- Yandıraraq cəzalandırmaq olarmı?-3
- İslam'da şeir və şairlərin hökmü
- İslam'da şeir və şairlərin hökmü
- Böyük günahlar və onlardan çəkinmək,
- Müsəlman olmamışdan əvvəl and içdiyimiz şeyləri, müsəlman olduqdan sonra yerinə yetirməliyikmi?
- Nisə surəsi 59-cu ayətin təfsirini verə bilərsinizmi?
- Saqqal saxlamaq haqqında məlumat verərsinizmi?