Müsəlman olmamışdan əvvəl and içdiyimiz şeyləri, müsəlman olduqdan sonra yerinə yetirməliyikmi?

4269- Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Ey Allahın rəsulu! Mən, cahiliyyə dövründə, Məscidi'l-Haram'da bir gecə etiqaf etməyi əhd etmişdim. (yəni buna dair nə buyurursunuz?)"

dedim. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Əhdinin gərəyini, yerinə yetir." buyurdu.

----------------------------

4270- Abdullah b. Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:

Ömər b. əl-Xattab, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, Taifdən qayıtdıqdan sonra Ciranə'də ikən, (belə) dedi:

"Ey Allahın rəsulu! Mən, cahiliyyədə ikən, Məscidi'l-Haramda, bir gün etiqaf etməyi əhd etmişdim. (İndi nə uyğun görürsünüz?)"

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"O halda get və bir gün etiqaf et." buyurdu.

------------------------

Şərhi:

Alimlər, kafirin etdiyi əhdin səhih olub-olmadığı xüsusunda ixtilaf etmişlərdir.

• Malik;

• əbu Hənifə və Kufəlilər; ilə

• Məzhəb alimlərimiz (Şafilər)'in böyük əksəriyyəti,

"...səhih olmaz..." demişlərdir.

• Muğirə əl-Məhzumi;

• əbu's-Sevr;

• Buxari;

• ibn Cərir; və

• Məzhəb alimlərimiz (Şafilər)'in bəziləri

isə, "...səhihdir..." demişlərdir. Bunların dəlilləri isə, Ömər (radiyallahu anh) ilə bağlı, bu hədisin zahirindən başa düşüləndir.

Birinci qrupdakılar isə, buna:

"...bu hədis, müstəhəbliyə təvil edilir..."

deyə cavab vermişlərdir. Yəni:

"...cahiliyyə dövründə etdiyin əhdin eynisini, indi də etməyin, sənin üçün müstəhəbdir..."

----------------------------

Bu hədisdə:

• oruc tutmadan etiqaf etməyin səhih olduğuna; və

• etiqaf, gündüz səhih olduğu kimi, gecə də səhih olduğu -istər bu tək bir gecə, istərsə də gecənin bir qismi, ya da daha artığı olsun-şəklindəki Şafi'nin və ona müvafiq olanların görüşünə

dəlil vardır. Bunun da dəlili, Ömər (radiyallahu anh) ilə bağlı olan bu hədisdir.

Bir günlük etiqafın bəhs mövzusu edildiyi rəvayətə gəlincə, bu rəvayət də, bir gecə etiqaf rəvayətinə müxalif deyildir. Çünki Nəbi (sallallahu aleyhi və səlləm)'ə bir gecəlik etiqafa dair də, bir günlük etiqafa dair də sual soruşmuş və Nəbi (sallallahu aleyhi və səlləm)'in, ona (Ömərə) əhdini yerinə gətirməsini əmr etmiş olması ehtimalı vardır.

Beləliklə, bundan, yalnız gecə etiqaf etməyin də səhih olduğu nəticəsi çıxmaqdadır.

Ayrıca, Nafi'nin, ibn Ömərdən deyə rəvayət etdiyi:

"...Ömər bir gecə Məscidi'l-Haram'da etiqaf etməyi əhd etmişdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən bu haqda soruşduğunda, Nəbi (sallallahu aleyhi və səlləm):

"...əhdini yerinə gətir..." deməsi üzərinə, Ömər də, bir gecə etiqaf etdi."

rəvayəti də, bunu dəstəkləməktədir.

Bu hədisi, Daraqutni rəvayət etmiş olub:

"...sənədi sabitdir..." demişdir. Şafinin məzhəbi də budur.

• Hasan əl-Basri;

• əbu's-Sevr;

• Davud; və

• ibnu'l-Munzir

də, belə demişlərdir. Eyni zamanda bu görüş:

• imam Əhməddən gələn 2 rəvayətdən daha səhih olanıdır.

İbnu'l-Munzir belə deyir:

"Bu görüş, eyni zamanda, Əli və ibn Məsud'dan da rəvayət edilmişdir."

• ibn Ömər;

• ibn Abbas;

• Aişə;

• Urvə b. əz-Zubeyr;

• Malik;

• Əvzai;

• Süfyan əs-Sevri; və

• əbu Hənifə; ilə

• özlərindən gələn 2 rəvayətdən birinə görə Əhməd və İshaq da,

"...orucsuz etiqaf, səhih olmaz..." demişlərdir. Elm adamlarının əksəriyyətinin də görüşü budur.

(Nəvəvi, "əl-Minhac fi şərh-i Səhih-i Muslim b. Haccac", "Andlar kitabı", "Kafirin əhd etməsi və müsəlman olması halında, ona dair nə ediləcəyi" babı)

Read 3 times
In order to make a comment, please login or register