Musiqi ruhun qidasıdır?
İnsanda iki əsas ünsür olduğunu hər kəs qəbul edir. Ruh və nəfs… Hər şeydən əvvəl, ruh və nəfsi bir-birindən ayırmaq, bunların təzahürlərini göz önünə sərdikdən sonra, yuxarıdakı sualı cavablandırmaq lazımdır.
Elm, ruh və nəfs ilə əlaqədar təcrübə etmə imkanına sahib deyil. Ancaq, ruh və nəfsin insanda meydana gətirdiyi təsirləri araşdıraraq nəticəyə çata bilər. Necə ki bu gün psixologiya və parapsixologiya elminin etdiyi şey budur. Məsələn, yuxu anında bədən üzərində edilən ölçmə və araşdırmalarla, tamamilə ruhi hadisələrin bir nəticəsi olan yuxular haqqında hökmlər çıxarılması, bunlar arasında var.
İnsan ruhu, daim ana vətəni olan axirət üçün darıxar və oranın həsrətini çəkər. Lakin müəyyən bir zamana qədər bədən qəfəsindən çıxa bilmədiyi, ona bağlı olduğu üçün buna imkan tapa bilməz. Halbuki nəfs, daim rahatı və dincliyi axtarar, komfortlu bir həyatı tələb edər və insanın mənliyinə o istiqamətdə təsirlərdə olar. Nəticə olaraq insan, iki meylin təsiri altına girər. Və bunlardan hansı üstün gəlirsə, o istiqamətə yönələr.
Musiqi mövzusunda ölçü budur: Hansı musiqi insanın ülvi hisslərinə xitab edirsə, dünyaya aid həddindən artıq istəklərində və ehtiraslarında bir zəifləmə, axirət həsrətlərində bir artma, ya da ölümə aid qorxularında bir azalma meydana gətirirsə o musiqinin faydalı olduğunu söyləyə bilərik. Buna qarşılıq, hansı musiqi insanın şəhvani hisslərinə xitab edir və onu ülvi hisslərdən uzaqlaşdırırsa o musiqinin ruha qida deyil zərər və zəhər olduğu açıqdır.
- Dünyanı arzulamaq-2
- Dünyanı arzulamaq və məqsəd etmək
- Necə edə bilərəm ki, namazda sadəcə Allahı düşünüm?
- İlham-7
- Tövbə nə vaxt qəbul edilməz? Bu haqda məlumat verərsinizmi?
- Ölüm sonrası mömin və kafirlərin aqibətləri necə olacaq?
- Nisə surəsi 59-cu ayətin təfsirini verə bilərsinizmi?
- Qədr surəsinin təfsiri
- Mələklərmi üstündürlər, yoxsa insanlar?
- Qədr surəsinin təfsirini verə bilərsinizmi?