"Müşriklər nəcisdir." *Tövbə/28 ayəti təfsiri

Bu ayədə, təmizlik və pisliyin yalnız hisslərlə başa düşülən bir fakt olmadığına, ağılların diqqəti çəkilmişdir.

Bir müşrikin paltarı təmiz, vücudu pak ola bilər. Amma bu, özünü təmiz saymaq üçün kifayət deyildir. Onun özü nəcisdir, yani batini çirkablara bulanmışdır, mənən murdardır.

Nəcasət nədir?

Nəcasət, iyrənilib özündən uzaq durulmaq istənilən şeylərdir.

Batini sifətlərin pisliklərindən çəkinmək, daha çox əhəmiyyətlidir. Çünki mənəvi pisliklər, burada, dünyada, pislik olmaqla bərabər, axirətdə də insanı həlaka sürükləyərlər. Bundan dolayı, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Mələklər, içində it olan evə girməz."

Qəlb isə, mələklərin endiyi, qonaqlayıb qərargah qurduqları, bir evdir. Qəzəb, şəhvət, kin, kibir və mənlik (ənaniyyət) kimi pis xarakterlər, hürən itlərdir. Bu cür itlərlə dolu olan bir qəlbə mələklər necə girə bilərlər? Halbuki Allah Taala, elm nurunu qəlblərə mələkləri vasitəsilə göndərir.

"Allah, insanla, ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, ucadır, müdrikdir." (Şura/51)

Eyni şəkildə, elm rəhmətini də, bir başa göndərməz. Bu vəzifə ilə məmur ayrı mələklər vardır. Bunlar, pis sifətlərdən uzaq, tərtəmiz, yalnız təmizi araşdıran, daşıdıqları Allahın rəhmət xəzinələrilə sadəcə pak yerləri imar edən varlıqlardır.

Mən (Ğazzali) hədis mətnində keçən:

• "beyt=ev" sözünün "qəlb",

• "kəlb=it" sözünün də, qəzəb və pis sifətlər mənasında olduğunu söyləmirəm.

Ancaq hədisdə bu mənalara da işarətlər vardır, deyirəm.

Zahiri mənaları diqqətə almadan, bunları batini mənalara həml etməklə, zahiri mənaları əsas olmaqla birlikdə mənəvi yönlərini tənbeh etmək arasında, böyük fərq vardır.

Batinilərin çıxmaza düşdükləri yer, bu incəlikdir.

Bizim bildirdiklərimiz, alim və yaxşı hal sahibi olan kimsələrin mənimsədiyi "etibar" metodudur. Çünki "etibar" demək, əsl mənadan başqa bir mənaya keçmək, zahiri məna ilə kifayətlənməməkdir.

Məsələn, ağlı başında olan biri, bəlaya uğrayan birini gördüyündə, ibrət dərsi alar, özünün də başına belə şeylərin gələ biləcəyini düşünər. Bəs necə, dünya, dəyişikliklər dünyasıdır.

Bundan dolayı, insanın başqalarının başına gələn müsibətlərdən özü üçün ibrət dərsi çıxarması, öz nəfsindən də dünyanın əslinə keçib dünyanı dəyərləndirməsi, gözəl bir ibrətdir.

Sən də, insanların binası olan "beyt=ev" kəliməsinin zahiri mənasından, Allahın binası olan "qəlb" mənasına keç və yenə,

Surəti üçün deyil, yırtıcılığı və nəcisliyindən ötürü zəmm edilən (pislənən) "kəlb=it" sözünün mənasından, canavarlıq özəlliyi daşıyan ruh mənasını idrak et.

• Qəzəblə dolu;

• Dünyaya dalan;

• Dünyaya it kimi hücum edən;

• Xalqın namusunu ayaqlar altına alınmasına ifrat istəkli olan bir qəlb,

görünüşdə qəlb olsa da, mənən bir itdir.

Bəsirət nuru isə, surətlərə deyil, mənalara baxar. Bu aləmdə surətlər mənalara qalibdir, mənalar, surətlərin içindədir.

Axirətdə isə, surətlər mənalara tabe olacaq və mənalar üstün gələcək. Bundan ötrü, hər şəxs, mənəvi surətində dirildiləcəkdir.

• İnsanların namus və şərəfinə dil uzadan: hücum edən it şəklində;

• Onların mallarına göz dikənlər: hücum edən bir qurd şəklində;

• Onlara qarşı kibirlənən: pələng surətində;

• Onlara qarşı liderlik arxasınca qaçan da: şir şəklində həşr olunacaqlardır. (əs-Saləbi, "ət-Təfsir"də rəvayət etmişdir.)

Bu xüsusda, daha bir çox hədis rəvayət edildiyi kimi, bəsirət sahibi kimsələr də, bunun belə olduğuna şahidlik etmişlərdir.

(Hüccətü'l-İslam imam Ğazzali, "İhya'u-Ulumi'd-din", 1. Cild, 1. Kitab/5 Bölmə, s. 113-114)

Read 3 times
In order to make a comment, please login or register