Müttəqi kimdir?
Atiyyə əs-Sə'di -ki, səhabə idi- (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Bir qul, şübhəli şeydən qorxduğundan dolayı, şübhəsiz şeyləri də tərk etmədikcə, müttəqilər dərəcəsinə çata bilməz."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Vəra (yəni haram və şübhəli şeylərdən həssaslıqla çəkinmək) və Təqva (yəni Allahdan qorxmaq və Ona itaət etmək) babı", hədis no: 4215)
------------------------
İzahı:
Bu hədisi:
• Tirmizi, "Əbvabu-u Sifəti'l-Qiyamə" bölməsində rəvayət etmişdir. Ayrıca
• Hakim
də bunu rəvayət etmişdir.
-------------------
1. əl-Münavi:
• şübhəli şeyi: "haram olan şeylər" diyə açıqlamış;
• şübhəsiz şeyi də: "ehtiyac artığı halal olan şeylər" şəklində açıqlamışdır.
Yəni:
"Qul, haram bir şeyi işləmək qorxusu ilə haram olmayan ehtiyac artığı halal şeyi buraxmadıqca, müttəqilər dərəcəsinə çata bilməz."
2. Bir qövlə görə:
• şübhəsiz şeydən məqsəd: "ləzzətli olan halal şeylər"dir.
Yəni qul, halal olan ləzzətli bol şeylərə, özünü çox alışdırmamalıdır. Çünki belə alışarsa, günlərin birində halal yoldan tapa bilməzsə, adəti səbəbilə, haram yollardan təmin etməyə meyl etmə təhlükəsi vardır.
Bax qul, bu təhlükəni əvvəldən sezərək harama düşməmək üçün halal olan ləzzətli bol şeyləri tərk etmədikcə, müttəqilər dərəcəsinə çata bilməz.
---------------------
Təqva: "Allahdan qorxmaq, Ona itaət etmək, əzaba səbəb olan günahlardan çəkinmək" mənasına gəlir.
Müttəqi: "Təqva sahibi" deməkdir.
"Tuhfətu'l-Əhvəzi şərh-i Camii't-Tirmizi" müəllifi Mübarəkfuri, təqvanın bu 3 mərtəbəyə ayrıldığını bildirir:
• Birincisi: Küfürdən, imansızlıqdan təmizlənmək surətilə, əbədi əzabdan çəkinmək mərtəbəsidir. (Bu mərtəbəyə, müsəlman olmaqla yetişilir.)
• İkincisi: Bütün günahlardan çəkinməkdir. Yəni fərz və vacib olan ibadətləri yerinə gətirmək və haram qılınan şeylərin hamısından çəkinməkdir.
Bir qrup alimə görə, bu dərəcəyə çata bilmək üçün, kiçik günahlardan da çəkinmək gərəkdir. Dini terminologiyada məşhur olan məna budur.
• Üçüncüsü: Qulun içini və qəlbini Haqq Taala'dan başqa hər şeydən uzaq tutması, bütünü ilə Allaha yönəlməsi, ağlı, fikri, zikri və qəlbinin daim Allah ilə məşğul olmasıdır.
Bu hədis, təqvanın ikinci mərtəbəsi üçün dəlil göstərilmiş isə də, üçüncü mərtəbəyə də dəlil ola bilər.
- Şübhəli şey nədir?
- Bəqərə surəsi 183-cü ayətin təfsiri
- Bəqərə surəsi 183-cü ayətin təfsiri
- Nəfslə cihad vardırmı?
- Səbrli olmaq
- Səbr ziyadır və Oruc səbrin yarısıdır.
- Mutaffifin surəsi 14-cü ayətinin təfsirini verə bilərsinizmi?
- "Mən, mömin qulumun Mənim haqqındakı zənni yanındayam." hədisini izah edərsinizmi?
- "Qulum Mənə yeriyərək gəlsə, Mən ona qaçaraq gələrəm." hədisini necə başa düşməliyik?
- Dörd məzhəbdən başqasına tabe olana rəddiyyə (ibn Rəcəb əl Hənbəli)