Muxtar əs-Səqəfi kimdir?
Şiə alimləri Muxtar Səqəfinin əqidəsinin düzgün,səhih olub olmadığı məsələsində ixtilaf ediblər. Bir səbəb isə bunu gətirirlər ki Muxtar Səqəfinin Əbu Bəkr və Ömərə qarşı sevgisinin olmasıdır. Ancaq əhli sünnət qatında isə, Muxtar Səqəfi keysaniyə firqəsinin yaradıcısı kimi bilinir.
1. İmam Sadiq (əleyhissalam) buyurur: Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alih) Sirat körpüsündən keçir, onun arxasınca Həzrət Əli, sonra İmam Həsən, daha sonra imam Hüseyn. Onlar Sirat körpüsünün ortasına çatan zaman (cəhənnəm əzabında olan) Muxtar nida edib deyir: “Ey Əba Əbdillah! Axı mən sənin intiqamını almışdım?!” Peyğəmbər buyurur: “Ey Hüseyn, ona cavab ver!” Sonra imam Hüseyn şahin quşu kimi Muxtara cəhənnəmin atəşindən nicat verir. Əgər Muxtarın qəlbi yarılsaydı, əvvəldəki iki xəlifəyə qarşı məhəbbət onun qəlbində görünəndi.”[18]
2. Bu məzmuna yaxın olan başqa bir rəvayət imam Sadiq (əleyhissalam)-dan nəql olunur. Rəvayətin axırında ravi imamdan soruşur:
“Nə üçün Muxtar gördüyü bu qədər xidmətlərlə belə cəhənnəm odunda giriftar olub?!”
İmam cavabında buyurur:
“Çünki Muxtarın sinəsi əvvəldəki iki xəlifənin məhəbbəti ilə dolmuşdu...”
Sonra imam and içib buyurur:
“Əgər Cəbrəilin və Mikailin də qəlbində bu iksinə qarşı zərrə qədər məhəbbət olsaydı, Allah-taala onları üzü üstə cəhənnəm oduna atardı!”[19]
Məclisi, bu rəvayəti Muxtarı tərifləyən və onun məzəmmətinə dəlalət edən sair rəvayətlər arasında müştərək cəhət hesab edir və deyir:
“Əvvəlki əqidəsinə görə cəhənnəm əhli olmuş, lakin münasib rəftar və əməllərinə görə axırda İmam Hüseyn (əleyhis-salam)-ın vasitəsi ilə ilahi əzabdan nicat tapmışdır.”[20]
[19] “Biharul-ənvar", 45-ci cild, səh. 340; “Müstətrəfatus-Sərair”, səh. 567
[20] “Biharul-ənvar", 45-ci cild, səh. 345, hədis 5
- Namazda əlləri göbək altında bağlamağın dəlilləri- 1
- 12 imam etiqadı nədir?
- 12 imam etiqadı haqqında məlumat verərsinizmi?
- "Hüseyn öz Babasının qılıncı ilə öldürülüb." sözü, əhli sünnət alimləri tərəfindən deyilmişdirmi?
- Ömər və ümmü Gülsümün evliliyi haqqında şiə qaynaqlarında rəvayətlər vardırmı?
- əbu Hənifə haqqında alimlərin görüşləri nələrdir?
- Aşurə orucu (şiə mənbələrində)-1
- Qeyri-müsəlmanın həyatını qorumaq və bunun müqabilində onlardan cizyə almaq necə başa düşülməlidir?
- "Heç biriniz, Mən özünə, övladından, atasından və bütün insanlardan daha sevgili olmadıqca, (tam) iman etmiş ola bilməz." hədisini izah edərsinizmi?
- Hud surəsi 114-cü ayətin təfsirini verə bilərsinizmi?