Nə üçün digər üç məzhəbdən fərqli olaraq Hənəfi məzhəbində nikah zamanı vəlilin razılığı şərt kimi qəbul edilmir ?

 Bilindiyi kimi, nikah mövzusunda, Hənəfilərin digər məzhəblərdən fərqli düşündüyü ən əhəmiyyətli nöqtə, vəli məsələsidir. Hənəfilərə görə, nikahda vəlinin icazəsi şərt deyil. Digər məzhəblərə görə şərtdir. Cumhurun ​​dəlillərindən biri,

"Qadınları boşadığınız zaman, gözləmə müddətlərini tamamladıqlarında, öz aralarında şəriətə uyğun olaraq anlaşmışlarsa keçmiş ərləriylə nikâhlanmaları barəsində onlara mane olmayın. Bu, sizin Allah'a və axirət gününə inanmış olanınıza verilən öyüd-nəsihətdir. Bu sizin üçün daha məqsədəuyğun və daha təmizdir. Allah bilir, siz bilməzsiniz. " (Bəqərə, 2/232) tərcüməsindəki ayədir.

İbn Abbas'ın bildirdiyinə görə, bu ayə belə bir mövzu haqqında enmişdir; kişi yoldaşını bir və ya iki talakla boşayar. Daha sonra -Ric'î talalkla boşadığı- arvadına dönmək istəyər, arvadı da bunu arzu edər, lakin vəlisi vəziyyətində olanlar buna əngəl olurlar. Məhz ayədə belə bir əngəl çıxarmanın doğru olmadığı vurğulanmışdır.

Buarî, Əbu Davud, Tirmizî, İbn Macə, İbn Cərir, İbn Əbi Hatim, İbn Mərduyə, bu ayənin eniş səbəbi Makal b. Yəsar və bacısı olduğunu söylemişlerdir. Qız qardaşı ric'î talakla boşanmış, sonra əriylə yenidən evlənməyə qərar vermişlər; lakin vəlisi olan qardaşı Makal buna əngəl olmuş, bunun üzərinə bu ayə nazil olmuşur. (bax. İbn Kəsir, əlaqədar ayənin təfsiri)

Bunun "vəlisiz nikah olmaz" hökmünə dəlil olması isə belədir; ayədə qeydə olunmuş "keçmiş ərləriylə nikâhlanmaları barəsində onlara mane olmayın" tərcüməsindəki ifadədən aydın olur ki, qadının keçmiş əriylə yenidən evlənməsinə icazə verməyərək mane olanlar var. Bu əngəl, güc istifadə etmək mənasında olmayıb əlindəki məşru (qanuni) haqqını istifadə etmək mənasına gəlir. Bu isə qadının evliliyinin ancaq vəlisinin izni ilə mümkün olacağını göstərməkdədir. İbn Cərir, Tirmizî də bu fikirdədir (bax. İbn Kəsir, a.k.y)

İmam Şafii bu ayənin "vəlisiz nikahın olmayacağına" dair hökmün ən açıq dəlili olduğunu söyləmişdir. (bax. V. Zuhayli, əl-Fıkhu'l-İslamî, 7/82).

Cumhurun ​​ikinci dəlili "vəlisiz nikah olmaz." (Sübülü`s-salam, 3/11; Neylu'l-Əvtar, 6/529, 537) tərcüməsindəki hədisdir.

İmam Azam və Əbu Yusuf'a görə, yetkinlik çağına girmiş bir qadın özünü evləndirə bildiyi kimi, kiçik qızını da evləndirə bilər. (Əl-Fıkhu'l-İslamî, 7/83).

Bu fikiri müdafiə edən dəlilləri isə Qur'an'dan bu tərcümədəki ayədir:

"Bütün bunların ardından kişi, qadını boşayarsa artıq bundan sonra (o qadın) başqa bir eşlə nikâhlanıncaya qədər ilk kişiyə halal olmaz." (Bəqərə, 2/230). Burada qeydə olunmuş "başqa bir yoldaşla nikâhlanıncaya qədər" ifadəsi qadının nikahlana biləcəyini göstərməkdədir.

Bu görüş sahiblərinə görə, cumhurun ​​dəlil gətirdiyi ayədə yer alan "keçmiş ərləriylə nikâhlanmaları barəsində onlara mane olmayın" tərcüməsindəki ifadənin müxatəbi valideynlər deyil, ərləridir.

Müslimin rəvayət etdiyi "Daha öncə evlənmiş qadının özünü evləndirməsi haqqı vəlisindən daha öncə gəlir." (Bax. Neylu'l-Əvtar, 6/531; əl-Fıkhu'l-İslamî, 7/84).

Bu iki görüşün ortasını seçən Şafii alimlərindən Əbu Səvr'ə görə, qadın özünü evləndirə bilər. Lakin vəlisinin icazəsini alması lazımdır. Yəni həm ailənin, həm də qadının razılığının olması əsasdır. (bax. Neylu'l-Əvtar, 6/531; əl-Fıkhu'l-İslamî, 7/84).

Read 7.207 times
In order to make a comment, please login or register