Nəcm surəsi 19-20-ci ayətlərin təfsiri

أَفَرَءَيْتُمُ ٱللَّـٰتَ وَٱلْعُزَّىٰ • وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ

"Siz tapındığınız Lat və Uzzanı gördünüzmü? Və digər üçüncüləri olan Mənat'ı da?" (Nəcm/19-20)

---------------------------

Təfsiri:

(Bundan qabaqkı ayətlərdə), uca olan Allah, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, vəhydən; qüdrət əsərlərindən bəzi xüsuslardan bəhs etdikdən sonra,

"Siz tapındığınız Lat və Uzzanı gördünüzmü? Və üçüncüləri olan Mənat'ı da?" buyuruğu ilə, ağıl sahibi olmayan varlıqlara ibadət etdiklərindən dolayı, müşriklərə qarşı dəlil gətirməkdə və belə buyurmaqdadır:

Bu tapındığınız ilahlarınız, Mənim, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə vəhy etdiyim kimi, sizə hər hansı bir şey vəhy edə bilirlərmi?

~ "Lat" - Səqif'lilərin;

~ "Uzza" - Qureyş və Kinanə oğullarının;

~ "Mənat" da - Hilal oğullarının idi.

ibn Hişam (əl-Kəlbi), (belə) deyir:

"Mənat", Huzeyl və Xuzaa'lıların idi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), Məkkə'nin fəth edildiyi il, Əli (radiyallahu anh)'ı göndərib, o bütü yıxdırtdı.

Daha sonra, Taif (şəhəri)'ndə, "Lat"ı büt qıldılar. "Lat", "Mənat"dan daha yeni bir büt idi. Dörd bucaqlı bir qaya parçası idi. Bu bütün xidmətçiləri, Səqif'lilərdən idi. Onlar, bu bütü inşa və təmir etmişdilər. Qureyş və bütün ərəblər, buna təzim edirlərdi. Ərəblər, bu bütün adı ilə, "Zeydu'l-Lat""Teymu'l-Lat" kimi adlar verirlərdi. Bu büt, Taif məscidinin soldakı minarəsinin yerində idi. Səqif qəbiləsi, müsəlman oluncaya qədər, bu büt, bu halı ilə, davam etdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in göndərdiyi əl-Muğirə b. Şu'bə, oranı yıxdı və atəş ilə yandırdı.

Daha sonra, ərəblər, "Uzza"nı büt qıldılar. Bu da, "Lat"dan daha yeni bir büt idi. O bütü, Zalim b. Əs'əd düzəltmişdi. Şam, Nəxlə vadisində, Zat-u İrq'in üst tərəfində idi. Üzərinə bir bina tikmişdilər və içindən də bir səs eşidirlərdi.

İbn Hişam, deyir:

Mənə, atam əbu Salih'dən ---> o, ibn Abbas (radiyallahu anh)'dan belə dediyini nəql etdi:

"Uzza", bir dişi şeytan idi. Bətn-i Nəxlə'də, 3 ədəd sidr ağacına gəlirdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), Məkkə'ni fəth edincə, Xalid b. Vəlid (radiyallahu anh)'ı göndərərək, belə buyurdu:

"Bətn-i Nəxlə'yə get. Orda, 3 ədəd sidr ağacı görəcəksən. Birincisini, kəs."

Xalid gedib o ağacı kəsdi. Peyğəmbər'in yanına qayıtdığında: "Bir şey gördünmü?" deyə soruşdu. Xalid, "Xeyr." deyə cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Get, ikincisini kəs." dedi. O da gedib, ikincisini kəsdi. Sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına qayıtdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bir şey gördünmü?" deyə soruşdu. O da, yenə, "Xeyr." dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "O halda, get, üçüncüsünü kəs." deyə buyurdu. O da, üçüncüsünə getdi. Orda, saçlarını sərbəst buraxmış həbəş bir qadın ilə qarşılaşdı. Əllərini çiyinlərinə qoymuş; dişlərini qıcımaqda idi. Arxasında da, Dubeyyə əs-Suləmi var idi. O da, o bütün baxıcısı idi. Bunun üzərinə, bu beyti söylədi:

"Ey uzza, inkar edirəm səni, tənzih etmərəm sənin şənini;

Çünki, mən gördüm, Allahın səni həqir etdiyini."

Sonra ona endirdiyi bir zərbə ilə, başını yardı. O, anidən, bir kömür parçası oldu. Sonra, ağacı kəsdi və xidmətiçisi Dubeyy'i öldürdü. Sonra da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlib, hadisəni xəbər verincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Bax, o, uzza idi. Bunda sonra, əbədiyyən ona ibadət edilməyəcəkdir."

~ İbn Cubeyr, belə deyir:

"Uzza", cahiliyyə ərəblərinin tapındıqları ağ bir daş idi.

~ Qatadə isə: "(O), Bətn-i Nəxlə'də bir bitki idi." demişdir.

"Manat", Xuzaa'lıların bütü idi.

Bəzi müfəssirlərin nəql etdiklərinə görə, müşriklər,

~ "Lat"ı - ləfzətullah ("Allah" ləfzindən) götürmüşdülər.

~ "Uzza"nı - əl-Əziz'dən;

~ "Manat"ı da - "mənəllahi şeyə", yəni, "Allah, o şeyi təqdir etdi." kökündən götürmüşdülər.

ibn Abbas, ibn Zubeyr, Mücahid, Humeyd və əbu Salih, "Lat" ismini, "tə" hərfini şəddəli olaraq (yəni, "Latta" deyə) oxumuş və belə demişlərdir:

Bu, hacılar üçün, qovrulmuş unu yağa batıran bir adam idi. -Bunu, Buxari, "ibn Abbas'dan" deyə zikr etmişdir.- Bu şəxs ölüncə, bu səfər, onun qəbrinin başında toplandılar və sonunda, ona ibadət etdilər.

~ ibn Abbas deyir:

"Bu şəxs, bir qayanın yanında qovrulmuş un və yağ satar; və onun üzərinə tökərdi. Bu şəxs öldükdən sonra, Səqif'lilər, təzim etmək məqsədilə, o qayaya ibadət etməyə başladılar."

~ əbu Salih deyir:

"Bu şəxs, Taif'də yaşayan bir adam idi. Onların (taif'lilərin) ilahlarını qoruyar və onlar üçün qovrulmuş unu, yağa batırardı. Bu şəxs ölüncə, Taif'lilər, ona ibadət etməyə başladılar."

~ Mücahid deyir:

"Bu adam, dağın başında bir neçə qoyunu olan bir şəxs idi. Bunlardan yağ toplayar, pendirini götürər; südünü toplayardı. Sonra, xurma da qataraq, bunlardan bir növ yemək düzəldər və bunu, hacılara yedirərdi. Bu şəxs, Bətn-i Nəxlə'də yaşayırdı. Öldükdən sonra, ona ibadət etdilər. Bax 'Lat' deyilən büt, budur."

~ əl-Kəlbi deyir:

"Bu, Sirmə b. Ğann deyə anılan Səqif'lilərdən bir şəxs idi. Adının, Amir b. Zarib əl-Advani olduğu da deyilmişdir. Şair, belə deməkdədir:

'Lat'a kömək etməyin. Çünki, Allah, həlak edəcəkdir onu,

Özünə kömək edə bilməyən, sizə necə kömək edəcəkdir?"

"Və digər üçüncüləri olan Mənat'ı da?"

Deyildiyinə görə, bu bütə, bu adın verilmə səbəbi, budur:

Ərəblər, onun yanında, qan axıdar və bu yolla, ona yaxınlaşmağa çalışarlardı. Bax orda, çoxca qan axıtdıqlarından dolayı, "Mina"ya, bu ad verilmişdir.

...Bir açıqlamaya görə, uca Allahın,

"Və digər üçüncüləri olan Mənat'ı da?" buyurmasının səbəbi, budur:

Bu bütün, müşriklər nəzərində təzim edilmə sırası, "Lat" ilə "Uzza"dan sonra gəlirdi.

Buna görə, ifadə, bu şəklilə, mənaya daha uyğundur.

...Ayətdə, ifadənin, özünə dəlalət etdiyi hazf vardır:

Yəni, "Sizlər, bu ilahlar haqqında, nə deyirsiniz? Onların, hər hansı bir fayda təmin etdikləri, ya da bir zərər verdikləri görülmüşmüdür ki, Allaha şərik ola bilsinlər?"

(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri, müxtəsər)

-------------------

Əlavələr:

Allah, İlah və əl-lat:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-ilah-v%C9%99-%C9%99l-l...

Read 74 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR