Nəfsini bilən, Rəbbini bilər.
• Dad, dil ilə;
• Eşitmə, qulaq ilə
gerçəkləşdirildiyi kimi,
• Mənəvi zövq məhəlli də, qəlbdir.
Qəlbi olmayan, bu hisləri idrak edə bilməz.
• Qulağı olmayan nəğmələrdən;
• Gözü olmayan gözəlliklərdən
zövq ala bilmədiyi kimi,
• Qəlbdən yoxsul olanlar da, işarət edilən zövqləri hiss edə bilməzlər.
Hər insanın qəlbi yoxdur. Əgər hər insanın qəlbi olsaydı:
إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِمَن كَانَ لَهُۥ قَلْبٌ أَوْ أَلْقَى ٱلسَّمْعَ وَهُوَ شَهِيدٌ
"Doğrusu, bunda qəlbi olan və ya hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır." (Qaf/37)
ifadələrinin doğru olmaması lazım gələrdi. Allah Taala, Qurandan dərs almayanı, qəlbi müflis olaraq göstərmişdir.
Mən, qəlb deyərkən, sinə sümüklərinin qoruması altında olan ürəyi qəsd etmirəm. Mən, qəlb ilə, əmr aləmindən olan sirri qəsd edirəm. Bu, elə bir sirdir ki:
~ xəlq aləmindən olan ət - onun ərşi;
~ sinə - onun kürsisi;
~ digər orqanlar da - ölkəsidir.
Xəlq və əmr, hamısı Allahındır. Bu sir haqqında, Allah Taala, İsra surəsi 85-ci ayətdə belə buyurmuşdur:
...قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى...
"De ki, ruh, Rəbbimin əmrindəndir."
Əmir və padşah, budur. Çünki əmr aləmi ilə xəlq aləmi arasında, bir tərtib, bir sıralama, bir intizam vardır. Əmr aləmi (fiziki aləmin fövqündəki aləm), xəlq aləminin (fiziki aləmin) padşahıdır. Bu əmr aləmi, elə lətif bir aləmdir ki, o, doğru olduğunda, vücudun digər orqanları da düzgün hərəkət edər.
Bunu bilən, nəfsini bilmişdir ---> Nəfsini bilən də, Rəbbini bilmişdir, deməkdir ---> İnsan Rəbbini bildiyində isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:
"Allah, Adəmi öz surətində yaratdı."
sözlərinin altında gizlənmiş olan incə mənaların ilk qoxularını qoxlamağa başlayar. Bu ifadələrin zahiri mənalarına ilişib qalanlara, təvilə qalxanlara, mərhəmət nəzərilə baxar. Hətta zahiri məna ilə kifayətlənənlərə, təvil xüsusunda çətinlik çəkənlərdən daha çox mərhəmət edər. Çünki rəhmət, müsibətlə düz mütənasibdir. İki qrup da, məsələnin həqiqətini qavraya bilməməkdə şərik olsalar da, ifadələrin zahiri mənası ilə kifayətlənənlərin müsibətləri, təvilə çalışanların müsibətlərindən daha çoxdur.
Həqiqət, Allahın lütfüdür. Onu istədiyinə bəxş edər. Həqiqətən də, Allah, böyük lütf sahibidir.
Bəli, həqiqət, Allahın hikmətidir, onu dilədiyinə təxsis edər.
يُؤْتِى ٱلْحِكْمَةَ مَن يَشَآءُ ۚ وَمَن يُؤْتَ ٱلْحِكْمَةَ فَقَدْ أُوتِىَ خَيْرًا كَثِيرًا...
"Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir..." (Bəqərə/269)
(Ğazzali, "İhya'u-Ulum'id-din", Tövbə kitabı)
------------------------------------
Haşiyə:
...Gərək Quranda, gərəksə də Peyğəmbərin sünnətində (hədislərində), "qəlb" sözü keçməkdədir. Burda qəsd edilən məna:
İNSANIN ƏŞYANIN HƏQİQƏTİNİ BİLMƏK QABİLİYYƏTİ'dir.
Bəzən bu, sinədə olan qəlb ilə vurğulanır. Çünki sinəyə yerləşdirilmiş olan fiziki qəlb ilə, lətif qəlb arasında xüsusi bir münasibət vardır. Lətif qəlbin, vücudun digər bütün orqanları ilə münasibəti olub vücudu idarə edən bir xüsusiyyəti vardır. Ancaq bunu da, yenə fiziki qəlb vasitəsilə görməkdədir.
Demək ki, lətif qəlbin ilk münasibəti, fiziki qəlb ilədir. Fiziki qəlb, sanki qəlbin məhəlli, ölkəsi və miniyi məsabəsindədir. Bundan ötürü, Sühl ət-Tüstəri,
~ qəlbi ərşə;
~ sinəni də kürsiyə
bənzətmiş və:
"Qəlb, ərş; sinə də kürsidir." demişdir.
Sehlin, qəlbin, Allahın ərşi, sinəni də Allahın kürsisi olaraq açıqladığı zənn EDİLMƏSİN. Belə bir izah, muhaldır (imkansızdır).
O, işarət edilən sözlərilə, qəlbin, öz tədbir və təsərrüflərini icra etdiyi ilk ölkəsi və ilk tətbiqat sahəsi olduğunu, ərş və kürsinin, Allah Taalaya nisbəti nədirsə, qəlb və sinənin ilk məcrası olması mövzusundakı nisbəti də, eyni mənadadır. Əslində bu təşbeh də, bəzi cəhətlərdən doğrudur.
(Ğazzali, "İhya", 3-cü cild, 1-ci kitab: "İnsan qəlbinin qeyr-i adi özəllikləri")
- İlham-7
- İqtisad Risaləsi və Şərhi-3
- Etdiyimiz hərəkətlərin doğru və yalnış olduğunu necə anlaya bilərik?
- NAMAZIN HƏQİQİ MƏNASI
- NƏFSİN TƏZKİYƏSİ
- Həmd və şükür arasındakı fərq nədir?
- İmanımızı necə təzələyək?
- Ruh nədir, ruhun mahiyyəti aydın ola bilər? Ruh beyindən ibarətdir? Ruh ilə bədən arasındakı əlaqə necədir?
- İmanımızı necə qüvvətləndirək?
- Səlim qəlb nə deməkdir?- 2