Nəfslə cihad-4

Sual:

Tutaq ki, 2 nəfər tövbə etdi:

• Bunlardan biri: rahat şəkildə günahı tərk edərkən, tərk etdiyi günaha meyl göstərməzkən;

• Digəri: çox böyük mübarizə apararaq, nəfsinin mütəmadi günah işləməyə meyilli olmasına baxmayaraq, mübarizə apararaq nəfsini cilovlayır.

İndi bu 2 nəfərdən hansı daha üstündür?

Cavab:

Bu mövzuda, alimlər, fərqli görüşlər iləri sürmüşlərdir:

✓ Əhməd b. əbu'l-Havari ilə əbu Süleyman əd-Darani'nin müntəsibləri belə deyirlər:

"Mücahidə edən, daha üstündür. Çünki tövbəsilə bərabər, nəfsilə cihad fəziləti də qazanmaqdadır."

✓ Basra alimləri isə, belə deyirlər:

"Digəri (tərk etdiyi günaha meyli qalmayan), daha üstündür. Çünki (günaha meyli qalmayan), tövbəsində zəiflik göstərib mübarizəni (hələ də) davam etdirməkdə "ipləri" zəiflətmə təhlükəsilə qarşı-qarşıya olan, döyüşən tövbəkardan əmin-amanlığa daha yaxındır."

Hər 2 qrupun görüşündə həqiqət payı olmaqla bərabər, heç biri, həqiqəti tam mənası ilə əks etdirəcək xüsusiyyətə sahib deyildir.

Burda, həqiqət budur:

Nəfsinin şəhvətlərə qarşı meyli tamamilə kəsilmiş şəxs üçün, 2 hal bəhs mövzusudur:

√ 1-ci hal:

Şəhvət hissinin ŞƏXSƏN zəiflik göstərməsindən dolayı, bu (şəhvət) yönündəki meyllərinin zəifləməsidir.

Bu halda, tövbə edib nəfsilə cihadı davam etdirən, bu (şəhvəti zəifləyən) kimsədən daha üstündür.

Çünki tövbəsini, nəfsinə qarşı açdığı cihadla davam etdirən şəxsin bu halı, nəfsinin güclü olduğunu göstərdiyi kimi, dininin, şəhvətinə qarşı qalibiyyətini də ortaya qoymaqdadır.

Bu da, bu şəxsin, qüvvətli bir yəqin və güclü bir dinə sahib olduğunun qəti dəlili qəbul edilir.

Din qüvvəti deyərkən, yəqinin işarətilə meydana gələn və yenə şeytanın işarətindən qaynaqlanan şəhvət hissini kökündən qazıyan güclü iradəni qəsd edirəm. İnsanın apardığı bu mübarizə, bu 2 şeyin güclü bir şəkildə mövcud olduğunu ortaya qoymaqdadır.

Basralıların:

"Bu (günaha meyli qalmamaq), daha sağlam bir yoldur."

şəklindəki sözləri, doğrudur. Ancaq burda, "əfdal = daha üstündür" sözünün istifadəsi, xətalıdır.

Bu cür söz istifadə etmək, bir nəfərin:

~ Cinsi gücü qalmamış bir şəxs, cinsi gücü zirvədəki şəxsdən daha üstündür. Çünki şəhvət təhlükəsindən, əmin-amanlıq içərisindədir;

~ Uşaq, büluğ yaşına çatmış şəxsdən, daha üstündür. Çünki təhlükəyə məruz deyildir;

~ Heç bir şeyi olmayan, düşmənlərinin kökünü qazıyan güclü bir kraldan daha yaxşı bir haldadır. Çünki bir malı olmayan şəxsin, düşməni yoxdur. Halbuki bir kral, dəfələrlə zəfər qazansa belə, axırda məğlub ola bilər.

kimi laqqırtılarına bənzəyir.

Belə iddiaları olan şəxs:

~ qəlbi təmiz;

~ məsələlərin sadəcə zahirinə ilişib qalan;

~ izzət və şərəfin təhlükələr içində mövcud olduğunu bilməyən;

~ ucalığın şərtinin, təhlükələrə dalmaq olduğunun şüurunda olmayan

biridir. Hətta bu cür görüşü, birinin:

"İti və atı olmayan ovçu, iti və atı olan ovçudan daha yaxşı bir haldadır. Çünki nə atdan düşüb bir yerinin qırılması, nə də itin dişləməsi təhlükəsilə qarşı-qarşıyadır."

deməyinə bənzədə bilərik. Sözsüz ki, bu cür görüşlər, xətalıdır. Çünki at və itini yaxşı tərbiyə edə bilən bir ovçu, ovlamaq zövqünü daha yaxşı dadar.

√ 2-ci hal:

Tövbəkarın cinsi gücünü itirməsi, fiziki bir səbəbdən (əngəl, maneədən) deyil, qüvvətli inancı və keçmişdə verdiyi güclü mücahidə sayəsində reallaşmasıdır.

Çünki apardığı mübarizə ilə, şəhvətin qabarmasını kökündən qazıyaraq, şəriət ədəbi çərçivəsində tərbiyə etmişdir. Dini hisləri, nəfsini tamamilə hakimiyyət altına aldığından, şəhvəti, dinin işarəti çərçivəsində qabarır və sönür.

Belə biri, şəhvətini cilovlamaq üçün çətin mübarizə verən tövbəkardan daha üstündür.

İndi biri ortaya çıxıb:

"Burda bu şəxs üçün cihad fəziləti yoxdur."

deyirsə, demək ki, cihadın məqsədini qavraya bilməyib. Çünki cihad, şəxsən məqsud (qəsd edilən) deyildir. Cihaddan məqsəd, düşmənin zərərini ortadan qaldırmaqdır, ki, səni öz istəklərini etməyə sürükləməsin, bundan acizliyə düşdüyündə də, səni din yolundan uzaq qoymasın.

Düşməni məğlub edib hədəfinə çatdığında, zəfərə qovuşmusan deməkdir. Halbuki, döyüş halını davam etdirirsənsə, hələ də zəfər arxasındasan, deməkdir.

İkincidə yer alan tövbəkarın halı, düşməni məğlub edib əsir alan döyüşçünün halını xatırladır.

Təbiidir ki, zəfərə çatmış, hərbi qazanmış bir komandir, hələ döyüş halında olan və döyüşün necə nəticələnəcəyini bilməyən bir komandirə nisbətən, daha yaxşı bir haldadır.

Yenə, tövbə edib şəhvətini şəriətin əmrinə vermiş tövbəkar, ov itini, üsyankar atını tərbiyə etmiş ovçunu xatırladır.

Təbiidir ki, bu ovçu, hələ itini və atını tərbiyə etməklə məşğul olan ovçudan daha yaxşı haldadır.

Bu mövzuda bir qrup yanılmış və cihadın, ən son hədəf olduğunu söyləmişlərdir. Ancaq, cihadın, yolun təhlükələrdən qurtulmaq olduğunu bilə bilməmişlərdir.

(Ğazzali, "İhya'u-Ulum'id-din", Tövbə kitabı)

Read 2 times
In order to make a comment, please login or register