Nəfslə cihad vardırmı? -2
Nəfslə cihadı düşündüm və onun:
• cihadın ən böyüyü olduğunu;
• alimlərdən və zahidlərdən bəzi kimsələrin də, nəfslə cihadın mənasını başa düşmədiklərini
gördüm. Çünki, onlar içərisində, nəfsi, mütəmadiyən bütün haqlardan əngəlləyənlər mövcud idi. Bu isə, 2 cəhətdən yalnışdır:
1. Nəfsə əngəl olan neçə insanlar vardır ki, belə etməklə, əngəllədikləri şeydən daha böyük olan bir şəhvəti, nəfsə vermiş olurlar:
Nəfsi, mübah şeylərdən uzaq qoyub, özünün bu özəlliyi ilə (insanlar nəzərində) məşhur olması kimi...
Bax bu şəkildə, nəfsin, mübah şeylərdən uzaq tutulmaqdan xoşu gəlir. Çünki o, bu şəhvət yerinə, insanların hörmətini qazanmışdır.
2. Bundan daha gizli olanı isə, insanın, nəfsini uzaq tutduğu şey vəsiləsilə, özünü, nəfsini əngəlləməyən digər insanlardan üstün görməsidir.
Bu söylədiklərim, sürətli şəkildə idrak edən birinin maqqaşı ilə, özünün alınmasına ehtiyac duyan incə məsələdir.
Biz, nəfsi qorumaqla mükəlləf qılındıq. Nəfsi qorumağın səbəblərindən biri də, nəfsin dəyər verdiyi şeylərə yönəlməsidir. Elə isə, nəfsə, dəyər verdiyi şeyi vermək gərəkdir. Nəfsin dəyər verdiyi şeylərin çoxu və ya əksəriyyəti də, arzuladığı şeylərdir.
Biz, nəfsi qorumaqla vəzifəli olan vəkillər kimiyik. Çünki o, bizə aid deyildir. Əksinə, o, bizə əmanətdir. Bundan dolayı, onu mütəmadiyyən haqlarından əngəlləmək, təhlükəlidir.
Üstəlik, (nəfsə verilən) neçə çətinliklər vardır ki, rahatlamaq arzusunu da bərabərində gətirmişdir. Nəfsini çətinə salan neçə insanlar vardır ki, nəfsi onlardan qaçmışdır və bu səfər də, o şəxsə, bunu həll etməsi, çətinləşmişdir.
Nəfsə qarşı edilən cihad, ağıllı bir xəstənin aldığı müalicə kimidir. Bu xəstə, səhhət umduğu şeyləri əldə etmək xüsusunda, nəfsini xoş qarşılamadığı şeyə sövq edər. (Dərmanın) acılığı halında, şirin şeylərdən az bir şeylə onu əridər. Qidalardan həkimin dediyi qədər yeyər. Şəhvəti də onu, yemək nöqtəsində istədiyi məqsədinə sövq edə bilməz. (Bu halda), yemək yemək, neçə dəfə aclığı, bərabərində gətirmişdir. Neçə dəfə, bir loxmadan dolayı, loxmalar o şəxsə haram olmuşdur.
Ağıllı bir mömin də, eynilə bu şəkildə, nəfsinin cilovunu buraxmaz və bu cilovu tutmağı da, nəzərindən qaçırmaz. Əksinə, bəzi vaxtlarda, onu sərbəst buraxar, cilovunu isə, öz əlində tutar.
Yol üzərində davam etdiyi müddətcə, əziyyət verərək, onu incitməz. Əgər yoldan ayrıldığını görərsə, yumşaq bir şəkildə geri qaytarar. Əgər tənbəllik göstərər və yolda yerimək istəməzsə, ona şiddət tətbiq edər.
Onu, xoş görü mövqeyində dəyərləndirər. Eynilə, ağlının əsası zəiflik və azlıq üzərinə qurulmuş olan xanımı kimi. Xanımı itaətsizlik göstərdiyində, nəsihət verilərək idarə edilər. Əgər nəsihətlə islah olmazsa, yatağını ayırar. Yenə düzəlməzsə, döyülər.
Ədəbləndirmək üçün atılacaq qamçılarda, qamçını göstərib "vurmadan qorxutmaq qamçısı"ndan daha yaxşısı yoxdur...
Bu söylədiyim, əməl etibarı ilə nəfsə qarşı mücadilədir. Nəfsə, öyüd-nəsihət verərək və azarlayaraq verilən mücadilədə (cihadda) isə, nəfsi insanlara qarşı sakit dayanıb (yəni onlara qarşı yalnış işlərdə cürət göstərməyib) nəfsə, onun pis əxlaqa meyl etdiyi bir halda görən bir Yaradıcısını ucaltmağı öyrədib, nəfsinə:
Sən, Allahın sənin haqqında:
• "Səni əllərimlə yaratdım və mələklərimi sənə səcdə etdirdim." dediyi;
• Səni yer üzündə xəlifəsi olmağın üçün seçib razı olduğu, yer üzünə göndərdiyi şəxs deyilsənmi?" deyə söyləməsi lazımdır.
Əgər nəfsinin lovğalandığını görərsə, ona belə deyər:
Sən:
• dəyərsiz bir damla sudan yaradılan;
• boğazında qalan bir loxmanın öldürdüyü; və
• taxta bitinin belə incitdiyi
şəxs, deyilsənmi?
Əgər nəfsinin qüsur etdiyini görərsə, ona, ağaların, nökərləri üzərindəki haqlarını öyrədər. Əgər nəfsi əməl etməkdə tənbəllik edərsə, ona, alacağı əcrin bolluğunu bildirər.
Əgər həvaya (nəfsin arzu və istəklərinə) meyl edərsə, günahın böyüklüyü ilə onu qorxudar. Sonra onu, hissi olub, dünyada gələcək cəzalarla günahdan çəkindirər. Allah Taalanın bu ayətində olduğu kimi:
قُلْ أَرَءَيْتُمْ إِنْ أَخَذَ ٱللَّهُ سَمْعَكُمْ وَأَبْصَـٰرَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِهِ...
De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?” (Ənam/46)
Mənəvi cəzalarla da onu qorxudar. Allah Taalanın bu ayətində olduğu kimi:
سَأَصْرِفُ عَنْ ءَايَـٰتِىَ ٱلَّذِينَ يَتَكَبَّرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ...
"Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam..." (Əraf/146)
Bax:
• ilk söylədiyimiz: sözlü;
• digər söylədiyimiz isə: feli cihaddır.
(Əbu'l-Fərəc ibnu'l-Cevzi, "Saydu'l-Xatir" əsərindən nəql, s. 146-149)