Nəfslə cihad vardırmı? -3
"(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allah`ın iznilə qələbə çalar. Allah səbir edənlərlədir." (Ənfal 66)
Ömər (radiyallahu anh), Abəsə oğullarının birindən soruşur:
“Düşmənlərinizə nə ilə qalib gəldiniz?”
O, şəxs cavab verir:
“Səbirlə. Hər hansı bir qövmlə qarşılaşsaq, onlar bizə səbirlədirəndikləri kimi bizdə onlara qarşı səbirlə və sabit olmaqla dirəndik."
Sələfdən birisi belə deyir:
“Bizim heç birimiz ölümü və yaraları sevmərik, lakin bunlara qarşı səbirgöstərməyi sevərik.”
Battal deyir:
“Cəsarət və qəhrəmanlıq bir müddət səbir göstərə bilməkdir.”
Bu qeyd etdiklərimiz açıqdan düşmənlə edilən cihada, yəni kafirlərlə edilən cihada aiddir, həmçinin batini düşmən olan nəfs və həva ilə cihadda da səbir edilməsi lazımdır. Nəfs və həva ilə cihad etmək çox böyük bir cihaddır. Belə ki, Allah Rəsulu buyurub:
“Əsil mücahid, Allah üçün nəfsi ilə cihad edən şəxsdir”. (1)
---------------------------
(Haşiyə-1
Bu hədisi:
• İmam Əhməd: 6\20, 21;
• Abdullah İbn Mübarək “Cihad” kitabında: 175;
• Tirmizi: 1621;
• Hakim: 1/10, 11
Fudalə İbn Übeyddən rəvayət etmişdir. İbn Hibban, hədisin səhih olduğunu demişdir.)
-------------------------------
Abdullah ibn Ömərdən cihad haqqında soruşan adama belə dediyi rəvayət olunur:
“Öncə nəfsindən başla ona qarşı cihad et, öncə nəfsindən başla onunla döyüş!”
Baqiyyə ibn Vəlid, İbrahim ibn Ədhəmin Əli ibn Əbu Talibdən belə rəvayət etdiyini deyir:
“Cihadlar içərisindəilk olaraq xoşlanmayaraq rədd edecəyiniz cihad, nəfsinizlə edilən cihaddır”.
İbrahim ibn Əbu Əblə döyüşdən gəlmiş qövmə belədeyir:
“Siz indi kiçik cihaddan döndünüz, böyük cihad üçün nə etdiniz?”
Onlar soruşdular: “Böyük cihad nədir?”
İbrahim cavab verdi: “Bu qəlbin cihadıdır!” (2)
---------------------------------
(Haşiyə-2
Bu rəvayəti:
• əl-Mizzi “ət-Təhzibu`l-Kəmal” əsərində: 2\144;
• İmam Zəhəbi isə, “əs-Siyər” kitabında: 6\325 rəvayət etmişdir.)
---------------------------------
Bu, Cabir ibnAbdullahdan zəif bir isnadla rəvayət edilmişdir. Cabir rəvayət etdiyi hədisdə belə deyilir:
“Siz kiçik cihaddan böyük cihada döndünüz.”
Onlar dedilər: “Böyük cihad nədir?”
Buyurdu: “Qulun nəfsi ilə cihad etməsidir!” (3)
-----------------------------
(Haşiyə-3:
Bu hədisi:
• Beyhaqi “əz-Zühd” kitabında: 374; və
• Xatib əl-Bağdadi “ət-Tarix” kitabında: 13\493
rəvayət etmişlər. Hədisin sənədində zəifliklə
ittiham olunan şəxs vardır.
Bu hədisi Bəyhaqi və əl-İraqi rəvayət etmişdirlər. İbn Həcər “Təsdid əl-Qovs” kitabında belə deyir:
“Bu hədis insanların dilində məşhur olsa da, İbrahim İbn Əbi Ublənin sözüdür”.
-----------------------------
Səid ibn Sinanın Ənəs ibn Malikdən rəvayət etdiyi hədisdə Allah Rəsulu belə buyurur:
“Həqiqi düşmən səni öldürdüyü zaman cənnətəgirməyinə səbəb olan və sənin onu öldürdüyün zaman sənin nur qazanmana səbəb olan deyildir. Sənin ən çətin düşmənin,
daxilində olan nəfsindir.” (4)
-------------------------------
(Haşiyə-4:
Bu hədisi:
• Təbərani: 3445, Əbu Malik əl-Əşaridən rəvayət etmişdir.
Heysəmi deyir ki, bu hədisin ravilərindən olan Muhamməd İbn İsmail İbn Əyyaş, zəifdir.)
---------------------------------
Əbu Bəkr əs-Sıddıq Öməri xəlifə təyin edərkən ona belətövsiyə edir:
“Səni çəkindirmək istədiyim ilk şey, sənin daxilində olan nəfsindir."
Nəfsə qarşı aparılan bu cihadda da səbirə çox ehtiyac var. Hər kim öz nəfsinə, həva və həvəsinə və şeytanına qarşı etdiyi cihadda səbir edərsə, ona qalib gələr, zəfər qazanar və müvəffəq olar. Nəfsinə hakim olan qiymətli bir şəxs və onun sultanı olur.
Ancaq nəfsinə qarşı etdiyi cihadda dözümsüz olar və səbir göstərməzsə, nəfsinə məğlub olar və nəfsinin əsirinə çevrilər. Bu vəziyyətdə şeytanın və həva və həvəsinin əlində zəlil bir kölə halında olar. Buna görə şair belə demişdir:
"Bir şəxs nəfsinə qarşı gələ bilməzsə, izzətlilərin zəlil olduğu hala düşər."
İbn Mübarək belə deyir:
“Səbir edən şəxs, nə az səbiretmişdir. Dözümsüzlük edən də nə qədər az faydalanmışdır."
Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in:
“Qələbə, səbirlə əldə olunar” sözünün mənası:
Hər iki cihadda, zahiri düşmənlə və batini düşmən üzərində əldə olunacaq qələbəni əhatə edir. Hər kim bu ikisində də səbir edərsə, ona yardım edilər və düşməni üzərində qələbə qazanar.
Hər kim bu cihadda səbir etməyib dözümsüzlük göstərərsə, məğlub olub düşmənin əlinə əsir düşər və ya onun tərəfindən öldürülər.
(İbn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm", 19-cu hədis:"Allahın hüdudlarını qorumaq və qədərə iman haqqındadır.", 2. Cild, s. 149-151)
- İsra surəsi 23-24-cü ayətlərin təfsiri
- Peyğəmbər, Əli Məndən sonra bütün möminlərin vəlisidir deyibmi?
- Namazda əlləri göbək altında bağlamağın dəlilləri-2
- Falçı
- İntihar edən şəxsin cənazə namazı qılınarmı?
- Hicr surəsi 72-ci ayətin təfsiri
- Cadu vardırmı?
- "Cəhənnəmdən ən son çıxıb, Cənnətə ən son girəcək adam"
- "Cəhənnəmdən ən son çıxıb, Cənnətə ən son girəcək adam" hədisi
- Əbu Hənifəyə murciə deyilibmi?