Nəhl surəsi 43-cü ayətin təfsiri
وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِمْ ۚ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ
"Biz, səndən əvvəl də, özlərinə vəhy etdiyimiz kişilərdən başqasını elçi göndərmədik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun." (Nəhl/43)
--------------------------
Təfsiri:
Bu ayə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in peyğəmbərliyini inkar edib, "Allah, elçisi olmayacaq dərəcədə böyükdür. Nəyə görə, bizə, bir mələk göndərmədi?" deyərək, peyğəmbərliyini inkar edən Məkkə müşrikləri haqqında enmişdir. Uca Allah, onların bu iddialarını, "Biz, Səndən əvvəl" ey Muhamməd, keçmişdəki ümmətlərə, " də, özlərinə vəhy etdiyimiz kişilərdən", Adəm oğullarından "başqasını peyğəmbər göndərmədik." ifadəsilə, onların iddialarını rədd etdi.
"Əgər bilmirsinizsə, zikr əhlindən soruşun."
Süfyan deyir:
Bununla, "kitab əhlinin möminləri"ni qəsd etməkdədir. Onlardan soruşduğunuz təqdirdə, bütün peyğəmbərlərin bir bəşər olduğunu, sizə xəbər verəcəklər.
Mənanın, belə olduğu da söylənmişdir:
"Siz, kitab əhlindən soruşun. Onlar, iman etməsələr də, bütün peyğəmbərlərin, bəşər arasından göndərildiyini etiraf edəcəklərdir."
Bu mənadakı bir açıqlama, ibn Abbas və Mücahid'dən də rəvayət edilmişdir.
ibn Abbas deyir:
"Zikr əhli, Quran əhli deməkdir."
Bunların, "elm əhli" olduqları da söylənilmişdir ki, bu mənalar, bir-birinə yaxındır.
(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)
------------------------------
------------------------------
İmam Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsirində, belə deyir:
• İkinci məsələ:
Alimlər, müctəhidin, bir başqa müctəhidi təqlid edib-etməyəcəyi xüsusunda, ixtilaf etmişlərdir. Bəziləri, bunun caiz olduğunu iləri sürmüş və bu ayə ilə istidlal edərək, belə demişlərdir:
"2 müctəhiddən biri, bir şeyi bilə bilmədiyi vaxt, Haqq Taala'nın, 'Əgər bilmirsinizsə, zikr əhlindən (bilənlərdən) soruşun.' ayətindən dolayı, onun, bilən başqa bir müctəhidə müraciət etməsi, vacib olur. Bundan dolayı, bu, vacib olmasa belə, ən azından caiz olur."
• Üçüncü məsələ:
Qiyası (şəri dəlil kimi) qəbul etməyənlər, bu ayə ilə istidlal edərək, belə demişlərdir:
"Mükəlləfin başına bir hadisə gəldiyində, bir şey ilə qarşılaşdığında, əgər o, onun hökmünü bilirsə, qiyas etməsi, caiz olmaz. Yox əgər bilməzsə, bu ayətin ifadə etdiyi zahir mənadan dolayı, onun, bunu, bir başqasından soruşması lazımdır. Bundan dolayı, qiyas, bir hüccət və bir dəlil olmuş olsaydı, onun, bu hökmü qiyas edərək istinbat etməsi mümkün olduğu üçün, bunu, bilən bir kimsədən soruşması, vacib olmazdı. O halda, qiyas ilə əməl etməyi caiz görməyin, bu ayətin zahirilə əməl etməməyi gərəkdirdiyi sabit olmuş olur. Bundan dolayı, qiyasın caiz olmaması lazımdır. Allah, ən doğru biləndir..."
Buna, bu şəkildə cavab verə bilərik:
Qiyas ilə əməl etməyin caiz və mümkün olduğu, səhabənin icması ilə sabitdir. Halbuki icma, bu dəlildən daha qüvvətlidir.
Allah, ən doğru biləndir...
