Nəhl surəsi 48-ci ayətin təfsiri

أَوَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍ يَتَفَيَّؤُا۟ ظِلَـٰلُهُۥ عَنِ ٱلْيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدًا لِّلَّهِ وَهُمْ دَ‌ٰخِرُونَ

"Məgər onlar, Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri, müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir." (Nəhl/48)

----------------------------

Təfsiri:

✓ Dördüncü məsələ: Səcdədən məqsəd nədir?

Ayətdəki, "سُجَّدًا لِّلَّهِ / succədən lilləhi / Allaha səcdə edərək" ifadəsilə bağlı, bir çox möhtəməl mənalar vardır:

1. Bundan murad, "Təslim olma, boyun əymə və inqiyad (tabe olma)" mənasıdır.

Necə ki, ərəb dilində,

~ minilməsi üçün dəvə başını əydiyində, "səcədə'l-bəiru" : "Dəvə, boyun əydi.";

~ daşıdığı yükün ağırlığından, meyvələrinin bolluğundan ötürü, xurma ağacı budaqlarını əydiyində, "səcədəti'l-nəxlətu" deyilir.

~ Şair də: "Təra'l-əkmə fihə succədən li'l-havafiri" : "Orda, təpələri, atların dırnaqlarına səcdə edən, boyun əyən (vəziyyətdə) görərsən." demişdir.

Bunu yaxşıca qavradığında, biz, deyirik ki:

Allah Taala, işıqlandırıcı göy cisimlərini və ulduzları, işıqları yer üzünə düşəcək şəkildə, müəyyən bəzi prinsiplər çərçivəsində nizama salmışdır.

Sonra, yenə biz, bu işıqların və kölgələrin, yer üzünə, ancaq, Allahın tədbir və təqdirinə uyğun olaraq düşdüyünü görürük. Beləcə, biz, günəşin doğduğunda, o qatı cisimlərin qərb tərəfə doğru uzanan bəzi kölgələrinin düşdüyünü müşahidə edirik.

Sonra, günəş doğub, yavaş-yavaş yüksəldikcə, bu kölgələrin də, günəşin zaval vaxtına gəlməsinə qədər, getdikcə çəkildiyini və tamamilə itdiyini görürük. Bundan dolayı, günəş, zavaldan qərbə doğru meyl etdiyində, bu səfər, kölgələrin şərqə doğru düşdüyünü görürük. Günəşin qərbə meyli artdıqca, kölgələrin şərqə doğru uzanması da artır. Bu halı, bir gün içində müşahidə etdiyimiz kimi, bir il boyunca, sağ və sol tərəfdə, kölgələrin fərqliliklər ərz etdiyini də müşahidə edirik.

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"Otlar da, ağaclar da səcdə edir." (Rahmən/6); ayətilə

"Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir." (Ra'd/15) ayətindəki səcdələr də, bu mənadadır. Bunun izahı, daha əvvək keçmişdi.

2. Bu kölgələr, yer üzünə düşür və səcdə edən şəxsin şəklini alırlar. Necə ki, əbu'l-Əla əl-Məarri, bir vadini vəsf edərkən, "bihərfin yutilu'l-cənhu fihi sucudəhu və li'l-ardi zəyyi'r-rahibi'l-mutəəbbidi" yəni, "Uzun-uzun səcdə edən bir uçurum və özünü yaxşıca ibadətə vermiş bir rahib qiyafəsindəki yer" demişdir.

Dolayısı ilə, kölgələrin şəkli, səcdə edənlərin şəklinə bənzədiyi üçün, Haqq Taala, kölgələr haqqında, "səcdə etmə" vəsfini istifadə etmişdir.

~ Həsən əl-Basri, "Sənin kölgən, Rəbbinə səcdə edir, ancaq, sən etmirsən. Bu etdiyin, nə pisdir!"

~ Mücahid isə, "Kafirin özü namaz qılmaz, ancaq, kölgəsi namaz qılar." demişdir.

~ Yenə, "İstər özü səcdə etsin, istər etməsin, hər şeyin kölgəsi, Allaha səcdə edər." deyilmişdir.

Bil ki, ilk izah, əqli reallıqlara; ikinci izah isə, zahiri hallara (bənzərliklərə) daha uyğundur.

----------------------------

Daha sonra, imam Razi, belə deyir:

"Ziləl" (kölgələr), ağıllılar cinsindən olmadığı halda, ayətdə, ağıllı olaraq göstərilməsinin hikməti haqqında, belə deyir:

"Çünki Allah Taala, kölgələri, itaət edən, boyun əyən, zəlil olan deyə vəsf edincə, bunlar (yəni, kölgələr), sanki ağıllı varlıqlara bənzədilmiş olurlar."

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb", bu ayətin təfsiri, müxtəsər şəkildə zikr edilmişdir.)

Read 35 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR