Nəsx haqqında məlumat verərsinizmi?

مَا نَنسَخْ مِنْ ءَايَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَآ أَوْ مِثْلِهَآ ۗ أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

"Biz hər hansı bir ayəni nəsx edər və ya onu unutdurarsaq, ondan daha yaxşısını və ya ona bənzərini gətirərik. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?" (Bəqərə/106)

----------------------------------

Təfsiri:

Bu buyuruğa dair açıqlamalarımızı, 10 başlıq halında təqdim edəcəyik:

1. Nəsx etmək, ya da Unutdurmaq:

Bu, əhkama dair böyük bir ayətdir.

(Nüzul) səbəbi, budur:

Yəhudilər, Kəbəyə yönəlmələri xüsusunda, müsəlmanları qısqandıqlarından dolayı, İslama dil uzatmağa və:

"Muhamməd, səhabələrinə ilk əvvəl bir xüsusu əmr edir, sonda da onlara o işi qadağan edir. Bu cəhətdən, Quran, olsa-olsa, Onun tərəfindən uydurulmaqdadır. Bundan dolayı, bir qismi ilə digər qismi, bir-birilə zidd düşməkdədir."

deməyə başladılar. Bunun üzərinə də, uca Allah:

"...Biz hər hansı bir ayəni nəsx edər və ya onu unutdurarsaq..." (Bəqərə/106) ilə

وَإِذَا بَدَّلْنَآ ءَايَةً مَّكَانَ ءَايَةٍ...

"Biz, bir ayətin yerinə digər bir ayət gətirdiyimiz vaxt..." (Nəhl/101)

buyuruğunu endirdi.

-----------------------------------------

2. Nəsxə dair bilik (əldə etməy)'in gərəyi və faydası:

Bu mövzuya dair lazımi bilik əldə etmək, qətiliklə gərəkli və faydası çox böyükdür. Elm adamları, bu xüsusa dair bilik sahibi olmaqdan uzaq qala bilməzlər. Nəsxi, axmaq cahillərdən başqası da inkar etməz. Çünki əhkama dair qarşılaşılan məsələlərdə, halal və haramı bilmək xüsusunda, bunu bilməyi gərəkdirən bir çox xüsus vardır.

Əbu'l-Bəxtəri'nin belə dediyi rəvayət edilməkdədir:

Əli (radiyallahu anh), məscidə girdiyi bir səfərində, bir adamın insanları qorxutmaqla məşğul olduğunu görür. Ətrafındakılara:

"Bu kimdir?" deyə soruşunca, onlar:

"İnsanlara xatırladan biridir."

deyə cavab verirlər. Əli (radiyallahu anh) belə deyir:

"Bu, insanlara öyüd verib xatırladan bir kimsə deyildir. Bu, mən filan oğlu filanam, məni tanıyan deyən biridir."

Əli (radiyallahu anh), ona bir xəbərçi göndərib ondan belə soruşmağını istəyir:

"Sən, nasixi mənsuxdan ayırd edə biləcək qədər bir biliyə sahibsənmi?"

O: "Xeyir." deyə cavab verir.

Bu səfər ona:

"Məscidimizdən çıx get və bu məsciddə öyüd və nəsihətlər etmə."

Bir başqa rəvayətə görə:

"Nasix və mənsuxu bilirsənmi?" deyə soruşmuş, o şəxs isə: "Xeyr" deyincə, Əli (radiyallahu anh):

"Özün də həlak oldun, başqalarını da həlak etdin." deyə cavab verir.

Buna bənzər bir rəvayət, ibn Abbas'dan da gəlmişdir.

-----------------------------------

3. Ərəb dilində, "nəsx"in mənası:

Ərəbcədə, bu kəlimə, 2 mənada istifadə edilir:

a. Nəql etmək

Bir kitabı, bir başqa kitabdan nəql etmək (istinsəx etmək) kimi.

Buna görə, Quran-i Kərimin bütün hamısı, mənsuxdur. Yəni Lövh-i Məhfuzdan nəql edilmiş və dünya səmasındakı Beytu'l-İzzəyə endirilmişdir.

Ayətin, bununla/bu məna ilə bir münasibəti yoxdur. Uca Allahın:

... إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ

"Şübhəsiz Biz, sizlərin işləməkdə olduqlarınızı istinsəx etdirirdik." (Casiyə/29)

buyuruğu da, bu mənadadır. Yəni:

"Onun nəsx edilməsini (yazılıb qeyd edilməsini) və təsbit edilməsini əmr edirdik." deməkdir.

b. İbtal və izalə etmək:

Bax burda, qəsd edilən də budur. Bu, dildə, 2 cür məna ifadə edir:

~ Bir şeyi ibtal və izalə edib başqa bir şeyi onun yerinə qoymaq. Məsələn, günəş kölgəni ortadan qaldırıb kölgənin yerini tutduğu vaxt:

"Günəş, kölgəni nəsx etdi."

şəklində istifadə olunan ifadə də, bu növdəndir.

Uca Allahın:

"Biz bir ayəti nəsx edər və ya onu unutdurarsaq, ya ondan xeyirlisini, ya da onun bənzərini gətirərik."

buyuruğunun mənası da, budur.

Muslimin "Səhih"ində də, belə bir ifadə yer almaqdadır:

"Zamanla nəsx edilməmiş peyğəmbərlik yoxdur."

Yəni, ümmətinin halı, bir haldan başqa bir hala dəyişməmiş bir nübüvvət yoxdur, deməkdir.

İbn Faris, belə deyir:

Nəsx(in bir mənası): "kitabı nəsx etmək (yəni nüsxəsini çıxarmaq) şəklindədir.

Digər bir mənası: "daha əvvəl özü ilə əməl edilən bir xüsusu ortadan qaldırıb başqa bir hadisə (və ya səbəb ilə) onu nəsx etmək də, bir başqa cürdür. Məsələn, bir xüsusa dair nazil olan bir ayətin, bir başqa ayət ilə nəsx edilməsi kimi. Bir şeyin ardından gələn hər bir şey də, özündən əvvəlkini nəsx etmiş olur:

"Günəş, kölgəni; ağaran saçlar, gəncliyi nəsx etdi." deyilir.

Mirasçılar arasında tənasux isə:

Mirasın özü paylaşdırılmadan olduğu kimi qaldığı halda, mirasçıların arxa-arxaya ölməsi, deməkdir.

Əsrlərin və nəsillərin tənasuxu (ard-arda gəlib birinin digərinin yerini tutması) da, belədir.

b. Başqa bir şeyi yerinə qoymadan, bir şeyi izalə etmək. Məsələn:

"Külək, izləri nəsx etdi." demək, belədir. Uca Allahın:

...فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَـٰنُ...

"...O (Allah), şeytanın buraxdığını/təlqin etdiyini nəsx edər..." (Hacc/52)

buyuruğundaki nəsx kəliməsi də, bu mənadadır. Yəni, onu, ibtal və izalə edər, onun təlqini oxunmaz və onun yerinə də Mushafda hər hansı bir şey qeyd edilməz.

Əbu Ubeyd, bu ikinci növ nəsxin olduğunu iddia etmiş və belə demişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə bir surə endirilər, sonda bu surə qaldırılar, bu surə oxunmaz və Mushafa da yazılmazdı.

Mən (Qurtubi) isə, deyirəm ki:

Ubey b. Ka'b'dan və Aişə (radiyallahu anha)'dan gələn, Əhzab surəsinin uzunluq etibarı ilə Bəqərə surəsinə bərabər olduğuna dair rəvayət də, bu növdəndir.

Bu xüsusa dair açıqlamalar, inşallah orda (Əhzab surəsinin təfsirinin başlanğıcında) gələcəkdir. (haşiyə)

Buna dəlil olan xüsuslardan biri də, əbu Bəkr əl-Ənbari'nin zikr etdiyi bu xüsusdur:

Mənə atam bildirdi ---> Bizə Abdullah b. Salih, Leysdən ---> O, Yunus və Aqildən ---> Onlar da ibn Şihabdan rəvayətlə belə dedilər:

Mənə (ibn Şihaba), əbu Umamə b. Səhl əl-Huneyf, Səid b. əl-Musəyyəb'in məclisində bildirdiyinə görə:

Bir adam, gecə Qurandan bir surə oxumaq üzərə gecə qalxdı, lakin o surədən bir şey oxuya bilmədi. Bir başqası qalxdı, o da bir şey oxumağa güc yetirə bilmədi. Səhər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hüzuruna getdilər. Onlardan biri, belə dedi:

"Ey Allahın rəsulu! Gecə Qurandan bir surə oxumaq üçün qalxdım, ondan heç bir şey oxuya bilmədim."

Bir digəri də qalxıb, o da:

"And olsun Allaha, eyni hal, mənim də başıma gəldi, ey Allahın rəsulu." dedi.

Digəri də qalxıb:

"Allaha and olsun, eyni hal, mənim də başıma gəldi, ey Allahın rəsulu!" dedi.

Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Bu, uca Allahın dünən nəsx etdiyi şeylərdəndir."

Rəvayətlərdən birində də,

"Səid b. əl-Musəyyəb, əbu Umamənin bildirdiklərini eşitdiyi halda, bunlara qarşı çıxmırdı."

ifadəsi də yer almaqdadır.

-------------------------------------

(Haşiyə:

İmam Qurtubi, Əhzab surəsinin təfsirinin başlanğıcında belə deyir:

Bütün elm adamlarının görüşünə görə, bu surə (Əhzab surəsi), Mədinədə enmişdir.

Münafiqlərin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə etdikləri əziyyətlər, Ona, Onun evliliklərinə və başqa xüsuslara dil uzatmaları haqqında nazil olmuşdur.

Bu surə, BƏQƏRƏ SURƏSİ QƏDƏR UZUN BİR SURƏ İDİ.

"Evli kişi ilə evli qadın zina etdikləri təqdirdə, onları qəti olaraq rəcm edin. Əlbəttə ki, bu, Allahdan ibrətli bir cəzadır. Allah, Əzizdir, Hakimdir."

şəklindəki rəcm ayəti də, bu surədə idi. Bunu, əbu Bəkr əl-Ənbari, Ubeyy b. Ka'b'dan zikr etmişdir.

Bu xüsusu, elm adamları belə açıqlayırlar:

"Uca Allah, Əhzab surəsindən əlimizdə olan miqdardan daha çoxunu, Öz qatına qaldırmışdır. Rəcm ayətinin isə, ləfzi qaldırılmışdır."

Bizə Əhməd b. əl-Heysəm b. Xalid bildirdi ---> Ona əbu Ubeyd əl-Qasim b. Səllam bildirdi ---> Ona ibn əbi Məryəm, ibn Ləhia bildirdi ---> Onun əbu'l-Əsvəd'dən ---> onun Urvə'dən ---> Onun Aişə (radiyallahu anha)'dan bildirdiyinə görə:

"Əhzab surəsi, Allah rəsulu (sallallahu aleyhi və səlləm) dövründə, 200 ayət qədər idi. Mushaf yazıldığı vaxt, ancaq indiki bölməsi qədər (73 ayət) yazıla bildi.

Əbu Bəkr əl-Ənbari deyir:

Möminlərin anası Aişənin bu sözünün mənası, budur:

"Uca Allah, Əhzab surəsində, əlimizdə olan miqdardan daha çoxunu qaldırmışdır."

Zirr deyir:

- Ubey b. Ka'b mənə belə dedi:

"Sizin saymağınıza görə, Əhzab surəsi neçə ayətdir?"

- Mən: "73 ayət." dedim.

- O, belə dedi:

"Ubey b. Ka'b'ın adına and içdiyi Allah haqqı üçün, o, Bəqərə surəsi qədər və ya daha uzundur və biz, bu surədən olmaq üzərə:

'Evli kişi ilə evli qadın zina etdikləri təqdirdə, o ikisini rəcm edin. Allahdan ibrətli bir cəza olmaq üzərə. Allah, Əzizdir, Hakimdir.'

ayəti də, bu surədən idi."

Ubeyy, bununla, bu ayətin, Quran-i Kərimdən olub nəsx edilən buyruqlardan biri olduğunu qəsd etməkdədir.

Bu əlavələrin, Aişə (radiyallahu anha)'nın otağında bir səhifədə yazılı olub onu bir keçinin yediyi şəklindəki nəql isə, münkirlərin (inkar edənlərin) və rafizilərin uydurmalarındandır.

Haşiyə burda bitir.)

-------------------------------------------

4. Nəsxi qəbul etməyənlər:

İslam müntəsibləri arasından mütəaxxirundan olan bəzi kimsələr, nəsxin caiz olduğunu qəbul etməməkdədirlər. Halbuki onlara qarşı, bu mövzuda, sələfin şəriətdə nəsxin vaqe olduğuna dair icma etdikləri xüsusu, susdurucu bir dəlildir.

Yenə yəhudilərdən bir qrup da, nəsxi qəbul etməzlər. Bunlara qarşı susdurucu dəlil isə, öz iddialarına görə, şanı uca olan Allahın, Nuh (əleyhissəlam)'a gəmidən çıxdığı vaxt, söylədiyi bu ifadələrdir:

"Bütün canlı heyvanları, Sənin və soyundan gələcəklər üçün yeyilə bilən qılıram. Bunu sizə, eynilə bitkilər kimi sərbəst buraxıram. Ancaq qan, bundan müstəsnadır, onu yeməyin."

Daha sonra isə, Musa ilə İsrail oğullarına bir çox heyvanın yeyilməsi, haram qılındı.

Yenə onlara qarşı göstəriləcək dəlillərdən biri də, budur:

Adəm (əleyhissəlam), bacı və qardaşları bir-birilərilə evləndirirdi. Uca Allah isə, bunu Musaya da, başqasına da haram qılmışdır.

Onlara qarşı bir başqa dəlil:

İbrahim Xəlil (əleyhissəlam)'a, ilk əvvəl oğlunu kəsməsi əmr edildi, daha sonra:

"Onu kəsmə." əmri verildi.

Musa (əleyhissəlam) da, İsrail oğullarına, aralarından buzova ibadət edənləri öldürmələrini əmr etdiyi halda, ardınca artıq bu öldürmə işinə son vermələrini əmr etdi.

Yenə Musanın peyğəmbərliyi ilə özünə verilən şəriətlə peyğəmbər olmadan əvvəl ibadət edilməzdi. Bundan sonra isə, Onun şəriətinə görə əməl edilərək ibadət edilməyə başlandı. Və buna bənzər başqa xüsuslar...

Belə bir nəsx, bəda (haşiyə) növündən deyildir. Əksinə, bu, qulları bir ibadətdən bir başqa ibadətə, bir hökmdən bir başqa hökmə -bir maslahat səbəbilə və hikmətini, bir də mükəmməl hökmranlığını izhar etmək üçün- etdiyi bir nəqldən ibarətdir.

Ağıl sahibləri, ittifaqla bunu qəbul etmişlərdir:

Peyğəmbərlərin şəriətlərində, insanların dini və dünyəvi maslahatları, məqsəd olaraq güdülmüşdür. Bəda isə, ancaq işlərin aqibətini bilməməsi halında düşünülə bilər. İşlərin aqibətini bilən bir şəxsin isə, maslahatların dəyişməsinə uyğun olaraq xitabları da fərqlilik göstərir. Xəstə olan şəxsin halını göz önündə tutan həkim kimi. Uca Allah da, məşiət və iradəsi ilə yaratdığı insanlar haqqında, bu maslahatları göz önündə tutmuşdur. Onun xitabı fərqlilik göstərər, lakin elm və iradəsi, əsla dəyişməz. Çünki bu, uca Allah haqqında muhaldır/imkansızdır.

Yəhudilər isə, nəsx və bədanı, eyni şey qəbul edirlər. Bundan dolayı, nəsxi, caiz görməzlər. Bu cəhətdən, azmışlardır.

ən-Nəhhas, belə deyir:

Nəsx ilə bəda arasındakı fərq, budur:

Nəsx: qulları bir şeydən bir şeyə təvhil etmək/dəyişməkdir. Məsələn, o şey, daha əvvəl, halal ikən, haram qılınar; yaxud haram ikən, halal qılınar.

Bəda isə: qərarlaşdırdığı bir şeyi tərk edib vaz keçməkdir. Sənin:

"Bu gün filan şəxsə get." dedikdən sonra: "Yox, getmə." deməyin kimi.

Birinci dəfə söylədiyin sözdən dönməni gərəkdirən bir səbəb və bir qənaət zühur edər. Belə bir davranış, əskiklikləri etibarı ilə, insanlar haqqında bəhs mövzusudur. Eyni şəkildə:

"Bu il, bunu ək." deyib daha sonra da:

"Yox, bu işdən dön." deməyin də, belədir. Buna, "bəda" deyilir.

---------------------------------

(Haşiyə:

Bəda: Allah Taala'nın, daha sonradan başqa bir hökmü uyğun görməsi üzərinə, əvvəlki hökmü dəyişdirməsi, deməkdir. Belə bir şeyin Allaha nisbəti, caiz deyildir. (Dr. Subhi əs-Salih, "Məbahis fi Ulumi'l-Quran", s. 271-272, Beyrut/1974)

-----------------------------------

5. Həqiqi nəsx edici kimdir?

Bunu bil ki, həqiqi nəsx edən, uca Allahdır. Şər'i xitaba "nəsx edən"/nasix deyilməsi, kəlimənin surətini aşmaq (məcaz) surətilə olmuşdur. Çünki bu xitab ilə nəsx gerçəkləşməkdədir. Necə ki, "mahkumun fih"ə də, nasix deyilərək, kəlimənin sərhədləri aşıla bilməkdədir. Məsələn, Ramazan orucu, aşurə orucunu nəsx edicidir, deyilir.

~ Mənsux: "izalə olunan"/ortadan qaldırılan;

~ Mənsuxun anh isə: özündən izalə olunan ibadət ilə təəbbud/ibadət etməsi istənilən mükəlləf kimsədir.

--------------------------------------

--------------------------------------

6. Nəsxin tərifi:

Nəsxin tərifi xüsusunda, məzhəb imamlarımızın (Malikilərin) istifadə etdikləri ifadələr arasında, fərqliliklər vardır. Əhl-i Sünnətin böyük elm adamlarının qəbul etdiyi tərif, budur:

"Nəsx: şəri cəhətdən yerləşmiş olan bir hökmü, daha sonra gələn bir xitab ilə, ortadan qaldırmaqdır."

Qadı Abdu'l-Vəhhab ilə Qadı əbu Bəkr də, bu şəkildə tərif etmiş və bunu da əlavə etmişlərdir:

"Əgər o (yəni sonradan gələn xitab) olmasa idi, əvvəlki şəri hökm, sabit qalmağa davam edəcək idi."

Beləliklə onlar, nəsxin lüğəvi mənasını da qorumuş oldular. Çünki nəsx, "qaldırmaq və izalə etmək" mənasındadır. Şəri hökm deyərək, əqli hökmün anlaşılmamasını təmin etmək istəmişlərdir. Şər'i xitabın bəhs mövzusu edilməsi isə, nas, zahir, məfhum və buna bənzər bütün dəlalət yönlərini əhatə etməsi, qiyas və icmanın da xaricdə buraxılması üçündür. Çünki bunlarda və bunlarla, nəsx düşünülə bilməz.

"Sonradan gələn" qeydini qoymaları isə, bundan dolayıdır:

Əgər hökm ilə şəri xitab bir arada olsaydı, bu, hökmün qayəsini açıqlayıcı olardı, nəsx edici isə, olmazdı. Və ya sözün sonrakı bölməsi, əvvəlki bölməsini qaldırmış olardı. Bir kimsənin:

"Qalx. Yox qalxma." deməsi kimi.

----------------------------------------

7. Mənsux:

Mənsux, bizim əhl-i sünnət imamlarımıza görə:

"Sabit olan hökmün özüdür, bənzəri deyildir."

Mötəzilə isə, belə deməkdədir:

"O (mənsux), daha əvvəl gəlmiş nas ilə, gələcəkdə sabit olacaq hökmün bənzərinin də zail olacağına dəlalət edən xitabdır."

Onları bu qənaətə götürən:

~ əmrlərin iradə ilə var olan şeylər olduğu;

~ hüsnün, bizzat hüsnün sahib olduğu bir özəllik olduğu;

~ Allahın muradının da gözəl olduğu

şəklindəki qənaətləridir.

Elm adamlarımız, kitablarında, mötəzilənin bu iddialarını çürütmüşlərdir.

------------------------------------------

8. Nəsxin bəhs mövzusu olmadığı sahələr:

Elm adamlarımız, xəbərlərdə, nəsxin bəhs mövzusu olub-olmayacağı xüsusunda, fərqli görüşlərə sahibdirlər.

Cumhur, nəsxin əmr və nəhylərə xas olduğu, uca Allah haqqında yalan danışmağın imkansızlığı səbəbilə, xəbər verilən xüsuslarda nəsxin olmayacağını qəbul etmişlərdir.

(Zəif bir görüş olaraq da) belə deyilmişdir:

"Əgər xəbər, şər'i bir hökm ehtiva edirsə, nəsxi mümkündür (caizdir). Uca Allahın:

وَمِن ثَمَرَ‌ٰتِ ٱلنَّخِيلِ وَٱلْأَعْنَـٰبِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا...

"Xurma və üzüm ağaclarının meyvəsindən də içki və xeyirli ruzi hazırlayırsınız..." (Nəhl/67)

buyuruğunda olduğu kimi...

--------------------------------------

9. Təxsis:

Ümumi bir hökmdən təxsis (xas qılma), nəsx kimi görünsə də, elə deyildir. Çünki ümum, heç bir vaxt, muxassası (yəni təxsis edilən hökmü) əhatə etməz. Əgər ümumun hər hansı bir şeyi ehtiva etdiyi sabit olar, sonra o şey, ümumun xaricinə çıxarılarsa, bu nəsx olar, təxsis olmaz.

Əvvəlki elm adamlar isə, məcazən və kəlimənin mənasını daha da genişləndirərək, təxsisə də nəsx adını vermişlərdir.

----------------------------------

10. Mütləq və muqayyəd (haşiyə) hökmlər:

Bunu bil ki, şəriətdə bəzən zahirən mütləq və əhatə edici olduğu görülən bəzi xəbərlər varid ola bilərlər. Yenə bir başqa yerdə, bunlar muqayyəd olaraq bəhs mövzusu edilincə, bu ifadələrdəki mütləqlik ortadan qalxar. Uca Allahın bu buyuruğunda olduğu kimi:

وَإِذَا سَأَلَكَ عِبَادِى عَنِّى فَإِنِّى قَرِيبٌ ۖ أُجِيبُ دَعْوَةَ ٱلدَّاعِ إِذَا دَعَانِ...

"Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasına yalvardığı vaxt icabət edərəm." (Bəqərə/186)

Bu buyuruqdakı hökmün zahiri, hər bir halda, dua edən hər kəsin duasına cavab veriləcəyini xəbər verməkdədir.

Bu qədər var ki, bir başqa yerdə, bunu məhdudlaşdıran (muqayyəd qılan) ifadələr gəlmişdir. Uca Allahın bu buyuruğunda olduğu kimi:

"...O (Allah) da, istəyərsə, dua etdiyiniz şeyi açar.." (Ənam/41)

Bu xüsusda bəsirəti olmayan şəxs, bunun, xəbərlərdə nəsx növündən olduğunu zənn edə bilər. Halbuki hal, belə deyildir. Bu, mütləq ifadə istifadə edildikdən sonra, onu muqayyəd olaraq dilə gətirmək, deməkdir.

----------------------------------------

(Haşiyə:

Mütləq və muqayyəd, nə deməkdir?

Mütləq və muqayyəd: ləfzin dəlalətinin, vəsf, şərt, zaman, məkan kimi qeydlərlə məhdudlanmış olub-olmadığını bildirən terminlərdir.

~ Mütləq: qeyr-i müəyyən bir fərdi və ya fərdləri göstərən və hər hansı bir sifətlə məhdudlanmış OLMAYAN ləfzdir. Məsələn, "adam, kitab, şagird" kəlimələri mütləqdir;

~ Muqayyəd: qeyr-i müəyyən bir fərdi və ya fərdləri göstərən və hər hansı bir sifətlə məhdudlanmış olan ləfzdir. Məsələn, "imanlı adam, qiymətli kitab, çalışqan şagird" şəklində bəzi qeydlər qoyulduğunda, ləfz, muqayyəd olur.)

-------------------------------------------

11. Nəsxin növləri:

Elm adamlarımız, belə deyirlər:

a. Daha ağır bir hökmün xəfiflədilməsi, caizdir. 10 nəfərə qarşı (cihadda) səbat etmək/davam gətirmək hökmünün, 2 nəfərə qarşı səbat etmə/davam gətirmə hökmü ilə dəyişdirilməsi kimi. (bax:

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَرِّضِ ٱلْمُؤْمِنِينَ عَلَى ٱلْقِتَالِ ۚ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَـٰبِرُونَ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌ يَغْلِبُوٓا۟ أَلْفًا مِّنَ ٱلَّذِينَ كَفَرُوا۟ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ • ٱلْـَٔـٰنَ خَفَّفَ ٱللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا ۚ فَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌ صَابِرَةٌ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌ يَغْلِبُوٓا۟ أَلْفَيْنِ بِإِذْنِ ٱللَّهِ ۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ

"Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.

İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir." (Ənfal/65-66))

b. Daha xəfif bir hökmün, daha ağır bir hökmlə nəsx edilməsi də, CAİZ'dir. Aşurə günü orucunun, Ramazan ayında müəyyən günlər oruc tutmaq hökmü ilə nəsx edilməsi kimi.

c. Ağırlıq və ya xəfiflik etibarı ilə, bir-birinə bərabər olan hökmlər də bir-birini nəsx edə BİLƏRlər. Qiblənin nəsxində olduğu kimi.

d. Bir hökm nəsx edilməklə bərabər, onun yerinə başqa bir hökm gətirilməyə də BİLƏR. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə xüsusi bir şəkildə danışmaq üşün, əvvəlcədən sədəqə verməyi əmr edən hökmün qaldırılması kimi. (bax:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نَـٰجَيْتُمُ ٱلرَّسُولَ فَقَدِّمُوا۟ بَيْنَ يَدَىْ نَجْوَىٰكُمْ صَدَقَةً ۚ ذَ‌ٰلِكَ خَيْرٌ لَّكُمْ وَأَطْهَرُ ۚ فَإِن لَّمْ تَجِدُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ • ءَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا۟ بَيْنَ يَدَىْ نَجْوَىٰكُمْ صَدَقَـٰتٍ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا۟ وَتَابَ ٱللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.

Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır." (Mücadələ/12-13)

e. Quran, Quran ilə; sünnət də, ibarə ilə nəsx edilə bilər. Burda bəhsi keçən "ibarə"dən məqsəd: qəti və mütəvatir olan xəbərdir.

Xəbər-i vahid də, xəbər-i vahid ilə nəsx edilə bilər.

Öndər (imam) elm adamlarının iləri gələnlərinə görə,

f. Quran-i Kərim, sünnətlə nəsx edilə BİLƏR.

Bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Mirasçıya vəsiyyət yoxdur." (bax: Buxari, Vəsaya/6; Əbu Davud, Buyu/88; Tirmizi, Vəsaya/5; ibn Macə, Vəsaya/6)

hədisində görülməkdədir. Bu, imam Malik'in məsələlərindən zahirən anlaşılan görüşdür.

İmam Şafi ilə əbu'l-Fərəc əl-Maliki isə, bunu qəbul ETMƏZLƏR.

Ancaq birinci görüş (sünnətin, Quranı nəsx etməsi), daha səhihdir. Buna dəlil isə:

Hamısının (Quranın da, sünnətin də) uca Allahın hökmü olduğu, Ondan gəldiyidir. İstərsə, bunların isimləri ayrı-ayrı olsun.

Yenə (ayətlə sabit olan) (evli olmayan) zina edənə şallaq vurmaq; evli olub zina dolayısı ilə rəcm edilən şəxsin zina həddi də, düşməkdədir. Bunu düşürən isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in tətbiqatındakı sünnətidir ki, bu da, açıqca anlaşılan bir xüsusdur.

Yenə məsələni yaxşıca araşdıran iləri gələn elm adamlarının görüşünə görə,

g. Sünnət, Quran-i Kərim ilə nəsx edilə BİLƏR. Qiblə xüsusunda, bu vardır. Çünki Şam tərəfinə yönəlib namaz qılmaq, uca Allahın Kitabında mövcuddur. Yenə uca Allahın:

"Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar..." (Mumtəhinə/10)

buyruğunda da, bu vardır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), Qureyşlə razılaşması gərəyi, qadınların kafirlərə geri verilməsini bildirmişdi.

h. Yenə iləri gələn elm adamları, Quran-i Kərimin xəbər-i vahidlə nəsx edilməsinin əqlən CAİZ OLDUĞU'nu qəbul edirlər. Ancaq şər'an/şəri cəhətdən belə bir şeyin vaqe olması xüsusunda, fərqli görüşlərə sahibdirlər.

Əbu'l-Məali və başqaları isə, Quba məscidi ilə bağlı hadisədə -iləridə açıqlanacağı üzərə (bax: Tövbə surəsi 108-ci ayətin təfsiri)- bu şəkil, hüsula gəlmişdir. Bəziləri isə, bunu qəbul etməməkdədirlər. (Haşiyə)

-------------------------------------------

(Haşiyə:

İmam Qurtubi'nin qəsd etdiyi, bu hadisədir:

Quba məscidində Məscidu'l-Əqsa'ya doğru namaz qılmaqda olan müsəlmanların, qiblənin, Kəbə yönünə çevrildiyini bildirən şəxsin xəbərinə güvənərək, Kəbəyə yönəlmələridir. (bax: Buxari, "Səhih", "Əxbəru'l-Əhəd"/1; Şafi, "ər-Risalə", s. 406-408)

----------------------

i. Hər hansı bir nassın qiyasa istinad edilərək nəsx edilməsi, DÜŞÜNÜLƏ BİLMƏZ. Çünki qiyasın şərtlərindən biri də, nassa ziddi olmamasıdır.

Bütün bu növlərilə nəsx, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in HƏYATDA OLDUĞU MÜDDƏTCƏ bəhs mövzusudur. Onun vəfatından və şəriətin son şəklini almasından sonra isə, NƏSX'in OLA BİLMƏYƏCƏYİ xüsusu üzərində, ümmətin icması vardır. Bu cəhətdən, icma, nəsx olunmaz. İcma ilə də, nəsx edilməz. Çünki icmanın gerçəkləşməsi, vəhyin kəsilməsindən sonra bəhs mövzusudur. Bizlər, hər hansı bir nassa müxalif olan bir icma gördüyümüz təqdirdə, o vaxt:

~ bu icmanın bizim bilmədiyimiz nəsx edici bir nassa söykəndiyini;

~ bu müxalif nass ilə əməlin tərk edildiyini;

~ onun muqtəzasının/gərəyinin nəsx edilməklə birlikdə, hökmünün sünnət olaraq qalmağa davam etdiyini;

~ oxunub rəvayət edildiyini

başa düşərik. Necə ki, Quran-i Kərim'də, iddəti bir il olaraq təsbit edən ayət (Bəqərə/240), olduğu kimi qalmışdır.

Bu xüsusu, yaxşı qavramaq lazımdır. Çünki olduqca əhəmiyyətli nöqtədir. Bu:

• Oxunuşun nəsx edilmədən qalıb sadəcə hökmünün nəsx olunması növündəndir və bu, nəsx növlərindən biridir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə xüsusi danışmaq üçün sədəqə əmri vermə də, belədir.

• Bəzi zamanlar: Hökm nəsx edilmədən, tilavət nəsx oluna bilər. Rəcm ayəti kimi.

• Bəzən: Həm tilavət, həm də hökm nəsx oluna bilər. Əbu Bəkr (radiyallahu anh)'ın bu sözü, bunu ifadə edir:

Bizlər:

"Atalarınızdan üz çevirməyin (yəni özünüzü başqalara nisbət etməyin). Çünki o, bir küfrdür."

ayətini oxuyardıq. (Haşiyə)

------------------------------

(Haşiyə:

Bu şəkildə bir ayətin ilk əvvəl tilavət edilib sonradan nəsx olunduğuna dair rəvayət, Əhməd b. Hənbəl tərəfindən, "Müsnəd", l, 47 və 55'də iki dəfə -ancaq əbu Bəkrdən deyil, Ömərdən rəvayətlə- qeyd edilməkdədir. Əbu Hureyrədən Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə mərfuən rəvayət isə, Buxari, "Fəraiz"/29; Muslim, "İman"/113; Əhməd, "Müsnəd", ll, 526'da qeyd edilməkdədir.)

---------------------------------------

Yenə müdəqqiq elm adamlarının qəbul etdiyi görüşə görə, nasix olan şey özünə çatmamış olan kimsə, birinci hökm ilə təəbbüd/ibadət edər. Necə ki, qiblənin dəyişdirilməsilə bağlı ayətlərdə, bu açıqlamalar gələcəkdir.

Müdəqqiqlər, hökm ilə əməl edilmədən əvvəl, nəsx edilməsinin caiz olduğunu qəbul edirlər. Necə ki, bu, kəsilməsi əmr edilən İbrahim (əleyhissəlam)'ın oğlunun qissəsində görülməkdədir.

Bununla bərabər, 50 vaxt fərz qılınan namaz əmri yerinə yetirilmədən əvvəl də, 5 vaxt olaraq nəsx edilmişdir. Bu xüsuslara dair açıqlamalar, əl-İsra surəsi (1-ci ayət 3-cü başlıq) ilə Saffat surəsi (102-103-ci ayətlər 10-cu başlıq)'da, uca Allahın iznilə gələcəkdir.

-----------------------------------------

12. Nəsx edici buyruğu bilməyin yolları:

Nasixi bilməyin bəzi yolları vardır:

• Bunlardan biri: ləfzdə buna dəlalət edən təbirlərin mövcud olmasıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu buyruğunda olduğu kimi:

"Sizlərə qəbir ziyarətini qadağan etmişdim. Artıq qəbirləri ziyarət edə bilərsiniz.

Sizlərə dəridən düzəldilən qablar xaricindəki qablardan içməyi qadağan etmişdim. Artıq hər qabdan içə bilərsiniz. Bu qədər var ki, sərxoşluq verən şeylər içməyin."

və bənzərləri.

• Bir başqa yol da: ravinin hökmlərin tarixini bildirməsidir. Məsələn:

"Mən, Xəndək ilində bunu eşitdim."

deyib, mənsux olanın daha əvvəldən bilinən bir hökm olması və ya:

"Bunun hökmü, bununla nəsx edildi."

deməsi kimi.

• Bir digər yol: ümmətin, bir hökmün nəsx olunduğu və onu nəsx edənin də, əvvəldən varid olduğu üzərində icma etməsi. Bu xüsus, fiqh üsulu kitablarında, genişcə açıqlanmışdır.

Bizim bu mövzudakı geniş açıqlamaladın bir qisminə burda diqqət çəkməyimiz, qısa olan ilə kifayətlənən kimsəyə, bu qədərinin kifayət etməsindən dolayıdır. Müvəffəqiyyət, Allahdandır.

------------------------------------

15. Nəsx edən, nəsx ediləndən xeyirlidir və ya onun bənzəridir.

"Ya ondan xeyirlisini, ya da onun bənzərini gətirərik..."

Burda keçən "xeyirlisi" ləfzi, üstünlük sifətidir. Yəni:

"Ey insanlar, əgər nəsx edən ayətin hökmü daha xəfifdirsə, dünyada; əgər daha ağırdırsa, axirətdə sizin üçün daha faydalıdır. Əgər hər cəhətdən bərabərdirsə, onun bənzəridir."

İmam Malik deyir:

"Yəni nəsx edilən ayət yerinə, sizə möhkəm bir ayət gətirərik." deməkdir.

Bundan məqsədin: üstünlük ifadə edən xeyirlilik OLMADIĞI da söylənmişdir. Çünki Allahın kəlamı arasında, üstünlük bəhs mövzusu deyildir. Bu, uca Allahın:

"Kim bir yaxşılıq ilə gələrsə, ona, ondan daha xeyirlisi vardır." (Nəml/89)

Yəni ona, o yaxşılıq dolayısı ilə bir xeyir vardır, yəni onun faydasını və əcrini görəcəkdir. Yoxsa burdakı "xeyir", daha üstün olma mənasını ifadə edəcək şəkildə deyildir. Uca Allahın:

"...Və ya onun bənzərini gətirərik..." buyruğu isə, birinci görüşə dəlildir.

(İmam Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)

Read 56 times
In order to make a comment, please login or register