Nəzər nədir? (Məntiq)
• Üçüncü məsələ: "Nəzərin tərifi"
Nəzər və fikir, özlərilə elm və ya zənn əldə etmək məqsədilə, elmi və ya zənni müqəddimələrin tərtibindən ibarətdir. Məsələn:
Ağlımıza:
~ atəşin oduna toxunduğu; və yenə
~ atəş toxunan hər odunun yandığı
gələrsə, bu 2 elmin (biliyin) cəmindən, üçüncü bir elm/bilik hasil olur ki, bu da:
~ bu odunun yandığıdır.
Bax, "özlərilə 3-cü elmə/biliyə çatmaq üçün əvvəlki 2 biliyin hazırlanması", "nəzər"dir.
-------------------------
• Dördüncü məsələ: "Nəzərin elmdəki təsiri"
Nəzər, bəzən elm/bilik ifadə edir. Kimin ağlına bu aləmin dəyişgən olduğu gələrsə; eyni şəkildə, dəyişgən olan hər şeyin mümkün olduğu da gələr. Bu 2 elmin/biliyin birləşməsi, aləmin mümkün olduğu biliyinə çatdırır.
Nəzərin bilik ifadə etdiyinə dair sözümüzün, bundan qeyri mənası, yoxdur.
Digər bir dəlil də, budur:
Nəzərin ibtalı:
~ Ya zərurətlə olur ki, bu, batildir. Əks təqdirdə, bu xüsusda, ağıllar arasında ixtilaf, olmazdı.
~ Ya da nəzərlə olur ki, bu da, bir şeyin özü ilə ibtal edilməsini gərəkdirdiyindən, bu, muhal/imkansızdır.
Nəzərin elm olduğunu inkar edənlər, belə dedilər:
"Təfəkkür etdiyimiz vaxt, bu təfəkkürün ardınca, bizdə etiqad hasil olur. Bu etiqadın elm olduğuna dair biliyimiz zəruri olarsa, ağıllıların onda ixtilaf etməməsi lazımdır. Lakin, belə deyil. Nəzəri olarsa, o vaxt, başqa bir nəzərə də ehtiyac duyar ki, bu da, (muhal olan) təsəlsülü gərəkdirər."
Bizim onlara cavabımız isə, belə oldu:
"O (yəni, elm), zəruridir. Hər kim, səhih bir şəkildə, (bir) nəzər ortaya qoyarsa, o, bu etiqadın, zəruri olaraq haqq olduğunu bilər."
----------------------------
• Beşinci məsələ: "Nəzərin mahiyyəti və mucibləri (gərəkləri)"
Sözün özü:
Nəzər: "başqa bir elmi/biliyi gərəkdirən iki elmin zehndə hasil olması"dır. Bu mucib (gərəkdirən) ilə, mucəbə (hədəflənilən gərəkdirilənə) çatmaq, nəzərdir. Burda, mucib (yəni, gərəkdirən), dəlildir.
Deyirik ki:
Bu dəlil:
~ ya atəşin təması ilə yanmağın hasil olmasına istidlal etməkdə olduğu kimi, illətdir;
~ ya yanmağın hasil olması ilə atəşə təmasa istidlal etməkdə olduğu kimi, dəlilin məlula bərabər olmasıdır;
~ ya da atəşin ortaya çıxması ilə yanmağa istidlal etməkdə olduğu kimi, 2 məluldan birilə digərinə istidlal etməkdir.
-------------------------
• Altıncı məsələ: "Məchul (bilinməyən)'in təhsilinin (əldə edilməsinin) şərtləri"
Hər məchulu bilmək üçün, 2 məlum (bilinən) müqəddiməyə ehtiyac vardır. Hər kim ki, "aləmin mümkün olduğunu" bilmək istəyərsə, bunun yolu, "Aləm, mütəğayyir (dəyişgən)'dir." və "Hər mütəğayyir, mümkündür." deməsinə bağlıdır. Eyni şəkildə, bu məhmulun (yəni, mümkünün), bu mövzu (yəni, aləm) haqqında sübutu məchuldursa, bu məhmulun mövzuya nisbətinin sübutunun bilinməsini təmin edəcək və ikisi arasında əlaqə quracaq bir şey lazımdır ki, beləcə, onun (yəni, məhmulun), bu mövzu haqqındakı sübutu məlum olsun. Bax o vaxt, bu iki müqəddimənin hüsulu, tələb edilənin də hüsulunu gərəkdirər. Beləcə, hər bilinmək istənilən məchul üçün, iki məlum müqəddimə gərəkdiyi sabit olur.
Sonra deyirik ki:
Əgər bu iki məlum, qəti elm/bilik ifadə edərlərsə, nəticə də, elmi və qəti olar. Əgər o müqəddimələrdən biri və ya ikisi, zənni olarsa, nəticə də zənni olar. Çünki fər, əslindən daha qüvvətli ola bilməz.
--------------------------
• Yeddinci məsələ: "Nəzər və elmin fərqi"
Bir mövzuda nəzər, o mövzuda elmin/biliyin olmamasını gərəkdirir. Nəzər, bir şeyi (bilmək deyil); bilməyi istəməkdir. Çünki, bilinən bir şeyin bilinməsini istəmək, muhaldır. Nəzər, mürəkkəb cəhalətin (yəni, bilmədiyini bilməməyin) də olmamasını gərəkdirir. Cahil, bildiyinə inandığı üçün, bu etiqad, onu, bilməyi istəməkdən uzaqlaşdırır.
--------------------------
• Səkkizinci məsələ: "Nəzərin elmə təsiri"
Nəticədə, nəzərin yəqini elm/bilik gərəkdirdiyi, səhih (doğru)'dur. -Daha əvvəl də zikr etdiyimiz üzərə- bu 2 məlum müqəddimənin mövcud olması, tələb edilən elmin hasil olmamasını imkansız qılar. Nə var ki, bu (yəni, nəzər), onda (yəni, elmdə), müəssir deyildir. Çünki biz, müəssirin, yalnız bir olan Allah (subhənəhu və taala) olduğunu, dəlillərlə isbat edəcəyik.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məalimu Usuli'd-din" əsərindən nəql)
-------------------------
-------------------------
Nəzəri: "zəruri (yəni, oxuyub-öyrənməklə əldə edilməyən) biliyin müqabili" olaraq istifadə edilir. Kəsbi və araşdırmaya mövzu olan şey (mətlub) olaraq da adlandırılır. "Əməli"nin müqabili olaraq da istifadə edilir.
(Təhanəvi, "Kəşşaf")
