(Nafilə) oruc tutduğum halda, qonaqlığa çağırıldım. Mən orucumu açmalıyammı?

2696- Nəbi (sallallahu aleyhi və səlləm)'dən belə rəvayət edilir:

"Biriniz oruc ikən yeməyə çağırılacaq olarsa, mən orucam desin."

(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac", Oruc kitabı: "Yemək yeməyə dəvət edilən oruclu kəs, "Mən orucam" desin babı"

--------------------

2697- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Sizdən biriniz bir gün oruc olaraq sabahlayacaq olarsa, pis bir söz söyləməsin, cahillik etməsin. Bir kimsə onunla söyüşmək və ya döyüşmək istəyərsə, şübhəsiz mən orucam, şübhəsiz mən orucam desin."

(Nəvəvi, əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac, Oruc kitabı: "Oruclu olanın dilini qoruması babı")

------------------------

Şərhi:

• Bu babların birində: "biriniz yeməyə dəvət ediləcək olarsa" hədisi ilə;

• Digərində: "sizdən biriniz bir gün oruc olaraq sabahlayarsa..." hədisləri yer almaqdadır.

Oruc olduğu halda yeməyə dəvət edilən kəs, "Mən orucam desin" buyuruğu isə, onun bu sözü, özünə bir üzr və halını bildirmək üzərə söyləyəcəyi şəklində açıqlanmışdır.

Əgər dəvət sahibi, ona müsamaha (xoş görü) göstərər və (ziyafətdə) hazır olmasını istəməzsə, ziyafətdə hazır olmaq mükəlləfiyyəti ortadan qalxar. Müsamaha göstərməyib hazır olmasını istəyərsə, yeməkdə iştirak etməsi gərəkdir və oruc olması, dəvətə icabət etməmək xüsusunda, ona bir üzr təşkil etməz. Amma dəvətdə hazır olsa (yəni iştirak etsə), yemək yemək məcburiyyətində deyildir. Oruc olmaq -oruc olmayanın əksinə- yemək yeməmək, ona bir üzr təşkil edər. Çünki oruc olmayan bir kimsənin -iləridə uca Allahın izni ilə bir babda açıqca gələcəyi kimi- məzhəbimizdəki (Şafi məzhəbindəki) 2 görüşün ən səhih olanına görə, yemək yeməsi gərəkdir.

Oruc olan ilə olmayan arasındakı fərq isə, bilindiyi kimi, səhih hədisdə açıqca ifadə edilmiş bir xüsusdur.

Oruc olan haqqında daha fəzilətli olana gəlincə, məzhəb alimlərimiz belə deməkdədirlər:

"Əgər dəvət sahibinə, onun oruc olması ağır gələcək olsa, orucunu açması müstəhəbdir, deyilsə, müstəhəb olmaz. Əlbəttə ki, bu, tutduğu orucun nafilə oruc olması halında belədir. Əgər orucu vacib (fərz) bir orucdursa, orucunu açması, haramdır."

Bu hədisdən anlaşıldığına görə, namaz, oruc və bunların xaricindəki nafilə bəzi ibadətləri, ehtiyac olması halında açıqlamaqda, bir beis yoxdur. Əgər belə bir ehtiyac yoxdursa, nafilə ibadət, gizli tutulmalıdır.

Yenə bu hədisdə, başqaları ilə münasibətləri gözəl davam etdirməyə, aradakı münasibətlərin düzəldilməsinə, qəlblərin təlif edilməsinə (barışdırılmasına, qaynayıb-qarışdırmağa, qəlbləri birləşdirməyə) gərəkdirici bir səbəb mövcud olması halında, gözəl bir şəkildə üzr bəyan etməyə də işarət vardır.

İkinci hədisə gəlincə, bu hədisdə, oruc olan bir kimsə, çirkin söz söyləməkdən nəhy edilmişdir.

Rəfəs: bayağı və çirkin söz deməkdir. Cahillik də, ona yaxın bir məna daşıyır. Cahillik, hikmətin əksi və doğru söz və felin ziddi və müxalifi olan şeydir.

"Bir kimsə onunla söyüşmək ya da döyüşmək istəyərsə, Mən, orucam desin."

"Mən orucam desin." 2 dəfə zikr edilmişdir. Bunun nə mənaya gəldiyi xüsusunda, elm adamları, fərqli açıqlamalar vermişlərdir. Bunu:

"Özünə söyən yaxud da onunla döyüşmək istəyən kimsəyə, eşidəcəyi şəkildə açıqdan bildirər və beləliklə, o kəs də bu əməlindən daşınar" deyə açıqlandığı kimi;

Bunu:

"Dili ilə söyləməz, əksinə, öz nəfsini ona qarşılıq olaraq, söyməkdən, döyüşməkdən və buna bənzər davranışlarla qarşılıq verməkdən uzaq tutmaq üzərə, içindən, öz-özünə söyləyər və orucunu, orucun saflığını bulandıran xüsuslara qarşı qorumağa davam edər." şəklində də açıqlanmışdır.

Bunu da bilək ki, oruc kimsəyə çirkin sözün, cahilliyin, mübahisə etməyin və söymənin qadağan olması, bu qadağanın sadəcə ona xas olması demək deyildir. Əksinə, bu xüsusların qadağanlığının bir əsl olması cəhətindən, hər kəs onun kimidir, ancaq oruc kimsə üçün, bu daha da müəkkəddir.

Ən doğrusunu Allah bilir...

Read 50 times
In order to make a comment, please login or register