Nafilə və ya Tətəvvü Namazları.


Fərz və ya vacib namazlardan başqa Rəsulullahın (sallallahu aleyhi və səlləm) qıldığı haqqında rəvayət olan namazlara nafilə namazlar deyilir. Bunlar sünnə və ya məndub olaraq iki yerə ayrılır. Sünnə olan nafilə Allah Rəsulunun davamlı etdiyi, nadir hallarda etmədiyi işlərdir. Bəzən bu işləri etməməsinin səbəbi insanlara fərz olmadığını bildirməkdir. Məndub olan nafilələr isə Həzrət Peyğəmbərin bəzən edib, bəzən isə etmədiyi qüvvətli olmayan sünnələrdir.  (İbnul-Hümam, e.a.ə., l, 314: Meydani, e.a.ə., l, 94: Zeyləi, TebyinuI-Heqaiq, l, 171: Mövsili, İxtiyar, l, 65: İbn Abidin, e.a.ə., l, 630: Züheyli, e.a.ə., II, 46)


Başqa bir təsnif görə bir vaxtı olan nafilə namazlara “Rəvatib sünnələr” deyilir. Bunlar, müəyyən bir tərtib, düzən içərisində beş vaxt fərz namaz və ya cümə namazı ilə birlikdə qılındığı üçün bu adı almışdır. Bunlardan bəzisi müəkkəd, bəzisi də qeyri-müəkkəd sünnədir. Hənəfi ədəbiyyatında müəkkəd olan nafilə namazlar “sünnə”, qeyri-müəkkədlər isə “müstəhəb və ya məndub” adlanır. Təravih namazı da yatsı namazından sonra qılındığı üçün rəvatibdəndir.


A - Müəkkəd Sünnələr


Beş vaxt namaza və ya cümə namazına bağlı olaraq qılınan namazların bir qismi müəkkəd sünnədir. Bunlar Ümmi Həbibə, Hz. Aişə, Əbu Hureyrə, Əbu Musa əl-əşari və İbn Ömərin (Radiyallahu anhn) rəvayət etdiyi bir hədisi-şərifdə belə bildirilir:


Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Hər kim bir gün və ya gecə fərz namazlar xaricində on iki rükət namaz qılarsa, Allah ona cənnətdə bir ev inşa edər. Bu namazlar bunlardır: sübh namazından öncə iki rükət, günortadan qabaq dörd rükət, günortadan sonra iki rükət, axşamdan sonra iki rükət və yatsıdan sonra iki rükət”. (Tirmizi, Səlat, 189, h. No:415, Səlat, 203, h.no. : 433: İbni Macə, İqmə, 100, H. No: 1140-1142: Əbu Davud, Tətəvvü, 1, H. No: 1250, Nəsai, Qiyamul-Leyl, 66, H. No: 1792-1801.Nəsainin rəvayət etdiyi ilk hədisdə “bu namazları qılan cənnəte gedər” ifadəsi mövcuddur.)


Abdullah İbn Şəqiqn (Radiyallahu anh) sualına Hz. Aişə Rəsulullahın (sallallahu aleyhi və səlləm) fərz namazlar xaricində gündəlik olaraq qıldığı nafilə namazları belə açıqlamışdır:


 “O, günortadan qabaq mənim evimdə dörd rükət namaz qılır sonra çıxaraq insanlara namaz qıldırırdı. Sonra mənim evimə dönərək yenə iki rükət qılırdı. İnsanlara axşam namazını qıldırır, mənim evimə gələrək iki rükət namaz qılırdı. İnsanlara yatsı namazını qıldırır sonra mənim evimə gələrək iki rükət qılırdı. Gecə yarısı içində vitr namazı da olan doqquz rükət namaz qılırdı. Gecələr çox vaxt ayaq üstə durar, xeyli vaxt oturar, ayaq üstə ikən Qur`an oxuyar, rüku və səcdə edərək namaz qılardı. Oturaraq Qur`an oxuyar, rüku və səcdə edər və oturaraq namaz qılardı. Sübh namazının vaxtı girincə iki rükət namaz qılar. Sonra da insanlara sübh namazının fərzini qıldırardı.” (Əbu Davud, Tətəvvü, 1, H. No: 1251.)


Namazlara bağlı müəkkəd sünnələri aşağıdakı kimi sıralamaq olar


1. Sübh namazından qabaq qılınan iki rükət sünnə. Bu namaz ən qüvvətli sünnələrdəndir. Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:


Sizi atlar qovsa da sübh namazının iki rükət sünnəsini tərk etməyin.” ( İbn Hənbəl, II, 405: Əbu Davud, Tətəvvü, 3, h. No: 1258.)


Sübh namazının iki rükət sünnəsi dünyadan və dünyada olan hər şeydən daha xeyirlidir.” (Müslim, Müsafirin, 96, 97: Tirmizi, Səlat, 190.)


Hz. Aişə (Radiyallahu anh) belə demişdir:


Rəsulullah (sallallahu aleyhi və səlləm) günortadan öncə dörd və sübh namazından öncə iki rükət namazı heç vaxt tərk etməzdi.”  (Əbu Davud, Tətəvvü, 1, h. No: 1253.)


Hz. Həfzə də Rəsulullahın (sallallahu aleyhi və səlləm) səhərə yaxın evdə sübh namazının fərzindən öncə iki rükət namaz qıldığını bildirmişdir.(Nəsai, Qiyamul-Leyl, 57, h. No:1758.)


 Bundan əlavə Allah Rəsulunun Xeybər qəzvəsindən dönərkən yoldakı dayanacaqda günəş doğandan sonra, öncə iki rükət namaz qılıb sonra fərzi qıldırdığı nəql edilmişdir. (Əbu Davud, Səlat, 11, h. No. 435-443: Nəsai, Məvaqit, 54-55: İbn Hənbəl, IV, 444: Təhanəvi,İlaus-Sünən, II, 126.


Bunun kimi hədislərə görə səhər namazını qıla bilməyən şəxs zəvaldan qabaq fərzlə bərabər səhər namazının sünnəsini də qəza edər. Bir şəxs səhər namazının sünnəsini qılmadan camaat fərzə başlayarsa, ikinci rükətdə olsa da, fərzə çatacaqsa sünnəni qılmalıdır. Əgər fərzin ikinci rükətinə çatmayacağını anlayarsa sünnəni tərk edərək imama tabe olar və artıq fərzdən sonra sünnəni qəza etməz. Hənəfilərə görə səhər namazını dan yeri ağaranda qılmaq daha fəzilətlidir.


2. Günorta namazından qabaq qılınan dörd rükət: bu namaz da müəkkəd sünnələrdəndir. Hz. Aişə (Radiyallahu anh) Rəsulullahın (sallallahu aleyhi və səlləm) günortadan öncə dörd, sübh namazından öncə də iki rükət namazı heç tərk etmədiyini bildirmişdir. (Əbu Davud, Tətəvvü. 1, h. No: 1253. Nəsai, Qiyamul-Leyl, 56.)


Hz. Əlidən belə dediyi nəql edilmişdir:


Rəsulullah (sallallahu aleyhi və səlləm) günorta namazından qabaq dörd, sonra da iki rükət namaz qılardı. (Tirmizi, Səlat, 198. h. No. 424.)


3. Günorta namazından sonrakı iki rükət namaz. Bu iki rükət müəkkəd sünnədir, dörd rükət qılınması məndubdur.


Abdullah İbni Ömər belə demişdir:


“Mən Rəsulullah (sallallahu aleyhi və səlləm) ilə birlikdə günortadan öncə iki, sonra da iki rükət namaz qıldım.” (Tirmizi, Səlat, 198. h. No. 425.)


Başqa bir hədisdə belə buyurulur:


Hər kim günorta namazından öncə dörd, sonra da dörd rükət namaz qılarsa, Allah onun cəsədini cəhənnəm oduna haram edər.“ (İbni Macə, İqamə, 100, 108: Nəsai, Qiyamul-Leyl, 66.)


4. Axşam namazından sonra iki rükət namaz: bu da Rəsulullahın


(sallallahu aleyhi və səlləm) davam etdiyi gündəlik on iki rükət müəkkəd sünnələrdəndir.


5. Yatsı namazından sonra qılınan iki rükət: bunun dəlili müxtəlif səhabələrdən rəvayət edilən: gündüz və gecə on iki rükət nafilə namaza davam edənə cənnətdə Allahın bir ev tikəcəyini bildirən hədisdir. Bu on iki rükətdən ikisi də yatsı namazının son sünnəsidir. (Tirmizi, Səlat, 189, H. No: 415: İbni Macə. İqamə, 100, H. No: 1140-1142: Əbu Davud, Tətəvvü,1, H. No:1250; Nəsai, Qiyamul-Leyl, 66, H. No. 1792-1801.)


6. Təravih namazı: Təravih sözü ərəbcə “tərviha" kəlməsinin cəmidir. Lüğət mənası “rahatlanmaq - dincəlmək” deməkdir. Ramazan ayına məxsus yatsı (işa) namazından sonra qılınan təravih namazının hər dörd rükətinin sonundakı oturuş tərviha adlandırılmışdır. Sonralar bu kəlmənin cəmi olan təravih, Ramazan gecələrində qılınan nafilə namazın adı olmuşdur. Təravih namazı kişilərə və qadınlara müəkkəd sünnədir.


Bu namazın camaatla qılınması kifai sünnədir. Hz. Peyğəmbər təravih namazını bir neçə gecə xaric davamlı olaraq təkbaşına qılmış və əshabi-kiramı bu namaza təşviq edərək belə demişdir:


“Kim Ramazan ayını inanaraq savabını Allah`dan gözləyərək keçirərsə, keçmiş günahları bağışlanar.” (Buxari, Səlatut-Təravih, 1: Müslim. Müsafirin, 174.)


Hz. Aişədən gələn rəvayətə görə :


“Nəbi sallallahu aleyhi və səlləm (Ramazan gecəsində yatsıdan sonra) məsciddə namaz qıldı. İnsanlar da onun kimi namaz qıldılar. Sabahı insanlar bir-birinə bu namazdan bəhs etdilər. Növbəti gün camaat bir az da artdı. Rəsulullahla namaz qıldılar. Yenə öz aralarında bu namaz haqqında danışdılar. 3-cü gecə camaat daha da artdı. Rəsulullah (sallallahu aleyhi və səlləm) namaz qıldı. İnsanlar da onun kimi namaz qıldılar.4-cü gecə insanlar Hz. Peyğəmbərin namaz qılacağını gözlədikləri halda Peyğəmbər gəlmədi. Sübh namazını qıldıqdan sonra camaata belə buyurdu:


Dünən axşam toplaşdığınızı gördüm. Bu namazı sizə qıldırmağıma heç nə mane deyildi. Fəqət bunun sizə fərz qılınaraq ağır gəlməsindən qorxdum.” Rəsulullah (sallallahu aleyhi və səlləm) vəfat edənə qədər tətbiqat bu şəkildə davam etdi.”  (Buxari, Səlatut-Təravih, 1: Müslim, Müsafirin, 178: Əbu Davud, Şəhru-Ramazan, 1, H. No:1373: Malik, Müvəttə, Səlat fi Ramazan, 2, h. No:3.)


Təravih namazı yatsıdan sonra vitrdən öncə qılınır. Bu namazın gecə yarıdan və ya gecənin üçdə birindən sonraya buraxılması müstəhəbdir.


Qılınmayan bir təravih namazı qəza edilməz. Bu namaz təkbaşına da qılına bilər. Fəqət camaatla qılınması daha fəzilətlidir.


Təravih namazı iyirmi rükətdir. Hər dörd rükətdən sonra müəyyən qədər duraraq istirahət edildiyi üçün bu dörd rükətə tərviha deyilmişdir.


Bir təravih namazında beş tərviha vardır.


Bu namaza: “Niyyət etdim təravih namazına”, ”Vaxtın sünnəsinə" və ya “Gecə namazına” -deyə niyyət edilir. Mütləq namaza və ya nafiləyə niyyət edilməsi də bir çox fəqihə görə caizdir.


Təravih namazını hər iki rükətdə bir salam verərək on salam ilə bitirmək daha fəzilətlidir. Dörd rükətdə bir də salam vermək olar. Səkkiz, on hətta iyirmi rükətdən bir salam vermək də caizdir.


Təravih namazı iki rükətdə bir salam vərilərsə, axşam namazının sünnəsi kimi, dörd rükətdə bir salam verilərsə isə yatsı namazının dörd rükət sünnəsi kimi qılınar. Başlanğıcda və hər iki rükətin başında sübhanəkə, əuzu-bəsmələ və hər oturuşda təyiyyat, salli-barik duaları oxunar. Bu namaz camaatla qılındığı təqdirdə camaat həm təravihə, həm də imama uymağa niyyət edər. İmam isə təravihi sübh namazının fərzi kimi səsli qıldırar.


Hənəfilərə görə təravih namazının rükət sayı və davamlı camaatla qılınması Hz. Ömərin tətbiqatına əsaslanır. Abdurrahman İbn Əbdülqaridən gələn rəvayətə görə:


“Bir Ramazan gecəsi Ömərlə bərabər Məscidi-Nəbəviyə getdim. İnsanlar dağınıq halda idi. Bəzisi təkbaşına bəziləri də kiçik qruplar şəklində namaz qılırdılar. Hz. Ömər bunları bir imamın arxasında toplasam daha gözəl olar dedi və Übey İbn Kəbi təravih qıldırmaq üçün imam təyin etdi. Başqa bir gecə yenə Ömərlə birgə çıxarkən insanlar imamlarının arxasında namaz qılırdılar. Bunu görən Hz. Ömər:


Bu yənilik necə də gözəldir! Bu namaza qoşulmayıb yatanlar namaz qılanlardan daha üstündür.” (Buxari, Səlatut-Təravih, 1; Malik, Müvəttə, Səlat fi Ramazan, 2, h. No: 3)


Hz. Ömər son cümləsi ilə axşamdan yataraq təhəccüd namazı vaxtında təravihi qılan səhabələri nəzərdə tutmuşdur.” (Malik, Müvəttə, Səlat fi Ramazan, 2, h. No: 3.)


Buna görə istər Hz. Ömər, istərsə də digər Raşid xəlifələr dövründə və sonralar, insanlara Məscidi-Nəbəvidə təravih namazlarının iyirmi rükət olaraq qıldırılmasına qarşı çıxan olmamışdır. Allah Rəsulu belə buyurmuşdur:


Məndən sonra mənim və Raşidi xəlifələrin sünnəsindən ayrılmayın.” (Əbu Davud, Sünnə, 5: Tirmizi, Elm, 16: İbn Macə, Müqəddimə, 6: Darimi, Müqəddimə, 166 6.İbn Hənbəl, IV, 126,127)


Həmçinin İbni Abbasın Ramazan ayında camaat xaricində təravih namazını iyirmi rükət olaraq qıldığı, arxasından da üç rükət vitr namazını əda etdiyi rəvayət edilmişdir. (Bu hədisi Beyhaqi nəql edərək belə demişdir: Bu hədisi yalnız Əbu Şeybə İbrahim İbn Osman rəvayət etmişdir. Əbu Şeybə zəifdir. Bax: Şevqani e.a.ə., III, 53)


İmam Malikin Yezid İbn Rumandan etdiyi rəvayətə görə, Hz. Ömər dövründə təravih namazları, vitr namazı xaricində iyirmi rükət olaraq qılınmışdır. (Malik, Müvəttə, Səlat fi Ramazan, 2, H. No:5)


Əbu Hənifəyə Hz. Ömərin tətbiqatı haqqında soruşulduqda belə cavab vərmişdir:


Təravih qüvvətli bir sünnədir. Hz. Ömər bunu özündən çıxarmamışdır. Bu mövzuda yəni bir şey icad etməmişdir. O, sadəcə bunu öz bildiyi bir dəlilə dayanaraq Rəsulullahdan bir əhd olaraq etmişdir.” (Zuhayli, e.a.ə., II, 44.)


Bəzi hədis alimləri Rəsulullahın Ramazanda təravihi səkkiz rükət qıldığını təsbit etmişdir. Bunun dayandığı dəlil isə, Buxarinin və başqalarının Hz. Aişədən rəvayət etdikləri bu hədisdir:


“Hz. Peyğəmbər nə Ramazanda, nə də Ramazan xaricində on bir rükətdən artıq nafilə namaz qılmamışdır. Belə ki, dörd rükət qılardı. Bunun gözəlliyi və uzunluğunu soruşma. Bundan başqa dörd rükət qılardı. Daha sonra üç rükət qılardı. Mən bir dəfə Ey Allahın Rəsulu vitr namazını qılmadanmı yatacaqsan? -dedim. Mənə dedi ki, ey Aişə mənim gözlərim yatar, lakin qəlbim yatmaz.” (Buxari, Təhəccüd, 16, Təravih, 2; Müslim, Müsafirin, 125; Tirmizi, Məvaqit, 208; Malik, Müvəttə,Səlatul-Leyl, 9.)


Həmçinin İbni Hibban Səhihində Cabirdən bu hədisi rəvayət etmişdir:


“Hz. Peyğəmbər onlara səkkiz rükət namaz qıldırdıqdan sonra vitr namazını qıldırmışdır.” (Şövkani, e.a.ə., III, 53.)


Odur ki, təravih namazının səkkiz rükətinin müəkkəd sünnə olduğuna şübhə yoxdur. İbni Hümam kimi bəzi alimlər səkkiz rükətdən artığının müstəhəb olduğunu söyləmişdir. Bu vəziyyət yatsı namazından sonra dörd rükət nafilə namaz qılmağın müstəhəbliyinə bənzəyir ki, bunun da iki rükəti müəkkəd sünnədir. (İbnul-Hümam, FəthuI-qədir, l, 333-334)


7. Cümə namazından qabaq və sonra qıIınan dörd rükət və zöhri-axir namazından sonra qıIınan iki rükətlik sünnə də müəkkəd sünnələrdəndir. Ancaq bu namazların davamlılığı rükət sayı və qıIınma yeri ilə əlaqəli müxtəlif rəvayətlər vardır.


B - Qeyri-Müəkkəd (Məndub) Sünnələr


Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm`in çox vaxt qıldığı, ancaq bəzən tərk etdiyi sünnələr bunlardır:


1. Günorta namazından sonra qıIınan iki rükət müəkkəd sünnəyə əlavə olaraq qıIınan iki rükət namaz.


2. İkindi namazından öncə tək salamla qılınan dörd rükət namaz. Bu haqda Rəsulullah belə buyurmuşdur:


İkindi namazından öncə dörd rükət namaz qılana Allah rəhmət eləsin!”(Tirmizi, Səlat, 301.)


3. Yatsı namazından öncə qıIınan dörd rükət namaz. Bunun dəlili isə Hz. Aişədən rəvayət edilən bu hədisdir:


Hz. Peyğəmbər yatsıdan öncə dörd rükət namaz qılar, yatsı namazından sonra qalxaraq dörd rükət qıIar, sonra yatardı.” (Zeyləi, Nəsb, II, 145; Şövkani, e.a.ə., III, 18.)


Bunlar fərz namazlara tabe olan nafilə namazlardır. Müstəqil nafilə namazlar isə aşağıda izah olunur.

C – MƏNDUB (MÜSTBQİL) NAMAZLAR


Beş vaxt fərz namazın sünnəsindən başqa nafilə namazlar da vardır ki, bunlar müstəhəb, məndub və ya tətəvvü adlandırılır.

1. Təhəccüd Namazı


Təhəccüd Lüğətdə "yatmaq, oyanmaq” mənasına gəlir. Bir termin olaraq isə “gecə qalxıb namaz qılmaq” mənasındadır. Yatsı namazından yatmadan və ya bir az yatandan sonra qalxıb qıIınan namaza “gecə namazı (səlatu-ləyl)” deyilir. Bir müddət yatandan sonra gecə yarısından imsaq vaxtına qədər qıIınarsa, təhəccüd adlanır. Bu namaz iki rükətdən səkkiz rükətə qədərdir. Hər iki rükətdə bir salam vermək daha fəzilətIidir.


Qur`ani-Kərim`də təhəccüd namazı ilə əlaqəli belə buyurulur:


 “Ya Rəsulum gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıI ki, Rəbbin səni (bununla) bəyənilib təriflənən bir məqama (axirətdəki ən büyük şəfaət məqamına) göndərsin.” (İsra, 17/79.)


 Təhəccüd namazına möminləri təşviq edən müxtəlif ayə və hədislər mövcuddur. Allah-Təala belə buyurur:


Ya Peyğəmbər həqiqətən Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir.” (Müzəmmil, 73/20.)


Haqq-Təala başqa ayələrdə gecə namazına qalxanları belə tərif edir:


Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq mərhəmətinə ümid bəsləyərək) Rəbbine dua edər və onlara vərdiyimiz ruzilərden sərf edərlər.” (Səcdə, 32/16.)


“Rahmanın əsil bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.” (Furqan, 26/63-64.)


“Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” (Zariyat, 51/17-18.)


Başqa bir ayədə de təqvaya çatanların Allaha səhər vaxtı istiğfar edənlər olduğu bildirilir. (Ali-İmran, 3/16-17.)


Səhər vaxtı gecənin son altıda biridir. Ancaq sübh namazının vaxtı girdikdə onun sünnəsindən başqa nafilə namaz qılmaq məkruhdur.


Abdullah İbn Ömər başına gələn hadisəni belə nəql edir:


“İbni Ömər yuxuda özünü bir cəhənnəm çuxurunda görür. Bir mələk yaxınlaşaraq “Sən qorxma, sən buradan çıxacaqsan” deyir. Yuxunu Peyğəmbərə danışdıqda Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurur:


Abdullah necə də yaxşı bir bəndədir. Amma qalxıb gecə namazı da qılsaydı daha yaxşı olardı."


Abdullah b.Ömər bundan sonra gecə yuxusunu azaltmışdır.” (Zəbdi, Səhihi-Buxari müxtəsəri, Təcrid-i Sarih Tercemesi, VII nəşr, 1982, Ankara, IV, 29, 30,H. No: 576)


Hz Bilal (Allah ondan razı olsun) Rəsululahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir:


“Gecə namazına davam edin! Çünki gecə namazı qılmaq sizdən öncəki saleh bəndələrin adəti, Rəbbinizə yaxınlaşmağın bir yolu, pislikləri örtən və günahlardan uzaqlaşdıran bir vasitədir.” (Tirmizi, Dəavat, 101, H. No:3549


Başqa bir hədisdə belə buyurulur: “Fərz namazından sonra ən fəzilətli namaz gecə namazıdır.”  (Müslim, Siyam, 202: Tirmizi, Məvaqit, 207: Nəsai, Qiyamul-Leyl, 6: e. İbn Hənbəl, ll, 344)


Hz. Aişə Abdullah İbn Ömərin sualına cavabən Rəsulullahın gecə namazını belə izah edir:


“Bir gecə icazə istəyib dəstəmaz aldı. Namaz qıldı, uzun-uzadı ağladı, sübh namazı üçün Bilal gəldi. Keçmiş və gələcək günahları bağışlandığı halda nə üçün bu qədər özünü yorduğunu soruşduqda Nəbi (sallallahu aleyhi və səlləm):


“Mən çox şükür edən bir qul olmayımmı? Üstəlik AIIah bu gecə Ali-İmran surəsinin son on ayəsini nazil etdi -deyərək sözünə belə davam etdi, Bu ayələri oxuyub və ya bunları çənəsi arasında çeynəyib üzərində düşünməyənlərə yazıqlar olsun.” (Buxari, Təhəccüd, 6; Müslim, Münafiqun, 79-81; Tirmizi, Səlat, 187.)


Abdullah İbn Abbas da xalası və Allah Rəsulunun yoldaşı olan Meymunənin evində qonaq qalarkən Allah Rəsulunun gecə ibadətini belə tərif etmişdir:


 “Nəbi (sallallahu aleyhi və səlləm) gecənin son üçdə birində qalxdı, göyə baxaraq Ali-İmran surəsinin son on ayəsini oxudu, sonra dəstəmaz alaraq namaz qıldı. Mən də onun etdiyi kimi etdim. Ağladı. İki-İki on iki rükət və bir rükət də vitr olmaq şərtilə on üç rükət namaz qıldı, sonra Bilal azan oxuduqda iki rükət namaz qıldı. Daha sonra isə camaata sübh namazını qıldırdı.” (Buxari, Təfsir surə 3, bab17-18.)


Başqa bir rəvayətde gecə yarısında və ya gecə yarıdan bir az öncə qalxdığı, Ali-İmran surəsinin son on ayəsini oxuduğu, dəstəmaz alıb on üç rükət namaz qıldıqdan sonra müəzzinin səsi gələnə qədər yatağa uzandığı nəql edilir. (609. Buxari, Təfsir surə 3, bab 19-20.)


Bundan əlavə Qədr gecəsini Ramazan və Quraban bayramı gecələrini, Ramazanın son on gününün gecələrini və Şaban ayının on beşinci gecəsini ibadətlə keçirmək mənbdubdur. Bu ibadət bütün gecəni və ya gecənin çox hissəsini əhatə edir. Çünki bu mövzuda müxtəlif hədislər vardır. (Bax. Züheyli, e.a.ə., ll, 47-48.)


Təhəccüd vaxtı “Seyyidul-İstiğfar” adlanan bu duanı oxumaq məndubdun


 “Allahummə əntə Rabbi lə iləhə illə əntə. Xaləqtəni və ə`nə abdukə və ənə alə a`hdikə və və`dikə məstətatu. Ə`uzu bikə min şərri mə sanətu, Əbuu ləkə bi nim`ətikə aleyyə və Əbuu bizənbi, fəğfirli, fə innəhu lə yağfiruzzunubə illə əntə.”


Mənası: “Allahım sən mənim Rəbbimsən, səndən başqa ilah yoxdur, məni sən yaratın, mən sənin qulunam, gücüm çatdığı qədər sənə vərdiyim söz və əhdimi yerinə yetirərəm. Etdiklərimin şərindən sənə sığınıram.Mənə vərdiyin nemətləri təsdiq, günahları isə etiraf edirəm. Məni bağışla, səndən başqa günahları bağışlayacaq heç kimsə yoxdur.” (Buxari, Deevat, 2, 16; Tirmizi, Dəavat, 15, Istiazə, 57.)


Yuxarıda adı çəkilən gecələri ibadətlə keçirmək üçün məscidlərdə və ya başqa bir yerdə toplaşmaq məkruhdur. Çünki bunu Peyğəmbər və əshabı etməmişdir. Bu gecələrə məxsus xüsusi ibadət nəql edilməmişdir. Ancaq qəza namazı və istənilən qədər gecə namazı qılmaq, Qur`an oxumaq, Allahı zikr etmək, təfəkkür, təsbih və dua etmək olar.

2. Duha Namazı


Duha namazına quşluq namazı da deyilir. Hz. Peyğəmbərin duha vaxtında iki rükətlə on rükət arasında namaz qıldığı və bu namaza insanları təşviq etdiyi haqqında müxtəlif hədislər var. Əbu Hureyrənin rəvayət etdiyi bir hədisdə:


Kim iki rükət duha namazı qılmağa davam edərsə, dəniz köpüyü qədər günahları olsa da bağışlanar.” (612. İbni Macə, İqamə , 187. h. No. 1382. Eyni hədis Əbu Hureyrədən də rəvayət edilmişdir. Tirmizi,Vitr, 15. H. No. 476.


Ənəs İbn Malik Hz Peyğəmbər sallallahu aleyhi və səlləm`in belə buyurduğunu rəvayət edir:


 “Kim on iki rükat (daha) quşluq namazı qılarsa, Allah onun üçün cənnətdə bir köşk qurar.” (İbn Macə, İqamə , 187. h. No. 1380; Tirmizi, vitr, 15. h. No. 473. Tirmizi bu hədisə qərib demişdir.)


Abdullah İbn Şəqiqin “Nəbi sallallahu aleyhi və səlləm duha namazı qılırdımı'?” sualına Hz. Aişə: “Xeyr! Yalnız səfərdən qayıdanda qılardı” cavabını vərmişdir. (Müslim, Müsafirin, 75-76.)


Muazənin (Radiyallahu anhnha) “Rəsulullah neçə rükət duha namazı qılırdı?” sualına isə “dörd rükət və Allahın istədiyi qədər əlavə edirdi.” -cavabını vərmişdir. (Müslim, Müsafirin, 75-76; İbn Macə, İqamə, 187. h. No. 1381.)


Ümmü Hani binti Əbi Talib isə Hz. Peyğəmbərin Məkkənin fəthi günü səkkiz rükət quşluq namazı qıldığını, sonra bu namazı qıldığını görən olmadığını bildirmişdir. (Müslim, Müsafirin, 80-83.)


Duha namazı qılmaq müstəhəbdir. Günəşin bir mizraq yüksəlməsindən, yəni günəşin doğmasından 45-50 dəqiqə keçəndən sonra zəval vaxtına qədər qılına bilər.

3. Əvvabin Namazı


Əvvab “tövbə edən, sığınan” deməkdir. Bunun cəmi olan Əvvabin namazı tövbə edən və Allaha sığınanların namazı deməkdir. Bu namaz altı rükətdir. Axşam namazından sonra iki və ya üç salamla qılınır. Qur`ani-Kərim Əvvabin namazından belə bəhs edir:


“Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki) Rəbbiniz, həqiqətən, tövbəkarları (əvvabin) bağışlayandır!” (İsra,17/25)


Ammar İbn Yasirdən bu hədis rəvayət edilmişdir: “hər kim axşam namazından sonar altı rükət namaz qılarsa günahları dənizin köpüklərii qədər də olsa, Allah onları bağışlayar.” (Heysəmi, Məcməuz- Zəvaid, ll, 230)


Hz. Peyğəmbər də axşam namazından sonra altı rükət namaz qılmış, bu namazın da Əvvabin sayıldığını bildirmişdir. (İsra, 17/25; İbn Kəsir, Təfsir, İstanbul, 1985, V, 64, 65: Şövkani, Neyl, III, 64)


Əbu Hureyrə (Radiyallahu anh) Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu deyir:


“Kim axşam namazından sonra, pis (nalayiq) bir söz söyləmədən altı rükət namaz qılarsa, bu, həmin şəxs üçün on illik ibadətə bərabərdir.” (İbn Macə, İqamə, 185, H. No: 1374: Tirmizi, Salat, 204, H. No: 435. Tirmizi Əbu Hureyrədən rəvayətə “qərib” demişdir. Çünki sənəddə adı keçən Ömər İbn Hişam üçün M. B. İsmail “münkərul-hədis " deyərək onu zəif saymışdır.)

4. Məscidi Salamlama (təhiyyətül-məscid) Namazı


Təhiyyə sözü ərəbcə “salam vermək” deməkdir. Təhiyyətül-məscid isə məscidi salamlamaq mənasına gəlir. Məscidə girənlər üçün, məscidin sahibi olan Allah`a salam vermək, Ona təzim etmək məqsədilə iki rükət namaz qılmaq məndubdur. Bir gündə təmizlik və ya başqa səbəblərə görə məscidə bir neçə dəfə girən şəxsin bu namazı bir dəfə qılması kifayətdir.


Bu namazı məscidə girəndən sonra oturmadan qılmaq lazımdır. Çünki bu, daha fəzilətlidir. Oturduqdan sonra da qılmaq olar. Əbu Qatadə Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:


Sizdən biri məscidə girərkən, oturmadan iki rükət namaz qılsın.” (Buxari, Səlat, 60, Təhəccüd, 25; Müslim, Müsafirin, 69, 70; Tirmizi, Səlat, 118; Nəsai, Məsacid,376; İbn Macə, İqamə, 57; Malik, Müvəttə, Səfər, 57.)


Məscidi-Həram digər məscidlərin xaricindədir. Çünki Məscidi-Haramın təhiyyəsi təvafdır.


Hənəfi və Malikilərə görə, kərahət vaxtı məscidə girənə bu namazı qılmaq məkruhdur. Şafeilərə görə isə, məscidə istənilən vaxt girdikdə, bu namazı qılmaq müstəhəbdir.


Adi vaxtlarda məscidə girən, lakin məşğuliyyət və başqa səbəbə görə təhiyyətül-məscid namazı qılmayanın, bunun yerinə aşağıdakı duanı oxuması müstəhəbdir:


“Subhanəllahi vəl-hamdu lillahi və lə iləhə illallahu vallahu əkbər”


Manası: “Allah`ı bütün nöqsan sifətlərdən Uca tuturam! Həmd Allah`a məxsusdur. Allah`dan başqa heç bir ilah yoxdur. Allah hər şeydən ucadır.”


Digər tərəfdən məscidə hər hansı bir namazı və ya fərz namazı qılmaq üçün imama uymaq niyyətilə girmək də təhiyyətül-məscid yerinə keçir.

5. Dəstəmaz və Qüsldan Sonrakı Namaz


Dəstəmaz və ya qüsl aldıqdan sonra, əgər vaxt əlverişlidirsə, üzərindəki su quruyana qədər iki rükət namaz qılmaq hənəfilərə görə məndub, şafeilərə görə isə, sünnədir.


Dəstəmaz aldıqdan sonra başqa bir sünnə və ya fərz namaz qılınacaqsa, bu da dəstəmaz namazı yerinə keçir. Məscidlərdə qılınan fərz namazların ilk sünnəsinin təhiyyətül-məscid yerinə keçməsi də belədir.


Hz. Peyğəmber sallallahu aleyhi və səlləm belə buyurmuşdur:


Bir şəxs dəstəmazı gözəl alaraq, qalxıb, xüşu içində iki rükət namaz qılarsa, keçmiş günahları bağışlanar.” (Buxari, Vüdu, 24; Müslim, Təharə, 5, 6, 17; Əbu Davud, Təharə, 65.)


Burada savabın böyüklüyü vurğulanmışdır. Müslimin rəvayətinde: “belə bir dəstəmazla qəlbini tam olaraq Allah`a bağlayıb, iki rükət namaz qılarsa, ona cənnət vacib olar” ifadəsi qeyd olunur. (Müslim, Təharə,17.)


Başqa bir hədisdə də, vaxtı çatan fərz namaz qılındıqda, -böyük günahlar işlənilmədiyi təqdirdə- bunun, fərz namazlar arasındakı kiçük günahlara kəffarə olacağı bildirilmişdir. (Müslim, Təharə, 7.)


Bundan əlavə Hz. Peyğəmbər bir gün səhər namazı vaxtı Bilala (Radiyallahu anh) ən çox savab gözlədiyi əməlin hansı olduğunu soruşdu. Çünki cənnətdə onun ayaqqabılarının səsini eşitmişdi. Bilal: "gecə va ya gündüz dəstəmaz aldıqdan sonra, Allah`ın mənim üçün yazdığı qədər namaz qılıram. En çox savab umduğum ibadət budur” deyə cavab vərdi.(Buxari, Təhəccüd, 17.)


Ehrama girərkən də, iki rükət namaz qılmaq müstəhəb sayılır.

6. Səfərə Çıxarkən və Səfərdən Qayıdarken Qılılnan Namaz


Bir müsəlmanın səfərə çıxarkən və səfərdən dönərkən iki rükət namaz qılması məndubdur. Gedərkən evdə, dönərkən də məsciddə qılmaq daha fəzilətlidir. Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) səfərdən, gündüz -quşluq vaxtı-dönər, Məscidi-Nəbəviyə gedərək iki rükat namaz qılaraq orada bir müdd't oturardı .(Buxari, Salat, 59, Cihad, 198; Müslim, Müsafirin, 72-74; Tirmizi, Dəavat, 42, H. No: 3440, 3441)


Bu namaz səfəri rahat keçirərək işlərin rahatlaşması və evə sağ-salamat dönmək üçün Allah`a dua mahiyyətindədir. Qayıdarkən qılınması da Allah`a minnətdarlıq və şükür ifadəsidir.

7. Hacət Namazı


Dünyavi və uxrəvi bir istəyi olan şəxs dəstəmaz alaraq yatsı namazından sonra iki və ya dörd rükat, başqa bir rəvayətə görə isə on iki rükat namaz qılar. Namazdan sonra Allah`a hamdü-səna, Rəsuluna salatu-salam edər. Bunlardan sonra Hacət duasını oxuyaraq istəyini Allah`dan niyaz edər.


Mərfu bir hədisin rəvayətinə görə, bu namazın birinci rükətinda bir dəfə Fatihə, üç dəfə Ayətül-Kürsi oxunar. Digər rükətlərin hər birində isə, Fatihə" ilə yanaşı “İxlas, Fələq və Nas” surələri oxunar.


Tirmizi və İbni Macənin Abdullah İbn Əbi Əvfadan rəvayət etdiklərinə görə, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:


“Kimin Allah`dan və insanlardan hər hansı bir istəyi, diləyi varsa, dəstəmaz alaraq iki rükat namaz qılsın. Sonra Allah`a həmdü-səna edərək Rəsuluna səlatu-salam gətirsin.


Bundan sonra bu duanı oxusun:


“Lə iləhə illallahul-halimul-kərim. Subhanəllahi Rabbil-arşil-azim. əl-Hamdu lillahi Rabbil-aləmin. Allahummə inni əsəlukə mucibəti rəhmətkə və azəimə məğfirətikə vəl-ğanimətə min kulli birrin vəs-sələmətə min kulli ismin. Lə tədə li zənbən illə ğafərtəhu və lə həmmən illə fərractəhu və lə hacətən hiyə ləkə ridan illa qadaytəhə. Yə ərhəmər-rahimin.


Manası: “Kərəm sahibi olan Allah`dan başqa ilah yoxdur. Uca Arşın sahibi olan Allah`ı təsbih edirəm. Həmd Aləmlərin Rəbbi olan Allah` məxsusdur. Allah`ım! Rəhmətinə məzhər olan şeyləri, qəti əfvini, hər yaxşılığı əldə etməyi və hər günahdan uzaq durmağı Səndən istəyirəm. Manim bağışlamadığın heç bir günahımı, uzaqlaşdırmadığın heç bir şübhəmi, Sənin rizana uyğun, ancaq yerinə yetirmədiyim heç bir ehtiyacımı buraxma. Ey mərhəmətlilərin ən mərhəmətlisi olan Allah`ım!” (Tirmizi, Vitr, 17, h. No: 479; İbn Macə, 189, H. No: 1384.)


Osman b. Hüneyfdən (ra) rəvayətə görə Hz. Peyğəmbərin yanına gözləri görməyən bir adam gələrək, özünün sağalması üçün Allah`a dua etməsini xahiş etdi. Allah`ın Elçisi: “istəyirsən, haqqındakı duanı gecikdirim. Sənin üçün bu, daha xeyirli olar”- buyurdu. Həmin şəxs, xeyr dua et! dedikdə, bu adama şərtlərinə uyğun gözəl bir dəstəmaz alaraq iki rükət namaz qılmasını, sonra da bu duanı etməsini bildirmişdir:


“Allahummə! İnni əs`əlukə və ətəvəccəhu iləykə bi Muhammədin Nəbiyyər-rahməti. Ya Muhamməd! İnni qad təvəccəhtu bikə ilə Rabbi fi hacəti həzihi li tuqda. Allahummə! Fe şəffihu fiyyə.”


Mənası: “Allah`ım! Səndən birşey istəyirəm. Sənə rəhmət peyğəmbəri Muhamməd (sallallahu aleyhi və səlləm) ilə birlikdə yönəlirəm. Ey Muhamməd! Şübhəsiz mən, bu ehtiyacımın qarşılanması üçün Rəbbimə yönəldim. Ey Allah`ım! Muhammədi (sallallahu aleyhi və səlləm) mənim haqqımda vasitəçi (şəfaətçi) elə! ” (İbn Macə, İqamə, 189, H.no: 1385. İbni Macə hədis üçün “səhih” demişdir.)


Duadan sonra bu səhabənin gözlərinin gördüyü rəvayət edilir.

9. Tövbə Namazı


Müsəlman günah və pis işlərdən çəkinməlidir. Bununla yanaşı insan çox vaxt günah işləməkdən uzaq dura bilmir. Buna görə Qur`an və Sünnədə şəxsin günah etdikdən sonra dərhal tövbə etməyinin lüzumu, səmimi edilən tövbənin Allah tərəfindən qəbul ediləcəyi bildirilmişdir.


Hətta heç bir günahı olmadığını düşünənin də tövbə etməsi lazımdır. Belə ki, Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm`in gelmiş-keçmiş bütün günahları bağışlanıldığı halda, gündə yetmiş-yüz dəfə tövbə etdiyi, yorulana qədər ibadət etdiyi, bunların səbəbi soruşulduqda isə “Allaha çox şükür edən bir bəndə olmayımmı?" dediyi rəvayət edilmişdir.


Tövbənin müəyyən bir vaxtı və yeri yoxdur. Qəbul olma ehtimalı daha çox olduğuna görə, tövbə üçün xüsusilə mübarək gün və gecələr, səhər vaxtları və namazdan sonrakı vaxtlar uyğun görülmüşdür.


Əbu Hureyrənin rəvayət etdiyi bir hədisdə Allah Rəsulu sallallahu aleyhi və səllmə belə buyurmuşdur:


 “Rabbimiz hər gecənin son üçdə birində rəhmətiylə göy üzünə enər. Və “Mənə dua edən yoxdurmu? Onu qəbul edim. Məndən bir şey istəyən yoxdurmu? Ona vərim. Məndən bağışlanma istəyən yoxdurmu?Onu bağışlayım.” deyə seslenər." (Müslim, Müsafirin, 168.)


Başqa rəvayətlərde, bu enişin “gecənin son üçdə birindən, üçdə ikisindən, yaxud da yarısından sona olduğu” bildirilir. (Müslim, Müsafirin, 169-172.)


Son "üçdə bir” ifadəsində alimlər həmfikir olduqları üçün, bu vaxtın gecənin son üçdə birindən imsaq vaxtına qədər olduğu qənaətindədirlər.


Bundan əlavə qəbul olma ümidi olan tövbə, hədisdə namazla birgə qeyd edilir:


Bir bəndə günah işlədikdən sonra, gözəl bir dəstəmaz alıb iki rükət namaz qılaraq Allah`dan bağışlanma istəyərsə, Allah onu mütləq bağışlayar.” (Müslim, Təharə, 5-16.)


Hz. Peyğəmbər bundan sonra aşağıdakı ayəni oxumuşdur:


“O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allah`ı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allah`dan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.” (Ali-İmran, 3/135)

10. Təsbeh Namazı


Təsbeh namazının ömürdə bir dəfə də olsun qılınması məsləhət görülür. Təkbaşına və ya camaatla qılına bilər.


Hz. Peyğəmbərin bir gün əmisi Abbas İbn Əbdülmüttəlibə “Əmi! Sənə on faydalı əməl öyrədimmi? Bunları etsən günahlarının ilki-sonu, köhnəsi-təzəsi, bilərək və ya bilməyərək işlədiklərin, günahlarının kiçik və böyüyü, gizli və açığı işlənən on günahı Allah bağışlayar!" deyərək təsbeh namazını tövsiyə etmiş və qılınış şəklini öyrətmişdir. Hz Abbas (Radiyallahu anh) bunu hər gün edə bilmərik dedikdə, bu namazın həftədə, ayda, ildə və ya ömürdə bir dəfə qılınmasının kafi olacağı bildirilmişdir.(Əbu Davud, Tətəvvü, 14, H. No: 1297; İbn Macə, İqamə, 190, H. No: 1386-1387; Tirmizi, Vitr,19, H. No: 481.)


Təsbeh namazı dörd rükətdir. Hər rükətdə fatihə və bir surə oxunar. Bir və ya iki salamla tamamlamaq olar. Bu namazın qılınış şəkli Əbu Vəhbin Abdullah İbn Mübarəkdən nəql etdiyinə görə belədir: Allah rizası üçün namaz qılmağa niyyət edərək namaza başlar. Sübhanəkədən sonra on beş dəfə “Subhanəllahi vəlhamdulilləhi və lə iləhə illəllahu vallahu əkbər” deyilər. Əuzu-bəsmələ, fatihə və əlavə surə oxunduqdan sonra bu təsbeh duası on dəfə, rükuda on dəfə, rükudan qalxarkən on dəfə, birinci səcdədə on dəfə, səcdədən qalxdıqda on dəfə, ikinci səcdədə on dəfə deyilər. Beləliklə birinci rükətdə cəmi yetmiş beş dəfə təsbeh oxunar. Geri qalan üç rükətin hər birində də ayağa qalxanda on beş dəfə, fatihə və surədən sonra on, digərləri də on dəfə olmaq şərtilə yetmiş beş təsbeh oxunar. Təsbehlərin cəmi üç yüzdür. Əbu Vəhb rüku və səcdəlerdəki normal təsbehlərin üç dəfə oxunduqdan sonra bu tesbelərin oxunacağını bildirmişdir. (Tirmizi, Vitr, 19, H. No: 481.)


Abbas və Əbu Rafinin təsbeh namazı rəvayətlərində, təsbeh duası, onun sayı və qılınış şəkli eyni olmaqla yanaşı təsbeh duasının ilk on beşinin oxunma yeri fatihə və surədən sonradır. İkinci səcdədən qalxdıqda isə on təsbeh əlavəsi vardır. Ümumi say yenə üç yüzdür. (Əbu Davud, Tətəvvü, 14, H. No: 1297; İbn Macə, İqamə, 190, H. No: 1386-1387.)


Təsbeh namazında səhv olarsa, səhv səcdələrində bu əlavə təsbehlər oxunmaz, namaz qılan bu təsbehləri yadda saxlaya bilərsə, barmaqları ilə saymaz. İmam təsbeh namazı qıldırarsa, səsli oxuyaraq təsbehləri də səsli təkrarlayar. Bir qadın da, qadınlar camaatına səfin ortasında duraraq təsbeh namazı qıldıra bilər.

11. Yağış Duası


Yağışın heç yağmadığı, az yağdığı, yeraltı suların kəsildiyi, kənd təsərrüfatı məhsulları və heyvanlar üçün su qıtlığı yarandığı təqdirdə yağış duası edilir. İnsanların Allah`dan qafil olması və aralarında günahların yayılmasına görə, Allah insanları sınamaq üçün bəzi vaxtlarda quraqlıqlar meydana gətirər. Bu vəziyyətin dəyişməsi üçün Allah`a tövbə və istiğfar etmək lazımdır. Belə ki, Qur`anda Nuh, Musa və Hud (Allah`ın Salamı onlara olsun) kimi peyğəmbərlərin qövmlərinə yağmur verilməsi üçün dua etdiklərindən bəhs edilir:


Nuh (ə.s) Allah`a qövmündən belə bəhs edir:


Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox yaxşı bağışlayandır! O sizə göydən bol yağış göndərər. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-baxçalar yaradar və çaylar axıdar.”  ( Nuh, 71/10-12.)


Hz. Musadan bəhs edərək Uca Allah belə buyurur: “Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “əsanı daşa vur!” dedik.” (Bəqərə, 2/60.)


Əbu Hənifəyə görə yağmur duası namazının camaatla qılınması sünnə deyildir. İnsanlar yağmur duasında tək-tək namaz qılsa da bu caizdir.Çünki yağmur duası (istisqa) dua və istiğfardan ibarətdir. Buna görə bu dua camaatsız və xütbəsiz olaraq yerinə yetirilir. Bu dua Rəsulullahın sünnəsi və Raşid Xəlifələrin tətbiqi ilə sabitdir. Əgər yağışın yağması gecikərsə, bir neçə gün dəfələrlə bu dua edilər. Çünki Allah duada israrlı olanları sevər. (Kasani, e.a.ə., l, 282; İbnul Humam, Fəthul-Qadir, I, 437; İbn Abidin, e.a.ə, l, 790; İbn Rüşd,Bidayətul-Mücdəhid, II, 209.)


Ənəs b. Malik belə nəql edir: Hz. Peyğəmbər Cümə günü xütbə oxuyarkən bir adam gəldi. Onun qarşısında duraraq belə dedi: “Ya Rəsulullah, heyvanlar məhv oldu. Yollar kəsildi. Allah`a dua et bizə yağış vərsin."


Allah Rəsulu ellerini qaldıraraq:


“Allahummə əsqinə! Allahummə əsqinə!" “Ey Allah`ım bizə su vər, Ey Allah`ım bizə su vər” deyə dua etdi. Bu duadan sonra göydə heç bir yağış əlaməti yox ikən birdən yağış yağmağa başladı. Bu vəziyyət bir həftə çəkdi. Növbəti cümə yenə bir adam gələrək:


“Ey Allah`ın Elçisi! Mallarımız məhv oldu. Yollar bağlandı. Allah`a yağışın dayanması üçün dua edin dedi. Bunu eşidən Hz. Peyğəmbər belə dua etdi.”


Allah`ım, yağışı üzərimizə yox, dağlara, təpələrə, vadilərə və ağac bitən yerlərə vər.” Bu duadan sonra yağmur kəsildi. (Buxari, İstisqa, 6; Müsilm, İstisqa, 2-8.)


Hədis qaynaqlarında keçən Peyğəmbərin etdiyi yağmur duası belədir:


“Allah`ım! Can qurtaran, şirin, bol, bərəkətli, çox gec deyil, tez yağış vər! Allah`ım! Qullarını heyvanlarını sula, rəhmətini yay, ölü bölgəni dirilt.”(İbni Macə, İqamə, 154; Əbu Davud, İstisqa, 2; Ə. İbn Hənbəl, IV, 395.)


Yağmur duası namazı cümə namazı kimi səsli qılınır. Namazdan sonra bayram xütbəsi kimi xütbə oxunur. Ancaq bu xütbədə xətib minbərə çıxmadan yerdə əsa və qılınc kimi bir şeyə istinad edir.


Yağmur gecikərsə, köhnə paltarlar geyinərək uşaqlar, heyvanlar və balalarıyla birlikdə çölə çıxılır. Uşaqlar və balalar bir müddət analarından uzaqlaşdırılaraq zəiflərə və yaşlılara dua etdirilir. Bununla Allah`ın rəhmət və mərhəmətinin cəlb olunması gözlənilir.


Yağmur duası sulamaq və bol yağış əldə etmək üçün bir qism təbii və texniki tədbirlər almağa mane deyil. Ağaclar əkmək, su anbarları tikmək, yeraltı və dəniz sularından sulamaq məqsədilə istifadə etmək bu tədbirlərdən sayıla bilər.

12. Küsuf Namazı


Günəşin tutulmasına küsuf, ayın tutulmasına isə xüsuf deyilir. Günəş tutulduqda həmin bölgədəki cümə namazını qıldıran imam azansız və qamətsiz ən az iki rükət namaz qıldırar. Hər rükətdə bir miqdar, Əbu Hənifəyə görə gizli, Əbu Yusuf və İmam Muhammədə görə səsli Qur`an oxuyar. Xütbə oxunmaz, hər rükətdə digər namazlardakı kimi rüku və səcdələr edilər.


Əbu Davud belə rəvayət edir: “Günəş tutulduqda Hz. Peyğəmbər iki rükət namaz qıldı və hər iki rükətdə qiyamı uzatdı. Günəş açılanda da namazdan ayrıldı. Sonra isə belə buyurdu: “Bu hadisələr Allahın böyüklüyünü göstərən dəlillərdir. Allah bunlarla qulIarını qorxutmaq istəyir. Bunları görərkən, ən son qıldığınız fərz namaz kimi namaz qılın.” (Buxari, Küsuf, 1-17; Əbu Davud, İstisqa, 4-9, Sünnət, 9; Nəsai, Küsuf, 5, 12, 14, 16, 24; İbni Macə, İqamə, 152.)


İbni Humam deyir ki, səhabənin ən son qıldığı namaz səhər namazı idi. Çünki küsuf namazı günəşin iki mizraq yüksəldiyi əsnada qılınmışdır. (Kasani, e.a.ə., l, 280; İbnul Humam, e.a.ə., l, 432; İbn Abidin, e.a.ə., l, 788.)


Ay və günəşlə əlaqədar Allah belə buyurur: “Gecə və gündüz, günəş və ay Onun (Vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onu yaradan Allaha səcdə edin.” (Fussilət, 41 /37.)


Bu ayədəki səcdə edin emri, ay və günəş tutulduqda namaz qılınmasına işaredir.


Hz. Peyğəmbər oğlu İbrahim öldüyü gün günəş tutularkən belə buyurmuşdur: “Ay və günəş Allahın varlığını göstərən ayələrdəndir. Bir şəxsin ölümü və yaşamasına görə tutulmazlar. Belə bir vəziyyət gördükdə ay və günəş açılana qədər namaz qılın, dua edin. " (Buxari, Küsuf, 1-15; Əbu Davud, İstisqa, 4; e. İbn Hənbəl, ll, 222, lll, 318, V, 62,428.)


Əshabi-Kiramdan bəzilərinin Hz. Peyğəmbərin kədərinə günəşin də tutularaq şərik olduğunu və yas tutduğunu dediyini görən Hz. Peyğəmbər, bu səhv qənaəti dəyişdirmək üçün bu sözləri demişdir:


“Bu namazın böyük bir məsciddə qılınması daha fəzilətlidir. Bir meydanda və ya səhrada da qılına bilər. Küsuf və xüsuf namazlarının səhih hədislərlə sabit olduğu halda fərz olmamasının səbəbi, əvvəlki mövzularda keçən hədisə görədir. Hədisdə bədıvi Peyğəmbərə xitabən beş vaxt namazdan başqa fərz namaz vardırmı soruşduqda, Peyğəmbər: “Xeyr! Ancaq nafilə olaraq qılsan müstəsnadır" buyurmuşdu.” (Buxari, İman, 34, Saum, 1, Şəhadət, 26; Müslim, İman, 8; Əbu Davud, Salat, 1;Tirmizi, Zəkat, 2; Nəsai, Salat, 4.)


Küsuf namazından sonra imam günəş açılana qədər qibləyə doğru ayaq üstə və ya camaata qarşı oturaraq dua edər, camaat da “Amin” deyir. İmam olmasa hər kəs bu namazı evində təkbaşına qılar.


İmam Şafei və bəzi hədisçilərə görə bu namazdan sonra xütbə oxumaq müstəhəbdir.

13. Xüsuf Namazı


Ay tutulan zaman müsəlmanların evlərində tək başına bir halda və küsuf namazı kimi gizli və ya açıqdan qiraətlə iki və ya dörd rükət namaz qılması məndubdur. Bu namaza küsuf namazı deyilir. Əbu Hənifəyə görə bu namazın məsciddə camaatla qılınması sünnədə yoxdur. Ancaq qılınması caizdir. Ayın tutulma hadisəsi gecə baş verdiyi üçün camaatın məsciddə toplanması çətindir. (Kasani, e.a.ə., l, 282; Şürünbüləli, Məraqil-fəlah, 92.)


İmam Şafei, Əhməd b. Hənbəl və bəzi hədisçilərə görə bu namaz camaatla qılınır. İmam Malikə görə isə camaatla qılına bilməz.


Zəlzələ, şimşək, şiddətli külək, gündüz çökən qaranlıq, kəsməyən yağış və qar, gecə vaxtı işığın yayılmasından qorxmaq, ulduz axması, yayılan xəstəliklər, düşməndən qorxmaq və bu kimi hallarda xüsuf və küsuf namazları kimi namazların qılınması məsləhətdir. Bu haqda xüsuf namazına qiyas edilmişdir. (Kasani, e.a.ə, l, 282; Şürünbüləli, Məraqil-fəlah, 92; Qüdamə, Muğni, ll, 429; Zeyləi, Nəsbur-Rayə, ll, 234-235.)


Allah Rəsulunun güclü külək əsdikdə belə dua etdiyi rəvayət olunur:


“Allah`ım! Səndən küləyin xeyirlisini, küləkdə olanların ən xeyirlisini, küləklə göndərdiklərinin xeyirlisini istəyirəm. Bu küləyin şərrindən, bu küləkdə olanların şərlərdən, bu küləklə göndərdiyin şeylərin şərrindən Sənə sığınıram.” (Tirmizi, Dəavat, 48-88; Müslim, İstisqa, 15.)


Bu gün bəzi ölkələrdə tez-tez rastalanan və minlərcə insanın ölümünə səbəb olan qasırğa, tufan və sunamiləri nəzərə alsaq, Rəsulullahın bu duasının dəyərini daha yaxşı anlayarıq. Belə bir fəlakətlər qarşısında Allaha sığınmaqdan başqa əlimizdən heç nə gəlmir. Ancaq fırtınadan öncə hər cür tədbiri almaq lazımdır.


Dəlilləriylə İslam Elmihalı, İpəkyolu Nəşriyyatı

Read 9.074 times
In order to make a comment, please login or register