Namaz qılmayanların cəzası
Namazın fərz olduğunu inkar edərək, onun əhəmiyyətini kiçildərək qılmayanlar kafir hökmündədirlər. Namazın Allahın bir əmri olduğuna və yerinə yetirilməsinin lüzumuna inanmasına baxmayaraq məna və əhəmiyyətindən qafil olaraq tənbəllik səbəbi ilə bilə-bilə tərk edənlər böyük günah işlədirlər. Allah təala Qurani-Kərimdə cəhənnəm əhlindən xəbər verərək belə buyurur:
مَا سَلَكَكُمْ فِي سَقَرَ
قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ
وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ
وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ
"(Günahkarlardan soruşulacaq): «Sizi Səqərə (Cə- hənnəmə) salan nədir?» Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; (əl-Müddəssir, 42,43,44,45)
Rəsulullah - sallalahu aleyhi və səlləm - bir hədisi-şərifdə belə buyurur:
"Biradamla küfür arasında namazı tərketmək vardır."
(Əhməd bin Hənbəl)
Başqa bir hədisi-şərifdə buyurulur:
"Mənimlə onlar arasında misaq (and, əhd) namazdır. Kim namazı tərk etsə küfrə girər."
(Tirmizi)
Dünyada ikən namaz qılmayanlar axirətdə bütün mələklərin və insanların qarşısında rəzil olacaqlar. Hamı səcdəyə qapandığı halda onlar gözlərini döyəcəklər. Kəsilmiş ağac kimi yerlərində quruyub qalacaqlar, səcdə etməyə can atsalar da bunu bacarmayacaqlar. Çünki onlar dünyada ikən təkəbbür və qürurları səbəbi ilə alınlarını səcdəyə qoymaqdan boyun qaçırırdılar.
(bax: əl-Qələm42,43)
Əbu Səid əl-Xudri - radiyallahu ahu - belə deyir:
"Mən Rəsulullahdan eşitdiyimə görə buradakı səcdə etməyənlər dünyada ikən özlərini göstərmək üçün namaz qılanlardır."
Başqa bir izaha görə bunlar dünyada olarkən heç bir şəkildə namazın nə olduğunu bilməyən, qılmayan kafirlərdir. Başqa bir açıqlamaya görə bunlar münafiqlərdir.
Namaz Allaha qulluğun simvoludur. Fəzilətinə və faydalarına inanmayan və qəlbində Allah qorxusu olmayan, Allah və axirət gününə dərin bir imanı olmayan insanlaraağır bir yük kimi gəlir.
Qurani-Kərimdə buyurulur:
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ
"(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir." (əl-Bəqərə, 45)
Deməli, ancaq qəlbində axirət günü ilə bağlı güclü bir imanı olan, Allahın hüzuruna çıxacağını və Ona dönəcəyini həmişə düşünən şəxslər namazı sevir.
Bir hədisi-şərifdə buyurulur:
"Namazı olmayanın diniyoxdur. Çünki namazın dindəki yeri başın bədəndəki yeri kimidir." (Təbərani)
Namazı tənbəllik edərək qılmadıqları halda müsəlman olduğunu iddia edənlər Rəsulullahın - sallalahu aleyhi və səlləm - bu hədisi-şərifi üzərində dərin düşünməli və ömür bitmədən Allaha qulluq etməlidirlər. Namaza laqeydlik göstərmək, onu istəməyərək qılmaq nifaq əlamətidir.
Qurani-Kərimdə buyurulur:
إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَىٰ يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا
"Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlə- rini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər." (ən-Nisa, 142)
Həzrət Əli kərrəmallahu vəchəhdən rəvayət edildiyinə görə Rəsulullah - sallalahu aleyhi və səlləm - belə buyurmuşdur:
"Əgər bir nəfər tənbəlliyi üzündən namazını qılmazsa Allah təala o adama on beş sıxıntı verər:
1. Salehlərin dəftərindən silər.
2. Həyatının bərəkəti çəkilər.
3. Ruzisinin bərəkəti çəkilər.
4. Etdiyi xeyirii əməlləri qəbul olunmaz.
5. Duası qəbul olunmaz.
6. Salehlərin duasından nəsibini almaz.
7. Ölərkən şiddətli susuzluğa düçar olar.
8. Ölümü qəfil olar.
9. Öləndə üstünə böyük ağırlıqq çökər.
10. Qəbir onu sıxar.
11. Qəbirdə zülmətdə qalar.
12. Münkər və Nəkir mələklərinə verdiyi cavabları qü- suriu olar.
13. Həmin bəndə qəbirdən qalxanda Allah təala ondan razı olmadığı halda Allaha qovuşar.
14. Hesabı çox ağır olar.
15. Allah təalanın əfvinə nail olmadığı təqdirdə cəhən- nəmə gedər.
İbnAbbasdan - radiyallahu anhu - rəvayət olunduğuna görə Rəsulullah - sallalahu aleyhi və səlləm - belə buyurur:
"Kim namazı tərk edərsə, qiyamət günü Allahın qəzə- binə düçarolaraq Ona qovuşar."
Abdullah bin Amr Rəsulullahdan - sallalahu aleyhi və səlləm - nəql edərək demişdir ki, bir gün Peyğəmbər - sallalahu alehi və səlləm - namazı zikr etdi və belə buyurdu:
"Kim namazı həssaslıqla qılsa, Qiyamət günü namaz
onun üçün nur olacaq. Sorğu-suala çəkiləndə əlində dəlil olacaq və qurtuluşuna səbəb olacaq. Kim ki, namaza əhəmiyyət verməyib onu qılmasa Qiyamət günü namaz onun üçün nə bir nur, nə bir dəlil, nə də xilaskar olacaq. O, qiyamət günü Firon, Haman və Übey bin Xələf ilə həşr olunacaq." (Təbərani)
İbn Həcər əsərində bu hədisdə Qarunun da adını qeyd etmiş və belə yazmışdır:
"Onlarla həşrolmalarının səbəbi bəzi adamların onlarla ortaq özəlliklərə malik olması və bu səbəbdən namazın onlara ağır gəlməsindəndir.
Mal-mülk və sərvətin çoxluğu səbəbi ilə insan namaza yaxınlaşmırsa Qarun ilə bərabər həşr olunacaq. Hakimiyyət və idarəçiliyi səbəbindən namaz qılmırsa Firon ilə həşr olunacaq. Yüksək dövlət məmuru olduğuna görə qılmırsa Haman ilə həşr olunacaq. Ticarət və qazanc səbəbi ilə namazı qılmayanlar isə Übey bin Xələf ilə həşr olunacaq."
İbn Abbasdan - radiyallahu anhu - rəvayət edildiyinə görə Peyğəmbər - sallalahu aleyhi və səlləm - belə buyurmuşdur:
"De ki, eyAllah! Bizdən heç kimi bədbəxt və məhrum etmə." Sonra isə soruşdu: "Bilirsinizmi, bədbəxtvə məhrum kimdir?"
Səhabələr dedilər:
"- Xeyr, bilmirik." Rəsulullah - sallalahu aleyhi və səlləm - buyurdu:
"- Bədbəxt və məhrum namazı qılmayandır, onun Islamla əlaqəsi yoxdur."
İmam Şərani belə deyir:
"Bunu yaxşı bilin ki, namaz qılmayanların ölkələri bəlalara, müsibətlərə necə düçar olursa, namaz qılanların ölkələrindən də bəla və müsibətlər eləcə uzaq olur."
Heç kim "Mən namaz qılıram, başqasından mənə nə" deməməli, hər kəs gücü çatdığı qədər başqalarını pis hərəkətlərdən uzaqlaşdırıb, yaxşı əməllərə sövq etməlidir. Çünki bəla və fəlakət hamıya gəlir. Hədisi-şərifdə qeyd olunduğu kimi: "Aramızda saleh və yaxşı adamlar olduğu halda da həlak olarıqmı?" -deyə soruşanlara Rəsulullah - sallalahu aleyhi və səlləm - belə cavab vermişdi:
"Bəli, pisliklər çoxalıb yaxşını üstələyəndə həlak olarsınız."
Namazı tərk edənin dini cəzası
Namazı inkar edən kafir olur. Bu, qəti dəlillə sabitdir. Laqeydlik, tənbəllik səbəbi ilə qəsdən tərk edən isə fasiq olur. (İbn Abidin, Rəddül-Muxtar, c.2. s.7)
Fərz olduğunu inkar etməyib tənbəllik və laqeydlik səbəbi ilə namaz qılmayana hansı dünyəvi cəzanın verilməsi haqda məzhəblər arasında müxtəlif görüşlər var.
Hənəfilərə görə; namazı qılmayan fasiqdir. Namazqı- lana və ya ölənə qədər həbs edilir və döyülür.
Malikilərə görə; vaxtın sonuna qədər gözlənilir, bu müddət ərzində namaz qılarsa sərbəst buraxılır, qılmazsa cəza olaraq (kafir sayılaraq) öldürülür.
Şafilərə görə; vaxtın sonuna qədər gözlənilir, sonra tövbə etməsi tələb olunur. Tövbə edib namazını qılsa, sərbəst buraxılır. Əks halda cəza olaraq öldürülür. Günorta və ikindini tərk etdiyi üçün günəş batana qədər, axşam və yatsını tərk etdiyi üçün fəcrə qədər, sübhü tərk etdiyi üçünsə günəş doğana qədər cəza tətbiq edilməz. Ancaq həmin adamdan namazını vaxtında qılmağı tələb etmək şərtdir.
Hənbəlilərə görə; namazı tənbəllik göstərərək tərk edən şəxsi dövlət başçısı və ya naibi namaz qılmağa dəvət edər. Əgər sonrakı namazın vaxtına az qalana qədər qılmasa qətli vacib olar. Ancaq üç gün ərzində tövbəyə dəvət edilmədikcə cəza yerinə yetirilməz.
Məzhəblərin hər birinin görüşlərinin dayandıqları əqli və nəqli dəlillər vardır. Burada məsələni uzatmamaq üçün yazilanlarla kifayətləndik. (Necatl Yenlel-Hüseyln Kayapınar, Sünəni Əbu Davud Tərcümə və şərhi, c.2 s.112)