Namazda əlləri göbək altında bağlamağın dəlilləri - 1

Hənəfi məzhəbinə görə, kişilər, əllərini namazda göbək altında bağlar. Bu barədə:

• həm Peyğəmbərdən;

• həm səhabələrdən;

• həm də tabiun nəslinin fəqih nümayəndələrindən,

imamlarımızın görüşünü dəstəkləyən səhih nəqllər var.

✓ Allah Rəsulundan (sallallahu aleyhi vəsəlləm) gələn səhih nəqlə gəlincə, İbn Əbu Şeybə, öz «əl-Musannəf»ində səhih sənədlə Vail ibn Hucr'un belə dediyini rəvayət edir:

«Peyğəmbəri (sallallahu aleyhi və səlləm)

namazda ikən sağ əlini sol əlinin üstünə qoyaraq göbək altında bağlarkən gördüm.» (bax: İbn Əbu Şeybə, «əl-Musannəf», c.3, səh. 320-322. (Rəvayət № 3959)

Məşhur mühəddis İmam Qasim ibn Qutlubuğa, « ət-Tə`rif və-l-İxbar bi Təxric Əhədisi-l-İxtiyar» kitabında hədisi «əl-Musannəf»dən eyni ləfzlə nəql etdikdən sonra haqqında «isnadı yaxşıdır» deyir. (bax: İbn Qutlubuğa, «ət-Tə`rif və-l-İxbar bi Təxric Əhədisi-l-İxtiyar», c. 1, səh. 314)

Həmçinin bir digər məşhur mühəddis Məhəmməd Abid əs-Sindi, «Tavaliu-l-Ənvar

Şərhu-d-Durri-l-Muxtar» kitabında yenə «əl-Musannəf»dən eyni ləfzlə nəql edərək haqqında «dəlil olmasında heç bir şübhə yoxdur, ravilərinin hamısı siqadır» deyir.

İbn Qutlubuğanın kitabı çap edilibdir. Lakin əs-Sindinin kitabı çap edilməyib və onun bu hədis haqqında dediklərini Şeyx Məhəmməd Avvamənin «əl-Musannəf»də bu hədisə yazdığı haşiyədən aldım. Avvamə həmin yerdə bu sözü hansı əlyazmadan nəql etdiyini bildirir.

Onu da qeyd edim ki, bə`ziləri bu hədisdəki «göbək altında» hissəsinin hədisə hənəfilər tərəfindən təhrif olaraq əlavə edildiyini iddia edir.

Misal üçün təəssübkeş sələfi Bəkr Əbu Zeyd, məşrəbindən qaynaqlanan bayağılığın təsirinə

düşərək, «ər-Rudud» kitabında iddia edir ki, bu sözü təhrif olaraq əlavə edən Karaçidəki «İdəratu-l-Qur`an və-l-Ulumi-l-İslamiyyə» qurumudur. (bax: Bəkr Əbu Zeyd, «ər-Rudud», səh. 256)

Halbuki adəti üzəri xoşuna gəlməyən hər şeyi topa tutmaq yerinə azacıq zəhmət çəkib

araşdırsaydı, bu sözün, İbn Əbu Şeybənin «əl-

Musannəf»inin bir neçə əlyazma nüsxəsində var olduğunu görərdi.

Misal üçün İbn Əbu Şeybənin «əl-Musannəf»ini təhqiq edənlərdən Şeyx Məhəmməd Avvamə, əsaslandığı əlyazma nüsxələrin ikisində, yə`ni mühəddis Şeyx Məhəmməd Abid əs-Sindinin və bir digər məşhur mühəddis İmam Məhəmməd Mürtəza əz-Zəbidinin əlyazma «əl-

Musannəf» nüsxələrində «göbək altda» sözünün var olduğunu deyərək, Bəkr Əbu Zeyddən fərqli olaraq boş-boş danışmadığını göstərmək üçün əlyazma nüsxələrdə həmin

sözün keçdiyi yerin şəklini də verir. Həmçinin Şeyx Məhəmməd Haşim əs-Sindi, «Tərsi`u-d-Durra alə Dirhəmi-s-Surra» kitabında bu sözün keçdiyi üç «əl-Musannəf» əlyazma nüsxəsi gördüyünü qeyd edir: Hafiz Qasim ibn

Qutlubuğanın əsaslandığı nüsxə, Şeyx Məhəmməd Əkrəm əs-Sindi ən-Nasrburinin nüsxəsi və Məkkə müftisi Şeyx Əbdülqadirin nüsxəsi.

Mən «Tərsi`u-d-Durra alə Dirhəmi-s-

Surra» kitabının PDF versiyasına baxdım, lakin Şeyx Məhəmməd Haşim əs-Sindinin bu sözü keçən səhifə, yə`ni 84-cü səhifə PDF-ə düşmədiyindən o sözü görə bilmədim. Fəqət bu sözü ondan adı keçən risaləsini nəşr edən Nəim Əşrəf nəql edir. (bax: Nəim Əşrəf, Məhəmməd Haşim əs-Sindinin «Dirhəmu-s-Surra» və digər risalələrinə yazdığı müqəddimə, səh. 7)

Eləcə də Məhəmməd Avvamə «əl-Musannəf»də Vailin hədisinə yazdığı haşiyədə eyni qaynaqdan, yə`ni Məhəmməd Haşim əs-Sindinin «Tərsi`u-d-Durra alə Dirhəmi-s-Surra» kitabından, eyni səhifədən nəql edir.

Ümumiyyətlə olduqca faydalı olduğu üçün Avvamənin bu hədisin hökmü haqda haşiyədə qeyd etdiyi şeyləri olduğu kimi burada nəql etmək istəyirəm. Məhəmməd Avvamə belə deyir:

«Bu hədisin isnadı səhihdir. Doğru olan

budur ki Alqamə, atası Vaildən hədis eşitmişdir. Bu haqda «ət-Təqrib»də Alqamənin tərcümeyi-halına yazılan haşiyədən (4684), eləcə də «əl-Kaşif» kitabından (3876) mə`lumat ala bilərsən. Bu məsələdə dəlil gətiriləcək bir başqa şey isə, az öncə3958-ci hədisə yazdığım təxricin sonunda (çox güman 3957-ci hədisi qəsd edir, çünki qeyd etdiyi şey 3957-ci hədisəyazdığı haşiyənin sonundadır) İbn Həzmdən qeyd etdiyim Ənəsin hədisidir. Ənəs də o hədisə «göbək altında» sözünü əlavə etmişdir.

«Göbək altında» əlavəsi, «əl-Musannəf»in «ت «və «ع«nüsxələrində də keçir. Möhtərəm oxucu buna, bu cildin əvvəlində şəkillərlə şahid ola bilər. «ت «nüsxəsinin bu cildinin köçürülməsi hicri 741-ci ildə başa çatıb. Bu nüsxənin

üzərində bir neçə yerdə İmam əl-Ayninin yazısı var. Bu haqda müqəddimədə 30-cu səhifədə mə`lumat verdim. İmam Qasim ibn Qutlubuğanın məhz bu nüsxəni görərək

ondan «ət-Tə`rif və-l-İxbar bi Təxric Əhədisi-l-İxtiyar» kitabında nəql etməsi, uzaq ehtimal deyil. O ki, hicri 879-cu ildə vəfat edib. Onun sözünü adı keçən kitabda öz xəttiyləyazdığı nüsxədə 27/ ب nömrəli vərəqdə görə bilərsiz. Bu nüsxə İstanbuldakı «Feyzullah» kitabxanasında 292-ci nömrədə qorunur. Orada bu hədisi eyni sənəd və mətnlə nəql etdikdən sonra «bu yaxşı isnaddır» deyir. Hətta onun

sözündən açıq-aydın görünür ki, o bu rəvayəti İbn Xuzeymənin rəvayətinə (479) tərcih edir. İbn Xuzeymənin rəvayətində keçən «sinəsinin üzərinə» əlavəsinə məhz bu hədislə e`tiraz edir.Bu əlavə («göbək altında» əlavəsi), «ət-Tə`rif və-l-İxbar» kitabının Məhəmməd Abid əs-Sindidə olan nüsxəsində 23/بnömrəli vərəqdə də var. Bu nüsxə «Topkapı» sarayında

qorunur. Eləcə də əs-Sindidə olan «əl-Musannəf» nüsxəsindədə bu söz var. Bu təhqiqatda «ع «hərfi ilə nişanladığım nüsxə

də məhz bu nüsxədir. Bu səbəbdən əs-Sindi, möhtəşəm haşiyəsi «Tavaliu-l-Ənvar alə-d-Durri-l-Muxtar» əsərində (1:620» əl-Əzhəriyyə» nüsxəsi) belə deyir:

«Dəlil olmasında şübhə olmayan hədislərdən biri də İbn Əbu Şeybənin «əl-Musannəf»ində nəql etdiyi bu hədisdir:

«Vəki bizə Musa ibn Umeyrdən, o da Alqamə ibn Vail ibn Hucrdan, o da atası Vail ibn Hucrdan belə rəvayət etdi:

«Peyğəmbəri (sallallahu aleyhi və səlləm) namazda ikən sağ əlini sol əlinin üstünə

qoyaraq göbək altında bağlarkən gördüm.»

Bu hədisin bütün raviləri siqa və səbt kəslərdir.»

Odur ki, alimlərin qiymətini bilməyənlərin, öz

məzhəbində və xislətində olmayanlardan razı qalmayanların çıxardığı gurultuya, alçaltmaya və ittihama ehtiyac yoxdur. Necə ki, bu cür şeyləri hətta gündəlik qəzetlərdə beləgörürük. Misal üçün «Zəvabi fi Vəchi-s-Sunnə Qadimən vəHədisən» kitabının 251-ci səhifəsində, «əl-Mədinətu-l-Munəvvəra» qəzetininin hicri 10/05/1410 tarixində çıxan2845 nömrəli buraxılışında və başqa yerlərdə bu cür şeyləri

görə bilərsiz. Kim bu hədisi, bu sözün keçmədiyi «خ» ,«ظ» ,«ن «və «ش«

nüsxələrindən hər hansı birindən nəql etmişsə, bu sözü qeyd etməməklə üzrlüdür. Lakin onun bu sözün keçmədiyini deməkdə heç bir üzrü ola bilməz. Kim də bu hədisi, bu sözün keçdiyi iki nüsxədən birindən nəql etmişsə, o da bu

sözü qeyd etməklə üzrlüdür. Hətta onun bu sözü nəql etməsi vacibdir və bu sözü silməsi əsla caiz deyil. Beləolduğu halda, başqalarını qınamağa və təhqir etməyə kimin ixtiyarı var?

Kim:

«Ola bilsin ki, 'göbək altında' sözü Vailin hədisinin davamı deyil, o hədisdən sonra gələn İbrahim ən-Nəxaidən nəql edilən bu sözə aiddir.

(İbn Əbu Şeybə deyir):

Vəki bizəRabidən, o da Əbu Miş`ərdən, o da İbrahim ən-Nəxaidən belə dediyini nəql edir:

'Namaz qılan, sağ əlini sol əlinin üstünə qoyaraq göbək altında bağlayar.'

Bunun dəlili dəbudur ki, «ت «nüsxəsində İbrahimin sözü yoxdur. Ola bilsin ki, bu söz İbrahimin sözü olmasına baxmayaraq Vailin hədisinəyapışmışdır.»

deyərsə, cavab olaraq deyərik ki, bu iddia

Allah və İslam düşmənlərini sevindirən zənn və şübhədənbaşqa bir şey deyil. Belə bir iddiaya qapı açılarsa, bizim dinimizə aid heç bir mənbəyə güvənmək olmaz.

Bundan əlavə Şeyx Məhəmməd Abid əs-Sindinin nüsxəsini neyləyək? O nüsxədə ki, həm Vailin hədisi, həm dəİbrahimin sözü var və hər ikisinin sonunda «göbək altında» sözü keçir. Bu əlavəni təsdiq edənlər, bu haqda bir mə`lumat verərək təsdiq edirlər. Onların əlində bu sözün keçdiyi nüsxələr var, dəlilləri var. Bəs görəsən, bunun müqabilindəbu sözü inkar edənlərin əlində bu inkarlarını dəstəkləyəcək

nə var?!

«Göbək altında» sözünün keçdiyi bu iki nüsxəyə, başqa üç nüsxə də əlavə etmək lazımdır:

1. Allamə Qasim ibn Qutlubuğanın nüsxəsi –ki, bu «ت «nüsxəsi də ola bilər-,

2. Məkkeyi-Mükərrəmənin müftisi Allamə Əbdülqadir ibn Əbu Bəkr əs-Siddiqinin nüsxəsi; və

3. Allamə Məhəmməd Əkrəm əs-Sindinin nüsxəsi.

Bu sözü bu nüsxələrdən Allamə Məhəmməd Haşim ət-Tətvi əs-Sindi, «Tərsi`u-d-Durra alə

Dirhəmi-s-Surra» risaləsinin 84-cü səhifəsində nəql etmişdir.

Bir elmi əmanətə riayət etmə adına onu da qeyd edim ki, İbn Əbu Şeybənin «əl-Musannəf»inin Hindistanda çıxan on beş cildlik nəşri ilk dəfə çıxdıqda, orada «göbək altında»

əlvəsi yox idi. Daha sonra Karaçidəki «İdəratu-l-Qur`an və-l-Ulumi-l-İslamiyyə» qurumu hicri 1406-cı ildə bu nəşrikopyalayaraq yenidən nəşr etdikdə, bu qurumun qurucusu fəzilət sahibi Şeyx Nur Əhməd (rahiməhullah) bu boşluğu doldurmaq və ilk nəşrdəki çoxlu və böyük çap xətalarını təmizləyib düzəltmək istədi. Dördüncü cildin ilk qismini çap edərkən bu boşluğu doldurdu. İlk nəşrin xətalarına gəlincə, bu haqda mənə MədinəHaramında (Mədinə məscidində) bir yerdə gəzişərkən

mə`lumat verdi. Bildirdi ki, Karaçidə onunla birgə çalışan bə`zi elm əhlinə bu xətaları düzəltməyi tapşırmış, onlar da bu işi yerinə yetirmişlər. Beləcə səkkiz minə yaxın çap xətası ortaya çıxarmışlar. Bu səbəbdən həmin qurum bu çapın(öncəki Hindistan çapının) tamamilə e`tibarsız olduğuna qərar vermişdir.

O zamanlar şeyxə, Şeyx Məhəmməd Həyat əs-Sindi iləŞeyx Məhəmməd Haşim əs-Sindi (Allah hər ikisinə rəhmət etsin) arasında namazda əllərin yeri mövzusunda keçən elmi

yazışmalar haqda mə`lumat verilmiş, daha sonra bu yazışmalar ona göstərilmişdi. Bu iki şeyx arasında keçən yazışmalardan beş risalə ortaya çıxmışdır. Daha sonra «İdəratu-l-Qur`an və-l-Ulumi-l-İslamiyyə» qurumu o risalələri çap etmişdir.

Bu risalələrdən biri də Şeyx Məhəmməd Haşim əs-Sindinin «Tərsi`u-d-Durra aləDirhəmi-s-Surra» risaləsidir. Şeyx Məhəmməd Haşim məhz bu risaləsində «göbək altında» sözünü, «əl-Musannəf»in özünün gördüyü üç əlyazma nüsxəsindən nəql etmişdir. Bu nüsxələr az öncə qeyd etdiyimiz nüsxələrdir.

Beləcə, müəssisənin rəhbəri Şeyx Nur Əhməd,

Hindistanda çap edilən nüsxəyə «göbək altında» sözünü əlavə etmənin doğru olduğuna əmin olmuşdur. Çünki o, (Hindistan çapından tapılan bol-bol xətalar səbəbiylə) o çapın e`tibarsız olduğuna, digər üç əlyazma nüsxəsinin isə, e`tibarlı olduğuna qərar vermişdi. Yoxsa ki, bə`zilərinin iddia etdiyi kimi, Şeyx Nur Əhməd, nə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) adına yalan danışmağa cür`ət etmiş, nə məzhəbini möhkəmləndirmək üçün hədislərləoynamış, nə də iddia edilən başqa səbəblərə görə bu addımı atmışdır. Hesaba çəkən də, qullarına nəzarət edən və onların

niyyətini bilən də Allahdır.» (bax: Məhəmməd Avvamə, öz təhqiqatıyla çap edilən «əl-

Musannəf»də Vailin hədisinə yazdığı haşiyə, c. 3, səh. 320-322)

Şeyx Avvamənin bu dediklərinə əsasən, İbn Əbu Şeybənin «əl-Musannəf»inin, içində «göbək altında» sözü keçən əlyazma nüsxələri aşağıdakılardır:

1. İmam Qasim ibn Qutlubuğanın əsaslandığı nüsxə;

2. İmam Məhəmməd Mürtəza əz-Zəbidinin nüsxəsi. (Şeyx Avvamə qeyd edir ki, bu nüsxə yuxarıdakı nüsxəylə eyni ola da bilər. Lakin bunu demək üçün dəqiq bir əsas lazımdır.)

3. Şeyx Məhəmməd Abid əs-Sindinin nüsxəsi;

4. Şeyx Məhəmməd Əkrəm əs-Sindi ən-Nasrburininnüsxəsi;

5. Məkkə müftisi Şeyx Əbdülqadir ibn Əbu Bəkr əs-Siddiqinin nüsxəsi.

Bu əlavənin bə`zi nüsxələrdə keçib bə`zilərindəkeçmədiyini bildikdən sonra, mə`lum olur ki, bu məsələbarədə danışan və «əl-Musannəf»dən nəqllər verən elm əhlinin bu əlavəni qeyd etməmələri, onlarda olan nüsxələrdə, bu əlavənin olmamasından qaynaqlanır. Mühim olan budur ki, bu əlavə, «əl-Musannəf»in bir neçə əlyazma nüsxəsində

keçir.

Əhməd ibn Hənbəlin və əd-Daraqutninin eyni sənədləeyni mətni, bu əlavə olmadan nəql etmələri də, məsələyə təsir etməz. Çünki bə`zən eyni hədisi rəvayət edən iki mühəddisdən biri tam, bir digəri əskik rəvayət edir.

Onu da qeyd edim ki, əl-Mübarəkfuri, «Tuhfətu-l-Əhvəzi» kitabında Məhəmməd Həyat əs-Sindinin «Fəthu-l-Ğafur fi Vad`i-l-Əydi alə-s-Sudur» kitabından nəql verir. Orada Məhəmməd Həyat əs-Sindinin, İmam əl-Ayni haqda sözünü nəql edərkən bu cür nəql edir:

«Öz əsərlərinə nəyi gəldi yığan əl-Ayni belə əl-Buxariyə verdiyi şərhində belədeyir:

əş-Şafii öz görüşünü dəstəkləmək üçün Vail ibn Hucrun hədisini dəlil gətirmişdir. Bunu İbn Xuzeymə öz “əs-Səhih”ində rəvayət etmişdir. O hədisdə Vail ibn Hucr belədeyir:

'Peyğəmbərlə birgə namaz qıldım. Sağ əlini sol əlinin üzərində sinəsinə qoyaraq bağladı.'

Hənəfi alimlərimiz isə, e`tibarsız dəlillərə əsaslanmışlar.» (bax: əl-Mübarəkfuri, «Tuhfətu-l-Əhvəzi bi Şərh Cami`i-t-Tirmizi», c. 2, səh. 86-87)

Bəli burada «e`tibarsız dəlillər» sözü, İmam əl-Ayninin sözü kimi verilib. Lakin mən, «Fəthu-l-Ğafur» kitabının hicri 1333-cü ildə (miladi 1915) nəşr edilmiş əlyazma versiyasında (haşiyə) bu sözün fərqli keçdiyini gördüm.

---------------------------------------

(Haşiyə:

Qəribədir ki, kitabın üz qabığında nəşr ili yazılıb. Lakin kitab eləəlyazma olaraq nəşr edilib.)

------------------------------------

Orada «e`tibarsız dəlillər» sözü əl-Ayninin deyil, Məhəmməd Həyat əl-Hindinin sözü olaraq bu cür keçir:

<<Hənəfi alimlərimizin lehinə isə (əl-Ayni) e`tibarsız dəlillər göstərir.» (bax: Məhəmməd Həyat əs-Sindi, «Fəthu-l-Ğafur fi Vad`i-l-Əydi alə-s-Sudur», səh. 6)

Onsuz da İmam əl-Ayninin adı keçən kitabında əllərin bağlanmasıyla əlaqəli bölümdə dediklərinə baxan, orada belə bir şey demədiyini görər. İmam əl-Ayni sadəcə olaraq

İmam əl-Mərğinaninin:

«Sağ əli sol əlin üstündə göbək altda

bağlamaq sünnətdəndir.»

sözünü mərfu olaraq Peyğəmbərənisbət etməsinə e`tiraz edir və bu sözün Əlinin (radiyallahu anhu) sözü olduğunu bildirir. Daha sonra, səhabələrdən birinin «sünnətdə bu cürdür» deməsinin hökmən mərfu olduğunu qeyd edir. Bundan sonra isnadda Əbdürrəhman ibn İshaqın olduğu məsələsinə toxunaraq bu hədisin İbn Həzmin Ənəsdən nəql etdiyi hədislə dəstəkləndiyini bildirir və həm göbək altında, həm də göbək üstündə, əllərin

bağlanması görüşüylə elm əhlinin əməl etdiyi haqda İmam ət-Tirmizinin sözünü nəql edir. (bax: əl-Ayni, «Umdətu-l-Qari», c. 5, səh. 279)

İmam əl-Ayninin həmin yerdə Vailin hədisini nəql etməməsinə gəlincə, bu, onun bu hədisdən xəbərdar olmaması mə`nasına gəlməz. Bir neçə səhifə öncəAvvamədən nəql etdiyim yazıdan da mə`lum olduğu kimi,

bu əlavənin keçdiyi «ت «nüsxəsinin bə`zi yerlərində İmam əl-Ayninin yazısı vardır. Sadəcə olaraq, İmam əl-Ayninin, bu hədisi həmin yerdə nəql etməməsinin, iki səbəbi ola bilər:

1. Ya İmam əl-Ayni, həmin şərhi bitirdikdən sonra «göbək altında» sözünün keçdiyi «əl-Musannəf» nüsxəsiylə tanış olub. Çünki İmam əl-Ayni, əl-Buxariyə verdiyi şərhi bitirdikdən sonra səkkiz il yaşayıbdır. Belə ki, şərhini hicri

821-ci ildə başlamış, 847-ci ildə bitirmişdir. (bax: əl-Kövsəri, «Təhzibu-t-Taci-l-Luceyni fi Tərcəməti-l-Bədri-l-Ayni», səh. 478. (Səhifə sayı digər kitablarla birgə çıxan nəşrəgörədir.)

İmamın vəfatı isə, hicri 855-ci ildədir.

2. Ya da İmam əl-Ayni həmin əlavənin keçdiyi nüsxəni görsə də, bu əlavələrin keçmədiyi nüsxələrlədə tanış olduğundan, hansının daha səhih olduğuna qəti qərar verə bilməmiş, bu səbəbdən tərəddüddə qaldığı bir əlavəni qeyd etmək istəməmişdir. Ən doğrusunu Allah bilir.

-------------------------------------

Hədisin isnadına yönəlik təqdim ediləcək e`tirazlardan biri də belə ola bilər:

«Hədisi Vaildən rəvayət edən, oğlu Alqamədir. Alqamə isə, atasından hədis eşitməyib.»

Lakin bu e`tiraz, zəif bir e`tirazdır. Düzdür, bu söz, Yəhya ibn Məindən gəlir, lakin doğru olan budur ki, Alqaməatasından eşidib. Bunu İmam ət-Tirmizi deyir və Vaildən eşitməyənin oğlu Alqamə deyil, oğlu Əbdülcabbar olduğunu

bu cür bildirir:

«Bu hədis, (zorlanan qadın haqda hədisi qəsd

edir) həsən, qərib, səhih hədisdir. Alqamə ibn Vail ibn Hucr, atasından hədis eşitmişdir. Alqamə, qardaşı Əbdülcabbar ibn Vaildən yaşca böyükdür. Əbdülcabbar isə, atası Vaildən hədis eşitməyib.» (bax: ət-Tirmizi, «əl-Camiu-s-Sahih», c. 4, səh. 56)

Hətta fərz etsək ki, Alqamənin atasından rəvayəti mürsəldir, bu da məsələyə təsir etməz. Çünki Mürsəl rəvayət, hüccətdir. Bu haqda inşallah bir sonrakı bölümdə mə`lumat

sahibi olacaqsız.

İmamlarımızın bu məsələdə əsaslandıqları digər bir rəvayət isə, Mö`minlərin Əmiri Əli ibn Əbu Talibin (radiyallahu anhu) sözüdür. İbn Əbu Şeybə, «əl-Musannəf»ində belə rəvayət edir:

«Əbu Muaviyə bizəƏbdürrəhman ibn İshaqdan, o da Ziyad ibn Zeyd əs-Suvaidən, o da Əbu Cuheyfədən, o da Əlidən belə dediyini rəvayət etdi:

"Namazda əli əlin üstünə qoyaraq göbək altında bağlamaq sünnətdəndir.» (bax: İbn Əbu Şeybə, «əl-Musannəf», c. 3, səh. 324. (Rəvayət № 3966.)

Mə`lum məsələdir ki, səhabələrdən biri ümumi olaraq «bu cür etmək sünnətdəndir» deyərsə, bununla Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəti qəsd edilir.Hətta fərz etsək ki, burada Əli (radiyallahu anhu), bu sözüylə öz sünnətini qəsd edir, yenə bu söz, hüccət olar.

Çünki, bizlər Raşidi Xəlifələrin sünnətinə tabe olmaqla əmr olunmuşuq. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ümmətinə:

«Mənim və məndən sonra gələn hidayət rəhbəri Raşidi Xəlifələrimin sünnətinə tabe olun, ondan bərk-bərk yapışın.» buyurur.

Əli də, Raşidi Xəlifələrdən olan hidayət

imamıdır.

Lakin hədisə yönəlik e`tiraz, hədisin ləfzinə deyil, sənədinə yönəlikdir. Belə ki, sənəddəki Əbdürrəhman ibn İshaq adlı ravi, zəif hesab edilmiş və hədisçilər tərəfindən tə`nəyə tuş gəlmişdir.

Düzdür, elm əhli Əbdürrəhman ibn İshaqı zəif saymışdır, lakin onun zəifliyi, hədisi tərk ediləcək dərəcədə deyil. Əksinə, əl-İcli, onu “Mə`rifətu-s-Siqat” kitabında qeyd

edərək belə deyir:

«Əbdürrəhman ibn İshaq ibn Sa`d ibn əl-

Haris, Əbu Şeybə əl-Vasiti. Zəifdir, lakin hədisi (ondan hədis rəvayət etmək) caizdir. Hədisi yazılar.» (bax: əl-İcli, «Mə`rifətu-s-Siqat min Ricəl Əhli-l-İlm və-l-Hədis, vəminə-d-Duafə və Zikr Məzəhibihim və Əxbarihim», c. 2, səh. 72)

Bu hədis də, mə`nası münkər olan bir hədis deyil. Əksinə, İmam Qasim ibn Qutlubuğanın da qeyd etdiyi kimi, Vailin hədisi bu hədisin şahidi, yə`ni dəstəkləyicisidir. (bax: İbn Qutlubuğa, «ət-Tə`rif və-l-İxbar bi Təxric Əhədisi-l-İxtiyar»,

c. 1, səh. 314)

Onu da qeyd edim ki, kişilərin əlləri göbək altında bağlaması görüşü, təkcə İmam Əbu Hənifə və əshabının görüşü deyil. Bu, həmçinin:

~ tabiun nəslinin böyüklərindən Əbu Micləz əl-Bəsrinin;

~ İraqın fəqihi İmam İbrahim ən-Nəxainin;

~ Sufyan əs-Sövrinin;

~ İshaq ibn Rahaveyhin;

~ bir rəvayətdə Əhməd ibn Hənbəlin; və

~ şafiilərdən Əbu İshaq əl-Mərvəzinin

görüşüdür.

Bütün bunlardan sonra səhabələrdən bu yana bir çox elm əhlinin əməl etdiyi mübarək bir görüşü, təhlükəli bir bid`ət kimi təqdim edən cəhalət tələbələri, görəsən utanacaqlarmı? Çətin utansınlar.

Bu bölümü İmam ət-Tirmizinin sözü ilə bitirmək istəyirəm:

«Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrindən, tabiun nəslindən və bu nəsildən sonra gələnlərdən olan elm əhli, bu cür əməl etmişlər. Onlar, namaz qılanın sağ əlini sol əlinin üzərinə qoyacağını demişlər. Onlardan (yə`ni səhabə, tabiun və ətbau-t-tabiin nəslindən olan elm əhlindən) bir qismi əllərin göbəyin üstündə, bir qismi isə, göbəyin altında bağlanacağı görüşündə olmuşlar. Hər ikisi (göbəyin üstündə və altında bağlamaq) onlara görə caizdir və bu məsələdə rahatçılıq vardır.» (bax: ət-Tirmizi, «əl-Camiu-s-Sahih», c. 2, səh. 33)

Müvəffəq edən Allaha həmd olsun.

-----------------------------------------------

(Rüstəm Mehdi, "Yalnış hesab edilən dörd doğru")

Read 2 times
In order to make a comment, please login or register