Namazda əlləri göbək altında bağlamağın dəlilləri -2

✓ 669. Əbu Hazim'in nəqlinə görə, Səhl b. Sa'd belə demişdir:

"İnsanlara namazda sağ əllərini, sol qolları üzərinə qoymaqları əmr edilərdi." (Buxari, "Azan"/87)

Əbu Hazim belə deyir:

"Bildiyim qədərilə, Səhl, bu sözü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbət etməkdə idi."

---------------------------------

✓ 670. Cabir (radiyallahu anh) belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaz qılmaqda olan bir adama rast gəldi. Adam sol əlini, sağ əlinin üzərinə qoymuşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm), əlini çəkdi və sağını solu üzərinə qoydu." (Əhməd b. Hənbəl, "Müsnəd", lll, 381; Taberani, "əl-Mucəmu'l-Əvsat", Vlll, 27)

Hədisin raviləri, "Səhih"in raviləridir.

----------------------------------

✓ 671. İbn Abbas (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Biz peyğəmbərlərə:

~ iftar edərkən tələsməyimiz;

~ sahuru gec yeməyimiz; və

~ namazda sağ əlimizi, sol əlimizin üzərinə qoymağımız

əmr edildi." (Haşiyə)

---------------------------------------

(Haşiyə:

Hədis, səhihdir. Bu hədisi:

• Taberani, "əl-Mucəmu'l-Kəbir"də (Xl, 199);

• ibn Hibban, "Səhih"ində (V, 67)

rəvayət etmişlərdir. Hədisin bir isnadında, "əl-Muxtara"da (ll, 10) nəql edildiyi üzərə, Ziya əl-Maqdisi mövcuddur.

• İmam Suyuti, "Tənviru'l-Havalik"də (l, 174),

hədisin səhih olduğunu bildirmişdir.)

------------------------------------

✓ 672. Vail b. Hucr (radiyallahu anh), -rəvayət etdiyi uzun bir hədisin mövzumuzla bağlı qismində- belə deyir:

"Sonra sağ əlinin üzərindən və biləkdən dirsəyə qədər sol əlinin üzərinə qoydu." (Əbu Davud, Salat/114; ibn Hibban, "Səhih", V, 170; ibn Xuzeymə, Səhih, l, 243; Taberani, "əl-Mucəmu'l-Kəbir", XXll, 78, 84, 103, 104. Hədis, səhihdir.)

Hədisi əbu Davud rəvayət etmiş, sihhətini isə, dəyərləndirməmişdir. Eyni hədisi ibn Xuzeymə və ibn Hibban "Səhih"lərində rəvayət etmişlərdir. Bu hədisi, Taberani bu şəkildə rəvayət etmişdir:

"Namazda sağ əlini, biləyinə yaxın olaraq, sol əlinin üzərinə qoydu."

Yuxarıdakı hədislər, namazda əl bağlamağın sünnət olduğunu göstərməkdədirlər. Şəklinə gəlincə isə, sağ əl, sol əlin üzərinə qoyulur. Əksi, caiz deyildir. Bu, sünnət olmağında, ümmətin alimlərinin icma etdiyi bir xüsusdur. Onların ixtilafları, iləridə açıqlanacağı üzərə, əllərin harda bağlanacağı nöqtəsindədir.

-----------------------------------

✓ 673. Qabisa b. Hulb'un nəqlinə görə, atası belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), bizə imamlıq edər və sol əlini sağ əlilə bağlayardı." (Tirmizi, Salat/73; ibn Macə, İqamətu's-Salat, 3. Hədis, həsəndir.)

Hədisi tirmizi rəvayət etmiş və "həsəndir" dedikdən sonra bu izahı vermişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələri, tabiun və ondan sonrakı nəsildən etibarən, alimlər nəzdində tətbiqat, buna görədir. Üləmaya görə, insan, namazda sağ əlini, sol əlinin üzərinə qoyar. Bəziləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in göbəyinin üzərində, bəziləri göbəyinin altında əl bağladığını görmüşlərdir. Alimlərə görə, insan, bu mövzuda, istədiyi şəkli almaqda sərbəstdir."

Rəvayətdə "vəd" = "qoymaq" yerinə, "əxz" = "bağlamaq/tutmaq" kəliməsi istifadə edilmişdir. Hər ikisini də etmək, mümkündür. "əl-Bahru'r-Raiq"də, bu açıqlama yer almaqdadır (l, 326).

"əl-Kənz" sahibi, əllərin nə şəkildə bağlanacağını bildirməmişdir. Çünki bu, "Zahiru'r-Rivayə"də zikr edilməməkdədir. Bu mövzuda, ixtilaf vardır. Tərcihə uyğun olanı, insanın sərçə və baş barmağı ilə biləyini xalqa şəklində bağlamasıdır. Belə bir bağlama, əlləri üst-üstə qoymağı gərəkdirir. Əksi isə, belə deyildir. Bəzilərində "vəd" = "qoymaq"dan bəhs edilərkən, bəzilərində "əxz" = "bağlamaq/tutmaq" kəliməsi istifadə edilməkdədir. İki dəlilə görə də əməl etmiş olmaq üçün, bəhsini etdiyimiz şəkildə edilməsi, daha əvladır."

"Rəddu'l-Muxtar"da (l, 508) belə deyilir:

"Şurunbulali, hər 2 rəvayəti həqiqi mənada birləşdirmək üçün, birində bəhs edilənin bir vaxtda, digərində bəhs edilənin də başqa bir vaxtda tətbiq olunmasını tərcih etmişdir." (Haşiyə)

Bizim qənaətimizə görə də, əvla olan, budur. Bu mövzuda, bir genişlik vardır.

-----------------------------------

(Haşiyə:

Əlləri bağlama şəkli xüsusunda gələn, "sağ əlini sol əli üzərinə qoydu" rəvayəti ilə, "sağ əlilə sol əlini bağladı/tutdu" rəvayəti, zahirən bir-birindən fərqli halları bizə göstərir. Çünki ilk rəvayəti əsas aldığımızda, sağ əli, sol əl üzərinə bir neçə fərqli şəkildə qoya bilərik.

Buna görə, məsələn, sağ əlin barmaqları bitişik də ola bilər, aralı da ola bilər. Ancaq ikinci rəvayət əsas alındığı vaxt, sağ əli, sol əl üzərinə qoymaq kifayət etməz, eyni zamanda sağ əl ilə sol əli "bağlamaq/tutmaq" da lazım gəlir.

İmam Şurunbulali, bu 2 fərqli rəvayətlə, fərqli namazlarda əməl edilə biləcəyini söyləmişdir.)

------------------------------------

✓ 674. Yezid b. Harun'un nəqlinə görə, Haccac b. Hassan belə demişdir:

Əbu Micləz'dən eşitdim -və ya ondan soruşdum-

"Namaz qılan, əlini necə bağlayacaq?"

Belə cavab verdi:

"Sağ əlinin ovuc içini, sol əlinin ovucunun üzərinə qoyacaq və göbəyinin altından əl bağlayacaq." (İbn əbi Şeybə, "əl-Musannəf", l, 391)

Hədisi, ibn əbi Şeybə rəvayət etmişdir.

ibnu't-Türkməni, "Cəvhəru'n-Naqi"də (l, 126) belə deyir:

"Əbu Micləz'in görüşü, əllərin göbək altında bağlanmasıdır. Bunu ondan nəqlən əbu Ömər "ət-Təmhid"də nəql etmişdir. Bu görüş, ceyyid (haşiyə-1) bir isnadla nəql edilmişdir."

İbnu't-Türkməni, bu açıqlamadan sonra, bu isnadı nəql edir. Əbu Davud, əbu Micləz'in sözünü muallaq (haşiyə-2) olaraq zikr edir və belə deyir:

"Əbu Micləz, göbək altından demişdir."

---------------------------------

(Haşiyə-1:

Ceyyid: Lüğətdə, "yaxşı, gözəl" mənasına gəlməkdədir.

Hədis termini olaraq "ceyyid"i, bəzi mühəddislər, həsən hədisdən üstün və səhihə yaxın mənasında istifadə etmişlərdir.

• Əli b. əl-Mədini;

• Yəhya b. Main; və

• Əhməd b. Hənbəl'in

"ən güvənilən sənəd" mənasındakı "əsahhu'l-əsanid" ifadəsini, Hakim ən-Nisaburi'nin "əcvədu'l-əsanid" diyə nəql etməsi, bununla bərabər, Əhməd b. Hənbəl'in "əcvədu'l-əsanid" sözünü ibnu's-Salah'ın "əsahhu'l-əsanid" deyə zikr etməsi, bu 2 alimin, ceyyid ilə səhih arasında fərq görmədiklərini ortaya qoymaqdadır.

Tirmizi'nin, hədisləri dəyərləndirərkən bolca istifadə etdiyi "səhih-həsən" yerinə, çox nadir də olsa, eyni mənada olan "ceyyid-həsən" deməsi, onun da, səhih ilə ceyyid arasında fərq görmədiyi qənaətini oyandırmaqdadır.

Ancaq hədislərin dərəcəsini bildirərkən, ceyyidi səhih mənasında istifadə edən mühəddislərin də, bu termini, "həsən lizatihi" mərtəbəsindən yüksək olmaqla birlikdə, səhih dərəcəsinə varmamış rəvayətlər üçün istifadə etməyi tərcih etdikləri anlaşılmaqdadır. Necə ki, ibn Həcər Asqalani, Əhməd b. Hənbəl'in "Müsnəd"ini ümumi olaraq dəyərləndirərkən, bəzi kimsələrin əsərdəki bütün hədisləri səhih qəbul etməklə yanıldıqlarını, bu hədislərin çoxunu, ceyyid saymağın daha doğru olacağını söyləməkdədir.

Dində dəlil olmağa əlverişli olan hədisləri səhih və həsən terminlərilə ifadə edən mühəddislər, bu mənanı fərqli təbirlərlə ifadə etmək düşüncəsilə, lüğət cəhətindən eyni mənaya gələn "ceyyid", "mücəvvəd", "sabit" və "qavi" kimi kəlimələr istifadə etmiş, hədis kitablarını dəyərləndirərkən söylədikləri "ceyyid", "cəvdət", "əcvəd" kimi kəlimələrlə də, sənədlərin sağlamlığını qəsd etmişlərdir. Necə ki, Nəsai:

"Bütün bu kitabların içində, Buxari'ninkindən daha ceyyidi yoxdur."

deyərkən, "Camiu's-Səhih"dəki hədislərin sağlam sənədlərlə rəvayət edildiyinə işarət etmək istəmişdir. (bax: ibn Həcər, "Təhzibu't-Təhzib", lX, 49)

(Haşiyə-2:

Muallaq: sənədi zikr edilmədən nəql edilən hədis)

-------------------------

✓ 675. Vəki'in, Rabi ---> əbu Maşər isnadı ilə nəqlinə görə, İbrahim ən-Nəxai, belə demişdir:

"Namaz qılan kimsə, sağ əlini solu üzərində qoyub göbək altında bağlayar."

Hədisi, ibn əbu Şeybə (l, 309) rəvayət etmişdir. İsnadı həsəndir.

Eyni şeylər, Niməvi'nin "Asaru's-Sünən"ində (l, 71) (təliqi) ilə bərabər qeyd edilməkdədir.

Hədisi, Muhamməd b. əl-Həsən, "Asar"ında (s. 25), bənzər ləfzlərlə rəvayət etmişdir.

----------------------------------------

Məzhəbimizə (Hənəfi məzhəbinə) görə, böyük tabiun alimlərinin görüşlərinin dəlil olması:

Yezid b. Harun'un rəvayət etdiyi hədis, namazda əllərin göbək altında bağlanacağını göstərməkdədir. İbrahim ən-Nəxai'nin ifadəsi də, bunu dəstəkləməkdədir. Çünki o:

"Namaz qılan kimsə, sağ əlini, sol üzərinə qoyub göbək altında bağlayar."

demişdir.

Tabiun aliminin görüşü, -əksəriyyəti meydana gətirən müctəhidlər nəzərində dəlil deyilsə də- biz Hənəfilərin nəzdində səhih olan görüşə görə dəlildir. Ancaq bu şəxsin böyük bir tabiun alimi olması və səhabə zamanında fətva vermiş olması, şərtdir. Əbu Micləz Lahiq b. Humeyd əl-Basri, belə biridir. Çünki o, hicri 100 və ya 101-ci illərdə vəfat etmişdir. Necə ki, Allamə Ayni, onun tərcüme-i halını bu şəkildə nəql etməkdədir:

"Adı Lahiq b. Humeyd ibn Səid əl-Basri əl-A'vər olub, məşhur tabiun alimlərindəndir. Kufədə 100 və ya 101-ci illərdə vəfat etmişdir." (Ayni, "Umdətu'l-Qari fi şərh-i Sahihi'l-Buxari", ll, 889)

Biz də, bunu əlavə edək:

Əbu Micləz, böyük bir tabiun alimidir. Səhabə zamanında vəfat etmişdir. Üstəlik onun görüşü iləridə gələcəyi üzərə mərfu bir rəvayətlə təyid edilmişdir (dəstəklənmişdir).

--------------------------

✓ 676. Muhamməd b. Məhbub'un, Hafs b. Ğiyas ---> Abdu'r-Rahmən b. İshaq ---> Ziyad b. Zeyd ---> əbu Cuhayfə isnadı ilə nəqlinə görə, Əli (radiyallahu anh), belə demişdir:

"Sünnət olan, namazda əli əl üstünə qoyaraq, göbək altından bağlamaqdır." (Haşiyə)

----------------------------------

(Haşiyə:

Hədis, zəifdir. Əbu Davud, "Salat"/117. Hədisin isnadında Abdu'r-Rahmən b. İshaq əl-Kufi mövcuddur. Əbu Davud deyir:

"Əhməd b. Hənbəlin, Abdu'r-Rahmən b. İshaq əl-Kufinin zəif olduğunu söylədiyini eşitdim. Hədisin isnadında Ziyad b. Ziyad əs-Suvai də mövcuddur. Bu şəxs, məchuldur.)

---------------------------------

Hədisi, əbu Davud rəvayət etmiş və belə demişdir:

Əhməd b. Hənbəlin, Abdu'r-Rahmən b. İshaq əl-Kufi'nin zəif olduğunu dediyini eşitdim.

Biz də, bunu əlavə edək:

Heç kim, onun yalan söylədiyini iləri sürməmişdir. O, sadəcə yaddaşı cəhətindən zəif qəbul edilmişdir.

Nəticə etibarı ilə, onun halı, ibn əbu Leyla, ibn Lehia və başqaları kimidir.

"Təhzibu't-Təhzib"də (Vl, 137) bildirildiyinə görə, Bəzzar belə deyir:

"Onun hədisi, bir hədis hafizinin hədisi kimi deyildir."

İcli isə, belə deyir:

"O, zəifdir. Bununla bərabər, hədisini almaq və yazmaq, caizdir."

Nəticə olaraq, bu hədis, həsəndir.

Bu hədis, "Tədribu'r-Ravi"də (s. 62) ifadə edildiyi üzərə, məvquf olub mərfu hökmündədir. (Haşiyə)

--------------------------------

(Haşiyə:

Mərfu hədis: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in söz, fel və təqrirlərini;

Məvquf hədis: Səhabənin söz, fel və təqrirlərini bildirir.

Ağıllı, qiyasla, ictihadla və s. bilinməsi mümkün olmayan mövzularda, səhabənin etdiyi/söylədiyi bir şey haqqında, belə düşünürük:

Səhabə, bu sözü/feli, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşitmişdir/görmüşdür ki, belə etmişdir. Yəni sözün/felin qaynağı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dir, ancaq səhabə onu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən gördüyünü/eşitdiyini bildirməmişdir.

Bu etibarla, söz/fel, səhabədən meydana gəldiyi üçün "məvquf hədis"dir, ancaq qaynağı Peyğəmbər (sallallahu aleyhi və səlləm) olduğu üçün "mərfu hədis" hökmündədir.)

-------------------------------------

Orda belə deyilir:

"İkincisi, səhabənin:

~ 'bizə belə əmr edildi'; və ya

~ 'belə etməyimiz qadağan edildi'; ya da

~'belə etmək, sünnətdəndir.'

kimi ifadələridir. Necə ki, Əli (radiyallahu anh)'ın:

'Namazda ovucu ovuc içinə qoyub göbək altından əl bağlanması, sünnətdir.'

şəklindəki ifadəsi də, belədir. Bunu əbu Davud, ibn Dasə və ibnu'l-Arabi təriqi ilə (nüsxəsində) rəvayət etmişdir. Və ya:

'Bilala, azanı, hər cümləsini 2 dəfə təkrar edərək oxuması əmr edildi.'

və ya buna bənzər ləfzlərin bütünü, alimlərin əksəriyyətinin ifadəsinə görə, mərfudur." (Suyuti, "Tədribu'r-Ravi", s. 62)

Bu hədis, Əhməd b. Hənbəl'in "Müsnəd"ində də zikr edilmişdir. (bax: l, 110) (Haşiyə)

---------------------------------------

(Haşiyə:

Hədis, zəifdir. Hədisi, Abdullah b. Əhməd, "Zəvaidu'l-Müsnəd"də (l, 110) rəvayət etmişdir. Biz də, bunu əlavə edək:

Bu hədisin sənədində də, bir əvvəlkində olduğu kimi, Abdu'r-Rahmən b. İshaq mövcuddur. Bu şəxs, zəifdir. Hədisin isnadında, bir də, Ziyad b. Zeyd əs-Səvai mövcuddur. Bu şəxs, məchuldur. Əhməd Şakir, zəif olduğunu bildirmişdir. (bax: Əhməd Şakir'in "əl-Müsnəd" üzərinə yazdığı təliq (875)

-----------------------------------------

Suyuti, "Kənzu'l-Ummal"ın baş qismində belə deyir:

"Əhməd b. Hənbəl'in Müsnəd'indəki bütün rəvayətlər, məqbuldur. Bu əsərdəki zəif rəvayətlər, həsən dərəcəsinə yaxındır."

Eyni ifadə, "Müntəhab Kənzu'l-Ummal"da da (l, 9) mövcuddur. Hafiz ibn Həcər, "Təcrid-u zəvaid-i Müsnədi'l-Bəzzar" adlı əsərində, bu açıqlamanı verir:

"Əhməd b. Hənbəl'in Müsnəd'indəki hədis, başqa müsnədlərdən birinə nisbət edilməmişdirsə, həsən dərəcəsindədir."

Heysəmi, 'Zəvaidu'l-Müsnəd'də belə deyir:

'Əhməd b. Hənbəl'in Müsnədi, bir başqasına nisbətən daha səhihdir."

Eyni ifadələr, "Tədribu'r-Ravi"də mövcuddur. Nəticə olaraq, bu hədis, həsən dərəcəsindən daha aşağı deyildir.

Abdu'r-Rahmən b. İshaq'ın zəifliyinin illət olmasına gəlincə, bu, İcli'nin:

"O, hədisinin alınması və yazılması caiz olan bir şəxsdir."

sözü ilə qalxmış olmaqdadır.

Üstəlik, ibn Hazm'ın dediyi kimi, rəvayəti, başqa şahidlərlə güclənmişdir. İbn Hazm, əbu Hureyrə (radiyallahu anh)'dan belə bir ifadə nəql edir:

"Namazda, əl, əl üstünə qoyularaq göbək altından bağlanar."

Ənəs (radiyallahu anh)'ın belə dediyi nəql edilir:

"3 şey vardır ki, peyğəmbərlik davranışlarındandır:

~ iftarı tez etmək;

~ sahuru gec yemək; və

~ namazda sağ əli, sol əli üzərinə qoyaraq göbək altında bağlamaq."

Eyni şeylər, ibnu't-Türkməni'nin "əl-Cəvhəru'n-Naqi" adlı əsərində (l, 126) mövcuddur.

-------------------------------------------

✓ 677. Müsəddəd'in, Abdu'l-vahid b. Ziyad ---> Abdu'r-Rahmən b. İshaq əl-Kufi ---> Səyyar əbu'l-Hakəm ---> əbu Vail isnadı ilə nəqlinə görə, əbu Hureyrə (radiyallahu anh), belə demişdir:

"Namazda əl, əlinə üstünə qoyularaq, göbək altından bağlanar." (Əbu Davud, Salat/117. İsnadında Abdu'r-Rahmən b. İshaq mövcuddur. Bu ravi, yuxarıda toxunduğumuz kimi, zəifdir.)

Bu hədis də, məvquf olub mərfu hökmündədir. Tahavi'nin nəqlinə görə, Muhamməd b. Sirin, əbu Hureyrə (radiyallahu anh)'dan bir şey rəvayət etdiyində, ona:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dənmi?"

deyə soruşlunca, o da:

"Əbu Hureyrə'nin bütün hədisləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilməkdədir."

deyərdi.

Yuxarıdakı rəvayətin raviləri, siqadır. Bu hədis, əbu Hureyrə (radiyallahu anh)'ın rəvayət etdiyi hər hədisin, mərfu olduğunu göstərməkdədir.

Burdan ortaya çıxan nəticə budur:

Namazda əllər, sünnətə görə, üst-üstə qoyular və göbək altından bağlanar. Bu, əbu Hənifə və əshabının görüşüdür.

Şarani'nin "Rahmətu'l-Ummə"də (s. 16) belə bir açıqlaması yer alır:

"Namazda sağ əlin sol əl üzərinə qoyulmasının sünnət olduğu nöqtəsində, ümmətin icması vardır. Ancaq imam Malik'dən gələn bir rəvayətə görə, belə edilməz. Məşhur olan bu rəvayətə görə, insan, əllərini bağlamaz, yanlara doğru salar. Əvzai'yə görə isə, insan, muxayyərdir (seçimində sərbəstdir). Alimlər, əllərin hardan bağlanacağı nöqtəsində ixtilaf etmişlərdir:

~ İmam əbu Hənifə, göbək altından deyərkən;

~ İmam Malik və Şafi, göbəyin üzərindən sinənin altından demişlərdir.

~ Əhməd b. Hənbəl'dən bu mövzuda 2 rəvayət nəql edilir. Əbu'l-Qasim əl-Xiraqi əl-Bağdadi (hənbəli fəqihi)'nin tərcih etdiyi ən məşhur görüş, imam əbu Hənifə'nin məzhəbi kimidir."

Biz də, bunu əlavə edək:

İmam Şafi və əshabı, öz görüşlərini, ibn Xuzeymə'nin "Səhih"ində nəql etdiyi hədisə dayandırmaqdadırlar. (İbn Xuzeymə, "Səhih", l, 243)

İbn Xuzeymə, "səhihdir" deyə dəyərləndirərək, Vail b. Hucr'un bu ifadəsini nəql edir:

"Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birlikdə namaz qıldım. Sağ əlini, solu üzərinə qoyaraq, sinəsi üzərində bağladı."

Eyni şey, Şəvqani'nin "Neylu'l-Ətvar"ında da (ll, 87) ifadə edilməkdədir.

"Bu hədis, onların düşüncələrinə dəlil ola bilməz. Çünki onlar, - daha əvvəl keçdiyi üzərə- əllər sinə altından bağlanar, deyirlər. Halbuki bu hədis, əllərin sinə üzərində bağlanacağını açıqca ifadə etməkdədir. Tavus'un daha əvvəl keçən hədisi də, eyni şəkildə, dəlil ola bilməz. Bu mövzuda, yuxarıda zikr edilən Vail hədisindən daha səhih bir hədis yoxdur."

Ayrıca bildirək ki, burda zikr edilən Vail hədisini:

• Əhməd b. Hənbəl "Müsnəd"ində (lV, 318):

Abdullah b. əl-Vəlid ---> Süfyan ---> Asim b. Kuleyb ---> atası Kuleyb isnadı ilə, Vail b. Hucr'dan rəvayət etmişdir.

• Əhməd və Nəsai (Sünən, "əl-İftitah"/11), bu hədisi:

Zaidə ---> Asim ---> atası Kuleyb isnadı ilə, Vaildən nəql etmişdir.

• əbu Davud (Sünən, "Salat"/114) isə:

Bişr b. əl-Mufaddal ---> Asim b. Kuleyb ---> atası Kuleyb isnadı ilə, Vail'dən nəql etmişdir. (Hədis, səhih'dir.

• İbn Macə isə, "Sünən"ində (İqamətu's-Salat/3):

Abdullah b. İdris ---> Bişr b. əl-Mufaddal ---> Asim ---> atası Kuleyb isnadı ilə, Vail'dən nəql etmişdir. (İsnadı, səhih'dir.)

• Əhməd b. Hənbəl isə (Müsnəd, lV, 316):

Abdu'l-Vahid və Zuheyr b. Muaviyə ("Müsnəd", lV, 328), Şu'bə ("Müsnəd", lV, 319) vasitəsilə, Asim b. Kuleyb ---> atası isnadı ilə, Vail'dən rəvayət etmişdir.

Bütün bu ravilər, hədisi, "sinə üzərinə" əlavəsi olmadan rəvayət etmişlərdir.

İbnu'l-Qayyim əl-Cevziyyə, "İlamu'l-Muvaqqiin"də (2. Cild, s. 289) belə deyir:

"Müəmmil b. İsmayıl'dan başqa heç bir ravi, 'sinə üzərinə' deməmişdir."

Bundan ortaya çıxır ki, Müəmmil, bu rəvayətində tək qalmışdır. Eyni şeylər, Allamə Zahir'in "əl-Taliqu'l-həsən"ində nəql edilməkdədir. (I, 65)

-----------------------------------------

Müəmmil b. İsmayıl:

Müəmmil b. İsmayıl haqqında ixtilaf edilmişdir. Bəziləri onun siqa olduğunu söyləmişlərdir:

• Əbu Xatim, onun üçün:

"Sünnətdə, iləri dərəcədə saduqdur, ancaq çox xəta edər." deyir.

• Buxari isə:

"Onun hədisi, münkərdir." (Haşiyə) demişdir.

----------------------------

(Haşiyə:

Münkər hədis: zəif ravinin güvənilən raviyə müxalifəti səbəbilə zəif sayılan hədisdir.)

----------------------------

• Bəziləri belə deyirlər:

"Müəmmil, kitablarını basdırdı, əzbərindən rəvayət edirdi. Bundan dolayı, çox xəta etdi."

• Yaqub b. Süfyan isə, deyir:

"Müəmmil əbu Abdu'r-Rahmən Sünni, böyük bir hədisçidir. Süleyman b. Harb'ın, onu çox gözəl sözlərlə tərif etdiyini eşitdim. Bizim şeyxlərimiz, onu tövsiyyə edirlərdi. Ancaq hədisi, dostlarının hədisinə bənzəməz, elm əhli kimsələrin onun hədisi üzərində həssaslıqla durması və araşdırması lazımdır. Çünki o, siqa olan şeyxlərindən münkər rəvayətlər nəql edirdi. Bu, çox daha riskli olan bir haldır. Bu münkər rəvayətlər, zəif kimsələrdən edilsə idi, biz bunu bir üzr olaraq qəbul edərdik."

• Saci belə deyir:

"O, saduqdur. Ancaq çox xəta edər. Onun, açıqlanması uzun vaxt aparacaq vəhmləri vardır."

• Muhamməd b. Nasr əl-Mərvəzi belə deyir:

"Müəmmil bir rəvayətdə tək qaldığında, üzərində həssaslıqla durmaq lazımdır. Çünki onun yaddaşı, pis idi və çox xəta edirdi." (İbn Həcər, "Təhzibu't-Təhzib", X, 381 -mücməl olaraq-)

O halda, Müəmmil'in siqa ravilər arasında:

"Əllər, sinənin üzərinə bağlanar."

deyərək rəvayətində tək qaldığı bu əlavə, qəbul edilə bilməz.

Müxalif görüşdə olanlar, bir də, Qabisa b. Hulb'un atası Hulb'dən etdiyi bu rəvayəti dəlil olaraq alırlar:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, sağına və soluna dönərkən və bunu, sinəsi üzərinə qoyarkən gördüm."

Yəhya, onun nə demək istədiyini, sağ əlini, sol əlinin mafsalı üzərinə qoyaraq göstərdi.

Bu hədisi, Əhməd b. Hənbəl, -"Avnu'l-Məbud şərh-u Sunən-i əbu Davud"da (l, 276) zikr edildiyi üzərə- Müsnəd'ində (V, 226) rəvayət etmişdir. Bu rəvayətdə, Yəhya'nın açıqlaması, iləridə gələcəyi üzərə, hədisin ifadəsi ilə üst-üstə düşməməkdədir. Allamə Zahir, "ət-Taliqu'l-Həsən"də belə deyir:

"Mənim qəlbimdə, bu ifadənin katib tərəfindən edilmiş bir yalnışlıq olduğu fikri oyanmaqdadır. Doğru olanı, "bunu bunun üzərinə qoyarkən" şəklində olmalıdır. Bu halda, ifadə, Yəhya'nın 'sağ əlini, sol əlinin mafsalı üzərinə qoydu' şəklindəki tərifinə uyğun düşdüyü kimi, digər rəvayətlərə də uyğun hala gəlməkdədir. Bəlkə də, buna səbəb:

~ Heysəmi'nin "Məcmau'z-Zəvaid"ində;

~ Suyuti'nin "Cəm'ul-cəvamii"ndə; və

~ Əli əl-Müttəqi'nin "Kənzu'l-Ummal"ında

rəvayət etməmiş olmasıdır. Doğrunu, ən yaxşı, uca Allah (cəllə cələluhu) bilir."

Biz də, bunu əlavə edək:

Bu görüşü, Əhməd b. Hənbəl'in fərqli 2 isnadla etdiyi rəvayət (V, 226) dəstəkləməkdədir:

~ Bunlardan birincisi, Süfyan isnadı ilə etdiyi rəvayətdir. Buna görə, ravi:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i namazda, sağını, solu üzərinə qoymuş olaraq gördüm." deyir.

~ Şərik vasitəsilə etdiyi rəvayətdə isə (V, 226):

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, əllərindən birini, digər əli üzərinə qoymuş gördüm." şəklindədir.

Əhməd b. Hənbəl, yenə, Şərik'dən hədisi ikinci dəfə buna bənzər ifadə ilə rəvayət edir.

Daraqutni ("Sünən", l, 285) isə, hədisi, Abdu'r-Rahmən b. Mehdi ---> Vəki ---> Sufyan ---> Simak b. Harb ---> Qabisa b. Hulb ---> atası Hulb isnadı ilə rəvayət etmişdir.

Buna görə, Hulb, belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namazda sağını solu üzərinə qoymuş olaraq gördüm."

Bu rəvayətdə, "sinəsi üzərinə" deyə bir qeyd yoxdur. Hədisi, Tirmizi, ibn Macə (və Əhməd b. Hənbəl)

əbu'l-Ahvas ---> Simak b. Harb ---> Qabisa b. Hulb ---> atası Hulb isnadı ilə rəvayət etmişdir.

Bu rəvayətə görə, Hulb:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), bizə imam olardı. Sol əlini sağ əlilə, bağlayardı." demişdir. (İbn Macə, Sünən, "İqamətu's-Salat"/3; Əhməd b. Hənbəl, "Müsnəd", V, 226; Tirmizi, Sünən, "Salat"/73) (Allamə Zahir, "ət-Taliqu'l-Həsən", l, 68)

Bu rəvayətdə də, "sinəsi üzərinə" ifadəsi yoxdur. Bu, Allamə Niməvi'nin, rəvayətdə tashif (yanılaraq kəliməni yalnış yazmaq) ehtimalı olduğu yolundakı görüşünü, daha qalib qılmaqdadır. And olsun ki, Yəhya'nın açıqlaması, hədisin ləfzinin əslində, "bunu, bunun üzərinə qoyardı." şəklində olmasını gərəkdirməkdədir. Necə ki, bu xüsus, ərəb dilində zövq sahibi olan bir kimsənin, anlamayacağı bir xüsus deyildir.

Qarşı tərəf, bir də, Əbu Davud'un "Sünən"inin bəzi nüsxələrində Hamiş'də nəql etdiyi rəvayətə dayandırmaqdadırlar. Bu rəvayət, belədir:

Əbu Təvbə'nin ---> əl-Heysəm, yəni ibn Humeyd ---> Sevr ---> Süleyman b. Musa isnadı ilə nəqlinə görə, Tavus, belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazda sağ əlini sol əli üzərinə qoyar, sonra onları sinəsi üzərində bağlayardı." (Əbu Davud, "Salat"/117. Hədis, səhihdir.)

Əbu Davud, bu hədisin sənədi haqqında hər hansı bir dəyərləndirmə aparmamışdır. Raviləri Süleyman xaric, "Səhih"in raviləridir. Süleyman isə, Muslim'in ravilərindəndir. Eyni şəkildə, Heysəm də, "Səhih"in ravisi deyildir. Heysəm, "ət-Taqrib"də (s. 28) ifadə edildiyi üzərə, saduq olub, Qədəriyyə məzhəbini mənimsəməklə günahlandırılmışdır. Lakin rəvayəti mürsəldir. Mürsəl rəvayət, mühəddislərin əksəriyyətilə Şafi nəzdində olmasa belə, bizim məzhəbimizdə (Hənəfi məzhəbində) dəlildir. Dolayısı ilə, onlar, bu rəvayəti dəlil olaraq ala bilməzlər. Üstəlik rəvayət, az əvvəl keçdiyi üzərə, onların məzhəblərinə uyğun da düşməməkdədir. Ancaq mürsəl bir rəvayət, zikr edilən Vail hədisinə əlavə edildiyində, rəvayətlərin bütünü sayəsində güclənir.

Mürsəl hədis, bizim məzhəbimizdə (Hənəfi məzhəbində) dəlil olduğu üçün, yuxarıdakı düşüncəyə və gərəyinə görə, əmələ cavab verməyimiz lazımdır. Bunun üçün, biz, belə deyirik:

Əli (radiyallahu anh) hədisi, bizcə, bu hədisdən tərcihə daha uyğundur. Çünki o hədis, açıqca, əllərin göbək altında bağlanmasının sünnət olduğunu ifadə etməkdədir. Sinədən söz edən hədislərin bütünü, felən tətbiqat qəbilindəndir. Bunlardan, əlin sinə üzərinə qoyulmasının sünnət olduğu hökmü və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in buna davam etdiyi nəticəsi çıxa bilməz. Bu, sadəcə, ümumilik ifadə etməyən, xüsusi halların açıqlamasıdır. İfadədə yer alan "kənə" felinə (haşiyə) gəlincə, bu fel, mütəmadilik mənasını gərəkdirməz. Ayrıca, bunun o hökmə dəlaləti, "əs-sünnə" kəliməsinin dəlalətindən çox daha aşağı səviyyədədir.

Nəticə olaraq, əllərin göbək altından bağlanmasından söz edən hədisi almaq, daha əvladır.

Bunun xaricindəki hədislər, bizcə, caizliyin açıqlanması şəklində təvil edilir.

Ayrıca, qiyas da, əlləri göbək altından bağlama şəklini, daha qalib qılmaqdadır. Çünki təzim etmək istənildiyində, bilinən tətbiqat şəkli budur.

-------------------------------------

(Haşiyə:

"Kənə" kəliməsi, qeyr-i müəyyən gələcək zaman bildirən felin əvvəlində gəldiyi vaxt, o felin bildirdiyi işin bir neçə dəfə edildiyini göstərir.)

--------------------------------------

✓ 678. Vəki'in, Musa b. Umeyr ---> Alqamə b. Vail b. Hucr isnadı ilə nəqlinə görə atası Vail belə demişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namazda sağ əlini sol əli üzərinə qoymuş olaraq, göbək altından bağlayarkən gördüm."

Hədisi, ibn əbu Şeybə rəvayət etmişdir. RAVİLƏRİ, SİQA'dır.

Şeyx Qasim b. Qutluboğa (əl-Hənəfi), belə deyir:

"Bu, ceyyid bir isnaddır." (Əbu't-Tayyib, "Şərhu't-Tirmizi")

Tirmizi'ni şərh edən şeyx əbu't-Tayyib, bu hədis, sənəd və mətn cəhətindən SƏHİH'dir, dəlil ola bilər, demişdir.

Allamə Zahir, "ət-Taliqu'l-Həsən"də (l, 70) bu açıqlamanı vermişdir:

Şeyx Abid əs-Sindi, "Tavaliu'l-Ənvar" adlı əsərində, hədisin ravilərinin SİQA olduğunu bildirmişdir.

Bizim qənaətimizə görə, bu hədisin raviləri, Musa b. Umeyr xaric, Muslim'in raviləridir. Musa, Nəsai'nin ravilərindən olub SİQA'dır. Alqamə b. Vail b. Hucr əl-Kufi, Muslim'in ravilərindən olub SİQA və SADUQ'dur.

---------------------------------

Alqamə b. Vail'in, atası Vail'dən hədis eşitmiş olması:

"ət-Taqrib"dəki (s. 147):

"Ancaq Alqamə, atası Vail'dən hədis eşitməmişdir."

şəklindəki ifadəyə gəlincə, Hafiz ibn Həcər "ət-Təhzib"də (Vll, 28) bu görüşündən dönmüş və belə demişdir:

"Alqamə, atası Vail'dən rəvayət etmişdir."

Muslim'in "Adam öldürmək günahını iqrar etmək səhih olduğu" başlığı altında Alqamə'nin, atası Vail'dən hədis eşitdiyini açıqca bildirən bir rəvayəti mövcuddur. Muslim, belə deyir:

"Ubeydullah b. Muaz əl-Ənbəri'nin atası ---> əbu Yunus ---> Simak b. Harb ---> isnadı ilə nəqlinə görə, Alqamə b. Vail, atası Vail (radiyallahu anh)'ın özünə rəvayət etdiyini bildirərək:

"Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'lə birlikdə oturmuşdum..." şəklində başlayan hədisi nəql etmişdir. (Muslim, "Qasəmə"/32)

Tirmizi isə, "Dövlət başçısı, öldürülənin qanının əfv edilməsini əmr edə bilər" başlığı altında (açdığı babda) belə deyir:

"Alqamə b. Vail b. Hucr, atası Vail'dən hədis eşitmişdir. O, qardaşı Abdu'l-Cəbbar'dan yaşca daha böyükdür. Abdu'l-Cəbbar isə, atası Vail'dən hədis eşitməmişdir." (Tirmizi, "Hudud"/22)

"Avnu'l-Məbud"da (l, 276) ifadə edildiyinə görə, mütəaxxirun alimlərindən bəziləri, ibn əbu Şeybə'nin bu rəvayətindəki "göbək altından" şəklindəki əlavənin sabit olub-olmadığı mövzusunda bəhs etmişlərdir. Allamə Şeyx Hayat əs-Sindi, belə deyir:

"Göbək altından' şəklindəki əlavənin sabit olduğu məsələsinin mübahisəli olduğunu, bundan da əlavə, bunun yanılmaqdan qaynaqlanan bir xəta olduğu bildirilməkdədir. Mən, "Musannəf"in səhih bir nüsxəsinə nəzər saldım. Orda bu hədisi, bu isnadla və bu ləfzlə tapdım. Ancaq "Musannəf"də "göbək altından" şəklində bir ifadə mövcud deyildi. Müəllif, orda, bu hədisdən sonra, İbrahim ən-Nəxai'nin nəqlini zikr etməkdədir. Onun ifadəsi, bu hədisin ifadəsinə yaxındır. Onun sonunda, namaz haqqında, "göbək altından" şəklində bir ifadə yer almaqdadır. Hər halda, katibin gözü, haqqında bəhs edilən sətirdən digərinə sürüşmüş və məvquf olan hədisdəki ifadəni, mərfu olan rəvayətı qatmışdır."

Bizim qənaətimiz belə deyildir. Bu əlavə, bir tək nüsxədə mövcud olsaydı, biz, onun hər halda, 'katibin gözü ilə bağlı sətirdən digərinə sürüşdü' şəklindəki ifadəsini qəbul edərdik. Lakin "Musannəf"in bir çox saydakı nüsxələrində, bu əlavənin mövcudluğu, bütün katiblərin gözlərinin sürüşmüş olma ehtimalını, mümkün qılmamaqdadır.

Allamə Qaim əs-Sindi, "ət-Taliqu'l-Həsən"də (l, 70)'də ifadə edildiyi üzərə, "Fəvzu'l-Kiram" adlı risaləsində, belə deyir:

Bu əlavənin, Şeyx Qasim'in bunu "Musannəf"ə nisbət etməsinə, mənim bunu bir nüsxədə görmüş olmağıma və bunun şeyx Abdu'l-Qadir əl-Mufti'nin hədis və rəvayətə dair kitabxanasında mövcud olan nüsxədə mövcud olmasına baxmayaraq, xəta olduğunu söyləmək, İNSAFA SIĞMAZ.

Allamə Qaim əs-Sindi, belə deyir:

"Mən, bunun üzərində təshih edildiyinin əlamətləri olan səhih bir nüsxədə, öz gözlərimlə görmüşəm."

Və belə deyir:

"Bu əlavənin, nüsxələrin əksəriyyətində mövcud olması, DOĞRU'dur."

Niməvi, bu mövzuda belə deyir:

"Bəhs mövzusu əlavənin Müsnəd'in nüsxələrinin əksəriyyətində mövcud olduğu səhih isə də, ancaq siqa ravilərin rəvayətinə müxalifdir. Dolayısı ilə, bu, məhfuz deyildir."

Biz isə, buna belə cavab veririk:

Qəbul edək ki, məhfuz deyildir. Lakin şazz bir rəvayət şəvahidlə (şahidlərilə) dəstəkləndiyində, məqbul bir hala gəlir. Burda da, hal, eynilə belədir. Dolayısı ilə, mətndə yer alan hədislər, məvqufu və mərfusu ilə, bu əlavəni dəstəkləməkdədir. Bu incəliyi gözdən qaçırmamaq və qavramaq lazımdır.

"əl-Bahru'r-Raiq"də (l, 303) bu açıqlama yer alır:

İmam Şafi'yə görə, əllər sinənin altı, göbəyin üstündən bağlanır. Nəvəvi, bunu, ibn Xuzeymə'də Vail b. Hucr (radiyallahu anh)'dan nəql edilən bu hədisə dayandırmaqdadır:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birlikdə namaz qıldım. Sağ əlini, sol əli üzərinə qoyaraq sinəsində bağladı."

Bunun, iddia edilən şəklə uyğun düşmədiyi, hər kəsin məlumudur. İbn Nuceym, ifadəsinin davamında belə deyir:

"Məzhəbi açıqlama cəhətindən, belə demək mümkündür:

Sünnətdən sabit olan, sağ əli, sol əl üzərinə qoymaqdır. Zikr edilən Vail hədisindən başqa, əllərin bədəndə qoyulacağı yeri müəyyən edən başqa bir hədis SABİT DEYİL'dir."

Bu, ümumiliyi olmayan, xüsusi bir hala məxsus olmaqla birlikdə, caizliyi bəyan etmək üçün ola bilər. Dolayısı ilə, -Fəthu'l-Qadir'də də ifadə edildiyi üzərə- qiyamda, təzim etməyi istəmək halında, əllər hara qoyulursa, o əsas alınır. Müşahidə edilən və bilinən isə:

ƏLLƏRİN GÖBƏK ALTINDA BAĞLANMASIDIR.

Biz də, bu halda, kişilərin belə əl bağlamalarını söylədik.

Qadınların halı isə, belə deyildir. Çünki qadın, sinəsi üzərində əl bağlayar. Bu hal, qadın üçün təsəttürə daha yaxındır. Qadın haqqında belə etmək, daha əvladır.

(Haskəfi'nin) "əd-Durru'l-Muxtar"ında (l, 508) belə deyilir:

"Qadın və hünsa (cinsiyyəti bəlli olmayan), əlini, sinələrinin altına qoyar."

(İbn Abidin'in) "Raddu'l-Muxtar alə'd-Durri'l-Muxtar"ında, belə deyilir:

"əl-Munyə'nin bəzi nüsxələrində, belə deyilərkən, bəzilərində 'sinələrinin üzərinə' deyilməkdədir.

Əl-Hilyə'də isə, belə deyilir:

'Ən uyğun olan, belə deməkdir:

Böyük bir alim qrupunun dediyi kimi, qadın, əllərini sinələri üzərinə deyil, döşü üzərinə qoyar. Əgər əllərini döşünə qoyarsa, bu sinələri üzərinə qoymağı gərəkdirər. Bu halda, hər 2 qolun bir qismi, məməsi üzərinə gələr, lakin ifadə edilmək istənilən, bu deyildir.'

Biz də, bunu deyək:

Bu məsələ, qadınların kişilərdən ayrıldıqları nöqtələrdəndir.

Əbu Davud, "Sünən"ində (əbu Davud, "Salat"/117) sihhəti haqqında hər hansı bir söz demədən, belə bir hədis nəql edir:

Muhamməd b. Qudamə b. A'yun'un ---> əbu Bədr ---> əbu Talut b. Abdu's-Səlam ---> ibn Cərir əd-Dabbi isnadı ilə nəqlinə görə, atası belə demişdir:

"Əli (radiyallahu anh)'ı, sağ əli ilə sol əlini biləkdən, göbək altından bağlamış halda gördüm."

Bu rəvayət, mətndə rəvayət edilən hədislə (676 no-lu hədislə) zidd düşməz. BUNLARIN HƏR BİRİNİ ETMƏK DƏ, CAİZDİR, deyərək, aralarını birləşdirmək mümkündür. Tirmizi'nin, "bütün bunları tətbiq etmək, alimlərin nəzərində caizdir" dediyini gördük. Lakin mətndəki hədis, qövli olduğu üçün, bundan daha üstündür. Çünki daima qövli hədis, feli olandan üstündür. Doğrunu ən yaxşı, uca Allah (cəllə cələluhu) bilir.

-----------------------------------

فَصَلِّ لِرَبِّكَ وَٱنْحَرْ

"Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!" (Kəvsər/2) ayətinin təfsiri:

Beyhaqi'nin "Sünən"ində (ll, 31) nəql etdiyinə görə, ibn Abbas (radiyallahu anh), ayəti belə təfsir etmişdir:

"Ayətdə keçən 'nəhr': namazda sağ əlini, sol əlinin üzərinə qoyaraq, sinəndə bağla" deməkdir.

Hədisin isnadında Ravh b. əl-Musəyyəb vardır bu şəxs mətrukdur. (haşiyə)

-----------------------------------

(Haşiyə:

Mətruk: lüğətdə "tərk edilmiş" mənasına gələn bu kəlimə, hədis termini olaraq:

"Hədis uydurmamış olsa belə, günlük həyatında yalan söylədiyi bilinən ravinin, tək başına rəvayət etdiyi hədis" mənasında istifadə edilməkdə və zəif hədis növlərindən biri olaraq, "mətruh" ilə eyni məna daşımaqdadır.

İlk dövrlərdən etibarən, mühəddislər, rəvayətləri tərk ediləcək dərəcədə zəif ravilər haqqında, "tərk" felindən meydana gəlmiş fərqli ləfzlər istifadə etmişlərdir. Məsələn:

• muttəfəqun alə tərkihi: "tərk edilməsi gərəkdiyi mövzusunda ittifaq vardır";

• mətruku'l-hədis: "hədisi tərk edilmişdir";

• tərakuhu: "ondan rəvayəti tərk etdilər";

• şəbihun-bi'l-mətruk: "mətruk ravilərdən fərqsizdir";

• turikə hədisuhu: "hədisi tərk edilmişdir";

kimi, cərh özəlliyi olan bu ləfzlər, ədalətində qüsurlu olan və ya zəbt cəhətindən qeyr-i kafi olan ravinin zəif olduğunu bildirmək məqsədilə istifadə edilməkdə, beləcə, həm özünün, həm də rəvayətlərinin tərk edilməsi gərəkdiyinə işarət etməkdədir.

Mətruk raviləri göstərmək üzərə:

• muttəhəmun bi'l-kizb: "yalan söyləməklə ittiham edilmişdir";

• mə fihi xeyr: "onda xeyir yoxdur";

• lə tuhəddisu anhu: "ondan hədis rəvayət etməyin";

• raculu'n-suun: "pis adamdır";

• məhcurun: "tərk edilmişdir";

• mətruhu'l-hədis: "hədisi atılmışdır";

• ədafu'n-nəs: "insanların ən zəifidir";

• ləysə bi siqatin: "güvənilən deyildir";

• lə yurvə hədisuhu: "ondan hədis rəvayət edilməz"

şəklindəki çox fərqli cərh ləfzləri də, istifadə edilmişdir.

İlk 3 əsrdə, mətruk ravilər haqqında istifadə edilən cərh ləfzlərinin sayı, 110 qədərdir.

----------------------------------

~ ibn Hibban, belə deyir:

"Ravh, siqa olan ravilərdən mövzu hədislər rəvayət edir."

~ ibn Adiyy, belə deyir:

"Hədisləri məhfuz (haşiyə) deyildir."

--------------------------------

(Haşiyə:

Məhfuz: lüğətdə "əzbərləmək, qorumaq" mənasına gələn "hifz" kökündən meydana gəlib "əzbərlənmiş və qorunmuş" deməkdir.

Termin olaraq isə:

"Rəvayətləri bir-birinə zidd 2 siqa ravidən, daha güvənilən olanın rəvayət etdiyi hədis"

mənasında istifadə edilir.

Buna görə, "məhfuz hədis", səhih hədisin bir növü olub şazz hədisin qarşısında bir mövqeyə sahibdir.

Bu termin, hədis terminologiyasının hələ tam sabitləşmədiyi 8-ci əsrdə "yaxşı əzbərlənmiş və qorunmuş hədis" mənasında istifadə edilərkən, 9-cu əsrdə, termin olaraq mənasını qazanmış və məqbul xəbərləri göstərən terminlər arasına girmişdir.

Hər nə qədər bu yüz illikdə dəlil olaraq istifadə edilən məqbul hədislər, daha çox səhih və həsən terminlərilə ifadə edilməkdə idisə də, bəzi mühəddislər, bir hədisin səhih və həsən olduğunu, "ceyyid", "müstəqim", "sabit", "nəbil" və "salih" kimi terminlər yanında, xüsusilə məhfuz kəliməsilə ifadə etmişlərdir.

--------------------------------

Eyni şəkildə, onun, bənzər ləfzlərlə Əli (radiyallahu anh)'dan etdiyi rəvayət də, məhfuz deyildir. Allamə ibnu't-Türkməni, belə deyir:

"Hədisin isnadında, iztirab (haşiyə) vardır.

~ Hafiz ibn Kəsir, belə deyir:

"Deyildi ki: "vənhər" kəliməsindən məqsəd: sağ əli sol əl üzərinə qoyaraq, boğazın altında bağlamaqdır.

Bu, Əli (radiyallahu anh)'dan rəvayət edilmişdir, ancaq, səhih deyildir." (İbnu't-Türkməni, "Taliqu'l-Həsən", l, 49 (müxtəsər olaraq)

------------------------

(Haşiyə:

İztirab/muztarib: hədis üsulunda, "sənədində və ya mətnində həll edilə bilməyən ixtilaflar ehtiva edən hədisdir.)

-------------------------

Təhanəvi, "İlau's-Sünən" (Dəlillərilə hənəfi fiqhi)

Read 3 times
In order to make a comment, please login or register